Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4233/2023 21.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, 26 avqust 2022-ci il tarixli **********971400 saylı, 06 yanvar 2023-cü il tarixli **********212600 saylı, 06 yanvar 2023-cü il tarixli **********213300 saylı, 06 yanvar 2023-cü il tarixli **********214000 saylı, 06 yanvar 2023cü il tarixli **********219500 saylı, 06 yanvar 2023-cü il tarixli **********215700 saylı, 06 yanvar 2023-cü il tarixli **********217100 saylı qərarlarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkili iddia ərizəsinə iddia müddətinin bərpası barədə ərizə əlavə edərək ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı "Spesifik şəxsiyyət pozuntuları, şəxsiyyətin şizoid pozuntusu" diaqnozu ilə uzun müddətdir müalicə olunur və 25 dekabr 2022-ci il tarixdən 10 fevral 2023-cü il tarixədək Gəncə şəhəri Psixonevroloji Dispanserdə stasionarda müalicə olunduğundan qəbul olunan qərarlardan şikayət verə bilməmişdir. Odur ki, həmin qərarlardan şikayət verilməsi üçün ötürülmüş müddətin üzrlü hesab edilərək iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi xahiş edilmişdir. İddiaçının vəkili Vəkil məhkəmə iclasında ərizəni müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında bildirmişdir ki, iddiaçının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək gündüz stasionarında müalicədə olması barədə tibbi arayış olsa da xx.xx.2023-cü il tarixdə 1 saylı Bakı “ASAN” xidmət mərkəzində vəkilə etibarnamə vermiş, həmçinin həmin gün Bakı şəhəri 12 saylı Vəkil Bürosunda vəkillə müqavilə bağlamışdır. Ona görə də ərizə təmin edilə bilməz. Məhkəmə iş materiallarını nəzərdən keçirib, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək hesab edir ki, müddətin bərpası barədə ərizə təmin edilməməli, iddia mümkün sayılmamalıdır. Belə ki, hazırda baxılan iddia üzrə müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməməsi və iddianın mümkünsüz sayılması barədə xx.xx.2023-cü il tarixli qərardad qəbul edilmiş, qərardad Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-672/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə ləğv edilmiş və iş məhkəməyə qaytarılmışdır. İşin birinci instaniya məhkəməsində birinci dəfə aparılan icraatı zamanı buraxılmış prosessual müddətin üzürlü sayılmamasına əsas kimi iddiaçının xx.xx.2023-cü il tarixdə müalicəsi tamamlandığından fevral ayının 25-nə qədər məhkəməyə müraciət edə bilməsi imkanının olması, lakin müalicəsi tamamlandıqdan sonra təxminən 3 aya yaxın bir müddət ərzində məhkəməyə müraciət etməməsi göstərilmişdir. Lakin iddiaçının vəkili apellyasiya şikayətində iddiaçının vergi qərarından şikayət verilməsi üçün müəyyən edilmiş müddətdə stasionar müalicə alması ilə əsaslandırmış, həmçinin bunu təsdiq etmək üçün Gəncə şəhəri Psixo-Nevroloji Dispanserin xx.xx.2023-cü il tarixli, 467 nömrəli arayışını təqdim etmişdır. Qeyd oluan arayışın məzmunda iddiaçının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Gəncə şəhəri Psixo-Nevroloji Dispanserin gündüz stasionarında müalicə olundugu göstərilmişdir. Məhkəmənin sorğusu əsasında Gəncə şəhəri Psixo-Nevroloji Dispanserin “xəstələrin gündüz stasionarına qəbulunun qeydiyyat jurnalı” və iddiaçıya aid tibbi sənədlər tələb edilmiş və baxış keçirilmiş, müəyyən edilmişdir ki, “stasionar jurnalı”nda İddiaçı xx.xx.2023-cü il tarixdə saat 9:00-da stasionara qəbul edilməsi və həmin gün saat 15:00-da çıxaması qeyd edilsə də digər tibbi sənədlərdə ehtimal olunur ki, saxtakarlığa yol verilərək (“müşahidə gündəliyi” və “epikriz”) onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək gündüz stasionarında müalicə olunduğu qeyd edilmişdir. Sözügedən tibbi sənədlərdə (“müşahidə gündəliyi” və “epikriz”) qeyd edilmiş məlumatların sonradan tərtib edilməsi ilə bağlı ehtimallar ondan qaynaqlanır ki, iddiaçının həmin dövrdə gündüz stasionarında müalicə alması barədə sənədlər birinci instansiya məhkəməsində ilkin icraat zamanı təqdim edilməmiş, ən azından belə bir sənədin mövcud olması belə məhkəməyə bildirilməmiş, apellyasiya şikayəti verildikdən sonra əldə edilərək Apellyasiya Məhkəməsinə təqdim edilmişdir. İddiaçının qeyd olunan tarixlər arasındakı müddət ərzində (xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il) hər gün gündüz stasionarında müalicədə olmamasını deməyə əsas verən xüsusatlardan biri də odur ki, iş materiallarında olan etibarnamədən və vəkil orderindən göründüyü kimi iddiaçı xx.xx.2023-cü il tarixdə 1 saylı Bakı “ASAN” xidmət mərkəzində vəkilə etibarnamə vermiş, həmçinin həmin gün Bakı şəhəri 12 saylı Vəkil Bürosunda vəkillə müqavilə bağlamışdır. Odur ki, məhkəmə qeyd olunan tibbi sənədləri mötəbər sübut kimi nəzərə almır və həmin sənədlərin buraxılmış prosessual müddətin üzrlü sayılması üçün əsas verməməsi qənaətinə gəlir. İş materialları ilə müəyyən olunur ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********971400 nömrəli qərar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixdə göndərilmiş, 06 yanvar 2023-cü il tarixli digər qərarlar isə xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəmədə iddia qaldırılmaqla qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. -70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Beləliklə, müəyyən olunur ki, iddiaçı hazırda mübahisələndirilən qərarlar barədə məlumatlı olmuşdur, eyni zamanda müddətin bərpası barədə ərizədə müddətin üzrlü səbəbdən ötürülməsi kimi qeyd olunan dəlillər əsaslı hesab edilə bilməz. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olubolmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-nin 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-ci və 35-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsin, iddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-4233/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4233/2023
21.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver