Məhkəmə qərarları › İş №2-1(114)-4187/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4187/2025

08.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4187/2025 08.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X2rşı “işə bərpa olunma öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X2rşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun işə bərpa olunma vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını belə əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlayaraq “Azəriqaz” X5 X8 İdarəsinə Goranboy rayonu üzrə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə vəzifəsinə təhkim olunmuşdur. xx.xx.2024-cü ildə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən işdən azad edilmişdir. Bundan sonra o, təkrar olaraq işinə bərpa olunması üçün həmin təşkilata müraciət etmiş, lakin imtina cavabı verilmişdir. İddiaçı təşkilatın qərarını düzgün hesab etmir. İşin halları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X10 Mərkəzi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, onunla Mərkəz arasında xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanılaraq “Azəriqaz” X5 X8 İdarəsinə Goranboy rayonu üzrə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə vəzifəsinə təhkim olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 may 2002-ci il tarixli 84 nömrəli Qərarı ilə təsdiqlənmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 1.2-ci bəndinə əsasən haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarı”nın 2.6-cı bəndinə əsasən ictimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Qeyd edilənlər nəzərə alınaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) uyğun olaraq onunla Mərkəz arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmiş və son haqqhesabı ödənilmişdir. Bildirilmişdir ki, Mərkəzdə hal-hazırda Goranboy rayonu üzrə sosial işçi vəzifəsinə vakansiya mövcud deyildir. Onun işlə təmin olunması ilə bağlı müraciəti Mərkəzin xx.xx.2025-ci il tarixli, 3-17-7/3-1-5803/2025 nömrəli məktubu ilə baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 yönləndirilmişdir. X1 Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, onun işlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı müraciətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 X1 filialında baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işaxtaran və ya işsiz kimi qeydiyyata alınmış şəxs münasib iş üçün müraciət edə, həmin şəxsə münasibətdə münasib iş (şəxs üçün onun təhsili, ixtisası, əvvəlki peşəsi üzrə təcrübəsi, səhhəti, təklif edilən iş yerinə ictimai nəqliyyatla gedib-gəlməsi mümkünlüyü nəzərə alınan iş) təklif edilə bilər. Onun Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) 9 mart 2025-ci il tarixdə Qanunun 5.11.1-ci maddəsinə (Məşğulluq haqqında Qanunun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə (4.1.3. sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri)) əsasən işaxtaran (torpaq payı olan) kimi qeydiyyatı ləğv edildiyindən münasib işlə təmin edilməsi üçün müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Qeyd edilənlərə uyğun olaraq, Filialın əməkdaşı tərəfindən onunla əlaqə (***-***-**-**) saxlanılaraq Qanunun 5-ci maddəsinin tələblərinə uyğun olaraq MEİS-də işaxtaran və ya işsiz kimi qeydiyyata alınması, həmçinin, məşğulluğunun təmin edilməsi istiqamətində lazımi tədbirlərin görülməsi məqsədilə Filiala müraciət etməsi tövsiyə olunmuşdur. X7 Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, onun Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) 9 mart 2025ci il tarixdə (5.11.1. Məşğulluq haqqında Qanunun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə (4.1.3. sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri) işsiz kimi qeydiyyatı birdəfəlik dayandırdığından münasib işlə təmin edilməsi üçün müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Əlavə olaraq, onun sahibkar kimi qeydiyyata alınması və buna görə ona vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verildiyi aşkarlanmışdır. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 4.1.3-cü maddəsinə görə sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri məşğul şəxs hesab olunurlar. Qanunun 24.1-ci maddəsinə görə işsiz, habelə bu Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin məşğulluq tədbirlərinə cəlb edilməsi mümkün deyildir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 may tarixli, 84 nömrəli qərarı ilə təsdiq edilmiş haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları

2. İctimai işlərin təşkili 2.1. Bu Qaydaların 1.1-ci bəndində göstərilən işsiz və işaxtaran şəxslərin (bundan sonra – işsiz və işaxtaran) müvəqqəti məşğulluğunun təmin edilməsi məqsədilə onların müqavilələr üzrə ödənişli ictimai işlərə cəlb olunması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 yerli qurumları (bundan sonra – yerli qurumlar) və “DOST” mərkəzləri (bundan sonra – mərkəzlər) tərəfindən təşkil edilir. 2.6. İctimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Zəruri hallarda müəssisə və yerli qurumun və ya mərkəzin birgə razılığı ilə bu müddət artırıla bilər. 2.7. İctimai işlərdə iştirak etmək istəyən işsiz və işaxtaran şəxslərlə işəgötürənlər arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanılır. Əmək qanunvericiliyi, işsizlikdən sığorta və sosial sığorta haqqında qanunvericilik ictimai işlərdə məşğul olan vətəndaşlara da şamil edilir.

“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarı

12. İnzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır.

“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

Məhkəmənin mövqeyi

Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə iddianın mümkünlük şərtlərinin mövcudluğunu yoxlayaraq qeyd edir ki, hazırkı iddia tələbi üzrə iddianın mümkünlük şərtlərindən biri olan məhkəmə aidiyyəti düzgün müəyyən edilməmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X2rşı hazırkı iddia tələbi ilə işə bərpa olunması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X10 Mərkəzi ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanılaraq sonuncu “Azəriqaz” X5 X8 İdarəsinə Goranboy rayonu üzrə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə vəzifəsinə təhkim olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) uyğun olaraq iddiaçı ilə Mərkəz arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Göründüyü kimi İddiaçı “Azəriqaz” X5 X8 İdarəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X10 Mərkəzi ilə aralarında bağlanılmış əmək müqaviləsi əsasında fəaliyyət göstərmişdir. İddiaçı dövlət qulluqçusu və ya hərbi qulluqçu olmamışdır. Belə olan halda isə iddiaçının işə bərpa tələbinə inzibati məhkəmə icraatı qadasında baxıla bilməz. Göstərilənlərə əsasən qeyd olunur ki, hazırkı mübahisə inzibati hüquq münasibətlərindən yaranan mübahisə deyil, tərəflər arasında yaranan əmək münasibətləri ilə bağlı mübahisə olmaqla mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmə tərəfindən baxılmalıdır. Beləliklə məhkəmə hesab edir ki İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X2rşı “işə bərpa olunma öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Həmçinin iddiaçıya izah edilir ki, hazırkı cavabdehə qarşı hazırkı iddia tələbi ilə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X2rşı “işə bərpa olunma öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar