Məhkəmə qərarları › İş №2-1(114)-4162/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4162/2025

10.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4162/2025 10.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Məmmədova Ərkinaz Kamal qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə Nazim oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmrinin ləğv edilməsi və işə bərpa edilmə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: 17 dekabr N0N4-cü il tarixli Xəbərdarlığa (Qanun pozuntusuna yol verməkdən çəkindirmək haqqında) əsasən baş gizir İddiaçı Ağdam Hərbi prokuroru ədliyyə polkovniki tərəfindən Ağdam Hərbi prokurorluğunda barəsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, N nömrəli hərbi hissəsinin maddi-texniki təminat taqımının yeməkxana rəisi vəzifəsində xidmət edərkən N0N3-cü ilin sentyabr ayında Bərdə rayonu ərazisində özgə əmlakını ələ keçirmək məqsədilə vətəndaş Günel Məmmədovanı işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 500 manat məbləğində pul alıb ələ keçirməklə dələduzluq etdiyindən, bununla da o, Azərbaycan Respublikası Silahlı X1 İ fəslin 1-ci bəndinin tələblərini kobud şəkildə pozmuşduğundan, göstərilənlərə əsasən, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun N1-ci və NN-ci maddələrinin tələblərini rəhbər tutaraq, xəbərdarlıq edilmişdir. Cavabdeh komandirinin N yanvar N0N5-ci il tarixli, N nömrəli N nömrəli hərbi hissədə aşkar olunmuş qanun pozuntuları və təqsirkar şəxslərin cəzalandırılması haqqında əmrinə əsasən N nömrəli hərbi hissənin maddi-texniki təminat taqımının yeməkxana rəisi gizir İddiaçı qanunsuz hərəkətləri ilə əlaqədar Ağdam hərbi prokurorluğunda apanlan araşdırmanın nəticələrinə dair daxil olan 17 dekabr N0N4-cü il tarixli 3-3-170/N- 0459/N0N4 nömrəli təqdimata əsasən aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, N0N3-cü ilin sentyabr ayının sonlarında gizir İddiaçı xidmət mövqeyindən sui-istifadə etməklə Azərbaycan Respublikası müdafiə nazirinin 6 aprel N0N0-ci il tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları"nın tələblərini pozaraq vətəndaş XN onu həmin hərbi hissədə işə düzəldəcəyinə dair yalan vəd verməklə 500 manat pulunu alaraq dələduzluq etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, gələcəkdə belə halların təkrarlanmaması və təqsirkar şəxslərin cəzalandırılması məqsədilə Müdafiə Nazirliyinin Quru Qoşunları haqqında Əsasnamənin 5.6.7-ci yarımbəndini rəhbər tutaraq əmr edirəm: 1. Birlik, birləşmə və hərbi hissə komandirləri, tabelikdə olan hərbi hissələrdə və bölmələrdə möhkəm daxili intizamın yaradılması, hərbi nizamnamələrilə müəyyən edilmiş qayda-qanunun qorunub saxlanılması, hərbi qulluqçular tərəfindən korrupsiya və dələduzluq hallarına yol verilməsinin qarşısının alınması üçün qəti tədbirlər görülsün. N. Xidmət mövqeyindən tamah məqsədilə sui-istifadə edərək Azərbaycan Ordusunun nüfuzuna, xidmət etdiyi hərbi hissənin şərəfinə və döyüş şöhrətinə xələl gətirən qanunsuz hərəkətlərə yol verdiyinə görə N nömrəli hərbi hissənin maddi-texniki təminat taqımının yeməkxana rəisi gizir İddiaçı "Xidmət vaxtı başa çatmamış" ehtiyata buraxılsın. Xidməti xasiyyətnaməyə əsasən Baş gizir İddiaçı xx.xx.N019-cu il tarixdə N nömrəli hərbi hissənin maddi-texniki təminat taqımının yeməkxana rəisi vəzifəsinə təyin olunmuşdur. Xidmət etdiyi müddət ərzində özünü intizamlı və işgüzar bir hərbi qulluqçu kimi göstərməyə çalışsa da, buna nail ola bilməmişdir. Tutduğu vəzifənin məsuliyyətini dərk etmir, xidmətində daima nöqsanlara yol verir. Gündəlik fəaliyyətini hərbi qanunların və nizamnamələrin tələblərinə uyğun qurmağı bacarmır. Xidməti vəzifələrin icrası zamanı daima istiqamət verilməsinə ehtiyac duyur. Ona bildirilən iradlardan zəif nəticə çıxarır. Öz məqsədinə nail olmaq üçün bütün vasitələrə, o cümlədən qeyri-qanuni hərəkətlə əl atmaqdan çəkinmir. Hərəkəti və davranışları ilə şəxsi heyətin intizamına və mənəvipsixoloji vəziyyətinə mənfi təsir göstərir. Xidmət mövqeyindən tamah məqsədilə sui-istifadə edərək Azərbaycan Ordusunun nüfuzuna, xidmət etdiyi hərbi hissənin şərəfinə və döyüş şöhrətinə xələl gətirən qanunsuz hərəkətlərə yol vermişdir. Belə ki, xidmət zamanı hərbi qulluqçuların X4 kobud şəkildə pozaraq mülki vətəndaşa qarşı dələduzluq etmiş və 500 manat məbləğində pulunu mənimsəmişdir. Xidmətdə yol verdiyi qanun pozuntularına görə Ağdam Hərbi Prokurorluğunda araşdırılma aparılmış və ona qanun pozuntusuna yol verməkdən çəkindirmək haqqında “Xəbərdarlıq” verilmişdir. Müdafiə Nazirinin müavini - X3 N8 aprel N0N5-ci il tarixli №0N1gm nömrəli əmrindən çıxarışa əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə) və Azərbaycan Respublikası Silahlı X1 61 -ci maddəsinin “ə” bəndinə (xidmət vaxtı başa çatmamış ehtiyata buraxma) müvafiq olaraq, aşağıda adları çəkilən gizirlər həqiqi hərbi xidmətdən EHTİYATA BURAXİLSİNLAR: 5. Baş gizir İddiaçı, N nömrəli hərbi hissənin Maddi-texniki təminat taqımının yeməkxana rəisi. Cavabdeh komandirinin N yanvar N0N5-ci il tarixli N nömrəli əmrinə əsasən N nömrəli hərbi hissənin maddi texniki təminat taqımının yeməkxana rəisi baş gizir İddiaçı xidmət mövqeyindən sui-istifadə etməklə Azərbaycan Respublikası müdafiə nazirinin 6 aprel N0N0-ci il tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın tələblərini pozduğuna görə “Xidmət müddəti başa çatmamış” ehtiyata buraxılması barəsində yuxarı komandanlıq qarşısında vəsatət qaldırması ilə bağlı N nömrəli hərbi hissə komandirinə xx.xx.N0N5-ci il tarixli raportla müraciət olunmuşdur. xx.xx.N0N5-ci il tarixdə N nömrəli hərbi hissə tərəfindən iddiaçı ilə bağlaşma ləğv ediliyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün vəsatət qaldırılması üçün təqdimat hazırlanmışdır. Təqdimat onunla əsaslandırılmışdır ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edilərək) və İntizam Nizamnaməsinin 61 -ci maddəsinin “ə” bəndinə (xidmət müddəti başa çatmamış) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün təqdim olunur. Baş gizir İddiaçı xx.xx.N019-cu il tarixdən N nömrəli hərbi hissənin maddi-texniki təminat taqımının yeməkxana rəisi vəzifəsində xidmət edir. Xidmət etdiyi müddət ərzində özünü intizamlı və işgüzar bir hərbi qulluqçu kimi göstərməyə çalışsa da buna nail ola bilməmişdir. Tutduğu vəzifənin məsuliyyətini dərk etmir, xidmətində daima nöqsanlara yol verir. Gündəlik fəaliyyətini hərbi qanunların və nizamnamələrin tələblərinə uyğun qurmağı bacarmır. Xidməti vəzifələrin icrası zamanı daima istiqamət verilməsinə ehtiyac duyur. Ona bildirilən iradlardan zəif nəticə çıxarır. Öz məqsədinə nail olmaq üçün bütün vasitələrə, o cümlədən qeyri-qanuni hərəkətlə əl atmaqdan çəkinmir. Hərəkəti və davranışları ilə şəxsi heyətin intizamına və mənəvi-psixoloji vəziyyətinə mənfi təsir göstərir. Baş gizir İddiaçı xidmət zamanı hərbi qulluqçuların X4 kobud şəkildə pozaraq mülki vətəndaşa qarşı dələduzluq etmiş və 500 manat məbləğində pulunu mənimsəmişdir. Xidmətdə yol verdiyi qanun pozuntularına görə Ağdam Hərbi Prokurorluğunda araşdırılma aparılmış və ona qanun pozuntusuna yol verməkdən çəkindirmək haqqında “Xəbərdarlıq” verilmişdir. Xidmət mövqeyindən tamah məqsədilə sui-istifadə edərək Azerbaycan Ordusunun nüfuzuna, xidmət etdiyi hərbi hissənin şərəfinə və döyüş şöhrətinə xələl gətirən qanunsuz hərəkətlərə yol verdiyinə görə baş gizir İddiaçı Cavabdeh komandirinin xx.xx.N0N5-ci il tarixli N nömrəli əmri ilə "Xidmət vaxtı başa çatmamış ehtiyata buraxılsın” intizam cəzası verilmişdir. Bağlaşma ləğv edildiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə vəsatət qaldırılır. İddiaçı ilə söhbətləşmə həyata keçirilmiş və söhbət vərəqəsi tərtib olunmuşdur.Söhbət vərəqəsinin məzmunu ilə də müəyyən olunur ki, iddiaçı öz əməlini etiraf etmişdir və əməlindən peşmandır. N nömrəli hərbi hissə komandirinin N may N0N5-ci il tarixli, 1N9 nömrəli əmrindən çıxarışa əsasən Baş gizir İddiaçı, N nömrəli hərbi hissənin maddi texniki təminat taqımının yeməkxana rəisi Müdafie Nazirinin müavini X3 N8 aprel N0N5-ci il tarixli 0N1 gm nömrəli əmrinə əsasən "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanunun 41.0.10-cu maddəsinə və Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 61-ci maddəsinin "ə" bəndinə əsasən bağlaşma ləğv edilərək xidmət vaxtı başa çatmamış həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilməsi əmr edilmişdir. Təqdimat aidiyyəti vəzifəli şəxslərin iştirakı ilə müzakirə edilib qanun pozuntularının törədilməsinə kömək edən səbəb və şəraitin aradan qaldırılması üçün tədbirlər görülməsi, N nömrəli hərbi hissənin maddi-texniki təminat taqımının yeməkxana rəisi vəzifəsində, baş gizir hərbi rütbəsində xidmət edən İddiaçı Ordu sıralarından ehtiyata buraxılması məsələsinə baxılması üçün “gizirlərin şərəf məhkəməsinə” çıxarılması barədə Ağdam Hərbi Prokurorluğu tərəfindən xx.xx.N0N4-cü il tarixli təqdimat verilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müdafiə Nazirinin X3 N8 aprel N0N5-ci il tarixli 0N1 gm nömrəli əmrinin ləğv edilməsini və onun hərbi xidmətə bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1984-cü ildə Bərdə rayon, Kələntərli kəndində anadan olmuş, N010-cu ildən N0N5-ci ilədək qüsursuz hərbi xidmət keçmiş, hərbi xidməti 16 il 6 ay təqvim, 33 il güzəştlə olmuşdur, ailəlidir, himayəsində iki azyaşlı övladı vardır, hal-hazırda özü və həyat yoldaşı işləmir, heç bir gəlir yeri yoxdur. 44 günlük Vətən Müharibəsində iştirak etmişdir, müharibə veteranıdır, hərbi xidmət dövründə bir çox orden və medallarla təltif edilmişdir. Hərbi xidmətdə yeməkxana rəisi vəzifəsində olarkən yeməkxana avadanlıqlarının təmiri ilə əlaqədar yeməkxana işçisi Məmmədova Güneldən 300 manat borc pul almış, sonradan onun xəbəri olmadan Məmmədova Günel ondan yuxarı komandanlığa şikayət etmişdir, bu zaman o, borcu qaytarmışdır. Lakin sonradan ona məlum oluşdur ki, Müdafiə Nazirinin X3 N8 aprel N0N5-ci il tarixli 0N1 gm nömrəli əmrinə əsasən ehtiyata buraxıldım və bu barədə hərbi hissə komandirinin N may N0N5-ci il tarixli 1N9 nömrəli əmri ona təqdim edilmişdir. O, hərbi xidmətdən ehtiyata buraxılmaq istəmirdi, çünki uzun müddət xidməti vardır və pensiya hüququnun yaranmasına qısa müddət qalmışdır. Bu səbəbdəndə hesab edir ki, Müdafiə Nazirinin X3 N8 aprel N0N5-ci il tarixli 0N1 gm nömrəli əmri ləğv edilməli və o, hərbi xidmətə bərpa edilməsi qanuna müvafiq hesab edilməlidir. Cavabdeh orqanın iddiaya qarşı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin Quru Qoşunları komandanlığı iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, N nömrəli hərbi hissənin maddi-texniki təminat taqımının yeməkxana rəisi gizir İddiaçı qanunsuz hərəkətləri ilə əlaqədar Ağdam hərbi prokurorluğunda aparılan araşdırmanın nəticələrinə dair daxil olan 17 dekabr N0N4-cü il tarixli 3-3-170/N- 0459/N0N4 nömrəli təqdimata əsasən aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, N0N3-cü ilin sentyabr ayının sonlarında gizir İddiaçı xidmət mövqeyindən sui-istifadə etməklə Azərbaycan Respublikası müdafie nazirinin 6 aprel N0N0-ci il tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları’nın tələblərini pozaraq vətəndaş XN onu həmin hərbi hissədə işə düzəldəcəyinə dair yalan vəd verməklə 500 manat pulunu alaraq dələduzluq etmişdir. Müdafiə nazirinin müavini - X3 xx.xx.N0N5-ci il tarixli N nömrəli əmri ilə gizir İddiaçı “Xidmət vaxtı başa çatmamış ehtiyata buraxma” intizam cəzası elan olunmuş, Müdafiə nazirinin müavini - X3 xx.xx.N0N5-ci il tarixli 0N1 gm nömrəli əmr ilə ehtiyata buraxılmış, N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N5-ci il tarixli 1N9 nömrəli nizami hissə üzrə əmri ilə şəxsi heyətin siyahısından çıxarılaraq SHXÇDX-ın Bərdə rayon şöbəsinə göndərilmişdir. Gizir İddiaçı korrupsiya hüquq pozmasına yol verməsi tam olaraq təsdiqini tapmış, Ağdam hərbi prokurorluğundan daxil olan 17 dekabr N0N4-cü il tarixli 3-3-170/N-0459/N0N4 nömrəli təqdimatı əsasında Müdafiə nazirinin müavini - X3 xx.xx.N0N5-ci il tarixli 0N1gm nömrəli əmri ile qanuni olaraq ehtiyata buraxılmışdır. İş materiallarına əlavə edilmiş xidməti xasiyyətnamədən görünür ki, gizir İddiaçı xidmət etdiyi müddət ərzində nizam-intizamsız hərbi qulluqçu kimi xarakterizə olunmuş, həmçinin işə əlavə edilmiş xidməti vərəqədən görünür ki, o dəfələrlə intizam qaydasına cəzalandırılmışdır. Hərbi vəzifənin və hərbi xidmətkeçmenin hüquqi tənzimlənmə qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanunu və "Hərbi xidmətkeçmə haqqında Əsasnamə” ilə müəyyən edilir. Hərbi xidmətə daxil olma və hərbi xidmətdən buraxılma da həmin qanunvericilik aktları ilə tənzimlənir. “Hərbi xidmətkeçəme haqqında Əsasname”nin 165-ci maddəsinə əsasən ehtiyata ve ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə Nazim oğlu məhkəmə iclasına gəlmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında əməlindən peşman olduğunu zərərçəkən şəxslə barışdığını bildirərək, iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əsl Cavabdeh ilə əvəz olunmasını və N01 saylı hərbi hissə komandirinin N yanvar N0N5-ci il tarixli N nömrəli əmrinin ləğv edilməsini və onun hərbi xidmətə bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmiş,ərizə inzibati məhkəmə icraatəna qəbul edilmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə Nazim oğlu məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 3N.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.N-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddətə riayət edilmişdir. Belə ki, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılması barədə əmr N yanvar N0N5-ci il tarixdə olsa da, iddiaçı 7 may N0N5-ci il tarixədək xidmətdə olmuş, N may N0N5-ci il tarixli əmr ilə şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılmışdır.İddiaçı tərəfindən məhkəməyə ərizə xx.xx.N0N5-ci il tarixdə daxil olmuşdur. Belə olduğu halda iddiaçı tərəfindən qanunla müəyyən edilmiş prosessual müddət ötürülməmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 40.3. Zabitlər, gizirlər və miçmanlar müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə” Maddə 156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi cavabdehin N yanvar N0N5-ci il tarixli N nömrəli əmrinin ləğv edilib onun əvvəlki işinə bərpa olunmasından ibarətdir. İş üzrə materiallardan görünür ki, Azərbaycan Respublikası müdafiə nazirinin 6 aprel N0N0-ci il tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları"nın tələblərini pozmasına istinadən mübahisələndirilən əmri qəbul etmişdir. Təqdimat aidiyyəti vəzifəli şəxslərin iştirakı ilə müzakirə edilib qanun pozuntularının törədilməsinə kömək edən səbəb və şəraitin aradan qaldırılması üçün tədbirlər görülməsi, N nömrəli hərbi hissənin maddi-texniki təminat taqımının yeməkxana rəisi vəzifəsində, baş gizir hərbi rütbəsində xidmət edən İddiaçı Ordu sıralarından ehtiyata buraxılması məsələsinə baxılması üçün “gizirlərin şərəf məhkəməsinə” çıxarılması barədə Ağdam Hərbi Prokurorluğu tərəfindən xx.xx.N0N4-cü il tarixli təqdimat verilmişdir. Məhkəmə qeyd edir ki, bu yuxarıda istinad edilən normaya görə, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Hazırkı mübahisəyə dair iş üzrə materiallardan görünür ki, Azərbaycan Respublikası müdafiə nazirinin 6 aprel N0N0-ci il tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları"nın tələblərini pozaraq vətəndaş XN onu həmin hərbi hissədə işə düzəldəcəyinə dair yalan vəd verməklə 500 manat pulunu alaraq dələduzluq etməsi müəyyən olunmuş və həmin hal iddiaçı tərəfindən təkzib edilməmişdir. Bunun üzərindən cavabdeh tərəfindən aparılmış intizam icraatının nəticəsi olaraq iddiaçı barəsində mübahisələndirilən əmr qəbul edilmişdir. Hərbi xidmətin spesifik xarakterə və təbiətə malik olduğu və bunun üzərindən hərbi qulluqçuların hərbi intizama tabe olduqları nəzərə alınmalıdır. Nəzərə almaq lazımdır ki, hərbi intizam bütün hərbi qulluqçular tərəfindən qanunlarda və hərbi nizamnamələrdə müəyyən olunmuş davranış qaydalarına ciddi riayət olunmasını nəzərdə tutur. Hərbi intizam Azərbaycan Respublikasının müdafiəsi üçün hər bir hərbi qulluqçunun xidməti borcunun və şəxsi məsuliyyət daşıdığının şüurlu şəkildə dərk olunmasına əsaslanır. Hərbi intizam hər bir hərbi qulluqçunu: Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, hərbi andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, komandirlərin (rəislərin) əmr və sərəncamlarına sözsüz tabe olmağa; hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə – mətinliklə tab gətirməyə, hərbi borcunu yerinə yetirərkən, öz qanını və hətta həyatını belə əsirgəməməyə; hərbi və dövlət sirlərini möhkəm saxlamağa; namuslu və doğruçu olmağa, hərbi işi vicdanla öyrənməyə, ona tapşırılan silahı, döyüş texnikasını və digər texnikanı, hərbi əmlakı və xalq əmlakını hər vasitə ilə qorumağa; komandirlərə (rəislərə) və böyüklərə hörmət etməyə, əsgəri nəzakət və salamvermə qaydalarına əməl etməyə; hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmağa, ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyə məcbur edir (Azərbaycan Respublikası Silahlı X1 1-3-cü maddələri). “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”na əsasən: 1.1 Azərbaycan Ordusunun hər bir hərbi qulluqçusu Vətənə, xalqa sədaqət ruhunda xidmət etməli, xidmətdə və gündəlik həyatda qanunçuluq , cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi yüksək əxlaqi davranış, peşakarlıq və səmimiyyət prinsiplərin rəhbər tutmalıdır. 1.2 Azərbaycan Ordusunun hərbi qulluqçuları X4 (bundan sonra Davranış Qaydaları) dərindən öyrənməli, onun tələblərinə əməl etməli, Davranış Qaydalarında müəyyən olunmuş normaların pozulması halları ilə rastlaşdıqda, onların aradan qaldırılması üçün təşəbbüs göstərməli, zərurət yarandıqda bu haqda aidiyyəti üzrə yuxarı komandanlığa məlumat verilməlidir. 6.1.Xidməti vəzifələrinin icrası zamanı qərar qəbul edərkən prinsipal, qərəzsiz, səmimi, obyektiv, hər hansı kənar təsirlərdən uzaq və özünə qarşı tələbkar olamlıdır. Digər şəxslər tərəfindən onun xidməti vəzifələrinin icrasına qanunsuz müdaxilə cəhlərinin qarşısının alinmasında qətiyyət nümayiş etdirməli, bunun müqabilində ona maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, onlardan imtina etməlidir. Maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər ondan asılı olmayan səbələrdən verilərsə, bu barədə komanda üzrə məruzə etməli və onları akt üzrə yuxarı komandanlığa təhvil verməlidir. 6.N.Xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya buna şübhələr yaradan və ya vəzifəsinin icrası müqabilindəki mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri nə ozü, nə də digər şəxslər üçün tələb və qəbul etməməlidir. Hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəisinin rəyini öyrənməlidir. Bu qayda xidməti vəzifələrinin qərəzsiz icrasına təsir etməmək şərtilə sadə qonaqpərvərliklə bağlı və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında “ Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir. 8.5.İcrasının mümkün olmayacağını qabaqcadan bildiyi (və ya bilməli olduğu) öhdəlikəri (borc pul, kirayə və s.) üzərinə götürməməli, götürdüyü öhdəlikləri isə müəyyənləşdirilmiş şərtlərə uyğun icra etməli, habelə hərbi vəsiqəsini və ya əmək haqqı kartını kənar şəxslərə verməməlidir (girov qoymamalıdır) Hazırkı mübahisəyə dair iş üzrə iddiaçı tərəfindən “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın 6-cı bəndində təsbit olunmuş davranış qaydalarını pozaraq digər şəxslər tərəfindən onun xidməti vəzifələrinin icrasına qanunsuz müdaxilə cəhlərinin qarşısının alinmasında qətiyyət nümayiş etdirməli, bunun müqabilində ona maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, onlardan imtina etməli olduğu halda bunu etməmiş iddiaçının davranışı “Azərbaycan Ordusunun hərbi qulluqçularının X4n 6-cı bəndində təsbit olunmuş davranış qaydalarının pozulması kimi qiymətləndirilməlidir. Göründüyü kimi, iddiaçı tərəfindən “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın pozuntusuna yol verilmişdir. Belə ki, iş materialları və o cümlədən iddiaçı öz izahatı ilə də əməlini etiraf etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının izahatında qeyd etdiyi hal iddiaçı tərəfindən “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın 6-cı bəndinin pozulmasını istisna edən hal deyildir. Beləliklə, mübahisələndirilən əmrin qanuna zidd olduğu müəyyən edilmədiyindən iddiaçı hazırkı tələbində haqlı sayıla bilməz. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar