Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4172/2024 26.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı qərarın ləğvi və müddətsiz İİ dərəcə əlilliyin ləğv olunduğu vaxtdan bərpa edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı cavabdeh orqanın xx.xx.2022-ci il tarixli **********6 nömrəli qərarının onun tam reabilitasiya olunmasına dair hissədə ləğv edilməsi və ona xx.xx.2004-cü il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz təyin edilmiş ikinci dərəcə əlilliyin ləğv olunduğu vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, N05) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.N992-ci il tarixli 248 nömrəli Xəstəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağ ağciyərin birinci və ikinci seqmentinin infiltrativ vərəmi, sorulma və bərkimə fazasında. VB (+)” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 967 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı hərbi xidmət dövründə aldığı xəstəlik ilə əlaqədar, xx.xx.N992-ci ildə MN MHH-da terapiya profilli hərbihəkim komisiyası tərəfindən tibbi şəhadətləndirilmişdir. Ona təyin edilmiş diaqnoz "sağ ağciyərin İ, İİ Seqmentinin infiltrativ vərəmi sorulma və bərkimə mərhələsində BK (+) müsbət”, xəstəliyə görə keçmiş SSRİ Müdafiə Nazirliyinin N987-ci il tarixli 260 saylı əmri qüvvədə olmuş, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” "Xəstəliklər cədvəlinin” 22 “a“ maddəsinin İ qrafasına əsasən “Hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız” sayılmışdır və xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmiş və rəy Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin" 7.2-ci bəndinin “ç” yarımbəndinə əsasən " Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” rəyinə uyğundur və dəyişdirilməsi üçün əsas yoxdur.
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tədqiqat X2 iddiaçıya verdiyi xx.xx.2022-ci il tarixli N8367 nömrəli tibbi rəyində “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi. Orta ağır gedişli kəskinləşmə mərhələsi. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu” kimi qeyd edilmişdir.
4. xx.xx.2022-ci il tarixli NN4N7 nömrəli Spitometriya müayinəsinin nəticəsi “Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. Generalizə olunmuş bronxobstruksiya. FVC 49%, FEV N 5N% kimi qeyd olunmuşdur.
5. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Şərqi Zəngəzur regional filialı tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-N7- N/2-S-N5897/2024 nömrəli Arayışdan görünür ki, DSMF publik hüquqi şəxsinin Şərqi Zəngəzur regional filialından Pensiya Alt sistemində olan məlumata əsasən İİ dərəcəli əlilliyə görə xx.xx.N993-xx.xx.2022-ci il tarixlərdə aylıq məbləği 268.6N manat olmaqla əmək pensiyası təyin olunmuşdur və qanuna müvafiq ödəniş aparılmışdır.
6. Bakı Dəmir Yol Xəstəxanasının Endoskopik müayinə protokolundan görünür ki, iddiaçının qida borusu sərbəst keçirilir, selikli qişası çəhrayıdır, aşağı N/3 hissəsi hiperemikdir. Kardiya tam bağlanmır, 38 sm yerləşir. Mədənin divarları elastikdir, selikli qişası çəhrayıdır, ocaqlı hiperemikdir, mənfəzdə köpüklü selik və bulanıq öd var. Böyrək əyriliyinin büküşləri sərbəstdir, arxitektonkası pozulmayıb, ölçüləri bir qədər artıb. Antral nahiyəsi bir qədər artıb. Antral nahiyəsi formalaşır, selikli qişası çəhrayıdır, ocaqlı hiperemikdir, eroziyalar var. Prepilorik hissəsinin arxa divarında polip var, ölçüləri N.8x2.0 sm. Pilorus dairəvi formada qapanır, hiperemikdir. Onikibarmaq bağırsağın soğanaq hissəsinin forması dəyişməyib, selikli qişası çəhrayıdır, ocaqlı hiperemikdir, erozivdir.
7. Videokolonoskopiya müayinə nəticələrində qeyd edilmişdir ki, iddiaçının nazik bağırsağının terminal hissəsi, kor bağırsaq , qalxan kolon, qaraciyər əyriliyi (hepatic flexure), köndələn kolon , dalan əyriliyi (splenic flexure), enən kolon, siqmoid kolon, rektumun selikli qişası çəhrayı rəngli, büküşlər sərbəstdir. Anal kanalda hemorroy düyünləri qeyd olunmuşdur.
8. Videoezofaqoqastroskopiya müayinə nəticəsindən görünür ki, mədənin həcmi orta ölçülü olub, ön kəsici dişlərdən pilorusa qədər 70 sm-dir. Mədə tutumunda N00-N50 ml mədə möhtəviyyatı var. Fundus, korpus, subkardial, antral, pilorik hissə selikli qişa hiperemiyalıdır. Retrofleksiya baxışda kardia məngənəsi aparatı tam sarımır. Mədənin antral hissəsində arxa divarda N,5-N,7 sm ölçüsündə polipşəkilli törəmə qeyd olunur. Biopsiya. Mədədən incisura angularis-dən üreaza testi üçün bioptat götürülmüşdür. Pilorus oval formalıdır.
9. İddiaçı xx.xx.2004-cü il tarixində “Xroniki qastroduodenit tez-tez kəskinləşmələrlə. Xroniki qastrit. Fibroz kavernoz vərəm. T.Ç. İİ dərəcə. (XBT – Xİ sinif – Həzm sistemi xəstəlikləri – K20-K3N – Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri – K29 – Qastrit və duodenit – K29.7- Dəqiqləşdirilməmiş qastrit)” diaqnozu və “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə, xx.xx.20N4-cü il tarixdə eyni diaqnozla və “Ümumi xəstəlik” səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir.
10. Daha sonra xx.xx.2022-ci il tarixdə İddiaçı əlillik vəziyyəti yenidən qiymətləndirilmiş və Xroniki qastroduodenit tez-tez kəskinləşmələrlə. Xroniki qastrit. Fibroz kavernoz vərəm. T.Ç. İİ dərəcə. (XBT – Xİ sinif –Həzm sistemi xəstəlikləri – K20-K3N – Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri – K29 – Qastrit və duodenit – K29.7- Dəqiqləşdirilməmiş qastrit) diaqnozu ilə “xx.xx.2004-cü il tarixli müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə məlumatın X7 daxil edilməsi barədə və Tam reabilitasiya olması” barədə xx.xx.2022-ci il tarixli **********6 nömrəli qərar qəbul edilmişdir. II. Məhkəmədə icraat
11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, N993-cü ildən ona təyin olunmuş 2023-cü ilin yanvar ayına qədər aldığı pensiyanın bərpa olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, N0 noyabr N990-cı ildə SSRİ Silahlı Qüvvələrinə çağırılmış, bir müddət Kolininqrad vilayətində N8N saylı tank qoşunları hərbi hissəsində xidmət keçmişdir. N99N-ci ildə Azərbaycan müstəqillik əldə etdikdə öz şəxsi istəyi ilə xidmət etdiyi hərbi hissənin razılığı ilə Bakı şəhərinə 3NN saylı Hərbi hissəyə hərbi xidmətə gəlmişdir. Vətəninin dar günündə öz vətəninə xidmət etməyi qarşısına məqsəd qoymuş, Azərbaycan SSRİ-dən yenicə ayrılmış, İ Qarabağ müharibəsində hərbi xidmətdə olarkən xəstələnmiş və ağır travmalar alaraq uzun müddət hospitalda müalicə almışdır. Hospitalda həkimlər ona hərbi xidmətə yararsız olduğunu bildirərək, onu ordudan tərxis etmək istəmişlər. O isə sağalıb xidmətini davam etdirmək istəmişdir. Ancaq xəstəliyi sağalmadığınan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 07 noyabr N992-ci il tarixli qərarına əsasən hərbi xidmətini yerinə yetirən zaman aldığı ağır travmalara görə hərbi xidmətə yararsız sayılaraq xidmət etdiyi hərbi hissədən tərxis olunmuşdur. Bununla bağlı ona pensiya təyin olunmuş, N993-cü ildən bu günə qədər 270 manat məbləğində pensiya almışdır. N993-cü ildən 2004-cü ilə qədər hər il tibbi komissiyadan keçmişdir. 04 avqust 2004-cü il tarixli Tibbi Sosial Ekpertiza Komissiyasının 7576 saylı qərarı ilə müddətsiz (yəni ömürlük) əlillik təsdiqləndirilmişdir. Bilmədiyi səbəbə görə xx.xx.20N4-cü il tarixində 25 nömrəli Gəncə TSEK-də xəstəliyinin səbəbi hərbi deyil, ümumi göstərilmişdir. Bu yaxınlarda bu texniki səhvi bildikdə Gəncə TSEK-ə gedərək iradını onlara bildirmişdir. Onlar ona texniki səhv olduğunu bildirmiş, bu səhvi yalnız Bakı düzəldə bilər deyib onu Bakı şəhərinə göndərmişlər. Bu texniki səhvi düzəlmək üçün Bakı şəhərinə Tibbi Sosial Ekspertiza Komissiyasına gedərək müraciət etmiş, onlar ona bu texniki səhvi düzəldəcəklərinə söz versələr də, 2023-cü ilin yanvar ayından ümumi xəstəlik kimi qiymətləndirilərək 30 il bundan qabaq ona təyin olunmuş pensiyanı dayandırmışlar. Halbuki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 7 iyun N992-ci il tarixli, 967 nömrəli SHXÇ üzrə DX-nin Kəlbəcər rayon şöhəsinin rəisinə ünvanlanmış məktubdan da görünür ki, onda təyin edilmiş xəstəlik-diaqnoz: "sağ ağciyərin İ, İİ Seqmentinin infiltrativ vərəmi sorulma və bərkimə mərhələsində BK (+) müsbət”, xəstəliyə görə keçmiş SSRİ Müdafiə Nazirliyinin N987-ci il tarixli 260 saylı əmri qüvvədə olmuş, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” "Xəstəliklər cədvəlinin” 22 “a“ maddəsinin İ qrafasına əsasən “Hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız” sayılmışdır və xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmiş və rəy Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin" 7.2-ci bəndinin “ç” yarımbəndinə əsasən " Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” rəyinə uyğundur və dəyişdirilməsi üçün əsas yoxdur. O, N990-N993-cü illər hərbi xidmət dövründə aldığı xəstəliklərdən bu gün də əziyyət çəkir. Hətta ağ ciyərlərindəki xəstəliklər xroniki hal almış, hazırda bronxial astmaya çevirmiş və ağciyərlərin xroniki obstruktiv xəstəliklərindən əziyyət çəkir. Hətta N9 may 2008-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Neyrocərrahiyə Xəstəxanasında fəqərəarası diskin sağtərəfli yırtığı xəstəliyindən əməliyyat olunmuşdur. Ona əlillik dərəcəsi N992-ci ilin noyabr ayında rus həkimləri tərəfindən təyin edilmişdir. 30 il bundan qabaq ona təyin olunmuş əlillik və pensiya 20 il bundan qabaq müddətsiz, yəni ömürlük təyin edilmişdir.
13. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, əlilliyin bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-N(NN4)-2640/2023 nömrəli qərardadı ilə məhkəmənin icraatına qəbul edilmişdir.
14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-N(NN4)-N86/2024 nömrəli qərarı ilə (hakim Emin Axundov) iddia təmin edilmiş, İddiaçı müddətsiz əlilliyinin bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.
15. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- N(N04)-592/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-N(NN4)-N86/2024 nömrəli qərarı ləğv edilmiş və iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir.
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
17. Məhkəmənin hüquqi yardımına əsasən iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh orqanın 30 dekabr 2022-ci il tarixli, **********6 nömrəli qərarının onun tam reabilitasiya olunmasına dair hissədə ləğv edilməsi və xx.xx.2004-cü il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz təyin edilmiş ikinci dərəcə əlilliyin ləğv edildiyi vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
18. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş və iddia düzgün cavabdehə qarşı verilmişdir.
19. Hazırkı iddia İPM-in 2.2.N-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir.
20. İPM-in 2.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.N. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia).
21. İPM-ə görə: Maddə 32.N. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.N. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.N.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır.
22. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilib-verilməməsi yoxlanılmalıdır.
23. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir və iddia mümkün iddiadır.
24. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə iddiaçının yaşadığı yer üzrə baxılır. İddiaçının yaşayış yeri olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.20N9-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
25. Məhkəmə hazırkı iddianın mübahisələndirmə haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşadığı ünvanı nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
26. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
27. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
28. İddiaçı və cavabdehin nümayındəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
29. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 35 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: - Gəncə şəhər sakini xx.xx.N97N-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti xx.xx.2004-cü il tarixində Tibbi Sosial Ekspert Komissiyası tərəfindən “XR.Qastroduodenit tez-tez kəskinləşmələrlə. Xr.Qastrit. Fibroz kavernoz vərəm. T.Ç İl dərəcə” diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Lakin X7 səhvən xx.xx.20N4-cü il tarixindən ümumi xəstəlik ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı kimi daxil edilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.N992-ci il tarixli 248 nömrəli xəstəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağ ağciyərin birinci və ikinci seqmentinin infiltrativ vərəmi, sorulma və bərkimə fazasında. VB (+) müsbət” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ümumi xarakterli şikayətlər bildirmişdir. Müayinə zamanı boyu N77 sm, çəkisi 84 kq müəyyən edilmiş, auskultasiyada vezikulyar tənəffüs eşidilmiş, tənəffüs çatışmazlığı əlamətləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tədqiqat X3 xx.xx.2022-ci il tarixli, N8367 nömrəli tibbi rəyində diaqnoz “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi. Orta ağır gedişli kəskinləşmə mərhələsi. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. Generalizə olunmuş bronxobstruksiya FVC 49%, FEV N 5N%” kimi qeyd olunmuşdur. Anamnestik məlumatlarda və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar edilməmişdir. Nəticədə xx.xx.2004-cü il tarixli müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə məlumatın X7 daxil edilməsi barədə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin N3 may 2022-ci il tarixli N87 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-N(N02)- N403/2022 nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun N6.2-ci maddəsi).
30. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X5 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında təqdim etdiyi etirazda qeyd edilmişdir ki, vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.N992-ci il tarixli 248 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağ ağciyərin birinci və ikinci seqmentinin infiltrativ vərəmi sorulma və bərkimə fazasında. VB (+) müsbət diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ümumi xarakterli şikayətlər bildirmişdir. Müayinə zamanı boyu N77 sm, çəkisi 84 kq müəyyən edilmiş, auskultasiyada vezikulyar tənəffüs eşidilmiş, tənəffüs çatışmazlığı əlamətləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tədqiqat X3 xx.xx.2022-ci il tarixli N8367 nömrəli Tibbi rəyində diaqnoz “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi. Orta ağır gedişli kəskinləşmə mərhələsi.Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu” kimi xx.xx.2022-ci il tarixli NN4N7 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. Generalizə olunmuş bronxobstruksiya. FVC 49%, FEV N 5N%” kimi qeyd olunmuşdur. Anamnestik məlumatlarda və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar edilməmişdir. Nəticədə xx.xx.2004-cü il tarixli müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə məlumatın X7 daxil edilməsi barədə qərar və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin N3 may 2022-ci il tarixli N87 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N6 yanvar 2020-ci il tarixli NN nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsı Qaydası"nın və 2020-ci il N6 yanvar tarixli N2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın N.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissıyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentiyi ilə razılaşdırılaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son N2 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın N.5.N-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Gönərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilli qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
31. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
32. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında yazılı etirazda göstərilənləri müdafiə etdiyini bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
33. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.N992-ci il tarixli 248 nömrəli Xəstəlik haqqında şəhadətnaməsi; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Neyrocərrahlıq xəstəxanası Ambulator, stasionar xəstənin tibb kartasından epiqrizinin surəti; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 967 nömrəli məktubu; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tədqiqat X3 xx.xx.2022-ci il tarixli N8367 nömrəli Tibbi rəyi; - xx.xx.2022-ci il tarixli NN4N7 nömrəli Spitometriya müayinəsinin nəticəsi “Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. Generalizə olunmuş bronxobstruksiya. FVC 49%, FEV N 5N% kimi qeyd olunmuşdur. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Şərqi Zəngəzur regional filialı tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-N7- N/2-S-N5897/2024 nömrəli Arayış; - Bakı Dəmir Yol Xəstəxanasının Endoskopik müayinə protokolu; - Videokolonoskopiya müayinə nəticələri; - Videoezofaqoqastroskopiya müayinə nəticəsi; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin Tibbi-sosial ekspert Komissiyasının xx.xx.20220-ci il tarixli **********6 nömrəli qərarı; - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri; - Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Arxiv və Sosial Ödəniş İşçilərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının təqdim etdiyi İddiaçı pensiya işi üzrə icraat materialları.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
34. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
35. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.N992-ci il tarixli 248 nömrəli Xəstəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağ ağciyərin birinci və ikinci seqmentinin infiltrativ vərəmi, sorulma və bərkimə fazasında. VB (+)” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Bunun əsasında İddiaçı xx.xx.2004-cü il tarixində “Xroniki qastroduodenit tez-tez kəskinləşmələrlə. Xroniki qastrit. Fibroz kavernoz vərəm. T.Ç. İİ dərəcə. (XBT – Xİ sinif –Həzm sistemi xəstəlikləri – K20- K3N – Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri – K29 – Qastrit və duodenit – K29.7- Dəqiqləşdirilməmiş qastrit)” diaqnozu və “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə müddətsiz ikindi dəcərə əlillik təyin edilmişdir. Lakin həmin əlillik təyinatı barədə qərar qüvvədə olduğu halda, X7 səhvən xx.xx.20N4-cü il tarixdən eyni diaqnozla və “Ümumi xəstəlik” səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyinatı kimi daxil edilmişdir.
36. İddiaçı həmin halı 2022-ci ildə aşkar edərək, bu barədə cavabdeh orqana irad bildirmiş və bunun nəticəsi olaraq cavabdeh onu əyani müayinə edərək, xx.xx.2004-cü il tarixli müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə məlumatın X7 daxil edilməsi barədə və Tam reabilitasiya olması” barədə xx.xx.2022-ci il tarixli **********6 nömrəli qərar qəbul etmişdir.
37. Məhkəmə cavabdeh orqanın həmin hərəkətlərini qanunsuz sayır və aşağıdakıları qeyd edir.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N6 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd N.N. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd N.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd N.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il N3 may tarixli N87 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd N.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 3N-60 faizədək, 6N-80 faizədək və 8N-N00 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd N.NN. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici N0 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici N0 faiz artırılmaqla, ümumilikdə isə N00 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd N.N4. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
39. Göründüyü kimi, şəxsin əlilliyinin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin N6 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na uyğun həyata keçirilir və həmin Qaydaların 3.7-ci bəndində təsbit edilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
40. Hazırki işdə isə cavabdeh orqan iddiaçıya xx.xx.2004-cü il tarixdə müddətsiz təyin edilmiş ikinci dərəcə əlillik təyinatının düzgünlüyünü şübhə altına alan əsasların nədən ibarət olmasını, yəni iddiaçının əlillik vəziyyətinin təkrar qiymətləndirilməsinə və yenidən müayinəyə cəlb edilməsinə zərurət yaradan halların mövcud olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
41. Cavabdeh orqan iddiaçının özünün əlilliyinin səbəb əlaqəsinin düzgün müəyyən edilməsi barədə müraciəti üzrə əyani müayinə edərək, qərar qəbul etmişdir ki, bununla da yəni onun əlillik təyinatı barədə qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edilmədiyi halda, onun əlilliyinin yenidən qiymətləndirməsini həyata keçirməkdə haqlı olmamışdır.
42. Azərbaycan Respublikası Prezidentinin 20N5-ci il N6 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və XN görə: Bənd 3.N. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.N.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.
43. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə N4.N. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə N4.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.
44. Digər tərəfdən, qanunvericilik şəxsə əlilliyin təyin olunmasını birmənalı olaraq bu barədə səlahiyyətli orqan kimi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, inzibati orqan kimi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.N-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi barəsində əlillik təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir.
45. Hazırkı işin halları ilə bağlı isə qeyd olunan yuxarıda sadalanan xüsusatların mövcud olmaması ilə yanaşı iddiaçıya müddətsiz ikinci dərəcə əlillik təyin olunması barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarı – inzibati aktı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən (bunu təkzib edən dəlil və sübutlar təqdim edilməmişdir), «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinin tələblərinə görə hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır.
46. Lakin məlum olur ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan Dövlət Tibbi-Sosial Ejspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya müddətsiz ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar ləğv edilmədən, onun “Tam reabilitasiya olunması” barədə qərar qəbul etmişdir.
47. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
48. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.N. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
49. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin Tibbi-sosial ekspert komissiyasının 30 dekabr 2022-ci il tarixli qərarı İddiaçı “Tam reabilitasiya olunması” hissəsində ləğv edilsin. İddiaçı xx.xx.2004-cü il tarixdə müddətsiz təyin edilmiş ikinci dərəcə əlilliyinin ləğv olunduğu tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva