Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4159/2025 02.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı İsfəndiyar oğlunun, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı İsfəndiyar oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialına qarşı xx.xx.1984-cü il tarixdən xx.xx.1998ci il tarixədək Qazax rayonu X7 Nəqliyyat müəssisəsində sürücü vəzifəsində, xx.xx.1999cu il tarixdən xx.xx.2002-ci il tarixədək Şəmkir rayonu Yeniabad Qum-Çınqıl firmasında sürücü, xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Gəncə Asfalt zavod ASC-də fəhlə işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilərək hüququ yarandığı xx.xx.2025ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: 1) İddiaçı İsfəndiyar oğlu (bundan sonra mətndə - iddiaçı) xx.xx.1960-cı il tarixdə Şəmkir rayonu, Yeni Həyat kəndində anadan olmuş, hazırda Şəmkir rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayır. 2) İddiaçı 1975-ci ildə Kirovabad 9 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 1978-ci ildə bu məktəbin tam kursunu bitirərək inşaat rəngsazı peşəsi və ümumi orta təhsil almışdır. İmtahan Komissiyasının qərarı ilə iddiaçıya 3-cü dərəcə inşaat rəngsazı ixtisası verilmişdir. Bu barədə iddiaçıya xx.xx.1978-ci il tarixdə 761 qeyd nömrəli A№788122 diplom verilmişdir. 3) НЗ-3968989 nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək hərbi xidmətdə olmuşdur. 4) ИT-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1981xx.xx.1984-cü illərdə Şamxor rayon X6 Birliyinin QAZ-66 markalı maşına sürücü, xx.xx.1984-xx.xx.1998-ci illərdə X13 avtonəqliyyat idarəsində sürücü, xx.xx.1999xx.xx.2002-ci illərdə Şəmkir rayon “Yeniabad” Çınqıl firmasında sürücü, xx.xx.2002xx.xx.2006-cı illərdə Gəncə Asfalt açıq tipli səhmdar cəmiyyətində 3-cü dərəcə fəhlə vəzifəsində işləmişdir. 5) İddiaçı xx.xx.2002-ci ildən xx.xx.2006-cı il tarixədək “Gəncə Asfalt” açıq tipli səhmdar cəmiyyətində 3-cü dərəcəli fəhlə vəzifəsində işləmiş, əmək haqqı tarif cədvəli üzrə ödənilmişdir. Bu barədə iddiaçıya idarənin icraçı direktoru V.Q.Tağıyev tərəfindən xx.xx.2010-cu il tarixli 13 nömrəli məktub verilmiş, həmin məktuba müəssisənin möhrü vurulmuşdur. Məhkəmə sorğusuna cavab olaraq: 6) Qazax rayon Dövlət Arixivi xx.xx.2025-ci il tarixli. 5-58-15-11/2-137/2025 nömrəli məktubunda bildirmişdir ki, Qazax X7 Nəqliyyat müəssisəsinin sənədləri rayon Dövlət Arxivində saxlanılmır. 7) Qazax Rayon İcra Hakimiyyəti xx.xx.2025-ci il tarixli, 5-58/2-782/2025 nömrəli məktubunda bildirmişdir ki, Qazax rayonu X7 Nəqliyyat Müəssisəsinin və ya Qazax Su- Tikinti Tresti, onun 9 saylı Sənaye Kombinatının fəaliyyəti ilə bağlı məlumat saxlanılmır. 8) Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2025-ci il tarixli, 3-21-3/2-12926/2025 nömrəli məktubunda bildirmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, ləğv olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" törəmə müəssisəsinin bazasında keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2011-ci il tarixli, 405 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2012-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişilmişdir. Eyni zamanda, "xxxx" törəmə müəssisəsinin X1 əmlakı "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən qiymətləndirilən əmlakın tərkibində cəmiyyətin nizamnamə kapitalına daxil edilmişdir. Məlumat üçün, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xidmətin arxivində saxlanılan özəlləşdirmə planında (emissiya prospektində) güzəştli satışda iştirak etmək hüququ olan əmək kollektivinin üzvlərinin siyahısında İddiaçı İsfəndiyar oğlunun adı aşkar edilməmişdir. 9) X13 Sistemlərin İstismarı İdarəsi xx.xx.2025-ci il tarixli, 3-53-2-35/2-104/2025 nömrəli məktubunda bildirmişdir ki, X14 Sistemlərinin İstismarı idarəsinin arxivində Qazax X7 Nəqliyyatı müəssisinə aid arxiv sənədləri olmadığı üçün sorğuya cavab vermək mümkün olmamışdır. 10) 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-20/2-89464/2025 nömrəli məktubu ilə təqdim edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsinin 6.2-ci bəndindən görünür ki, Cəmiyyətin nizamnamə kapitalını "xxxx" DKnin Qazax Su Tikinti Trestinin özəlləşdirilmiş əmlakı təşkil edir. 11) Həmin məktubla “Yeniabad-Çınqıl” firmasının xx.xx.1998-ci il tarixdə təsdiq edilmiş nizamnaməsi də məhkəməyə təqdim edilmişdir. 12) Məhkəmə sorğusuna cavab olaraq X8 filialı xx.xx.2025-ci il tarixli, k-3-48-13-F/3-62 nömrəli məktubunda bildirmişdir ki, Şəmkir rayon ərazisində fəaliyyətdə olmuş X3 əmr və əmək haqqı kitabları təhvil verilmədiyi üçün filialda saxlanılmır. 13) Şəmkir Rayon İcra Hakimiyəti xx.xx.2025-ci il tarixli, 5-76/2-1068/2025 nömrəli məktubunda bildirmişdir ki, Şəmkir rayon Yeniabad Qum-Çınqıl firmasının 1999-2002-ci illərdə fəaliyyət göstərib göstərməməsi barədə Şəmkir Rayon İcra Hakimiyyətində hər hansı bir məlumat saxlanılmamaqdadır. 14) X11 filialı xx.xx.2025-ci il tarixli, 3-48-DA-4F/2-864//1/2025 nömrəli məktubunda bildirmişdir ki, Gəncə şəhəri 9 nömrəli Peşə məktəbinin, Azərbaycan Sovet Sosialist Respublikası Hərbi Komissarlığının, Şəmkir rayonu X3, Qazax rayonu X7 Nəqliyyat müəssisəsinin, Şəmkir rayonu Yeniabad Qum-Çınqıl firmasının, həmçinin Gəncə asfalt zavod ASC-nin arxiv sənədləri X11 filialına təhvil verilməmişdir. 15) Gəncə şəhər Statistika İdarəsi xx.xx.2025-ci il tarixli, 3-34-23/2-101/2025 nömrəli məktubunda bildirmişdir ki, “Gəncə-Asfalt ASC” (VÖEN **********) adlı statistik vahid xx.xx.1996-cı ildə Dövlət reyestrində qeydiyyata alınmışdır. 16) 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-18/2- 67484/2025 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki, “Gəncə Asfalt” açıq tipli səhmdar cəmiyyəti xx.xx.1998-ci il tarixdə qeydiyyata alınmış, Cəmiyyətin xx.xx.2001-ci il tarixli, 09 nömrəli əmri ilə (§2) X9 həmin tarixdən icraçı müdir müavini vəzifəsindən icraçı müdir vəzifəsinə keçirilmişdir. Məhkəmə mübahisəsi: İddiaçı pensiya təyinatı ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Qazax-Tovuz regional filialına müraciət etmişdir. İddiaçının müraciətinə aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialında (bundan sonra mətndə - cavabdeh) baxılmışdır. Cavabdeh tərəfindən iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2025-ci il tarixli, 3-17-1/1-H-14701/2025 nömrəli qərar qəbul olunmuşdur. Qərarda qeyd olunmuşdur ki, xx.xx.1984-xx.xx.1998 işdən azadolma möhürü kirilcə olduğundan, xx.xx.1999-22 .01.2002 işdən azad olma qeydində maddəsi qeyd edilməyindən, xx.xx.2002-xx.xx.2006-cı illəri təsdiq edici sənəd olmadığından (yandırıldığından) staja daxil edilmir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-1/2-H-86233/2025 nömrəli məktubunda bildirmişdir ki, təqdim edilən sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət və xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla iddiaçının cəmi sığorta stajı 7 il 5 ay 27 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən əmək kitabçanızın surətində qeyd olunmuş xx.xx.1984-cü il tarixindən xx.xx.1998ci il tarixinədək (işdən azadolma qeydi kiril qrafikalı möhürlə təsdiqləndiyindən) və xx.xx.1999-cu il tarixindən xx.xx.2002-ci il tarixinədək (işdən azadolma əmrində Əmək Məcəlləsinin müvafiq maddəsinə istinad edilmədiyindən) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Sözügedən dövrlər üzrə əmək fəaliyyətini təsdiq edən zəruri sənədləri (əməkhaqqı cədvəlləri və əmr kitablarından çıxarış) Fondun 2 saylı Qazax-Tovuz regional filialına təqdim etməklə təkrar müraciəti əsasında müvafiq qaydada araşdırılmaqla həmin dövrlərin sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Bildirilmişdir ki, təqdim edilən əmək kitabçasının surətində və xx.xx.2010-cu il tarixli arayışda xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" ASC-də əmək fəaliyyəti olması qeyd edilməsinə baxmayaraq, xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bununla əlaqədar Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur bölməsinə sorğu göndərilmişdir. Sorğunun nəticəsi olaraq bildirilmişdir ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən sığortaedən "xxxx" ASC 2006-cı il üçün "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar"ı (Forma B3) təqdim etmədiyindən məsələnin araşdırılması mümkün olmamış, həmçinin sözügedən müəssisənin fəaliyyətini dayandırdığını nəzərə alaraq həmin müəssisədə əmək fəaliyyətin olmasını təsdiq edən zəruri sənədlərin təqdim olunması barədə iddiaçıya müvafiq məktubla məlumat verilmişdir. Bu səbəbdən xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Bildiririk ki, hazırda X5 ilə qüvvədə olan əmək müqaviləsi olduğu üçün iddiaçıya yaşa görə sosial müavinətin təyin edilməsi mümkün olmamışdır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. İddiaçı cavabdehə qarşı xx.xx.2025-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Gəncə şəhəri 9 nömrəli Peşə məktəbində təhsil aldığı, xx.xx.1974-cü il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olduğu, xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Şəmkir rayonu X4 sürücü, xx.xx.1984-cü il tarixdən xx.xx.1998-ci il tarixədək Qazax rayonu X7 Nəqliyyat müəssisəsində sürücü vəzifəsində, xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək Şəmkir rayonu Yeniabad Qum-Çınqıl firmasında sürücü, xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Gəncə Asfalt zavod ASC-də fəhlə işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə iclasında iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.1984-cü il tarixdən xx.xx.1998-ci il tarixədək Qazax rayonu X7 Nəqliyyat müəssisəsində sürücü vəzifəsində, xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək Şəmkir rayonu Yeniabad Qum-Çınqıl firmasında sürücü, xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Gəncə Asfalt zavod ASC-də fəhlə işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilərək hüququ yarandığı xx.xx.2025-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. Cavabdeh iddiaya dair təqdim etdiyi xx.xx.2025-ci il tarixli, 3-17-1/2-130516/2025 nömrəli etirazında bildirmişdir ki, iddiaçının mübahisəsiz olaraq qəbul edilən iş stajı xx.xx.1975-xx.xx.1978-ci illərdə hərbi xidmətdə olduğu müddət və xx.xx.1979-xx.xx.1981ci illərdə əyani təhsil aldığı illər də nəzərə alınmaqla ümumilikdə 7 il 5 ay 27 gün təşkil edir. İddiaçının mübahisəli sosial sığorta stajı xx.xx.1984-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək, xx.xx.1999-cu il tarixindən xx.xx.2002-ci il tarixinədək və xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrlərdir. Belə ki, İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1984-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək "Qazaxsutikinti" trestində işləməsinə dair qeydlərdə işdən azadolma qeydi kiril qrafikalı möhürlə təsdiqlənmiş, həmçinin Q4.01.1999-cu il tarixindən xx.xx.2002-ci il tarixinədək "Yeniabad" çınqıl firmasında işlədiyinə dair qeydlərdə işdən azadolma əmrində Əmək Məcəlləsinin müvafiq maddəsinə istinad edilməmişdir. Beləliklə, sözügedən dövrlərə dair qeydlər "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"nın tələblərinin pozulması ilə tərtib edildiyindən həmin dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsi qanunauyğun olmamışdır. Bundan başqa, həmin əmək kitabçasının surətində və iddiaçının təqdim etdiyi xx.xx.2010- cu il tarixli arayışda xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" ASC- də İddiaçı əmək fəaliyyətinin olması qeyd edilsə də, xx.xx.2006-cı il tarixindən xx.xx.2006- il tarixinədək İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeyde alınmamışdır. Sözügedən hal ilə bağlı Fondun müvafiq sturuktur bölməsinə sorğu ünvanlanmış, sorğunun neticesi olaraq bildirilmişdir ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara esasən sığortaedən "xxxx" ASC 2006-cı il üçün "Məcburi dövlət sosial sığorta haqqı üzrə siğortaolunanlar haqqında məlumatlar"ı (Forma B3) təqdim etmədiyindənməsələnin araşdırılması mümkün olmamışdır. Bununla bağlı sözügedən müəssisənin fəaliyyətini dayandırdığını nəzərə alaraq həmin müəssisədə iddiaçının əmək fəaliyyətinin olmasını təsdiq edən zəruri sənədlərin təqdim olunması barədə ona müvafiq məktubla məlumat verilmişdir. Qeyd olunan səbəblərdən İddiaçı xx.xx.2002-xx.xx.2006-cı illərdə "xxxx" ASC-də islədiyini iddia etdiyi dövr onun sosial sığorta stajına daxil edilməmişdir. Bu səbəbdən xx.xx.2002 ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunan səbəblərdən iddiaçının qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilən sosial sığorta stajı 25 ildən az olduğundan ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006- ci il tarixindən xx.xx.2018-ci il tarixinədək İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Əlavə olaraq, "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd edirik ki, hazırda iddiaçının X5 ilə qüvvədə olan əmək müqaviləsi olduğundan ona yaşa görə sosial müavinətin təyin edilməsi mümkün olmamışdır. Cavabdeh xx.xx.2025-ci il tarixli, 3-17-1/2-136007/2025 nömrəli məktubunda bildirmişdir ki, İddiaçı təqdim etdiyi 788122 nömrəli diplomun surətində qeyd olunan məlumata əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək əyani təhsil illəri, ******* nömrəli hərbi biletin surətində qeyd olunan məlumatlara əsasən xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr, ИТ-İ ******* nömrəli əmək kitabçasının surətində qeyd olunan məlumata əsasən xx.xx.1981-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək əmək fəaliyyəti dövrü nəzərə alınmaqla cəmi sığorta stajı 7 il 5 ay 27 gün təşkil edir. xx.xx.1991-ci il tarixli “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Latın qrafikalı Azərbaycan əlifbası bərpa olunmuşdur, bu səbəbdən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1984-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək (işdən azadolma qeydi kiril qrafikalı möhürlə təsdiqləndiyindən) olan dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Həmçinin 12 may 2025-ci il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən xx.xx.1999-cu il tarixindən xx.xx.2002-ci il tarixinədək (işdən azadolma əmrində Əmək Məcəlləsinin müvafiq maddəsinə istinad edilmədiyindən) olan dövrün doldurulma qaydası pozulduğu üçün həmin dövr sığorta stajına daxil edilməmişdir. Əlavə olaraq, İddiaçı təqdim etdiyi xx.xx.2010-cu il tarixli 13 nömrəli arayışda xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" ASC-də olan dövrün mötəbərliyinə şübhələr olduğu və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi imtina əsaslarını müdafiə edərək iddianın təmin olunmamasını xahiş etmiş, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçının əmək kitabçasının mötəbərliyinə, onun qeyd olunan müəssisədə işləməsinə şübhə yoxdur, lakin təcrübəyə əsasən əmək haqqı almadığı müddəti nəzərə almamışlar. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddia tələbinin hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi təşkil edir. Ona görə də işin halları bu normanın dispozisiya şərtləri əsasında araşdırılmalıdır. Bu normaya görə o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki, həmin şəxs: 1) Qanunla müəyyən edilmiş pensiya yaşına çatmış olsun; 2) 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. İddiaçının inzibati orqana müraciət etdiyi vaxt pensiya yaşına çatması işin mübahisəsiz halıdır (xx.xx.2025-ci il tarixdə 65 yaşına çatmışdır). İddiaçının sığorta stajı cavabdeh tərəfindən qəbul edilən və iş materiallarında olan sənədlərdə qeyd edilən dövr ilə birlikdə 25 ildən (29 il 19 gün) çoxdur. Yəni iş materialları ilə iddiaçıya pensiya təyin olunması üçün qanunla müəyyən edilmiş şərtlər mövcud görünür. Məhkəmə araşdırması zamanı görünür ki, iddiaçı xx.xx.1975-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək əyani təhsil almış, xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək hərbi xidmətdə olmuş, xx.xx.1981-xx.xx.1984-cü illərdə, xx.xx.1984xx.xx.1998-ci illərdə, xx.xx.1999-xx.xx.2002-ci illərdə, xx.xx.2002-xx.xx.2006-cı illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdeh orqan iddiaçının xx.xx.1975-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək təhsil aldığı 2 il 10 ay 23 gün, xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək hərbi xidmətdə olduğu 2 il 0 ay 04 gün, xx.xx.1981-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək işlədiyi 2 il 07 ay gün dövrü nəzərə alınmaqla, ümumilikdə 7 il 5 ay 27 gün müddəti qəbul edir. İnzibati orqan iddiaçının xx.xx.1984-cü il tarixindən xx.xx.1998-ci il tarixədək, xx.xx.1999-cu il tarixindən xx.xx.2002-ci il tarixinədək, xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək – cəmi 21 il 06 ay 16 gün işlədiyi müddətin onun sosial sığorta stajına daxil etməyərək sonuncuya pensiya təyinatından imtina etmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən aşağıdakı dövrlər aşağıdakı əsaslarla mübahisələndirilir: 1) xx.xx.1984-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək dövr - işdən azadolma qeydi kiril qrafikalı möhürlə təsdiqləndiyindən; 2) xx.xx.1999-cu il tarixindən xx.xx.2002-ci il tarixinədək dövr - işdən azadolma əmrində Əmək Məcəlləsinin müvafiq maddəsinə istinad edilmədiyindən; 3) xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək dövr - "xxxx" ASC-də olan dövrün mötəbərliyinə şübhələr olduğu və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən vətəndaşın fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı Cavabdehin imtinasını əsassız hesab edən məhkəmə tərəflərin nəzərinə çatdırır ki, iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işləməsi yəni, iddiaçının işlədiyi dövrlərdə hər iki müəssisənin fəaliyyətinin olması (qərarın 11 və 12-ci hissəsində əks olunmuş) tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə hər iki müəssisə mövcud olmuş, iddiaçı müvafiq əmrlə işə daxil olmuş, hər iki müəssisədə işləmiş və müvafiq əmrlə işdən xaric olmuş, sadəcə olaraq əmək kitabçası lazımı qaydada tərtib edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, əvvəla, əmək kitabçasının doldurulması işçi tərəfindən deyil, işəgötürən tərəfindən həyata keçirildiyindən onun kiril qrafikalı əlifba ilə doldurulması və möhürlə təsdiqlənməsi və ya Əmək Məcəlləsinin maddəsinin qeyd olunmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır. Əmək kitabçasının düzgün tərtib olunması işəgötürənin məsuliyyət sferasına aiddir. Ona görə həmin hal iddiaçının sosial təminat hüquqlarının pozulmasına səbəb ola bilməz. Möhürün kiril qrafikası ilə yazılmasına gəldikdə 1990-cı illərdə belə yazılara təsadüf olunurdu. Çünki, hələ respublika səviyyəsində məcburi latın qrafikasına keçilməmişdi. Latın əlifbası 1991-ci il dekabrın 25-də Azərbaycan parlamenti tərəfindən təsdiq olunsa da, müxtəlif obyektiv və subyektiv səbəblər üzündən yalnız Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli Fərmanından sonra, bütün Azərbaycan ərazisində latın əlifbasına keçilmişdir. O da qeyd olunmalıdır ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi, müvafiq əmrlə işə daxil olması və müvafiq əmrlə işdən xaric olması halı müəyyən edilmişdir. Bununla bağlı kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının bu və ya digər müəssisədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyindən digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Cavabdeh tərəfindən istinad edilən hallar, başqa sübutlarla təsdiq olunmadığı təqdirdə, əmək kitabçasının iddiaçının əmək fəaliyyəti ilə bağlı qeydlərinin mötəbərliyinin şübhə altına alınması üçün yetərli əsas sayıla bilməz. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-88/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)- 2532/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)- 2283/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2132/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2146/2023 nömrəli qərarları). Eynilə, iddiaçının xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" ASC-də dövrlə işlədiyi dövrlə bağlı məhkəmə qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin tələbinə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin daxil edilməsi nəzərdə tutulmuşdur. Bununla belə, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 1-ci maddəsinə görə sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silindiyindən, həm də formalaşmış vahid məhkəmə təcrübəsinə görə 1 yanvar 2006-cı il tarixədək olan fəaliyyət dövrü məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmçinin, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən təqdim edilən sənədlərdən həmin müəssisənin 2002-2006-cı illərdə mövcud olması, fəaliyyət göstərməsi öz təsdiqini tapır. Ona görə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli və iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1998-ci il tarixədək Qazax rayonu X7 Nəqliyyat müəssisəsində sürücü vəzifəsində, xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək Şəmkir rayonu Yeniabad Qum-Çınqıl firmasında sürücü, xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Gəncə Asfalt zavod ASC-də fəhlə işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilərək hüququ yarandığı xx.xx.2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı İsfəndiyar oğlunun xx.xx.1984-cü il tarixdən xx.xx.1998-ci il tarixədək Qazax rayonu X7 Nəqliyyat müəssisəsində sürücü vəzifəsində, xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək Şəmkir rayonu Yeniabad Qum-Çınqıl firmasında sürücü, xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Gəncə Asfalt zavod ASC-də fəhlə işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilərək hüququ yarandığı xx.xx.2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-4159/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4159/2025
02.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver