Məhkəmə qərarları › İş №2-1(114)-424/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-424/2024

01.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-424/2024 01.08.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Tovuz rayonun Alakol Bələdiyyəsinə qarşı cavabdehin xx.xx.2005-ci il tarixli, 09 nömrəli qərarının ləğv edilməsi, Alakol kəndində yerləşən 0,08 ha torpaq sahəsinin iddiaçıya satılması barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1968-ci il tarixdə Tovuz rayonun Alakol kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatda olmaqla yaşayır. Tovuz rayon Alakol bələdiyyəsinin (bundan sonra mətndə - cavabdeh) xx.xx.2005-ci il tarixli, 09 nömrəli protokol qərarına əsasən X6 həyətyanı mqəsədilə 0,08 ha torpaq sahəsi satılmışdır. Bunun müqabilində üçüncü şəxs tərəfindən bələdiyyənin bank hesabına 785.000 manat haqq ödənilmişdir. Bundan sonra xx.xx.2005-ci il tarixdə torpağın alqı-satqısına dair akt tərtib edilmişdir. Həmin torpaq sahəsi üzərində X4 xüsusi mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixdə Tovuz regional “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş (4Ə-156 reyestr nömrəli) daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X8 həmin torpaq sahəsini X5 bağışlamışdır. X3 mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə, ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə Tovuz rayonu Alakol kəndində islahat dovründə 0.08 ha həyətyanı torpaq sahəsi zəbt etdiyinə görə pay torpaq sahəsindən qanunı müvafiq qaydada çıxıldığına, kənd üzrə adlı siyahıda 237 nömrədə həmin 0.08 ha həyətyanı torpaq sahəsinin zəbt kimi onun adına göstərildiyinə, onun tərəfindən zəbt edilmiş həmin tcrpaq sahəsinin anası X8 tərəfindən Alakol bələdiyyəsinin müvəfiq q və digər senədləri əsasında alqı-satqı edilib, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alıb bacısına bağışlandığına görə sözügedən torpaq sahəsinin ona qaytarılmasına köməklik göstərilməsi barədə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********62 nömrəli məktubunda bildirilmişdir ki, sahə naturada məlum olmadığına görə araşdırma aparılmış həmin torpaq sahəsi elektron baza məlumatlarında Bələdiyyə mülkiyyətində göstərildiyinə görə Tovuz rayonu Alakol bələdiyyəsinin 2005-ci il 26 sentyabr tarixli 09 saylı qərarı ilə qanuna müvafiq olaraq təqdim olunan torpaq sahəsini kənd sakini X2 məlum olmuşdur. Həqiqətən Tovuz rayonu Alakol kəndinin adlı siyahısında İddiaçı adına zəbt kimi 0.08 ha torpaq sahəsi qeyd edilib. Araşdırmadan göründüyü kimi iddiaçının tələb etdiyi torpaq sahəsi başqa şəxsə verilib. Lakin torpaq sahəsini başqa ərazidən bərpa etmək üçün Tovuz rayonu Alakol bəlediyyəsinə müraciət edilməlidir. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh Tovuz rayonun Alakol Bələdiyyəsinə qarşı “cavabdehin xx.xx.2005-ci il tarixli, 09 nömrəli qərarının ləğv edilməsi, Alakol kəndində yerləşən 0,08 ha torpaq sahəsinin iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İddiaçı daha sonra tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək “cavabdehin xx.xx.2005-ci il tarixli, 09 nömrəli qərarının ləğv edilməsi, Alakol kəndində yerləşən 0,08 ha torpaq sahəsinin iddiaçıya satılması barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İddia tələbi onununla əsaslandırılmışdır ki, torpaq islahatı zamanə iddiaçının adına Tovuz, rayonu Alakol kəndində 0,08 ha zəbt torpaq sahəsi olduğundan ona verilmiş pay torpağından 0,08 ha torpaq sahəsi çıxılmışdır. Alakol kəndi üzrə adlı siyahıda 287-ci nömrədə həmin 0,08 ha torpaq sahəsinin zəbt kimi iddiaçının adına olması göstərilmişdir. Torpaq sahəsinə dair müvafiq sənədləşmə işləri apararkən iddiaçıya məlum olmuşdur ki, həmin torpaq sahəsi Tovuz rayon Alakol Bələdiyyəsinin 26 sentyabr 2005-ci il tarixli 09 saylı qərarı ilə iddia tələbi üzrə üçüncü şəxs X1. Bununla bağlı, iddiaçı dəfələrlə Tovuz Rayon Alakol Bələdiyyəsinə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. İddiaçı məcbur olub rəsmi ərizə ilə Tovuz rayon Alakol Bələdiyyəsinə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən onun bu rəsmi müraciəti də cavabsız qalmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, üçüncü şəxslərdən Telli anası, Minarə bacısıdır. 2009-cu ildən təsərrüfatını ayırmışdır. Atası sağlığında pay torpağının qarşısındakı torpağın iddiaçıya məxsus olduğunu bildirmişdir. 15 ildir ki, həmin torpağı əkib-becərmişdir. Anası onun xəbəri olmadan iddiaçının zəbt etdiyi torpağı bələdiyyədən almış, sonra bacısına bağışlamışdır. İddiaçının bağ saldığı, əkib-becərdiyi torpaq hazırda qardaşının istifadəsindədir. Bələdiyyə tərəfindən anasına satılan torpaq sahəsi isə zəbt etdiyi torpaqdır və həmin sahədən bacısı istifadə edir. Cavabdeh iddiaya dair münasibət bildirməmiş, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3802/2023 nömrəli qərardadı ilə X8, xx.xx.2024-cü il tarixli, 2-1(114)-424/2024 nömrəli qərardadı ilə X7 iştirakı zəruri olan üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşlar. Üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barəsində məlumat verməmişlər. Cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: İddia ərizəsi və iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, hazırkı iddia mümkün sayılmamalıdır. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Hazırki işdə iddiaçı məhkəmədən X6 torpaq sahəsinin satılması haqqında cavabdehin xx.xx.2005-ci il tarixli, 09 nömrəli qərarının ləğv olunmasını məhkəmədən xahiş edir. Göründüyü kimi iddia inzibati aktın ləğvi ilə bağlı olmaqla Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Göründüyü kimi iddiaçının mübahisə açdığı məsələ İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir. Belə ki, inzibati orqanın mübahisələndirilən qərarı 2005-ci ilin sentyabr ayında qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisələndirilən qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 30 iyun 2011-ci il tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Başqa sözlə, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Digər tərəfdən, məhkəmə iddiaçının “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsinə münasibətdə qeyd edir ki, iddiaçı ərizəsində bələdiyyə qərarının saxta olmasını, qəsdən əvvəlki tarixə rəsmiləşdirilməsini göstərmiş, lakin bu halları təsdiq edən heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının sadaladığı hallar iddianın mümkün sayılmasına əsas vermir. Ona görə ki, iddiaçının hüquqi marağı olan torpaq sahəsi ilə aqrar islahat dövründən bəri maraqlanmaması, əldə edilməsi ilə bağlı hərəkətlər etməməsi ağlabatan deyildir. Hətta, həyatın adi axarı şəraitində belə, iddiaçının torpağa dair onun yaxın qohumları (anası və bacısı) olan üçüncü şəxslərin hüquqlarının olduğu barədə məlumatın olmamasına dair nəticəyə gəlmək çətindir. Odur ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin qərarların mübahisələndirilməsi imkanı aradan qaxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır Həmçinin qeyd olunmalıdır ki, mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyəti olduğu müəyyən olunur. İddiaçının mübahisə açdığı torpaq sahəsi ilə hər hansı hüquqi bağlılığı sübuta yetirilmir, onun həmin torpaq sahəsinə əşya hüququ təsdiqini tapmır. Torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır, sözügedən torpaq sahəsi əvvəlcə bələdiyyə mülkiyyətində olmuş, hazırda isə üçüncü şəxsin mülkiyyətində olmaqla, onun adına dövlət reyestrindən çıxarış verilmişdir. Mübahisəli torpaq sahəsi iddiaçı tərəfindən istifadə olunmur. Belə olan halda, iddiaçının qeyd edilən torpaq sahəsinin üçüncü şəxsin xeyrinə özgəninkiləşdirmək barədə bələdiyyə qərarını mübahisələndirmək üçün hər hansı tələb hüququ mövcud deyildir. Bu isə, iddiaçının hazırkı tələb üzrə subyektiv hüququnun olmasını istisna edir. Şəxsin inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia etməsi üçün, ən azından həmin hərəkətin (hərəkətsizliyin) onun hüquqlarını pozma ehtimalı mövcud olmalıdır. Nəzərə almaq lazımdır ki, iddiaçının iddia etdiyi torpaq sahəsindən hər hansı qanuni əsas olmadan faktiki istifadə etməsi (iddiaçının özünün ifadəsi ilə torpaq sahəsinin “zəbtində” olması) bələdiyyənin mülkiyyətində olan həmin sahənin üçüncü şəxsə ayrılmasını istisna edə bilməz. Bu zaman həm də iddiaçının iddia etdiyi torpaq sahəsinin bələdiyyəyə ayrıldığı, həmin torpaq sahəsinin bələdiyyəyə ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında bələdiyyənin mülkiyyət hüququnun reyestrdə qeydiyyata alındığı və bu barədə müvafiq çıxarışın verildiyi də nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmamalı və onun iddia tələbi mümkün sayılmamalıdır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmasın. İddiaçı cavabdeh Tovuz rayonun Alakol Bələdiyyəsinə qarşı cavabdehin xx.xx.2005-ci il tarixli, 09 nömrəli qərarının ləğv edilməsi, Alakol kəndində yerləşən 0,08 ha torpaq sahəsinin iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair ərizəsi mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar