Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4151/2023 06.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ödədiyi sosial sığorta haqqının fərdi şəxsi hesabına daxil edilərək ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. 13 iyun 2014-cü il tarixli 06 nömrəli qəbzdə İddiaçı tərəfindən DSMF Gədəbəy rayon şöbəsinə 28,90 manat ödənişin edildiyi qeyd edilmişdir.
2. İddiaçı məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabda əks olunmaması və ödənilmiş məcburi dövlət sosial sığorta haqqının nəzərə alınması ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə müraciət etmiş, Fondun xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirmişdir ki, onun Nazirliyin elektron informasiya ehtiyatlarında SUN almaqla "Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs" kimi uçot məlumatları, tərəfinizdən 2014-cü il üzrə təqdim edilmiş "Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat" və ona uyğun olaraq təqdim edilmiş "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar, həmçinin həmin dövr üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı aşkar edilməmişdir. Fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixindən 2018-ci ilin 1 iyul tarixinədək qeydə alınmış pensiya kapitalı olmadığı üçün iddiaçıya avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilməmişdir. Pensiya hüququna baxılması üçün 2006-cı ilin 1 yanvar tarixinədək sığorta stajını təsdiq edən sənədlərlə Fondun aidiyyəti struktur bölməsinə müraciət etməsi tövsiyyə olunmuşdur. Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, 2014-cü il üzrə Nazirliyin elektron proqram təminatlarında ona aid sığortaedən kimi uçot məlumatları, təqdim edilmiş "Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat" (Forma B2) və "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (Forma B3) aşkar edilməmişdir. “"Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs"lər tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesablarına daxil edilməsi təqdim edilmiş Forma B2 və Forma B3 məlumatları əsasında həyata keçirildiyindən və 2014-cü il üzrə ona aid hesabat məlumatı aşkar edilmədiyindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqı onun fərdi şəxsi hesabında əks olunmamışdır.
3. Məhkəmə tərəfindən arxivdən götürülərək baxış keçirilmiş 2-1(104)-50/2023 nömrəli iş materiallarından müəyyən edilir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022ci l tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixinədək X1 və xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixinədək 4 saylı X2 İdarəsində işlədiyi dövrün sığorta stajına daxil edilməklə ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(114)-1320/2022 nömrəli qərarı ilə (hakim U.Osmanov) iddia təmin edilməmişdir. Həmin qərar Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(104)-50/2023 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verilməmişdir.
4. Həmin iş materiallarında olan Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının xx.xx.2023-cü il tarixli məktubunda Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsisteminin “Statistika” bölməsində sığortaolunan İddiaçı (SSN:**********79) xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə heç bir məlumat aşkar edilmədiyi bildirilmişdir. II. Məhkəmədə icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, onun 13 iyun 2014-cü ildə Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsinə ********** VÖEN üzrə büdcə səviyyəsinin kodu ******* olan AZ43СTRE******************** hesab nömrəsinə ödədiyi 29 manat 90 qəpik sosial sığorta haqqının fərdi şəxsi hesabına daxil edilərək ona yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Gədəbəy rayonu Çaldaş kəndində yaşayır. O, 1972-ci ildən 2001-ci ilə kimi işlədiyi dövrün və 2 illik hərbi xidmətdə olduğu müddətin nəzərə alınmaqla pensiya yaşına çatdığı üçün ona yaşa görə pensiya təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etsə də, ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. O, işlədiyi illərdən əlavə həmçinin, 13 iyun 2014-cü ildə Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsinə ********** VÖEN üzrə Büdcə səvbiyyəsinin kodu ******* olan AZ43CTRE******************** hesab nömrəsinə 29 manat 90 qəpik sosial sığorta haqqı ödəmişdir. Ona işlədiyi illərə görə yaşa görə əmək pensiyası hesablanmasından imtina edildiyi üçün o, qanunun tələbinə uyğun olaraq 13 iyun 2014-cü ildə ödədiyi sosial sığorta haqqına görə ona yaşa görə pensiya hesablanması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına rəsmi şəkildə müraciət etmişdir. Lakin, cavabdeh 23 iyun 2023-cü il tarixli məktubu ilə müraciətinin təmin olunmasından imtina etmişdir. Hesab edir ki, cavabdehin sözügedən imtinası qanuni və əsaslı olmamışdır. Halbuki o, 13 iyun 2014-cü ildə Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsinə ********** VÖEN üzrə Büdcə səvbiyyəsinin kodu ******* olan AZ43CTRE******************** hesab nömrəsinə 29 manat 90 qəpik sosial sığorta haqqı ödəmişdir və bununla bağlı qəbzi də cavabdeh orqana təqdim etmişdir. Nazirliyin Elektron informasiya ehtiyatlarında Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs" kimi uçot məlumatları, onun tərəfindən 2014-cü il üzrə təqdim edilmiş "Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat" və ona uyğun olaraq təqdim edilmiş "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar, həmçinin həmin dövr üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı aşkar edilməməsi onun təqsirindən deyiildir. O, qanuna uyğun olaraq sosial sığorta haqqını ödəmişdir.
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
Əsaslandırma hissəsi:
8. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
9. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Bənd 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bənd 5.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
10. Hazırkı iş materialları, arxivdən götürülərək baxış keçirilmiş 2-1(114)-1320/2022 nömrəli iş materialları ilə müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci l tarixdə məhkəməyə müraciət edərək, onun xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixinədək X1 və xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixinədək 4 saylı X2 İdarəsində işlədiyi dövrün sığorta stajına daxil edilməklə ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(114)-1320/2022 nömrəli qərarı ilə (hakim U.Osmanov) iddia təmin edilməmişdir. Həmin qərar Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(104)-50/2023 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəsini almışdır.
11. Hazırda İddiaçı onun 13 iyun 2014-cü ildə Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsinə ********** VÖEN üzrə büdcə səviyyəsinin kodu ******* olan AZ43СTRE******************** hesab nömrəsinə ödədiyi 29 manat 90 qəpik sosial sığorta haqqının fərdi şəxsi hesabına daxil edilərək ona yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
12. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair işlə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olduğundan, hazırkı iddia tələbi mümkün sayıla bilməz.
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 78. maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.
14. Həmin normaya görə, eyni tərəflər arasında olan inzibati iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir inzibati icraatda təkrar mübahisələndirilə bilmək imkanını itirmiş olur. Yalnız o halda bu cür iddia mümkün sayılır ki, qərarın qanuni qüvvəyə minməsindən sonra işin faktiki və hüquqi halları dəyişmiş və bununla da yeni iddia predmeti yaranmış olsun.
15. Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, işin faktiki və hüquqi əsasları dəyişməmiş, iddiaçının eyni faktiki və hüquqi əsaslarla qaldırdığı iddia üzrə qəbul edilmiş məhkəmə qərarı qanuni qüvvəsini almışdır. İddiaçı isə yenidən analoji tələblə məhkəmədə iddia qaldıraraq məhkəmə qərarları ilə hüquqi qiymət verilmiş iddianı yenidən mübahisələndirmişdir. Bu səbəbdən də hazırki iddia mümkün sayılmamalıdır.
16. Məhkəmə onu da qeyd edir ki, məhkəmə qərarı qüvvəyə mindikdən sonra iddiaçı yeni sübutları və ya halları aşkar edəcəyi halda, yeni açılmış hallarla bağlı ərizə ilə məhkəməyə müraciət edə bilər.
17. Belə ki, İPM-in: Maddə 100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
18. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva