Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4205/2023 13.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı vəkili Vəkil, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi X1, üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X9, X2, X7 və X11) daşınmaz əmlakın Dövlət reyestrində qeydin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən X9, X2, X7 və X6 adına verilmiş dövlət reyestrində xx.xx.2020-ci il tarixdə **********56 nömrə ilə qeydiyyata alınmış reyestr qeydinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Şəmkir rayon 1 saylı Notariat Kontorunun xx.xx.2005-ci il tarixli 4Ə-270 saylı alqı-satqı müqaviləsinə əsasən Şəmkir rayonu Yenihəyat kəndində yaşayan X9, X2, X8 və X11 həmin kənd ərazisində yerləşən mülkiyyət hüququ ilə onlara məxsus olmuş (JN-421, KOD 50402028 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı üzrə) 0.50 ha (421 Q sahəsində yerləşən 1629.91 kv.m və 421 A sahəsində yerləşən 3410.15 kv.m) kənd təsərrüfatı təyinatlı torpaq sahəsini iddiaçıya satmışdır. Həmin tarixdən hazırkı müddətədək torpaq sahəsi onun istifadəsindədir. Bundan sonra mən yuxarda qeyd olunan alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsinə dair çıxarış almaq üçün DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etdikdə idarədən bildirildi ki, X9, X2, X8 və X11 2020-ci il tarixə JN-421, KOD 50402028 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının 421A kontorunda qeyd olunan 0.3410 ha hissəsinə dair çıxarış almışlar və bu səbəbdən həmin torpaq sahəsnə görə çıxarış verilməsi mümkün deyil. Göründüyü kimi cavabdeh idarə alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsinə dair qanunsuz olaraq üçüncü şəxslərin adına çıxarış vermişdir. Bu səbəbdə də üçüncü şəxslərin adlarına verilmiş xx.xx.2020-ci il tarixdə **********56 nömrə ilə qeydiyyata alınmış reyestr qeydi ləğv edilməlidir. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisələndirilən qeyd qanuni əsaslarla aparılmışdır, ona görə də ləğv edilməsi üçün əsas yoxdur. Üçüncü şəxs X9 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, 2005-ci ildə iddiaçı ona həmin sahəni icarəyə götürmək istədiyini bildirmiş, o və ailəsi razılaşaraq həmin sahəni (0.50 ha) 5 il müddətinə icarəyə vermişlər, əvəzində isə iddiaçı onlara pul vermişdir. 2020-ci ildə ona görə sahənin 0.34 ha hissəsinə çıxarış almışdır ki, rüsum çox idi. Alqı-satqı müqaviləsindəki imza özünə məxsusdur. Məhkəmə iclasının yeri və vaxtı barədə digər üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-421, KOD 50402028 saylı Dövlət aktından görünür, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 52 nömrəli qərarına əsasən 0.50 ha torpaq sahəsi X9, X2, X8 və X6 mülkiyyətinə verilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2005-ci il tarixli, 4Ə-270 saylı alqı-satqı müqaviləsindən görünür ki, Şəmkir rayonu Yenihəyat kəndində yaşayan X9 həmin kənd ərazisində yerləşən mülkiyyət hüququ ilə onlara məxsus olmuş (JN-421, KOD 50402028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə) 0.50 ha (421 Q sahəsində yerləşən 1629.91 kv.m və 421 A sahəsində yerləşən 3410.15 kv.m) kənd təsərrüfatı təyinatlı torpaq sahəsini İddiaçı satmışdır. -surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən çıxarışdan görünür ki, Şəmkir rayonu Yenihəyat kəndində yerləşən 0.341 ha torpaq sahəsi üzərində X9, X2, X8 və X6 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-40/2-A-02xx-xx/2023 nömrəli məktubundan görünür ki, İddiaçı müvafiq müraciətinin icrasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. İş materialları ilə müəyyən olunur ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 52 nömrəli qərarına əsasən 0.50 ha torpaq sahəsi X4 və onun ailə üzvləri X2, X8 və X6 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi 1629.91 və 3410.15 kv.m olmaqla 421Q və 421A nömrəli sahədə yerləşmişdir. X9 xx.xx.2005-ci il tarixli, 4Ə- 270 saylı alqı-satqı müqaviləsinə əsasən “Torpağa mülkiyyət hüququna dair” JN-289 kod 50407038 Dövlət aktına əsasən onlara məxsus 1629.91 və 3410.15 kv.m torpaq sahələrni İddiaçı satmışdır. Buna baxmayaraq ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən həmin torpaq sahəsi üzərində X4 və onun ailə üzvlərinin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İddiaçı hazırki tələblə həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxslərin adına aparılmış qeydi mübahisələndirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri). Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1-ci maddələri). Mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında (xüsusilə xx.xx.2010-cu il tarixli) ifadə etdiyi hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Beləliklə hazırki mübahisə ilə bağlı qeyd olunmalıdır ki, iddiaçının xx.xx.2005-ci il tarixli, 4Ə-270 saylı alqı-satqı müqaviləsinə əsasən aldığı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmasa da, həmin torpaq sahəsini qanunvericiliyə müvafiq olaraq əldə etdiyinə görə mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. -2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bu baxımdan da məhkəmə hesab edir ki, “Torpağa mülkiyyət hüququna dair” JN-421, KOD 50402028 nömrəli Dövlət aktında qeyd olunmuş 0.50 ha torpaq sahəsinin 0.341 ha hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrində X4 və onun ailə üzvləri X2, X8 və X6 adına aparılmış xx.xx.2020-ci il tarixli **********56 reyestr nömrəli qeydiyyat qanunsuz olduğundan həmin qeydin ləğv edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Daşınmaz əmlakın dövlət reyestrində Şəmkir rayonu Yenihəyat kəndində yerləşən 0.341 ha torpaq sahəsinə dair X4 və onun ailə üzvləri X2, X8 və X6 adına aparılmış xx.xx.2020-ci il tarixli **********56 reyestr nömrəli qeydiyyatın ləğv edilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-4205/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4205/2023
13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver