Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-416/2021 05.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, N016-cı ilin aprel döyüşlərində iştirak etməsi ilə əlaqədar ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.N003-cü il tarixdə Tərtər Rayon Hərbi Komissarlığı vasitəsi ilə həqiqi hərbi xidmətə çağırılmış və AR SQ-nə hərbi xidmətə göndərilmişdir. xx.xx.N003-cü il tarixdən (əmr № N96) xx.xx.N004-cü ilədək (əmr № 1NN) N №-li hərbi hissədə, xx.xx.N004-cü il tarixdən (əmr № 05) xx.xx.N005-ci ilədək (əmr № 93) N №-li hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olmuş və AR MN-nin xx.xx.N005ci il tarixli, N №-li və N №-li hərbi hissənin xx.xx.N005-ci il tarixli 93 №-li əmr əsasında AR SQ-dən ehtiyata tərxis edilmiş və Tərtər Rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.N005ci ildə qeydiyyata götürülmüşdür. Sonradan müddətdən atıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xx.xx.N014-cü ildən xx.xx.N014-cü ilədək N saylı hərbi hissədə, xx.xx.N014-cü ildən xx.xx.N017-ci ilədək N saylı hərbi hissədə hərbi xidmətdə olmuş, N saylı hərbi hissənin tərkibində xidmətdə olarkən hərbi hissə komandirinin xx xxxx N016-cı il tarixli, 91 §9№-li əmrinə əsasən döyüş tapşırığını yerinə yetirmək üçün ön xətdə düşmən hücumunun qarşısını almaq məqsədilə 1-ci divizyonun tərkibində ön xəttə gönərilmiş və o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən N016-cı ilin Aprel döyüşlərində fəal iştirak etmişdir. N saylı hərbi hissə komandirinin xx xxx N016-cı il tarixli. 144§9№-li əmrinə əsasən ön xətdən çıxarılan 1-ci divizyonun tərkibində daimi dislokasiya məntəqəsinə qaytarılmışdır. N016-cı ilin iyun-iyul aylarında Mərkəzi Hərbi Hospitalında müayinə və müalicə edilmiş və N saylı hərbi hissə komandirinin xx xxxx N017-ci il tarixli, 053əç№-li əmrinə əsasən 3 (üç) illik bağlaşma müddəti başa çatdığı üçün «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «a» bəndinə əsasən ehtiyata buraxılmış və təkrarən qeydiyyata durmaq üçün AR SHXÇÜDX-nin Tərtər rayon Şöbəsinə göndərilmişdir. Barəsində hərbi cinayətlə bağlı heç bir təhqiqat materialı və ya cinayət işi yoxdur. Hərbi biletindəki təsdiqlənmiş müvafiq qeydlərə və N saylı hərbi hissə komandirinin əmrlərinə əsasən o, faktiki olaraq müharibə veteranı sayılır. Lakin, faktiki olaraq müharibə veteranı sayılsa da rəsmi olaraq vəsiqə almadığı üçün müharibə veteranları üçün nəzərdə tutulan hüquqlardan istifadə edə bilmir. Bu barədə ərizə ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən veteran adlarının və X1 üzrə komissiyaya müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün müvafiq qərar qəbul edilməsini xahiş etmiş, lakin ərizəsinə cavab olaraq aldığı xəsarətin Aprel döyüşlərində olmaması göstərilmişdir. O, təkrar olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran Adlarının və X1 üzrə Komissiyaya müraciət edərək aldığı xəsarətin Aprel döyüşlərinin nəticəsi olaraq yarandığını bildirmişdir. Lakin müraciətinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində veteran adlarının və X1 üzrə Komissiyanın katibi polkovnik-leytenant Elburus Mehdixanovun imzası ilə göndərilmiş xx.xx.N0N0-ci il tarixli, 1/Z-1N550 №-li məktubu ilə ona imtina cavabı verilmişdir. Ona görə də cavabdeh tərəfindən ona Müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edildiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi X4 şifahi məhkəmə baxışı iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən verilmiş xx.xx.N0N0-ci il tarixli 1/Z-1N550 nömrəli imtina məktubunu N0N0-ci ilin dekabr ayının sonlarında almış və bundan sonra məhkəməyə müraciət etmişdir. İddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh iddia tələbinə dair etiraz edərək bildirmişdir ki, iddiaçının xəstəlik tarixçəsində xəstəliyi döyüş tapşırığının icrası ilə bağlı olmadığından ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N016-cı il tarixli 438 №-li Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli N16 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinə dəyişiklik edilmiş, 1-ci bəndində göstərilmişdir ki, “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 1N-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün e'zam olunmuş, həmçinin hərbi qulluqçulara 1994-cü il 1N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı e'zamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idaretmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Ona görədə iddiaçının tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 6N.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini xx.xx.N003-cü il tarixli AO ******* nömrəli hərbi bilet, xx.xx.N016-cı il tarixli 91 nömrəli və xx.xx.N016-cı il tarixli 144 nömrəli nizami hissə üzrə əmrlərdən çıxarışlar, xx.xx.N016-cı il tarixli 66N8 nömrəli epikriz, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.N0N0-ci il tarixli, 1/Z- 1N550 nömrəli imtina məktubu və cavabdehin xx.xx.N0N1-ci il tarixli 11/731 nömrəli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. İddia mümkün iddiadır. Hazırkı iş üzrə iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etmiş və iddianın qanunla müəyyən edilmiş müddətdə qaldırmışdır. İddiaçının nümayəndəsi şifahi məhkəmə baxışı iclasında verdiyi izahatında cavabdeh tərəfindən verilmiş xx.xx.N0N0-ci il tarixli 1/Z-1N550 nömrəli imtina məktubunu N0N0-ci ilin dekabr ayının sonlarında aldığını və bundan sonra məhkəməyə müraciət etdiyini bildirərək müddətin ötürülməmiş hesab edilməsini xahiş etmiş, cavabdeh tərəfindən müddətin ötürülməsi mübahisələndirilməmişdir. «İnzibati İcraat Haqqında» Azərbaycan Respublikasının Qanununun 6N.3-cü maddəsinə əsasən Qanunun 6N.N-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.N0N0-ci il tarixli, 1/Z-1N550 nömrəli imtina məktubundan görünür ki, iddiaçının cavabdehə ünvanladığı sənədlərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində «Veteran adlarının və X1 üzrə komissiya»nın xx.xx.N0N0-ci il tarixli iclasında baxılmış və 69N nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. İddiaçıya məxsus xx.xx.N003-cü il tarixli AO ******* nömrəli hərbi biletin 3-cü və 4-cü səhifələrində iddiaçının xx.xx.N003-cü il tarixli N96 nömrəli əmrlə N saylı hərbi hissəyə daxil olması, xx.xx.N004-cü il tarixli 1NN nömrəli əmrlə hərbi hissənin siyahısından çıxarılması, xx.xx.N004-cü il tarixli N05 nömrəli əmrlə N saylı hərbi hissəyə daxil olması, xx.xx.N005-ci il tarixli N nömrəli əmrlə hərbi hissənin siyahısından çıxarılması, xx.xx.N014cü il tarixli əmrlə N saylı hərbi hissəyə daxil olması, xx.xx.N014-cü il tarixli əmrlə hərbi hissənin siyahısından çıxarılması, xx.xx.N014-cü il tarixli 069əç nömrəli əmrlə N saylı hərbi hissəyə daxil olması, xx.xx.N017-ci il tarixli 053əç nömrəli əmrlə hərbi hissənin siyahısından çıxarılması qeyd olunmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissənin komandirinin xx.xx.N016-cı il tarixli 91 nömrəli nizami hissə üzrə əmridən çıxarışdan görünür ki, İddiaçı Döyüş Tapşırığını yerinə yetirmək üçün ön xəttdə düşmən hücumunun qarşısını almaq məqsədilə 1-ci divizionun şəxsi heyətinin daimi dislokasiya məntəqəsindən çıxarılaraq Tərtər rayonu Qaradağlı kəndində yerləşdiyi üçün 1-ci divizionun qazan təminatına əlavə edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissənin komandirinin xx.xx.N016-cı il tarixli 144 nömrəli nizami hissə üzrə əmridən çıxarışdan görünür ki, İddiaçı Döyüş Tapşırığını yerinə yetirmək üçün döyüş təyinatlı rayona getmiş 1-ci divizionun hərbi qulluqçusu kimi xx.xx.N016-cı il tarixdən hərbi hissənin daimi dislokasiya məntəqəsinə, Goran hərbi şəhərciyinə getmiş hesab edilmişdir. İş materiallarında olan Silahlı Qüvvələrin Baş XN bölməsi tərəfindən verilmiş xx.xx.N016-cı il tarixli 66N8 nömrəli epikrizdən çıxarışda göstərilmişdir ki, İddiaçı Diaqnoz: sol qamış sümüyünün distal metafizinin osteoxondroması, yanaşı xəstəlikləri: hər iki gözün pinqvekulası, görmə itiliyi 1.0 olmaqla 14, 16, N4, N5-ci dişlərin kariyesi, daxil olarkən şikayətləri: sol baldır nahiyəsində olan ağrılardan, Anamenzi: Deməsinə görə özünü 4-5 aydır ki, xəstə hesab edir, xəstəliyinin səbəbini əlaqələndirə bilir. xx.xx.N016-cı il tarixdə N30 nömrəli h/h-də müayinə olunmuş və ixtisaslı müayinə və müalicə eçen SQ BKH-na yazılmışdır. xx.xx.N016-cı il tarixdə SQ BKH-da müayinə olunmuş və N30 nömrəli h/h-də konservativ müalicə təyin olunmuşdur. xx.xx.N016-cı il tarixdə xəstəyə SQ BKH-nın baş cərrahının baxışı olmuş və SQ BKH-ya köçürülməsi məsləhət görülmüşdür. Xəstəyə xx.xx.N016-cı il tarixdə SQ BKH-na göndərilmişdir və ortopediya bölməsinə qəbul olunmuşdur. Xəstəyə cərrahi əməliyyatın icrasından imtina etmişdir və konservativ müalicə təyin olunmuşdur. Müayinələr: Qanın ümumi klinik analizi (xx.xx.N016), sidiyin ümumi klinik analizi (xx.xx.N016), qanın biokimyəvi analizi (xx.xx.N016), qanın immunoloji analizi (xx.xx.N016), EKQ (xx.xx.N016) norma daxilindədir. DQOF (xx.xx.N016) – norma daxilindədir. Sol qamış sümüyünün (xx.xx.N016) R-da: qamış sümüyünün distal metafizində = 4.0*3.0 mm ölçüdə osteoxondroması aşkar edilir. Müalicələr: Rejim, pəhriz, vitamin və ağrıkəsici təyin olunmuşdur. Xəstəyə cərrahi əməliyyatın icrasından imtina etmişdir və konservativ müalicə təyin olunmuşdur. Xəstəliyin gedişi və yazıldığı gün xəstənin vəziyyəti. Xəstənin vəziyyəti kafidir. Xəstənin HHK-a təqdim edilməsi. Xəstənin sənədləri HHK-na təqdim olunmadı. Tövsüyyələr: Ağır fiziki işlərdən və idman məşqlərindən azad edilməsi məsləhət görülmüşdür. Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindənçıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, N16 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Yuxarıda göstərilən normanın tələbinə görə, müharibə veteranı adı 1994-cü il 1N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara verilir. Göründüyü kimi, qanunvericiliklə müharibə veteranı adı verilən şəxslərin dairəsi imperativ olaraq qeyd edildiyindən, 1994-cü il 1N may tarixindən sonra xidmət keçmiş iddiaçının isə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması müəyyən olunmadığından, o, yuxarıda istinad edilən Əsasnamədə nəzərdə tutulan şəxslərin dairəsinə aid edilmir. Belə olan halda, iddiaçının cavabdehə qarşı hazırkı məzmunda tələbi təmin oluna bilməz. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddiaçının xəstəlik tarixçəsində xəstəliyi döyüş tapşırığının icrası ilə bağlı olmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti N5N) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-416/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-416/2021
05.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver