Məhkəmə qərarları › İş №2-1(114)-4205/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4205/2025

28.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4205/2025 28.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:

1. İddiaçıya məxsus xx.xx.N983-cü il tarixdə verilmiş НЗ ******* nömrəli hərbi biletə əsasən, o, xx.xx.N983-cü il tarixdən xx.xx.N985-ci il tarixə qədər N nömrəli hərbi hissədə hərbi xidmətini keçmişdir.

2. İddiaçıya məxsus EO NNN334 nömrəli Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Vəsiqəsi N nömrəli hərbi hissə tərəfindən xx.xx.N4-cü il tarixdə verilmiş, sonuncunun hərbi rütbəsi “kiçik gizir”, vəzifəsi “starşina” olmuşdur.

3. Azərbaycan Respublikası Hərbi XN Hərbi Prokurorluğu tərəfindən verilmiş xx.xx.N9-cu il tarixli məktuba əsasən, İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243-cü maddəsi ilə istintaq olunan cianyət işinin icraatına Azəraycan Respublikası Milli Məclisinin xx.xx.N7-ci il tarixli “hərbi cinayətlər törətmiş şəxslərə dövlət müstəqilliyi günü münasibəti ilə amnistiya haqqında” Qərarının N.N-ci və N.6-cı bəndləri tətbiq edilməklə xitam verilmişdir.

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Mərkəzi Arxivi İİ tərəfindən verilmiş xx.xx.2N25-ci il tarixli, 3-25-25/2-4NN/2N25 nömrəli məktuba əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N3-cü il tarixli müvafiq əmrinə əsasən ehtiyatda olan əsgər İddiaçı N №-li hərbi hissə komandirinin N mart N3-cü il tarixli 38 №-li əmrilə (əsas: kadrlar üzrə: § NN, sıra 26, səh 34, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) “kiçik gizir” hərbi rütbəsi verilməklə artilleriya divizionunun batareya starşinası vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N noyabr N3-cü il tarixli, 2N3 №-li əmrində starşina kiçik gizir İddiaçı (əsas: kadrlar üzrə: § 6, sıra 9, səh 27 əmrdə adının qarşısında “N rubl” yazılmışdır) hərbi hissənin geyim və əşya ləvazimatlarının təşkil edilmiş aradırma komissiyası tərəfindən artilleriya divizionunur yoxlanması zamanı dövlətə dəymiş ziyanı ödəyən şəxsi heyətin siyahısında adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin N dekabr N4-cü il tarixli, 295 №-li əmrilə kiçik gizi İddiaçı (əsas: kadrlar üzrə: § 5, sıra 3N6, səh 43) N-c batareyanın baş çavuşu vəzifəsinə təyin olunmuşdur. Hərbi hissəni özbaşına tərk etdiyi üçün sərəncamda olan kiçik gizir X3 N №-li hərbi hissə komandirinin N oktyabr N5-ci il tarixli 275 №-li əmrila (əsas: § 4, səh 44, əmrdə vəzifəsi göstərilməyib) bütün növ təminatlardan çıxarılmışdır.

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi “M” tərəfindən verilmiş xx.xx.2N25-ci il tarixli, 3-25-N4/2-B-N2xx-xx/2N25 nömrəli məktuba əsasən, vətəndaş İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2N25-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2N25-ci il tarixli arayışına əsasən, N nömrəli hərbi hissəni xidmət zamanı (xx.xx.N5-ci il tarixdə) vətəndaş İddiaçı özbaşına tərk etdiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.

6. İddiaçı iddia ərizəsi ilə xx.xx.2N24-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün onun adının siyahıya daxil edilərək sənədlərinin razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

7. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N983-cü il tarixdə çağırış əsasında hərbi xidmətə çağrılmış və xidmətimi uğurla başa vurmuş, həmçinin xx.xx.N3-cü ildən “kiçik-gizir” hərbi rütbəsində xidmət keçmişdir. O, xx.xx.N9-cu ildə hərbi xidmətdən ehtiyata buraxılmış, hərbi xidmətini N saylı hərbi hissənin tərkibində keçmiş, hərbi biletində də əks olunduğu kimi uzun müddət hərbi xidmətdə olmuş və İ Qarabağ müharibəsində döyüşmüşdür. İddiaçı qeyd edir ki, hətta ona bu barədə xx.xx.N3-cü ildə təşəkkür də verilmişdir. Əlavə olaraq o bildirir ki, xx.xx.N2-ci ildən xx.xx.N2-ci ilədək müddətdən artıq həqiqi hərbi xidmət keçməzdən əvvəl hərbi qulluqçu kimi N saylı hərbi hissədə Ağdam rayonu ərazisində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçı bildirir ki, onun hərbi xidmətdə olduğu həmin illərdə barəsində heç bir təqsirləndirici material olmamış, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında Azərbaycan vətəndaşı kimi iştirak etmə faktının müəyyən edilərək veteran adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh orqanın üzərinə vəzifə kimi qoyulması üçün məhkəmə qərarına ehtiyac vardır. İddiaçı tələblə cavabdeh orqana müraciət etsə də, ona imtina cavabı verilmişdir.

8. Ağdam Hərbi Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2N25-ci il tarixli, 3-3-N7N/2-N23388/2N25 nömrəli məktuba əsasən, N nömrəli hərbi hissədə xidmət keçmiş İddiaçı barəsində xx.xx.2NNN-ci il tarixədək qüvvədə olan CM-in 243-cü maddəsi ilə prokurorluqda cinayət işinin istintaqı aparılmış, xx.xx.N9-cu il tarixdə amnistiya aktına əsasən şəxs barəsində cinayət işinin icraatına xitam verilmişdir.

9. Cavadbeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2N25-ci il tarixli, 3-25-29/2- N266/2N25 nömrəli məktuba əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N3-cü il tarixli müvafiq nömrəli əmrinə əsasən, ehtiyatda olan əsgər İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 38 №-li əmrilə (əsas: kadrlar üzrə: §-NN, sıra-26, səh-34) "kiçik gizir" hərbi rütbəsi verilməklə artilleriya divizionunun batareya starşinası vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, 272 №-li əmrində (əsas: §-NN, sıra-5, səh-24, əmrdə atasının adı və vəzifəsi yazılmamışdır, hərbi rütbəsi “gizir” qeyd olunmuşdur) təşəkkür elan edilən Artilleriya divizionunun hərbi qulluqçularının sıyahısında, gizir İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 2N3 №-li əmrində (əsas: kadrlar üzrə: §-6, sıra-9, səh-27, əmrdə adının qarşısında “N rubl” yazılmışdır) Artilleriya divizionunun yoxlanması zamanı dövlətə dəymiş ziyanı ödəyən şəxsi heyətin siyahısında, starşina, kiçik gizir İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, 2N6 №-li əmrində (əsas: kadrlar üzrə: §-N, sıra-N4, səh-3N, əmrdə atasının adı yazılmamışdır) N3-cü ilin hesabına N (bir) aylıq əmək haqqı məbləğində maddi yardım verilmiş Artilleriya divizionunun hərbi qulluqçularının siyahısında, N-ci batareyanın starşinası, kiçik gizir İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, 9N №-li əmrində (əsas: kadrlar üzrə: §-2, sıra-24, səh-N9, əmrdə atasının adı yazılmamışdır, adının qarşısında “24.N2.93” qeyd olunmuşdur) N2-N3-cü illərin məzuniyyətindən istifadə etmədiklərinə görə, pul müavinəti verilən Artilleriya divizionunun hərbi qulluqçularının siyahısında, baş çavuş vəzifəsində, kiçik gizir İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, N49 №-li əmrində (əsas: kadrlar üzrə: §-2, sıra-NN, səh-8, əmrdə vəzifəsi yazılmamışdır) N4-cü ilin hesabına N (bir) aylıq əmək haqqı məbləğində maddi yardım verilmiş Artilleriya divizionunun hərbi qulluqçularının siyahısında, kiçik gizir İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, 295 №-li əmrində (əsas: kadrlar üzrə: §-5, sıra-3N6, səh-43) kiçik gizir İddiaçı N-ci batareyanın baş çavuşu vəzifəsinə təyin olunması qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N5-ci il tarixli, 87 №-li əmrində (əsas: kadrlar üzrə: §-N, sıra-N6, səh-47, əmrdə vəzifəsi yazılmamışdır) N5-ci ilin hesabına N (bir) aylıq əmək haqqı məbləğində maddi yardım verilmiş Artilleriya divizionunun hərbi qulluqçularının siyahısında, N-ci batareyanın baş çavuşu, kiçik gizir İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N5-ci il tarixli, N64 №-li əmrilə (əsas: §- N, sıra-2, səh-22, əmrdə hərbi rütbəsi “gizir” yazılmışdır, vəzifəsi göstərilməmişdir) Artilleriya divizionunda xidmət edən, gizir İddiaçı 3 (üç) gün müddətinə İsmayıllı rayonuna ezam olunaraq ərzaq təminatından çıxarılmışdır. Hərbi hissəni özbaşına tərk etdiyinə görə, sərəncamda olan, kiçik gizir İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N5-ci il tarixli, 275 №-li əmrilə (əsas: §-4, səh-44, əmrdə vəzifəsi yazılmamışdır) bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N5-ci il tarixli, 3N8 №-li əmrində (əsas: §-2, səh-32) Azərbaycan Respublikasının Müdafiə nazirinin xx.xx.N5-ci il tarixli müvafiq nömrəli əmrinə əsasən, tutduqları vəzifələrindən azad edilərək xx.xx.N5-ci il tarixdən komandirin sərəncamına çıxarılmış hesab edilən hərbi qulluqçuların siyahısında, Haubitsalı ADN-nun haubitsalı artilleriya batareyasının baş çavuşu, kiçik gizir İddiaçı adı qeyd olunmuşdur. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin iyun-dekabr N2-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar edilməmişdir.

10. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmuş və etiraza əsasən, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Normanı ümumiləşdirərək qeyd edilir ki, şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: N)Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. 2) Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 2NN8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivin xx.xx.2N25-ci il tarixli 3-25-29/2-NN65/2N25 nömrəli arxiv arayışından da göründüyü kimi iddiaçı N nömrəli hərbi hissədə xidmət keçdiyi zaman xx.xx.N5-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. Qeyd olunanlardan da göründüyü kimi iddiaçı xidmət müddətin başa çatması ilə qanuni əsaslarla ehtiyata buraxılmamış, hərbi hissəni öz başına tərk etdiyi üçün şəxsi heyətin siyahısından çıxarılmışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə nəzərdə tutulan müharibə veteranı adının Verilməsi təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz.

11. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində qeyd olunanlara oxşar izahat verərək, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər.

13. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi).

Əsaslandırıcı hissə:

14. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.

15. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır.

16. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab etmir.

17. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

18. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Həmin Maddənin qeydə əsasən bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2NNN-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

19. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 37. Həqiqi hərbi xidmətin başlanğıcı və sonu 37.2. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə Bənd N. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N4 cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.

21. Həmin Əsasnamənin birinci bəndinin birinci qeydinə əsasən bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2NNN-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

22. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar N8-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat Bənd N.6. NN-ci il oktyabrın 9-dan N4-cü il mayın NN-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir.

23. İş materiallarından müəyyən olur ki, İddiaçı tələbi ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlıdır, hansı ki, onun hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat aşkar edilmədiyindən cavabdeh orqan tərəfindən ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.

24. Göründüyü kimi, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb sonuncunun Müdafiə Nazirliyinin Mərkəzi Arxivin xx.xx.2N25-ci il tarixli arayışına əsasən N nömrəli hərbi hissəni xidməti zamanı (xx.xx.N5-ci il tarixdə) özbaşına tərk etməsidir.

25. Yuxarıda qeyd edilən norma tələblərinə də əsasən, Əsasnaməyə uyğun olaraq “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, bunun müvafiq sənədlərdə əks edilməsi və həmin sənədlərin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsidir.

26. Həmçinin, cavabdeh inzibati orqanın İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb sonuncunun hərbi xidməti və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmamasıdır ki, aparılmış məhkəmə araşdırmaları ilə də həmin hal öz təsdiqini tapmışdır.

27. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

28. Belə ki, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi bileti ilə yanaşı, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da vacib şərtdir, hansı ki, iddiaçının nə hərbi bileti, nə də hərbi xidmətin başa çatması ilə hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması barədə sənədlər mövcud deyildir.

29. Həmçinin məhkəmə sorğuları ilə əldə edilmişə məlumatlarda iddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243-cü maddəsi ilə istintaq olunan cianyət işinin icraatına Azəraycan Respublikası Milli Məclisinin xx.xx.N7-ci il tarixli “hərbi cinayətlər törətmiş şəxslərə dövlət müstəqilliyi günü münasibəti ilə amnistiya haqqında” Qərarının N.N-ci və N.6-cı bəndləri tətbiq edilməklə xitam verildikdən sonra hərbi xidmətini davam etdirməsi ilə bağlı heç bir məlumat əks olunmamış, iddiaçı tərəfindən də heç bir fikir ifadə edilməmişdir.

30. Belə olan halda məhkəmə hesab edir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin qeydi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinin N-ci qeydi, yəni İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə görə barəsində olan cinayət təqibinin amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməklə xitam verilməsi nəzərə alınaraq, iddia təmin edilməməlidir.

31. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia əsaslı deyildir. 32.Ona görə də cavabdehin imtinası əsaslı olmuşdur. 33.Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin norma tələblərinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Habelə, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 85.N-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 3N (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 3N (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar