Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4147/2025 21.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı mülkiyyət hüququnun qeydə alınması tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (üçüncü şəxs Tərtər rayonu Bəyimsarov bələdiyyəsi) qarşı Tərtər rayonu Sarov kəndində yerləşən sahəsi 533.8 kv.m olan metal konstruksiyadan ibarət qeyri-yaşayış binası və həmin binanın yerləşdiyi 546 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Tərtər rayon X2 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 211 nömrəli qərarı ilə rayonun Sarov kəndində mebel mağazası pavilyonunun quraşdırılması üçün Tərtər- Goranboy magistral yolu kənarında, kolxoz stadionunun şərq tərəfindəki yol kənarı əkin üçün yaramayan ictimai torpaq sahəsindən 0.05 ha torpaq sahəsi ayrılması qərara alınmışdır.
2. “Azərittifaq” X6 rayon kooperativ cəmiyyəti İdarə Heyətinə ünvanladığı xx.xx.2003cü il tarixli Müh364/110 nömrəli məktubunda bildirilmişdir ki, 05 may 2003-cü il tarixli 18 saylı məktubla rayonun Tərtər-Goranboy şose yolunun kənarında Bəyim-Sarov kənd ərazisində yerləşən 1980-ci ildə dəmir-şüşə konstruksiyadan quraşdırılmış pavliyon binasının balansdan silinərək materiallarının qiymətləndirilib satılmasına razılıq verilməsi barədə müraciətinə Azərittifaqda baxılmışdır. Azərittifaqın İdarə heyəti müraciəti nəzərə alıb Bəyim-Sarov kənd ərazisində yerləşən pavliyon binasının kooperativ cəmiyyətinin nizamnaməsinə uyğun olaraq, əsas vəsaitlərin ləğv olunması haqda mövcud təlimat əsasında balansdan silinib, yararlı materiallarının isə qiymətləndirilib satılmasına etiraz etmir.
3. Tərtər rayon Kooperativ Cəmiyyətinin müvəkkillər yığıncağının xx.xx.2004-cü il tarixli 17 nömrəli qərarından çıxarışa əsasən ünvan 2ində yerləşən sahəsi 533.8 kv.m olan metal konstruksiyadan ibarət qeyri-yaşayış binası (mağaza) ******* (dörd milyon doqquz yüz min) manata İddiaçı satılması qərara alınmışdır.
4. xx.xx.2004-cü il tarixli 303082 nömrəli kassa mədaxil orderi qəbzinə əsasən İddiaçı tərəfindən Tərtər rayon Kooperativ Cəmiyyətinin hesabına mağaza binasının dəyəri ******* (dörd milyon doqquz yüz min) manat ödənilmişdir.
5. xx.xx.2004-cü il tarixli mağaza binasının təhvil verilməsi aktına əsasən ünvan 2ində yerləşən sahəsi 533.8 kv.m olan metal konstruksiyadan ibarət qeyri-yaşayış binası (mağaza) İddiaçı təhvil verilmişdir.
6. İddiaçı Tərtər rayonu Sarov kəndində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə etdiyi müraciətə həmin İdarənin xx.xx.2025-ci il tarixli, 3-21-3-46/2-1960/2025 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, müraciətə əlavə olunmuş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, təqdim olunan sənədlər surətdir, “Azərittifaq” İdarə Heyətinin qərarı təqdim olunmamışdır. Eyni zamanda sözügedən mağaza binası yararsız vəziyyətdə olduğu üçün inventarlaşdırma işlərini aparmaq mümkün olmamışdır. Yuxarıda edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina olunur.
7. Məhkəmənin sorğusuna “Azərittifaq” İdarə Heyətinin xx.xx.2025-ci il tarixli MM1364/26 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərittifaqın rayon kooperativ təşkilatlarının balansında Azərittifaqla müştərək olan əmlakların özgəninkiləşdirilməsi (satılması və s.) yalnız X1 səlahiyyətinə aiddir. Belə ki, Azərittifaq Nizamnaməsinin 6.2.8-ci maddəsinə görə Azərittifaqın üzvləri (rayon kooperativ təşkilatları) Azərittifaqla müştərək olan əmlak barədə sərəncam verməzdən əvvəl bu barədə X3 bildirməli və İdarə Heyətinin razılıq qərarını almalıdır. Həmin Nizamnamənin 15.3.11-ci maddəsinə görə Azərittifaqın özünün və üzvləri ilə müştərək olan əmlakın özgəninkiləşdirilməsi ilə bağlı sərəncam verilməsi X1 səlahiyyətinə aiddir. Tərtər rayonunun Sarov kəndində yerləşən, sahəsi 533,8 kv.m olan, metal konstruksiyadan ibarət qeyri-yaşayış (mağaza) binasının İddiaçı Hüsrət oğluna satılması barədə X1 razılıq qərarı olmamışdır və mağaza binasının satılması barədə Azərittifaqda heç bir sənəd yoxdur. Qeyd olunan səbəbdən sorğuda göstərilən sənədlərin təqdim edilməsi Azərittifaqın imkanı xaricindədir.
8. Məhkəmənin sorğusuna Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-46/2-4072/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı ünvan 2i ünvanında yerləşən qeyri yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli xx.xx.2025-ci il tarixli ərizə ilə 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətə əlavə olunmuş hüquqmüəyyənedici sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, təqdim olunan sənədlər surətdir. “Azərittifaq” İdarə Heyətinin qərarı təqdim olunmamışdır.
9. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Tərtər rayonu Sarov kəndi ərazisində yerləşən İddiaçı faktiki istifadəsində olan, naturada təqdim etdiyi 546 kv.m torpaq sahəsi ünvan 2i “Azərbaycan” təsərrüfatı ərazisində aparılmış ilkin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən bələdiyyə mülkiyyəti olmaqla, kateqoriyası yaşayış məntəqələrinin torpaqları, tikinti altında olan torpaqlar məqsədli torpaq sahəsidir. TEKUİS-ə əsasən naturada göstərdiyi 546 kv.m torpaq sahəsinin mülkiyyət forması bələdiyyə, kateqoriyası yaşayış məntəqələrinin torpaqları olmaqla, tikinti altında olan torpaqlar (iaşə) məqsədli torpaq sahəsidir. 2) Elektron mlumat bazasında mövcud TEKUİS-ə əsasən naturada göstərdiyi 546 kv.m torpaq sahəsinin hər hansısa subyektin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmə halları mövcud deyil. 3) İddiaçının faktiki istifadəsində olan, naturada təqdim etdiyi torpaq sahəsinin üzərindəki metaldan ibarət mağaza binasının yararlı vəziyyətdə olub-olmamasını cavablandırmaq onların səlahiyyətləri daxilində deyil. II. Məhkəmədə icraat
10. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tərtər rayonu Sarov kəndində yerləşən sahəsi 533.8 kv.m olan metal konstruksiyadan ibarət qeyri-yaşayış binası (mağaza) üzərində tikinti altı sahə də daxil olmaqla hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, bu barədə müvafiq çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 2ində yerləşən sahəsi 533.8 m² olan metal konstruksiyadan ibarət qeyri yaşayış binası (mağaza) Tərtər rayon kooperativ cəmiyyətin 11 avqust 2004-cü il tarixli 17 saylı müvəkkillər yığıncağının qərarına ilə ******* (dörd milyon doqquz yüz) manata ona satılmışdır. 16 avqust 2004-cü il tarixdə ******* (dörd milyon doqquz yüz) manat pul vəsaitini Tərtər rayon Kooperativ Cəmiyyətinə ödəmişdir və 17 avqust 2004-cü il tarixdə ünvan 2ində yerləşən sahəsi 533.8 m² olan metal konstruksiyadan ibarət qeyri yaşayış binası (mağaza) ona təhvil verilmişdir. Həmin qeyriyaşayış binası (mağaza) üzərində hüquqlarının qeydiyyatına alınması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin, cavabdeh orqan xx.xx.2025-cü il tarixli № 3-21-3-46/2- 1960/25 nömrəli məktubla daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyatına alınmasından imtina etmişdir. Cavabdehin daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyatına alınmasından imtina etməsini tamamilə qanunsuz və əsassız hesab edir. Bundan başqa da bu halı onun mülkiyyət hüququnun pozulması kimi qiymətləndirir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir və mülkiyyət hüququnun bərpa edilməsini tələb edir.
12. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə hazırkı cavabdeh hüquqi varisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir.
13. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə hazırkı iddia tələbi “Tərtər rayonu Sarov kəndində yerləşən sahəsi 533.8 kv.m olan metal konstruksiyadan ibarət qeyri-yaşayış binası və həmin binanın yerləşdiyi 546 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
15. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. Həmin növ iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
16. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Tərtər rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
17. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
19. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Tərtər rayonu Bəyimsarov bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq digər zəruri prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2026-cı il tarixə təyin edilmişdir.
21. İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh və üçüncü şəxs isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
22. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
23. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
Əsaslandırma hissəsi:
VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
24. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
25. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Tərtər rayon X2 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 211 nömrəli qərarı ilə rayonun Sarov kəndində mebel mağazası pavilyonunun quraşdırılması üçün Tərtər-Goranboy magistral yolu kənarında, kolxoz stadionunun şərq tərəfindəki yol kənarı əkin üçün yaramayan ictimai torpaq sahəsindən 0,05 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. Tərtər rayon Kooperativ Cəmiyyətinin müvəkkillər yığıncağının xx.xx.2004-cü il tarixli 17 nömrəli qərarından çıxarışa əsasən ünvan 2ində yerləşən sahəsi 533,8 kv.m olan metal konstruksiyadan ibarət qeyri-yaşayış binası (mağaza) ******* (dörd milyon doqquz yüz min) manata İddiaçı satılması qərara alınmışdır. xx.xx.2004-cü il tarixli 303082 nömrəli kassa mədaxil orderi qəbzinə əsasən X5 tərəfindən Tərtər rayon Kooperativ Cəmiyyətinin hesabına mağaza binasının dəyəri ******* (dörd milyon doqquz yüz min) manat ödənilmişdir. xx.xx.2004-cü il tarixli mağaza binasının təhvil verilməsi aktına əsasən ünvan 2ində yerləşən sahəsi 533,8 kv.m olan metal konstruksiyadan ibarət qeyri-yaşayış binası (mağaza) İddiaçı təhvil verilmişdir.
26. İddiaçı Tərtər rayonu Sarov kəndində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə etdiyi müraciətə həmin İdarənin xx.xx.2025-ci il tarixli, 3-21-3-46/2-1960/2025 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, müraciətə əlavə olunmuş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, təqdim olunan sənədlər surətdir, “Azərittifaq” İdarə Heyətinin qərarı təqdim olunmamışdır. Yuxarıda edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina olunur.
27. Məhkəmə cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, Tərtər rayon Kooperativ Cəmiyyətinin müvəkkillər yığıncağının xx.xx.2004-cü il tarixli 17 nömrəli qərarından çıxarışa əsasən ünvan 2ində yerləşən sahəsi 533,8 kv.m olan metal konstruksiyadan ibarət qeyri-yaşayış binası (mağaza) ******* (dörd milyon doqquz yüz min) manata İddiaçı satılması qərara alınmışdır.
28. “Azərittifaq” X6 rayon kooperativ cəmiyyəti İdarə Heyətinə ünvanladığı xx.xx.2003-cü il tarixli Müh364/110 nömrəli məktubunda bildirilmişdir ki, 05 may 2003-cü il tarixli 18 saylı məktubla rayonun Tərtər-Goranboy şose yolunun kənarında Bəyim-Sarov kənd ərazisində yerləşən 1980-ci ildə dəmir-şüşə konstruksiyadan quraşdırılmış pavliyon binasının balansdan silinərək materiallarının qiymətləndirilib satılmasına razılıq verilməsi barədə müraciətinə Azərittifaqda baxılmışdır. Azərittifaqın İdarə heyəti müraciəti nəzərə alıb Bəyim-Sarov kənd ərazisində yerləşən pavliyon binasının kooperativ cəmiyyətinin nizamnaməsinə uyğun olaraq, əsas vəsaitlərin ləğv olunması haqda mövcud təlimat əsasında balansdan silinib, yararlı materiallarının isə qiymətləndirilib satılmasına etiraz etmir.
29. Göründüyü kimi, sözügedən qeyri-yaşayış obyekti Tərtər rayon Kooperativ Cəmiyyətinin müvəkkillər yığıncağının xx.xx.2004-cü il tarixli 17 nömrəli qərarından çıxarışa əsasən İddiaçı satılmışdır və “Azərittifaq” İdarə Heyəti həmin obyektin iddiaçıya satılmasına etiraz etməmişdir.
30. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, Tərtər rayonu Sarov kəndi ərazisində yerləşən İddiaçı faktiki istifadəsində olan, naturada təqdim etdiyi 546 kv.m torpaq sahəsi ünvan 2i “Azərbaycan” təsərrüfatı ərazisində aparılmış ilkin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən bələdiyyə mülkiyyəti olmaqla, kateqoriyası yaşayış məntəqələrinin torpaqları, tikinti altında olan torpaqlar məqsədli torpaq sahəsidir. TEKUİS-ə əsasən naturada göstərdiyi 546 kv.m torpaq sahəsinin mülkiyyət forması bələdiyyə, kateqoriyası yaşayış məntəqələrinin torpaqları olmaqla, tikinti altında olan torpaqlar (iaşə) məqsədli torpaq sahəsidir. Elektron mlumat bazasında mövcud TEKUİS-ə əsasən naturada göstərdiyi 546 kv.m torpaq sahəsinin hər hansısa subyektin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmə halları mövcud deyil.
31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 4 oktyabr 2016-cı il tarixli Qərarı).
32. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər.
33. Göründüyü kimi qanunvericilikdə hüquqların dövlət qeydiyyatı qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında və siyahısı qanunla müəyyən edilən sənədlərin təqdim olunması ilə aparılır və iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda nəzərdə tutulan hüquqmüəyyənedici sənədi inzibati orqana təqdim etmişdir.
34. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
35. Konstitusiya Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı).
36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (“Kushoglu Bolqarıstana qarşı” iş üzrə 10 may 2007-ci il tarixli Qərar).
37. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Tərtər rayonu Sarov kəndində yerləşən sahəsi 533.8 kv.m olan metal konstruksiyadan ibarət qeyri-yaşayış binası və həmin binanın yerləşdiyi 546 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
38. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
39. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
Nəticəvi hissə:
40. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Tərtər rayonu Sarov kəndində yerləşən sahəsi 533.8 kv.m olan metal konstruksiyadan ibarət qeyri-yaşayış binası və həmin binanın yerləşdiyi 546 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva