Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-424/2021 16.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X8 iştirakı ilə İddiaçı Cavabdehnə (üçüncü şəxslər X6 və Goranboy Rayon İcra Hakimiyyəti) qarşı doğum haqqında akt qeydinin ata qrafasında aparılmış qeydin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Goranboy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.20178-ci il tarixdə doğulmuş X4 atasının İddiaçı olması faktının müəyyən edilməsi və İddiaçı Fəqanın atası kimi tanınması, xx.xx.2017-ci il tarixdə doğulmuş Fəqan adlı uşağın «Doğum haqqında şəhadətnamə»sində uşağın adı, soyadı və ata adı X3, ata qrafasında « İddiaçı», ana qrafasında «X6» qeyd edilməklə doğum haqqında şəhadətnamənin verilməsinin Cavabdehnə həvalə edilməsi, cavabdeh İddiaçı hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2017-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 verilməsi qət edilmişdir. Cavabdeh tərəfindən 189 nömrə ilə qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli AZ-İ 355946 saylı atalığı müəyyən etmək haqqında akt qeydinin ata haqqında məlumat hissəsində Goranboy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(045)-40/2018 nömrəli qətnaməsinə əsasən İddiaçı adı qeyd edilmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(045)-40/2018 nömrəli qərardadı ilə cavabdeh X5 ərizəsi təmin edilmiş, məhkəmənin xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsi ləğv olunmuş, mülki işin icraatı təzələnərək mahiyyəti üzrə baxılması üçün təyin edilmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(045)-410/2019 nömrəli qətnaməsi ilə iddiaçı X1 cavabdeh İddiaçı qarşı “Atalığın müəyyən edilməsi və aliment tələbinə dair” iddiası rədd edilmişdir. Həmin qətnamənin əsaslandırıcı hissəsində göstərilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 Təcrübi və Tədris Birliyinin xx.xx.2019-cu il tarixli 290/2019-MTBŞ nömrəli ekspert rəyinə əsasən müəyyən edilir ki, genlərin valideynlərdən uşaqlara irsən ötürülməsi qanununa görə ata və ananın qrup göstəricilərində olmayan faktorlar uşaqda olmamalıdır. Göstərilən halda ABO sistemi üzrə ana X1 qrup göstəricisi O alfa, beta/İ/-dır, güman olunan ata İddiaçı qrup göstəricisi B-alfa/İİİ/-dür, Məmmədov Fəqan adlı uşağın isə qrup göstəricisi A/İİ/-dir. «A» faktorunu o öz genetik atasından götürməlidir. «A» faktoru İddiaçı və X1 qrup göstəricilərində olmadığı üçün, uşaq bu faktoru öz həqiqi atasından götürmüşdür. Göstərilənlərə əsasən uşaq barəsində İddiaçı atalıq faktı ABO sistemi üzrə inkar olunmuş, yəni X12 təqdim olunmuş Məmmədov Fəqan adlı uşağın atası ola bilməz. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(104)-745/2020 nömrəli qətnaməsi ilə iddiaçı X1 apellyasiya şikayəti təmin edilməmiş, Goranboy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(045)-410/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli 294/1-Q-05/15 nömrəli imtina məktubu ilə X9 uşağın üzərində atalığın müəyyən edilməsi haqqında akt qeydinin ləğv edilməsinin qeydiyyat şöbəsinin səlahiyyətləri xaricində olması bildirilmişdir. İmtinanı əsaslı hesab etməyən İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən 189 nömrə ilə qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli AZ-İ 355946 saylı doğum haqqında akt qeydinin ləğv olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bundan sonra, iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən 189 nömrə ilə qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli AZ-İ 355946 saylı doğum haqqında akt qeydinin ata qrafasında aparılmış qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxxx 1992-ci il tarixdə Goranboy rayonunun Balakürd kəndində anadan olmuş və hazırda da ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Goranboy Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(045)- 410/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı X1 ona qarşı “Atalığın müəyyən edilməsi və aliment tələbinə dair” iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(104)-745/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 apellyasiya şikayəti təmin edilməmiş, Goranboy Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(045)-410/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qüvvəyə minmiş məhkəmə qətnamələri ilə sübut olunur ki, xx xxx 2017-ci ildə anadan olmuş Fəqan adlı uşağın atası o deyil. Lakin, uşağa verilmiş doğum haqqında şəhadətnamədə ata qrafasında uşağın atası kimi o göstərilmişdir. Ona görə də, uşağın üzərində atalığın müəyyən olunması haqqında akt qeydinin ləğv edilməsi barədə Cavabdehnə müraciət etmiş, lakin cavabdeh orqan bundan imtina etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclaslarında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclasında izahat verərək Cavabdeh tərəfindən 189 nömrə ilə qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli AZ-İ 355946 saylı atalığı müəyyən etmək haqqında akt qeydinin ata haqqında məlumat hissəsində Goranboy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(045)-40/2018 nömrəli qətnaməsinə əsasən İddiaçı adının qeyd edildiyini, qeydiyyatın aparılmasına əsas olmuş qətnamənin ləğv edilməsinə dair məlumat daxil olsa da, həmin akt qeydinin ləğv edilməsinin qeydiyyat şöbəsinin səlahiyyətləri xaricində olduğunu, qeydin yalnız məhkəmə qərarı əsasında ləğv edilməsinin mümkünlüyünü bildirdi və məhkəmədən qanunamüvafiq qərar çıxarılmasını xahiş etdi. Cavabdehə və üçüncü şəxslərə hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs Goranboy Rayon İcra Hakimiyyəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, üçüncü şəxs X6 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə hesab edir ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli qərarının 9.1-ci bədinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur və iddia tələbi mümkün olmaqla yanaşı həm də əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən 189 nömrə ilə qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli AZ-İ 355946 saylı atalığı müəyyən etmək haqqında akt qeydinin ata haqqında məlumat hissəsində Goranboy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(045)-40/2018 nömrəli qətnaməsinə əsasən İddiaçı adı qeyd olunmuş, həmin məhkəmənin xx.xx.2018-ci il tarixli 2(045)-40/2018 nömrəli qərardadı ilə xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmişdir. Daha sonra Goranboy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(045)-410/2019 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmiş və qətnamə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(104)-745/2020 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamələrlə müəyyən edilmişdir ki, X12 təqdim olunmuş Məmmədov Fəqan adlı uşağın atası ola bilməz, ona görə də, iddiaçı X1 cavabdeh İddiaçı qarşı “Atalığın müəyyən edilməsi və aliment tələbinə dair” iddiası rədd edilməlidir. İddiaçı həmin qətnamələrə istinad edərək mübahisələndirilən akt qeydinin ləğv edilməsi ilə əlaqədar Cavabdehnə müraciət etmiş, lakin sonuncu bundan imtina etmişdir. Belə olan halda, iddiaçı doğum haqqında akt qeydinin ata qrafasında aparılmış qeydin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiqlənmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı» qaydalırının: - 1.4. VVADQ orqanı və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 2.1. Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.5. Doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; 2.6. Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. 2.8.2. valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; 2.9. Bu Qaydanın 2.8.1 və 2.8.2-ci yarım bəndlərinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mühasibə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Qeyd olunan normalardan məlum olur ki, doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi tərəfindən valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideynlərin nikah haqqında şəhadətnaməsi, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd, bu sənədlər olmadıqda isə uşağın doğulması faktının məhkəmə qaydasında müəyyən edilməsi əsasında aparılır. Nikahdan kənar uşaqların doğumu qeydə alınan zaman uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi, habelə məhkəmənin qərarı əsasında aparılır. Hazıkı iş üzrə də uşaq nikahdan kənar doğulduğundan qeydiyyat məhz məhkəmə qərarı əsasında aparılmış, lakin qeydiyyatın aparılmasına əsas olmuş məhkəmə qərarı ləğv edilmiş, buna baxmayaraq inzibati orqan tərəfindən qeydin ləğv edilməsindən imtina olunmuşdur. Məhkəmə hesab edir ki, doğum akt qeydinin ata qarfasında qeydin aparılmasına əsas olan məhkəmə qərarı ləğv edildiyindən, mübahisələndirilən qeyd də ləğv olunmalıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativhüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli, 52 nömrəli qərarının 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyad dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını, habelə soyad şəkilçisini dəyişdirildikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin, həqiqətən, olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən 189 nömrə ilə qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli AZ-İ 355946 saylı doğum haqqında akt qeydinin ata haqqında məlumat hissəsində aparılmış qeydin ləğv edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. Cavabdeh tərəfindən 189 nömrə ilə qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli AZ-İ 355946 saylı doğum haqqında akt qeydinin ata haqqında məlumat hissəsində aparılmış qeyd ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-424/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-424/2021
16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver