Məhkəmə qərarları › İş №2-1(114)-4254/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4254/2023

07.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4254/2023 07.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı Prezident təqaüdünün bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona “Vətən müharibəsi veteranı” statusuna görə təyin olunmuş 80 (səksən) manat məbləğində Prezident təqaüdünün bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya "Zəfər" alt sisteminə əsasən xx.xx.2022-ci il tarixdə proaktiv qaydada, xx.xx.2022-ci il tarixədək aylıq 80 manat məbləğində, ümumilikdə isə, 880 manat məbləğində müharibə veteranları üçün nəzərdə tutulmuş prezident təqaüdü təyin edilərək ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetindən daxil olmuş məktub ilə iddiaçının veteran statusunun əsassız olduğu və bu səbəbdən ləğv olunduğu aşkar olunmuşdur. Eləcə də, araşdırma zamanı "Zəfər" alt sisteminin müvafiq bölməsində axtarış aparıldıqdan sonra iddiaçının adının olmadığı müəyyən olunmuşdur. Beləliklə, araşdırmanın nəticəsi olaraq xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-27871/2023 nömrəli artıq ödəmə barədə qərar qəbul olunmuşdur. Bu qərar əsasında Fondun Maliyyə və X1 xx.xx.2023-cü il tarixli 3-17-1/2-A-121472/2023 nömrəli məktubu ilə iddiaçıya xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək artıqalınmış məbləğin geri qaytarılması zərurəti barədə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ******* nömrəli hərbi biletə əsasən xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixdə ehtiyata buraxılanədək hərbi xidmətdə olmuşdur. İddiaçı Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 250s nömrəli sərəncamı ilə xx.xx.2022-ci il tarixdə l-1297 nömrəli "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilmişdir. Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 2669 nömrəli məktubu ilə iddiaçının Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarının 10 və 11-ci abzaslarında qeyd olunan bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmədiyinə görə Müharibə veteranı vəsiqəsinin və statusunun verilməsindən imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2015-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"nın 7 nömrəli əlavəsinin- Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısını 2.33-cü bəndinə görə, müharibə veteranlarına təqaüdün təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti əsas götürülür. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən, vəsiqəni, yəni veteran adını almağ vacibdir və vəsiqə veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamənin 2.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi şəhid və şəhid ailəsi statusu, habelə müharibə veteranı statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatı altsistemə daxil edir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 27 oktyabr 2021-ci il tarixli Fərmanı ilə yaradılmış "Zəfər" altsisteminə aidiyyəti qurumlar tərəfindən müharibə veteranı statusu almış şəxslərə dair məlumatlar daxil edilir. Aidiyyəti qurumlar tərəfindən "Müharibə veteranı" adı verilmiş şəxslərə dair məlumatlar həmin altsistemə daxil edildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən e-sistem üzərindən onlara proaktiv qaydada təqaüd təyinatları aparılır. Göründüyü kimi, istinad olunan normaların məzmununa görə müharibə veteranları üçün nəzərdə tutulmuş təqaüdün verilməsinə əsas veteran vəsiqəsinin və statusunun olmasıdır. İşə əlavə edilmiş sənədlərin məzmunu ilə müəyyən olunur ki, "Zəfər" alt sisteminə əsasən iddiaçıya xx.xx.2022-ci il tarixdə proaktiv qaydada, xx.xx.2022-ci il tarixədək aylıq 80 manat məbləğində, müharibə veteranları üçün nəzərdə tutulmuş prezident təqaüdü təyin edilərək ödənilsə də, sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetindən daxil olmuş məktub ilə iddiaçının veteran statusunun ləğv olunduğu müəyyən edilmiş, həmçinin araşdırma zamanı "Zəfər" alt sisteminin müvafiq bölməsində axtarış aparıldıqdan sonra iddiaçının adının olmadığı aşkar edilmişdir. Beləliklə müəyyən olunur ki, iddiaçı faktiki olaraq müharibə veteranı statusuna malik deyil. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçının istinad etdiyi müharibə veteranı statusu ləğv edildiyindən, onun Prezident təqaüdünün bərpa edilməsi ilə bağlı subyektiv hüququ istisna olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı Prezident təqaüdünün bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar