Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4181/2025 28.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, üçüncü şəxs X8 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Daşkəsən rayonu Zağalı kənd soveti tərəfindən xx.xx.1986-cı il tarixdə tərtib edilmiş 3 nömrəli nikah haqqında akt qeydində iddiaçının ata adına düzəliş edilərək “Məmmədəli” adının “Məhəmmədəli kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Məhkəmə mübahisəsi:
1. İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1963-cü il tarixdə Daşkəsən rayonu, Xoşbulaq kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatda olmaqla yaşayır.
2. İddiaçı (İddiaçı Məmmədəli kimi qeyd edilmişdir) xx.xx.1986-cı il tarixdə X17 ilə Daşkəsən rayonu Zağalı kənd sovetində nikahlarını rəsmiləşdirmiş, bu barədə 3 nömrəli nikahın bağlanması haqqında akt qeydi tərtib edilmişdir.
3. İddiaçı nikah haqqında akt qeydində düzəliş edilməsi barədə xx.xx.2025-ci il tarixdə ərizə ilə Cavabdehnə (bundan sonra mətndə - cavabdeh) müraciət etmişdir.
4. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-16-5/8-69-219/2025 nömrəli məktubunda bildirmişdir ki, iddiaçının atasının adında uyğunsuzluq aşkar edildiyinə görə ərizənin tərəfindən təmin edilməsi mümkün deyildir. Belə ki, Daşkəsən İHBnın Zağalı İƏDÜN-yi tərəfindən tərtib olunmuş xx.xx.1986- cı il tarixli 03N-li nikah haqqında akt qeydində iddiaçının atasının adı "Məmmədəli" qeyd edilmiş, iddiaçının təqdim etdiyi sənədlərdə isə ata adı "Məhəmmədəli" qeyd edilmişdir. Həmçinin, iddiaçı barəsində Daşkəsən İHB-nın Zağalı İƏDÜN-yi tərəfindən tərtib olunmuş xx.xx.1963-cü il tarixli 28N-li doğum haqqında akt qeydində atasının adı "M.Əli" qeyd edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir,aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Göstərilənlərə əsasən nikah və doğum haqqında akt qeydlərində dəyişiklik edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edilməsində hüquqi yardım göstərilməsini təklif edərək məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir.
5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası Maraqlı şəxs adının iddiaçının arvadı ilə nikah haqqında şəhadətnamədə “Məmmədli” adı dəyişdirilərək “Məhəmmədəli” kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. Məhkəmə iclasında iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Daşkəsən rayonu Zağalı kənd soveti tərəfindən xx.xx.1986-cı il tarixdə tərtib edilmiş 3 nömrəli nikah haqqında akt qeydində iddiaçının ata adına düzəliş edilərək “Məmmədəli” adının “Məhəmmədəli kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası Maraqlı şəxs bütün sənədlərində, iddiaçının şəxsiyyət vəsiqəsində, oğlunun doğum haqqında şəhadətnaməsində atası qrafakasında, doğum haqqında şəhadətnaməsində, mərhumun ölüm haqqında şəhadətnamədə Məhəmmədəli kimi yazılmış, yalnız iddiaçının arvadı X17 ilə nikah haqqında şəhadətnamədə Məmmədəli kimi yazılmışdır. İddiaçının atası xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İddiaçı cavabdehə müraciət edərək arvadı ilə onun nikah haqqında şəhadətnaməsində iddiaçının atasının adı Məmmədəli dəyişdirilərək Məhəmmədəli kimi yazılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli, 3-165/8- 69-219/2015 nömrəli cavab imtinasında məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.
9. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianın təmin olunmasını xahiş etmiş, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, Zahid Məmmədovun, Yaşar Məmmədovun, Etibar Məmmədovun, Yusif Məmmədovun qardaşları, Rahilə Məmmədovanın, İlhamə Məmmədovanın bacısı olduğunu, hazırda həyat yoldaşına pensiya təyin edilməsi ilə bağlı müvafiq orqanlara müraciət edən zaman onlara nikah akt qeydində düzəliş edilməli olduğu bildirilmişdir.
10. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi).
11. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X17 iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına qəbul olunmuşdur.
12. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə sorğusu əsasında əldə edilən sənədlərə əsasən:
13. Elektron Məhkəmə Sorğu Sistemdəki məlumatlara əsasən iddiaçıya ilk dəfə xx.xx.2006-cı il tarixdə AZE seriyalı 04229934 nömrəli, xx.xx.2013-cü il tarixdə isə AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi verilmiş, hər iki şəxsiyyət vəsiqəsində iddiaçının ata adı “Məhəmmədəli” kimi qeyd edilmişdir.
14. X45 xx.xx.1998-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, bu barədə xx.xx.1998ci il tarixdə 1345 nömrəli doğum akt qeydi tərtib edilmiş, ata qrafasında İddiaçı, ana qrafasında X17 qeyd edilmişdir.
15. 1933-cü il təvəllüdlü Maraqlı şəxs xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, Kəpəz rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydlərində xx.xx.2024-cü il tarixdə 464 nömrəli akt qeydi tərtib edilmişdir. Ölüm barədə məlumat verən X11 olmuşdur.
16. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-16-5/52-57448/2025 nömrəli məktubuna əsasən "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı M.Əli oğlunun doğumunun nikahı olmayan anadan olmuş uşağın doğumu kimi Daşkəsən rayonunun Zağalı icra nümayəndəliyində qeydə alındığı və ana haqqında məlumat qrafasında X24 dair məlumatın göstərildiyi müəyyən edilmişdir. Məmmədov X15 Mənzər Nəriman qızı ilə xx.xx.1986-cı ildə həmin icra nümayəndəliyində nikaha daxil olmuşdur. Bu nikahdan doğulmuş xx.xx.1986-cı il təvəllüdlü Lamiyə Məmmədovanın, xx.xx.1987-ci il təvəllüdlü Raimə Məmmədovanın doğumu adıçəkilən icra nümayəndəliyində, xx.xx.1998-ci il təvəllüdlü Əli Məmmədovun doğumu isə Gəncə şəhər qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. X1 Zöhrə Xəlil qızı ilə xx.xx.1957-ci ildə, X38 ilə növbəti nikaha isə xx.xx.1962-ci ildə Daşkəsən rayonun Zağalı icra nümayəndəliyində daxil olmuşdur. Valideynləri Maraqlı şəxs ilə X37 olan xx.xx.1965-ci təvəllüdlü Zahid Məmmədovun, xx.xx.1967-ci il təvəllüdlü Rahilə Məmmədovanın, xx.xx.1969-cu il təvəllüdlü Yaşar Məmmədovun, xx.xx.1971-ci il təvəllüdlü Etibar Məmmədovun, xx.xx.1977-ci il təvəllüdlü İlhamə Məmmədovanın doğumunun Daşkəsən rayonun Zağalı icra nümayəndəliyində, xx.xx.1975-ci il təvəllüdlü Yusif Məmmədovun doğumunun isə Cavabdehndə qeydə alındığı məlum olmuşdur. Atası Maraqlı şəxs anası X39 olan xx.xx.1965-ci il təvəllüdlü Mənzər Məmmədovanın və xx.xx.1970-ci il təvəllüdlü Səbuhi Məmmədovun doğumu da sözügedən icra nümayəndəliyində qeydə alınmışdır.
X28 aid hissədə
17. Daşkəsən rayonunda qulluqçu vəzifəsində işləyən 26 yaşlı Mamedov (Məmmədov) Məhəmmədəli Abbasəli oğlu ilə 23 yaşlı evdar X37 nikahlarını xx.xx.1957-ci il tarixdə bağlamış, bu barədə Daşkəsən rayonu Zağalı kənd sovetində 14 nömrəli evlənmə haqqında akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə Mamedov, arvada Paşayeva soyadı verilmişdir.
18. X12 xx.xx.1958-ci il tarixdə Daşkəsən rayonu, Xoşbulaq kəndində anadan olmuş, bu barədə xx.xx.1958-ci il tarixdə doğum akt qeydi tərtib edilmiş, ata qrafası boş olmuş, ana qrafasında kolxozçu 23 yaşlı X37 qeyd edilmişdir. Bu uşaq da daxil olmaqla valideynin 2 sağ uşağı var.
19. X16 xx.xx.1960-cı il tarixdə Daşkəsən rayonu, Xaçbulaq kəndində anadan olmuş, bu barədə xx.xx.1960-cı il tarixdə 87 nömrəli doğum akt qeydi tərtib edilmiş, ata qrafasında Daşkəsən rayonu, Xoşbulaq kəndində kolxozçu işləyən 27 yaşlı X3, ana qrafasında Daşkəsən rayonu, Xoşbulaq kəndində kolxozçu işləyən 25 yaşlı X40 qeyd edilmişdir. Akt qeydi tərtib edilərkən xx.xx.1958-ci il tarixdə verilmiş İ-ИE seriyalı, 095506 nömrəli evlənmə şəhadətnaməsi göstərilmişdir. Bu uşaq da daxil olmaqla valideynlərin 3 sağ uşağı var.
20. İddiaçı M.Əli oğlu (iddiaçı) xx.xx.1963-cü il tarixdə Xaçbulaq kəndində anadan olmuş, bu barədə Xanlar rayonu, Zağalı kənd sovetində xx.xx.1963-cü il tarixdə 28 nömrəli doğum akt qeydi tərtib edilmiş, ata qrafası boş, ana qrafasında Füzuli adına kolxozda kolxozçu işləyən 28 yaşlı X35 qeyd edilmişdir. Xüsusi qeydlər bölməsində göstərilmişdir ki, ananın deməsinə görə Maraqlı şəxsƏli A.Əli oğlu uşağın atasıdır. Bu uşaq da daxil olmaqla valideynin 3 sağ uşağı var.
21. X13 xx.xx.1965-ci il tarixdə Xaçbulaq kəndində anadan olmuş, bu barədə xx.xx.1965-ci il tarixdə Zağalı kənd sovetində 22 nömrəli doğum akt qeydi tərtib edilmiş, ata qrafasında sovxozda fəhlə işləyən 32 yaşlı Maraqlı şəxs, ana qrafasında sovxozda fəhlə işləyən 28 yaşlı X37 göstərilmişdir. Akt qeydi tərtib edilərkən xx.xx.1957-ci il tarixdə verilmiş İ-ИE seriyalı, 095032 nömrəli evlənmə şəhadətnaməsi göstərilmişdir. Bu uşaq da daxil olmaqla valideynlərin 4 sağ uşağı var.
22. X4 xx.xx.1967-ci il tarixdə Xaçbulaq kəndində anadan olmuş, bu barədə xx.xx.1967-ci il tarixdə Daşkəsən rayonu Zağalı kənd sovetində 1 nömrəli doğum akt qeydi tərtib edilmiş, ata qrafasında Fizuli adına sovxozda fəhlə işləyən 34 yaşlı Maraqlı şəxs, ana qrafasında Fizuli adına sovxozda fəhlə işləyən 31 yaşlı X37 göstərilmişdir. Akt qeydi tərtib edilərkən xx.xx.1957-ci il tarixdə verilmiş İ-ИE seriyalı, 095032 nömrəli evlənmə şəhadətnaməsi göstərilmişdir. Bu uşaq da daxil olmaqla valideynlərin 5 sağ uşağı var.
23. X14 xx.xx.1969-cu il tarixdə Xaçbulaq kəndində anadan olmuş, bu barədə xx.xx.1969-cu il tarixdə Daşkəsən rayonu Zağalı kənd sovetində 50 nömrəli doğum akt qeydi tərtib edilmiş, ata qrafasında Fizuli adına sovxozda fəhlə işləyən 36 yaşlı Maraqlı şəxs, ana qrafasında Fizuli adına sovxozda fəhlə işləyən 34 yaşlı X37 göstərilmişdir. Akt qeydi tərtib edilərkən xx.xx.1957-ci il tarixdə verilmiş İ-ИE seriyalı, 095032 nömrəli evlənmə şəhadətnaməsi göstərilmişdir. Valideynlərin bundan əvvəl 6 sağ uşağı var.
24. X9 xx.xx.1971-ci il tarixdə Daşkəsən rayonu, Xaçbulaq kəndində anadan olmuş, bu barədə xx.xx.1971-ci il tarixdə 16 nömrəli doğum akt qeydi tərtib edilmiş, ata qrafasında Fizuli adına sovxozda fəhlə işləyən xx.xx.1933-cü il təvəllüdlü Maraqlı şəxs, ana qrafasında Fizuli adına sovxozda fəhlə işləyən xx.xx.1935-ci il təvəllüdlü X37 göstərilmişdir. Ata haqqında qeydinin əsası xx.xx.1957-ci il tarixdə verilmiş şəhadətnamə göstərilmişdir. Bu uşaq da daxil olmaqla valideynlərin 7 sağ uşağı var.
25. X11 xx.xx.1975-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuş, bu barədə xx.xx.1975-ci il tarixdə 105 nömrəli doğum akt qeydi tərtib edilmiş, ata qrafasında Fizuli adına sovxozda fəhlə işləyən 1933-cü il təvəllüdlü Maraqlı şəxs, ana qrafasında Fizuli adına sovxozda fəhlə işləyən 1935-ci il təvəllüdlü X37 göstərilmişdir. Ata haqqında qeydinin əsası xx.xx.1957-ci il tarixdə verilmiş şəhadətnamə göstərilmişdir. Bu uşaq da daxil olmaqla valideynlərin 8 sağ uşağı var.
26. X5 xx.xx.1977-ci il tarixdə Daşkəsən rayonu, Xaçbulaq kəndində anadan olmuş, bu barədə xx.xx.1977-ci il tarixdə 31 nömrəli doğum akt qeydi tərtib edilmiş, ata qrafasında Fizuli adına sovxozda fəhlə işləyən 1933-cü il təvəllüdlü Maraqlı şəxs, ana qrafasında evdar 1935-ci il təvəllüdlü X37 göstərilmişdir. Ata haqqında qeydinin əsası xx.xx.1957-ci il tarixdə verilmiş şəhadətnamə göstərilmişdir Bu uşaq da daxil olmaqla valideynlərin 9 sağ uşağı var.
X29 aid hissədə
27. X6 xx.xx.1957-ci il tarixdə Daşkəsən rayonu, Xoşbulaq kəndində anadan olmuş, bu barədə 22 mart 1957-ci il tarixdə Daşkəsən rayonu Zağalı kənd sovetində 23 nömrəli doğum akt qeydi tərtib edilmişdir. Ata qrafasında 31 yaşlı Xoşbulaq kəndində kolxozçu işləyən adı qeyd edilməmiş, ana qrafasında kolxozçu 29 yaşlı X42, doğum haqqında məlumat verən Mamedov M.Əli qeyd edilmişdir. Xüsusi qeydlər bölməsinə “anasının deməsinə görə uşağın atası Xoşbulaq kənd soveti M.Əli” göstərilmişdir.
28. Mamedov Məzahir xx.xx.1958-ci il tarixdə anadan olmuş, bu barədə 12 mart 1958ci il tarixdə Daşkəsən rayonu Zağalı kənd sovetində 9 nömrəli doğum akt qeydi tərtib edilmiş, ata qrafasında Daşkəsən şəhərində fəhlə işləyən 28 yaşlı X3, ana qrafasında Xoşbulaqda kolxozçu işləyən 26 yaşlı X42, doğum haqqında məlumat verən X3 qeyd edilmişdir. Bu uşaq da daxil olmaqla valideynlərin 3 uşağı var.
29. X10 xx.xx.1959-cu il Daşkəsən rayonu, Xaçbulaq kəndində anadan olmuş, bu barədə xx.xx.1959-cu il tarixdə 35 nömrəli akt qeydi tərtib edilmiş, ata qrafası boş olmuş, ana qrafasında Daşkəsən şəhəri, Xoşbulaq kəndində kolxozçu işləyən 30 yaşlı X43 qeyd edilmişdir. Bu uşaq da daxil olmaqla valideynlərin 5 uşağı var.
30. 1927-ci il təvəllüdlü Maraqlı şəxs ilə 1928-ci il təvəllüdlü X38 nikahlarını xx.xx.1962ci il tarixdə bağlamış, bu barədə Daşkəsən rayonu Zağalı kənd sovetində 14 nömrəli evlənmə haqqında akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. Akt qeydinin 8-ci qrafasında hər ikisinin birinci kəbini olması, 13-cü Xüsusi qeydlər bölməsində “özlərinin demələrinə görə sentyabr 1948ci ildə evləniblər” göstərilmişdir.
31. X7 xx.xx.1965-ci il tarixdə Xaçbulaq kəndində anadan olmuş, bu barədə Zağalı kənd sovetində avqust 1965-ci il tarixdə 48 nömrəli doğum akt qeydi tərtib edilmiş, ata qrafasında Fizuli adına sovxozda fəhlə işləyən 39 yaşlı Maraqlı şəxs, ana qrafasında Fizuli adına sovxozda fəhlə işləyən 39 yaşlı X39, evlənmə şəhadətnaməsi bölməsində xx.xx.1962-ci il tarixdə verilmiş İ-ИE seriyalı, 283168 nömrəli şəhadətnamə qeyd edilmişdir. Bu uşaq da daxil olmaqla valideynlərin 7 uşağı var. X18 aid sənədlər:
32. Kolxozçu, 31 yaşlı və 3 uşağı olan X30 ilə kolxozçu 25 yaşlı və 2 uşağı olan X25 nikahlarını sentyabr 1953-cü il tarixdə bağlamış, bu barədə 06 nömrəli evlənmə haqqında akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə Mamedov, arvada Mamedova soyadı verilmişdir. 13-cü Xüsusi qeydlər bölməsində “özlərinin demələrinə görə sentyabr 1949-cu ildən evləniblər” göstərilmişdir.
Əsaslandırma hissəsi:
İddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən məhkəməyə hazırkı iddia tələbini vermişdir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı onun şəxsiyyət vəsiqəsinə uyğun olaraq barəsində tərtib edilmiş nikah akt qeydində ata adına düzəliş edilməsidir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1 və 158.2-ci maddələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir 159.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 159.2-ci maddəsinə görə Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1 və 160.2-ci maddələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. “Əsas Müddəalar”ın “normalarının tələbinə görə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.4-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən rəy tərtib edilmədən akt qeydinin qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanılan nüsxəsinin üzərində zəruri dəyişiklik edilir, onun digər nüsxəsində də zəruri dəyişiklik edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və ya Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə elektron qaydada bildiriş göndərilir. Dəyişiklik edilməli olan akt qeydi başqa qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanıldıqda məhkəmənin qətnaməsindən çıxarış icra olunması üçün aidiyyəti üzrə həmin qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə göndərilir (10-1 bənd). Beləliklə, yuxarıda göstərilən müddəalarının sistemli təhlili onu deməyə əsas verir ki, vətəndaş vəziyyət aktlarının düzgün qeydiyyatının məqsədi vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti aktları qeydlərində düzəliş edilməsi o zaman mümkündür ki, qeydiyyat aparılarkən məlumat səhv (qeyri-düzgün) daxil edilmiş olsun. Qanunverici vətəndaşlıq vəziyyəti aktı qeydlərində düzəliş edilməsini inzibati orqanın üzərinə qoyur və belə dəyişiklik etməkdən imtina edildikdə inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə biləcəyini təsbit edir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 2.2-ci bəndinə əsasən vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi Məhkəmə araşdırması zamanı Qərarın təsviri hissəsində qeyd edilmiş sənədlərdən məlum olur ki, iddiaçı barəsində tərtib edilmiş doğum haqqında akt qeydində onun ata adı “M.Əli”, iddiaçıya verilmiş şəxsiyyət vəsiqələrində və iddiaçının övladının doğum haqqında akt qeydində (iddiaçının) ata adı “Məhəmmədəli” kimi qeyd edilsə də, nikah haqqında akt qeydində “Məmmədəli” kimi göstərilmişdir. Göründüyü kimi, iddiaçıya məxsus bir çox sənədlərdə, eləcə də, vətəndaşın doğum haqqında şəhadətnaməsi əsasında verilən şəxsiyyət vəsiqəsində ata adı “Məhəmmədəli” kimi qeyd edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən dəlilləri inandırıcı və ağlabatandır. Belə olan halda iddiaçı ona aid nikahın bağlanması haqqında akt qeydində düzəliş edilməsini tələb etməkdə haqlı olmuş, cavabdeh orqanın imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər (70.3). Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh inzibati orqanın üzərinə xx.xx.1958-ci il tarixdə tarixli, 30 nömrəli doğum haqqında akt qeydində düzəliş edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. Daşkəsən rayonu Zağalı kənd soveti tərəfindən xx.xx.1986-cı il tarixdə tərtib edilmiş 3 nömrəli nikah haqqında akt qeydində düzəliş edilərək iddiaçıya aid “Məmmədəli” ata adının “Məhəmmədəli” kimi qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Zəfər Quliyev