Məhkəmə qərarları › İş №2-1(114)-423/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-423/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-423/2025 15.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyekti kimi aldığı xəsarətlə əlaqədar 3 illik pul təminatı məbləğində kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Mübahisənin qısa xülasəsi: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.N983-cü il tarixdə Qazax rayonun anadan olmuş, hazırda Ağstafa rayonu, Saloğlu qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. İddiaçı xx.xx.NN-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda, Şuşa ətrafında gedən döyüşlər zamanı Döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna nüfuz edən, sağ ağciyərin aşağı payının kontuziyası, sol Vİİ qabırğanı qəlpəli sınığı ilə müşayiət olunan kor odlu silah yaralanması xəsarəti almışdır (Bununla bağlı iddiaçıya N nömrəli hərbi hissə tərəfindən xx.xx.NNN-ci il tarixli, 570 nömrəli travma haqqında arayış verilmişdir). İlk tibbi yardım göstərildikdən sonra xx.xx.NN-ci il tarixdə Füzuli MDM-nə göndərilmiş, "Yaralar birincili-cərrahi işlənmiş, yad cism çıxarılması" cərrahi əməliyyatı icra edilmiş, xx.xx.NN-ci il tarixdə Bərdə RMX-na göndərilmişdir. xx.xx.NN-xx.xx.NN-ci il tarixədək Bərdə RMX-da "Sol çiyin qurşağının arxa səthinin dəlib-keçən güllə yarası" diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: çıxarış epikrizi). xx.xx.NN-ci il tarixdə N nömrəli hərbi hissəninin HHK-sı tərəfindən şəhadətləndirilərək N (iyirmi) gün müddətinə məzuniyyət verilmişdir (əsas: 4900 nömrəli arayış). xx.xx.NNN-ci il tarixdən ET XN "Döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna nüfuz etməyən sağ ağciyərin aşağı payının kontuziyası, sol Vİİ qabırğanın qəlpəli sınığı ilə müşayiət olunan kor odlu silah yaralanmasına görə aparılmış yad cismin çıxarılması cərrahi əməliyyatından sonrakı parakostal plevranın qalınlaşması və sinusdan bitişmə, resrtruktiv tipli mötədil ventilyasiya pozğunluğu" diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: çıxarış epikrizi)… …/Davami var/ 9. xx.xx.NN-Füzuli MDM-də, xx.xx.NN-xx.xx.NN-Bərdə RMX-da, NN.NN. NN-N nömrəli hərbi hissədə, xx.xx.NNN-ET XN, xx.xx.NNN-MN MHP-da, xx.xx.NNNxx.xx.NNN-MN BKH-da, xx.xx.NNN-MN MHP-da, xx.xx.NN3-xx.xx.NN3-Qazax Rayon Psixiatriya Xəstəxanasında, xx.xx.NN3-xx.xx.NN3, xx.xx.NN3-xx.xx.NN3, xx.xx.NN3.xx.xx.NN3. xx.xx.NN3-xx.xx.NN3-Respublika Psixiatriya Xəstəxanasında, xx.xx.NN3-MN MHP-da müayinə və müalicədə olmuşdur (6964 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən). İddiaçı xx.xx.NN3-cü il tarixdə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. İddiaçının xx.xx.NNN-ci il tarixdə N nömrəli hərbi hissəyə etdiyi müraciətinə Müdafiə Nazirliyində (bundan sonra mətndə - cavabdeh) baxılmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.NN3-cü il tarixli N5/N7N5 nömrəli məktubundan bildirmişdir ki, "Vətən Müharibəsi"ndə N () nömrəli hərbi hissəyə ezam olunaraq hərbi əməliyyatlarda iştirak etdiyiniz zaman N nömrəli hərbi hissə komandirinin sərəncamında olduğunuza görə Nazirlər Kabinetinin N80-N4 No-li N3 noyabr N04-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş "Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları"na uyğun tələb etdiyiniz kompensasiyanın ödənilməsi mümkün deyil. Göstərilən hər hansı bir nəticə ilə razı olmadıqda, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 4-cü hissəsinə əsasən, hər kəsin dövlət orqanının, siyasi partiyanın, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar ve hərəkətlərindən (yaxud hərəkətsizliyindən) inzibati qaydada məhkəməyə şikayət etməl hüququnun olması izah olunmuşdur. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “kəşfiyayatçı olaraq müharibədə yaralandığı üçün kompensasiya ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyekti kimi aldığı xəsarətlə əlaqədar 3 illik pul təminatı məbləğində kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.NN5-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı MAXE olmaqla NN4-cü il tarixdə hərbi xidmətə yollanmışdır. İddiaçı xx.xx.NN-ci il tarixdə Şuşa şəhərinin düşmənlərdən azad olunan zaman erməni terrorçulara qarşı döyüş əməliyyatlarında iştirak etmişdir. Həmin istiqamətdə gedən döyüşlərdə, yəni iddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirən zaman "döş qəfəsinin sol yarısının arxa səthinin arxa səthinin döş boşluğuna nüfuz etməyən, sağ ağ ciyərin aşağı payının kontuziyası, sol Vİİ qabırğanın qəlpəli sınığı ilə müşahidə olunan kor odlu silah yaralanması" xəsarətlərini almışdır. İddiaçı ölkə başçısının sərəncamlarına əsasən "Kəlbəcərin azad olunmasına görə", Xocavəndin azad olunmasına görə" Şuşanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilmişdir. Bundan başqa, "Azərbaycan Ordusunun N00 illiyi" yubiley medalı ilə NN9-cu il tarixdə təltif edilmişdir. İddiaçı kəşfiyyatçı olmaqla onun yaralanmasına görə kompensasiya ödənilməsi gözlənildiyi halda bu günə kimi kompensasiya ödənişi də olunmamışdır. Xüsusilə qeyd olunmalıdır ki, ağır yaralandığına görə hərbi hissənin komandiri tərəfindən işindən də azad olunmuşdur. İddiaçı ilə birlikdə döyüşlərdə olan əsgər və zabit yoldaşları kompensasiyalarına ödənilmişdir. Buna baxmayaraq Azərbaycan Respublikasının Müdafiyə Nazirliyinin iddiaçıya ünvanladığı məktubda qeyd edilmişdir ki, Nazirlər Kabinetinin N80-N4 saylı N3 noyabr N04-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş "Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları"na uyğun tələb etdiyi kompensasiyanın ödənilməsi mümkün deyildir. Cavabdeh iddiaya dair etirazını təqdim etməsə də, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə xx.xx.NN4-cü il tarixli, 8/3N nömrəli etirazını təqdim etmişdir. Etirazda qeyd olunur ki, N nömrəli hərbi hissənin məhkəməyə təqdim etdiyi xx.xx.NN4-cü il tarixli, 8/N9N8 nömrəli məktubda bildirmişdir ki, iddiaçı N7 sentyabr NN-ci il tarixdən xx.xx.NN-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmiş, xidmət etdiyi vəzifə Azərbaycan Respublikası müdafiə nazirinin NN-ci il tarixli müvafiq əmrinə əsasən kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarının siyahısına daxil edilmişdir. Vətəndaş İddiaçı Səyyad oğlu xx.xx.NN-ci il tarixdən xx.xx.NNN-ci il tarixədək N nömrəli hərbi hissənin sərəncamında olmuşdur. xx.xx.NNN-ci il tarixdən xx.xx.NNN-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmiş, xidmət etdiyi vəzifə Azərbaycan Respublikası müdafiə nazirinin NN-ci il tarixli müvafiq əmrinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarının siyahısına daxil edilmişdir. xx.xx.NNN-ci il tarixdən xx.xx.NNNci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmiş, xidmət etdiyi vəzifə Azərbaycan Respublikası müdafiə nazirinin NN-ci il tarixli müvafiq əmrinə əsasən kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarının siyahısına daxil edilməmişdir. N nömrəli hərbi hissə komandirinin N oktyabr NN-ci il tarixli 3N6 nömrəli əmrdən çıxarışına əsasən vətəndaş İddiaçı Səyyad oğlu N oktyabr NN-ci iltarixdən N nömrəli hərbi hissə komandirinin sərəncamına gəlmiş və döyüş tapşırığının icrası ilə əlaqədar olaraq ərazi çıxışına getmiş hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin N noyabr NN-ci il tarixli 3N5 nömrəli əmrdən çıxarışına əsasən N noyabr NN-ci il tarixdə vətəndaş İddiaçı Səyyad oğlu müalicə üçün Fizuli rayon xəstəxanasına göndərilmiş, N nömrəli hərbi hissə komandirinin NN noyabr NN-ci il tarixli 346 nömrəli əmrdən çıxarışına əsasən isə NN noyabr NN-ci il tarixdən N nömrəli hərbi hissəyə gəlmiş və vəzifələrinin icrasına başlamışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin "Azərbaycan Ordusunun vətən müharibəsi" dövründə döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında NNN-ci il tarixli müvafiq əmrində N və N nömrəli hərbi hissələr döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə kimi göstərilmişdir. Məhkəmə iclasında cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 6N.3-cü maddəsi). İşdəki sənədlərə əsasən: N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə xx.xx.NN4-cü il tarixli, N34 nömrəli əmrindən (§3) çıxarışa əsasən 3-cü Ordu Korpusu komandirinin xx.xx.NN4-cü il tarixli 0N33əç nömrəli əmri ilə kəşfiyyat dəstəsinin 3-ci kəşfiyyat qrupunun kəşfiyyatçısı vəzifəsinə təyin edildiyinə görə iddiaçı xidmətini davam etdirmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsindən ehtiyyatdan gəlmiş hesab edilmiş, xx.xx.NN4-cü il tarixdən hərbi hissənin şəxs heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə xx.xx.NN-ci il tarixli, N59 nömrəli əmrindən (§N) çıxarışa əsasən xx.xx.NN-ci il tarixdən iddiaçı - kəşfiyyat bölüyünün N-ci kəşfiyyat taqımının N-ci kəşfiyyat manqasının kəşfiyyatçısı N nömrəli hərbi hissəyə (Daşkəsən rayonu) N gün müddətinə ezamiyyətə getmiş hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə xx.xx.NN-ci il tarixli, N85 nömrəli əmrindən (§N) çıxarışa əsasən xx.xx.NN-ci il tarixdən iddiaçı - kəşfiyyat bölüyünün N-ci kəşfiyyat taqımının N-ci kəşfiyyat manqasının kəşfiyyatçısı NNN nömrəli hərbi hissəyə (Beyləqan rayonu) N gün müddətinə ezamiyyətə getmiş hesab edilmişdir. NNN nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə xx.xx.NN-ci il tarixli N97 nömrəli əmrindən (§N0) çıxarışa əsasən N nömrəli hərbi hissədən xidməti zərurət ilə əlaqədar olaraq iddiaçı xx.xx.NN-ci il tarixdən xx.xx.NN-ci il tarixədək N gün müddətinə NNN nömrəli hərbi hissəyə ezamiyyətə gəlmiş hesab edilmişdir. 05N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə xx.xx.NN-ci il tarixli, N nömrəli əmrindən (§N) çıxarışa əsasən 05N nömrəli hərbi hissə komandirinin xx.xx.NN-ci il tarixli 0N05 nömrəli əmri ilə tabelikdə olan birləşmələrin əsas bölmələrinin şəxsi heyətinin sayının artırılması və komplektləşdirilməsi məqsədiləN nömrəli hərbi hissədən gəlmiş iddiaçı N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə xx.xx.NN-ci il tarixli 3N6 nömrəli əmrinə (§N) əsasən MAHHXHQ iddiaçı 05N nömrəli hərbi hissə komandirinin xx.xx.NN-ci il tarixli 0N05 nömrəli əmrinə əsasən xx.xx.NN-ci il tarixdən hərbi hissə komandirinin sərəncamına gəlmiş və tapşırığının icrası ilə əlaqədar olaraq ərazi çıxışına getmiş hesab edilmiş, hərbi hissənin qazan təminatından çıxarılmış, N0 günlük quru, N günlük isti ərzaq payı ilə təmin edilmişdir. N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə xx.xx.NN-ci il tarixli 3N5 nömrəli əmrinə (§N) əsasən iddiaçı xx.xx.NN-ci il tarixindən müalicəyə, Fizuli rayon xəstəxanasına getmiş hesab edilmişdir. NNN nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə xx.xx.NN-ci il tarixli, 3NN nömrəli əmrinə (§N) əsasən xidməti zərurət ilə əlaqədar olaraq NNN nömrəli hərbi hissədə ezamiyyətdə olan N nömrəli hərbi hissənin hərbi qulluqçusu – MAHHXHQ əsgər iddiaçı xx.xx.NN-ci il tarixdən xidməti yerinə qayıtmış hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə xx.xx.NN-ci il tarixli 346 nömrəli əmrinə (§N) əsasən MAHHXHQ iddiaçı xx.xx.NN-ci il tarixindən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə xx.xx.NN-ci il tarixli 346 nömrəli əmrinə (§3) əsasən MAHHXHQ iddiaçı 05N nömrəli hərbi hissə komandirinin xx.xx.NN-ci il tarixli N54 nömrəli əmrinə əsasən ərazi çıxışından qayıtmış və 05N nömrəli hərbi hissəyə getmiş hesab edilmişdir. 05N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə xx.xx.NN-ci il tarixli, 339 nömrəli əmrinə (§NN) əsasən 05N nömrəli hərbi hissənin sərəncamına verilən N nömrəli hərbi hissədən gəlmiş hərbi qulluqçular (35.MAHHXHQ əsgər iddiaçı) Müdafiə nazirinin xx.xx.NN-ci il tarixli 055 nömrəli sərəncamına əsasən hərbi hissə komandirinin sərəncamından çıxarılmış hesab edilmiş, xx.xx.NN-ci il tarixdən öz hərbi hissələrinə göndərilmiş və xx.xx.NN-ci il tarixdən qazan təminatından çıxarılaraq ərzaq attestatı ilə təmin edilmişlər N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə xx.xx.NNN-ci il tarixli, N93 nömrəli əmrindən (§N) çıxarışa əsasən N nömrəli hərbi hissə komandirinin xx.xx.NNN-ci il tarixli 0N03əç nömrəli əmri ilə N nömrəli hərbi hissə (Gədəbəy rayonu) 4-cü motoatıcı taborun motoatıcı bölüyünün motoatıcı taqımının motoatıcı manqasının komandiri vəzifəsinə təyin edildiyi üçün iddiaçı işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, xx.xx.NNN-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Belə ki, tələb kompensasiyanın hesablanaraq ödənilməsi ilə bağlı olsa da, həmin kompensasiyanın ödənilməsi inzibati orqanın qanunsuz hərəkətlərindən deyil, qanundan irəli gələn vəzifələrin icrası ilə bağlıdır. Ona görə də iddianın növü öhdəliyin icrasına dair iddiadır, belə ki, cavabdeh qurumun inzibati aktın qəbul edilməsi ilə nəticələnməyən faktiki xarakterli hərəkətlərin icrası ilə bağlıdır Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunanlara əsasən iddianı əsassız hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N04-cü il N3 noyabr tarixli N80-N4 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi” Qaydalarının N.NN-ci bəndinə normalarına əsasən xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektinə üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. Kompensasiya ödənilməsi üçün xidməti vəzifələrin icrası zamanı xəsarət alma (həlak olma) halları, həmçinin kompensasiya ödənilməsi üçün xidməti vəzifələrinin icrası zamanı alınan xəstəlik halları dəqiq müəyyən edilmişdir. Hazırda iddiaçının hüquqi marağı və məqsədi ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin N80-N4 №-li xx.xx.N04-cü il tarixli qərarına əsasən 36 aylıq kompensasiyanın tam formada ödənilməsinə nail olmaqdan ibarətdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N3 noyabr N04-cü il tarixli N80-N4 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi” Qaydaların N.NN-ci bəndinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N3 noyabr N04-cü il tarixli N80-N4 nömrəli Qərarı ilə təsdiq edilmiş (dərc edilmir) “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”n : N.N. xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. N.3. xidməti vəzifələrinin icrası ilə bağlı olmayan xəsarət və ya xəstəlik nəticəsində həlak olmuş (vəfat etmiş) və ya xidmətinin davam etdirilməsi istisna edilmiş əməkdaşa, yaxud onun ailə üzvlərinə kompensasiya ödənilmir. 3.N. kompensasiyanı almaq hüququ olan əməkdaş və ya həlak olmuş (vəfat etmiş) əməkdaşın ailə üzvü kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti rəhbərinə ərizə ilə müraciət etməlidir. 3.6 xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edildikdə aşağıdakı sənədlər kompensasiyanın təyin edilməsi üçün əsas götürülür: -kompensasiya ödənilməsi üçün əməkdaşın ərizəsi; -xidmətinin davam etdirilməsini istisna edən xəsarətin xidməti vəzifələrinin icrası ilə səbəb əlaqəsi barədə hərbi-həkim komisssiyasının qərarı (4 nömrəli əlavə); -əməkdaşın pul təminatı barədə maliyyə struktur bölməsinin arayışı. Göstərilən Qaydalara əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşlarına aşağıdakı hallarda kompensasiya ödənilir: -Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı travma (xəsarət) almalı; -Xəsarət əməkdaşın xidmət etdiyi dövrdə xidməti vəzifələrinin icrası ilə əlaqədar alınmalı;. -Xəsarət əməkdaşın xidmətinin davam etdirilməsini istisna etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı N nömrəli hərbi hissədə xidmət edərkən xidmət etdiyi vəzifə Azərbaycan Respublikası müdafiə nazirinin NN-ci il tarixli müvafiq əmrinə əsasən kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarının siyahısına daxil edilmişdir. Daha sonra məhkəməyə təqdim edilmiş əmrlərdən görünür ki, iddiaçı xx.xx.NN-ci il tarixdən N nömrəli hərbi hissə komandiri tərəfindən NNN nömrəli hərbi hissəyə N günlük ezam edilmiş, NNN nömrəli hərbi hissə komandirinin xx.xx.NN-ci il tarixli N97 nömrəli əmri ilə ezamiyyətə gəlmiş hesab edilmişdir. Lakin eyni tarixli, 05N nömrəli hərbi hissə komandirinin N nömrəli əmri ilə tabelikdə olan birləşmələrin əsas bölmələrinin şəxsi heyətinin sayının artırılması və komplektləşdirilməsi məqsədiləN nömrəli hərbi hissədən gəlmiş iddiaçı N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.NN-ci il tarixli 3N6 nömrəli əmri ilə MAHHXHQ iddiaçı xx.xx.NN-ci il tarixdən hərbi hissə komandirinin sərəncamına gəlmiş və tapşırığının icrası ilə əlaqədar olaraq ərazi çıxışına getmiş hesab edilmiş, hərbi hissənin qazan təminatından çıxarılmış, N0 günlük quru, N günlük isti ərzaq payı ilə təmin edilmişdir. İddiaçı xx.xx.NN-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda, Şuşa ətrafında gedən döyüşlər zamanı Döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna nüfuz edən, sağ ağciyərin aşağı payının kontuziyası, sol Vİİ qabırğanı qəlpəli sınığı ilə müşayiət olunan kor odlu silah yaralanması xəsarəti almışdır. Beləliklə, iddiaçı N nömrəli hərbi hissənin tərkibində xidmət edərkən xəsarət almışdır. Daha sonra xx.xx.NN-ci il tarixdə Füzuli MDM-də, xx.xx.NN-xx.xx.NN-ci il tarixlərdə Bərdə RMX-da, xx.xx.NN-ci il tarixdə N nömrəli hərbi hissədə müalicə almış, xx.xx.NN-ci il tarixindən isə hərbi hissəyə gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilmişdir. İddiaçı xx.xx.NNN-ci il tarixdən təxris olunmuşdur. Göründüyü kimi birinci şərt iddiaçıya münasibətdə yerinə yetirilmiş, lakin ikinci şərtə və üçüncü şərtə münasibətdə tələblərə riayət olunmamışdır. Halbuki, yuxarıda qeyd olunan qanunvericilik aktları ilə iddiaçının xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, nəzərdə tutulmuş vəsaitin ona hesablanaraq ödənilməsi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyekti kimi aldığı xəsarətlə əlaqədar 3 illik pul təminatı məbləğində kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin olunmasın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar