Məhkəmə qərarları › İş №2-1(114)-4184/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4184/2023

13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4184/2023 13.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçının nümayəndəsi(əri) X2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal X1rşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal X1rşı maddi zərərə görə 3500 manat və mənəvi zərərə görə isə 5000 manat məbləğində pulun cavabdehdən tutularaq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (əri) X4 iddia müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir.Həmçinin məhkəmə iclasında iddiaçının nümayəndəsinə izah edilmişdir ki, iş üzrə cavabdeh Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfat İstehsalat Birliyi əsl cavabdeh Gəncə şəhəri İcra Hakimiyyəti ilə əvəz edilməlidir, lakin iddiaçının nümayəndəsi cavabdehin əsl cavabdeh ilə əvəz edilməməsini və işə Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal X1rşı baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahat verərək iddiaçı tərəfindən qaldırılmış iddia tələbinə Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyi cavab verən orqan deyil. Belə ki, Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyi sahibsiz heyvanlarla mübarizə tədbirləri həyata keçirən orqan deyil və Birliyin Əsasnaməsində bu hal nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir. İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal X1rşı maddi zərərə görə 3500 manat və mənəvi zərərə görə isə 5000 manat məbləğində pulun cavabdehdən tutularaq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçını sahibsiz itlər dişləmişlər və nəticədə ona maddi və mənəvi zərər vurulmuşdur. Gəncə şəhər İcra Hakimiyyəti başçısı tərəfindən xx.xx.2019-cu il tarixdə təsdiq edilmiş Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyin Əsasnaməsinin 3-cü maddəsində Birliyin fəaliyyəti və vəzifələri sadalanmış, lakin sahibsiz heyvanlarla mübarizə tədbirlərinin keçirilməsi Birliyin səlahiyyətlərinə aid edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 mart 2011-ci il tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanılması” Qaydalarının 10.1-ci maddəsinə əsasən sahibsiz heyvanlarla mübarizə tədbirləri yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə iddianın dəyişdirilməsi və cavabdehin əsl cavabdeh ilə əvəz edilməsinə dair yardım göstərilməsinə baxmayaraq, iddianın dəyişdirilməsi və cavabdehin əsl cavabdeh ilə əvəz edilməsindən imtina etmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 9cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal X1rşı kompensasiyanın ödənilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 35.1. maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal X1rşı kompensasiyanın ödənilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar