Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4258/2025 22.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Dövlət Sosial Müdafiə Fondu” X7 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və əmək pensiyasının bərpa olunmasına dair qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı, Cavabdeh “Dövlət Sosial Müdafiə Fondu” X7 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Dövlət Sosial Müdafiə Fondu” X7 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və əmək pensiyasının bərpa olunmasına dair qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: a) Məhkəmə araşdırmasının predmeti
1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - cavadbehin xx.xx.2025-ci il tarixli, 3-17-1/2-M-44255/2025 nömrəli “müraciətin cavablandırılması haqqında” məktuba əsasən, mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən xx.xx.2022-ci il tarixindən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə vətəndaş İddiaçı əlilliyi müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli müraciətinin araşdırılması zamanı pensiya işi qovluğuna daxil olan Dövlət Sosial Müdafiə Fondunun keçmiş Ağstafa rayon şöbəsinin xx.xx.2010-cu il tarixli yoxlama aktına əsasən, xx.xx.2004-cü il tarixindən xx.xx.2008-ci il tarixinədək "xxxx" MMC-də əmək fəaliyyətinin olması qeyd edilsə də, xx.xx.2006-cı il tarixindən xx.xx.2008-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı müəyyən olunmuşdur. Bu səbəbdən Fondun müvafiq qurumuna sorğu göndərilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, fərdi şəxsi hesabı ilə bağlı araşdırma zamanı 2006-2008-ci illərdə əmək fəaliyyətli olduğu sığortaedən "xxxx" MMC (SUN: **********4) tərəfindən təqdim edilmiş 2007-ci il üzrə illik məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında məlumatda adının sığortaolunan kim qeyd olunmadığı, həmçinin sığortaedən tərəfindən 2006 və 2008-ci illər üzrə hər hansı sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqlarının hesablanmadığı müəyyən olunmuşdur. Bu səbəbdən Fondun müvafiq qurumu tərəfindən sığortaedən "xxxx" MMC-yə sorğu göndərilmişdir; - “Dövlət Sosial Müdafiə Fondu” X7 xx.xx.2025-ci il tarixli, 3-17-1/2-M-105237/2025 nömrəli “fərdi şəxsi hesab haqqında” məktuba əsasən, araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində "xxxx" MMC-nin 0111 fəaliyyət kodu üzrə (işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla)) 2006 və 2008-ci illərə dair məcburi dövlət sosial sığortası üzrə hesabat məlumatları aşkar edilməmiş və 2007-ci il üçün təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında hesabatda vətəndaş İddiaçı dair məlumatların qeyd olunmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alınaraq, 2006-2008-ci illər üzrə məlumatların araşdırılması üçün sözügedən sığortaedənə müraciət edilə bilər.
2. “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X8 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-4/2-16786/2025 nömrəli “vətəndaşa dair müvafiq sənədlərin təqdim edilməsi haqqında” məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - xx.xx.2008-ci il tarixli müayinəyə əsasən, İddiaçı “hərbi xidmət dövrü ilə əlaqədar” səbəb əlaqəsi ilə 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir; - 27.10.2014-cü il tarixli müayinəyə əsasən, İddiaçı “hərbi xidmət dövrü ilə əlaqədar” səbəb əlaqəsi ilə 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir; - 10.11.2015-ci il tarixli müayinəyə əsasən, İddiaçı “hərbi xidmət dövrü ilə əlaqədar” səbəb əlaqəsi ilə 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir; - 11.11.2016-cı il tarixli müayinəyə əsasən, İddiaçı “hərbi xidmət dövrü ilə əlaqədar” səbəb əlaqəsi ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir; - xx.xx.2022-ci il tarixli müayinəyə əsasən, İddiaçı “ümüumi xəstəlik” səbəb əlaqəsi ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir;
3. “Dövlət Sosial Müdafiə Fondu” X7 Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-1/2- 204866/2025 nömrəli məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-1-26251/2024 nömrəli “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərara əsasən, İddiaçı əlilliyə görə xx.xx.2008-ci il tarixdən 256.50 AZN pensiya məbləği təyin edilmişdir; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/1-M-5031/2025 nömrəli “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərara əsasən, İddiaçı əlilliyə görə xx.xx.2008-ci il tarixdən 256.50 AZN pensiya məbləği təyin edilmişdir; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/1-M-29588/2025 nömrəli “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərara əsasən, İddiaçı əlilliyə görə xx.xx.2008-ci il tarixdən 256.50 AZN pensiya məbləği təyin edilmişdir; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-7/3-1-7008/2025 nömrəli “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərara əsasən, İddiaçı əlilliyə görə xx.xx.2008-ci il tarixdən 256.50 AZN pensiya məbləği təyin edilmişdir; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Sosial Ödənişlərin Altsisteminin xx.xx.2025-ci il tarixli, ******* nömrəli ərizəyə əsasən, İddiaçı xx.xx.2022-xx.xx.2027-ci il dövrü üzrə ümumi xəstəlik səbəbindən İİ qrup əlilliyə görə 180 AZN müavinət təyin edilmişdir; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli, xxxxxxx0006 nömrəli qərarına əsasən, İddiaçı barəsində xx.xx.2022-ci il tarixdən ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik qrupu təyin edilmişdir.
4. “Dövlət Sosial Müdafiə Fondu” X7 Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filial tərəfindən məhkəməyə ünvanlanmış etiraza qoşma şəklində əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın xx.xx.2008-ci il tarixli, 634 nömrəli qərarına əsasən, İddiaçı barəsində xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixinə kimi 81.0 pensiya təyin edilmiş və pensiya payı ayrılmışdır.
5. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-1/2- 202434/2025 nömrəli “məhkəmə sərəncamının cavablandırılması haqqında” məktuba əsasən, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində qeyd olunan məlumata əsasən İddiaçı xx.xx.2008-ci il tarixindən əlilliyə görə pensiya təyin edilmiş və xx.xx.2021-ci il tarixindən əlillik müddəti başa çatdığından sözügedən pensiya ödənişi sistem tərəfindən dayandırılmışdır. Məlumat üçün bildirilmişdir ki, sözügedən sərəncamda qeyd olunan sənədlərin surətin məhkəməyə təqdim edilməsi üçün xx.xx.2025-ci il tarixli, 2-1(114)-4258/2025 nömrəli sərəncam aidiyyəti üzrə Fondun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialına göndərilmişdir.
6. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-1/2- 310471/2025 nömrəli “məhkəmə sorğusunun cavablandırılması haqqında” məktuba əsasən, pensiya işi qovluğuna daxil olan sənədlərdə qeyd olunan məlumatlara əsasən İddiaçı xx.xx.2004-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" MMC-də əmək fəaliyyəti dövrü, həmçinin ******* nömrəli hərbi biletin surətində qeyd olunan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla faktiki sığorta stajı 1 il 7 ay 19 gün müəyyən edilmişdir. Araşdırma zamanı Fondun keçmiş Ağstafa rayon şöbəsinin xx.xx.2010-cu il tarixli aktına əsasən, İddiaçı xx.xx.2004-cü il tarixindən xx.xx.2008-ci il tarixinədək "xxxx" MMC-də əmək fəaliyyətinin olması qeyd edildiyi halda, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində qeyd olunan məlumata əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2008-ci il tarixinədək adıçəkilən şəxsin fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı müəyyən edilib və bu barədə E.F.X4 tərəfindən xx.xx.2025-ci il tarixli və Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2025-ci il tarixli məktublarla məlumat verilmişdir. Qeyd olunanlar nəzərə alınaraq bildirilmişdir ki, Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli qərarı ilə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Həmin məsələ ilə bağlı Fond tərəfindən aidiyyəti üzrə müraciət müəllifinə - İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatına məlumat təqdim edilmişdir.
7. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraatı materialları təşkil etmişdir: - iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər; - “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X6 xx.xx.2025-ci il tarixli, 3-17-4/2-16786/2025 nömrəli “vətəndaşa dair müvafiq sənədlərin təqdim edilməməsi haqqında” məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənədlər; - “Dövlət Sosial Müdafiə Fondu” X7 Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/2-204866/2025 nömrəli məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənədlər; - “Dövlət Sosial Müdafiə Fondu” X7 Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialnın etirazına qoşma şəklində əlavə edilmiş sənədlər; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-1/2-202434/2025 nömrəli “məhkəmə sərəncamının cavablandırılması haqqında” məktubu; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-1/2-310471/2025 nömrəli “məhkəmə sorğusunun cavablandırılması haqqında” məktubu. b) Tərəflərin ərizəsi, etirazı, iştirakı və aralıq məhkəmə aktları
8. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə iki illik sığortanın hesablanılması, pensiyasının artırılması öhdəliyinin icra edilməsi vəzifəsinin qoyulmasına dair qərarın qəbul edilməsini xahiş etmişdir.
9. Tələb onunla əsaslandırmışdır ki, iddiaçı 2004-cü ildən 2008-ci ilə kimi tikinti materialları ilə satışı ilə məşğul olan "xxxx" MMC şirkətində fəhlə işləmiş, həmin şirkətin direktoru X5 rəhmətə getdiyinə görə həmin şirkətin fəaliyyəti 2018-ci ildə dayandırılmışdır. İddiaçı bildirir ki, o, Qazax rayonuna gedib pensiya ilə bağlı sənədini aldıqda 4 illik stajının 2 illik sığortasının keçirilmədiyi məlum olmuşdur. Bu səbəbdən də onun pensiya işində problem yaranmış, o, Bakı şəhərinə gedib “DOST” mərkəzinə müraciət etmişdir. İddiaçı qeyd edir ki, ona Dövlət Sosial Müdaifə Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2025-ci il tarixdə cavab verilmiş, 2 illik qalan hesablanmamış sığortanın hesablanıb pensiyanın artırılması müsbət həll edilməmişdir.
10. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh “Dövlət Sosial Müdafiə Fondu” X7 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.
11. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-4/3-1-26251/2024 nömrəli, xx.xx.2025-ci il tarixli, 3-17-1/1-M- 5031/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, 3-17-1/1-M-29588/2025 nömrəli və xx.xx.2025ci il tarixli, 3-17-7/3-1-7008/2025 nömrəli qərarların ləğv edilməsi, xx.xx.2022-ci ildən əlliliyə görə əmək pensiyasının bərpa olunmasına dair qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
12. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz məhkəməyə daxil olmuş və etirazda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2025-ci il tarixli ərizə ilə Mərkəzi Filiala müraciət edərək ona əvvəllər əlilliyə görə əmək pensiyasının təyin edildiyini, xx.xx.2021-ci il tarixində əlillik müddəti bitdiyinə görə pensiya ödənişinin dayandırıldığını bildirmiş və xx.xx.2022-ci il tarixində təkrar əlillik təyin edildiyi üçün pensiya ödənişinin bərpa edilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-17-1/2-M-44255/2025 nömrəli məktuba əsasən, onun sığorta stajı qanunvericiliklə tələb olunan məbləğdən (2 il) az olduğu üçün pensiya ödənişinin bərpa edilməsindən imtina edilmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanunidir ve iddiaçının iddia tələbi aşağıda qeyd olunan esaslara görə temin edilmemelidir. Bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddesinin xx.xx.2008-ci il tarixində qüvvədə olan redaksiyasına əsasən əlilliyə görə əmək pensiyası 19 yaşınadək əlil olmuş sığortaolunana bir il sığorta stajı olduqda, 19 yaşından sonra əlil olmuş sığortaolunana isə 1 il sığorta stajı və əlavə olaraq yaşın üstünə gələn har tam il üçün 4 ay sığorta stajı olduqda təyin edilirdi. Qeyd edilir ki, xx.xx.1986-cı il təvəllüdlü İddiaçı ilkin əlillik xx.xx.2008-ci il tarixində, yəni 21 yaşında təyin edildiyi üçün ona münasibətlə tələb olunan sosial sığorta stajı 2 il (1 il + (4 ay x3)) təşkil edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tarafindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İşin faktiki hallarına əsasən, iddiaçıya xx.xx.2008-ci il tarixində ilkin əlilik təyin edildiyi üçün həmin tarixdən ona əlilliyə görə əmək pensiyası təyin edilmiş, xx.xx.2021-ci il tarixində isə əlillik müddəti bitdiyi üçün sözügedən pensiya ödənişi xx.xx.2021-ci il tarixində sistem tərəfindən dayandırılmışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən, iddiaçıya daha sonra xx.xx.2022-ci il tarixində orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlillik təyin edilmişdir. İddiaçı əlilliyə görə əmək pensiyasının bərpa edilməsi ilə bağlı Mərkəzi Fillala xx.xx.2025-ci il tarixli müraciətinin araşdırılması zamanı, onun xx.xx.2004-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" MMC-də əmək fəaliyyəti dövrü, həmçinin ******* nömrəli hərbi biletinə əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla faktiki sığorta stajınin 2 ildən az, yəni 1 il 7 ay 19 gün olduğu müəyyən edilmişdir. Belə ki, ona məxsus pensiya işi qovluğuna daxil olan Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin xx.xx.2010-cu il tarixli yoxlama aktında xx.xx.2004-cü il tarixindən xx.xx.2008-ci il tarixinədək "xxxx" MMC-də əmək fəaliyyətinin olması qeyd edilsə də, əlilliyə görə əmək pensiyasının bərpası məsələsinə baxılarkən Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta (Hesabat)” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2008-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı müəyyən olunmuşdur. Qeyd edilən məsələ ilə bağlı Mərkəzi Filial tərəfindən Fondun Fərdi uçota nəzarət və sosial sığorta departamentinə sorğu göndərilmiş, sorğuya cavab olaraq sığortaedən "xxxx" MMC (SUN: **********4) tərəfindən təqdim edilmiş 2007-ci il üzrə illik məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında məlumatda İddiaçı adının sığortaolunan kim qeyd olunmadığı, həmçinin sığortaedən tərəfindən 2006 və 2008-ci illər üzrə hər hansı sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqlarının hesablanmadığı müəyyən olunmuşdur. İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2008-ci il tarixinədək pensiya kapitalı qeydə alınmadığından həmin dövrün onun sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsi xahiş edilmişdir.
13. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində qeyd edilənlərə oxşar izahat vermiş, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
14. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi məhkəməyə təqdim edilən etiraza oxşar izahat vermiş, təmsil etdiyi inzibati orqanın mövqeyinin hüquqi cəhətdən əsaslı olduğunu və bu səbəbdən də iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
Əsaslandırma hissəsi:
15. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). Maddə 14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.
17. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (Bu Məcəllə Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında məlumatlar
1. Bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hal istisna olmaqla, işçinin əmək fəaliyyəti haqqında məlumatlar elektron informasiya sistemində qeydə alınır.
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işçinin əmək fəaliyyəti haqqında məlumatlar əmək kitabçasında qeydə alınır. İşəgötürən 5 (beş) gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydlər aparmalıdır. İşçinin əmək fəaliyyəti haqqında məlumatlarda onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 57. İnzibati aktın forması 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 4. Əmək pensiyasının növləri və tərkibi 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 30. Əmək pensiyasını təyin edən orqan 30.2. Əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
20. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.
21. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarı ... Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir.
23. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, DSMF orqanı tərəfindən İddiaçı xx.xx.2008-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş və həmin təyinatda onun faktiki əmək stajı 3 il 4 ay, tələb edilən əmək stajı 2 il 4 ay müəyyən edilmişdir. Bundan sonra iddiaçına ardıcıl olaraq ayrı-ayrı tarixlərdə əlillik təyin edilmiş, müvafiq olaraq əlilliyə görə əmək pensiyası müəyyən edilmişdir. İddiaçının əlilliyin yenidən təyin edilməsindən sonra cavabdeh tərəfindən əmək pensiyası yenidən hesablanmış və bu hesablamada onun xx.xx.2008-ci il tarixədək sığorta stajının 1 il 7 ay 19 gün olması qənaətinə gəlinmişdir. Cavabdeh bunu iddiaçının xx.xx.2006-xx.xx.2008-ci illərdə "xxxx" MMC-də işlədiyi döründə onun fərdi şəxsi hesabının sığorta hissəsində pensiya ksapitalının qeyd alınmaması ilə əsaslandırımışdır. Sözügedən qərarlar əsasında cavabdeh tərəfindən iddiaçınya əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçı hazırda cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-4/3-1-26251/2024 nömrəli, xx.xx.2025-ci il tarixli, 3-17-1/1-M-5031/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, 3-17-1/1-M-29588/2025 nömrəli və xx.xx.2025-ci il tarixli, 3-17-7/3-1-7008/2025 nömrəli sözügedən qərarlarını mübahisələndirir və ona təyin edilmiş pensiyanın bərpa edilməsini tələb edir.
24. Göründüyü kimi, İddiaçı iddiasında cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-4/3-1-26251/2024 nömrəli, xx.xx.2025-ci il tarixli, 3-17-1/1-M-5031/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, 3-17-1/1-M-29588/2025 nömrəli və xx.xx.2025-ci il tarixli, 3- 17-7/3-1-7008/2025 nömrəli qərarlarını mübahisələndirir və xx.xx.2022-ci ildən əlilliyə görə əmək pensiyasının bərpa olunması dair qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir.
25. İlk növbədə məhkəmə qeyd edir ki, qanunvericilik normaları əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi DSMF orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, DSMF orqanının bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir.
26. Hazırkı işin halları ilə bağlı isə qeyd olunan yuxarıda sadalanan xüsusatların mövcud olmaması ilə yanaşı DSMF orqanının iddiaçıya pensiya təyinatı barədə xx.xx.2008-ci il tarixli 634 nömrəli ilkin qərarı – inzibati aktı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən (bunu təkzib edən dəlil və sübutlar təqdim edilməmişdir), «İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsinin tələblərinə görə hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Etibarlı olan xx.xx.2008-ci il tarixli 634 nömrəli qərar ilə iddiaçının "xxxx" MMC-də işlədiyi bütün dövr sğorta stajına daxil edildiyindən, cavabdehin hazırda cavabdehin İddiaçı "xxxx" MMC-də xx.xx.2006xx.xx.2008-ci illərdə işləməsinin sığorta stajına hesablanmamasını məhkəmə əsaslı hesab etmir.
27. Həmçinin məlum olur ki, hazırkı iş üzrə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya əmək pensiyasının əlilliyin yenidən təyin edilməsi ilə əlaqədar yenidən hesablanma zamanı xx.xx.2024-cü il tarixli, 3-17-4/3-1- 26251/2024 nömrəli, xx.xx.2025-ci il tarixli, 3-17-1/1-M-5031/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, 3-17-1/1-M-29588/2025 nömrəli və xx.xx.2025-ci il tarixli, 3-17-7/3-1-7008/2025 nömrəli qərarlarla ilkin pensiya təyintı barədə xx.xx.2008-ci il tarixli 634 nömrəli qərar geri çağırılmadan, ləğv edilmədən, dəyişdirilmədən və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədən əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir.
28. Məhkəmə xüsusilə vurğulayır ki, iddiaçı ona münasibətdə qanunla qorunan etimad hüququna malik olduğundan, hazırda mübahisələndirilən xx.xx.2024-cü il tarixli, 3- 17-4/3-1-26251/2024 nömrəli, xx.xx.2025-ci il tarixli, 3-17-1/1-M-5031/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, 3-17-1/1-M-29588/2025 nömrəli və xx.xx.2025-ci il tarixli, 3-17-7/3- 1-7008/2025 nömrəli qərarların qəbulu «İnzibati icraat haqqında» Qanununun 67.5-ci maddəsinə görə yolverilən deyil.
29. Hazırkı iş üzrə cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda əmək kitabçasındakı qeydlər üzrə məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır və belə mübahisə cavabdeh inzibati orqan tərəfindən qaldırıldığından, həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür (İPM-in 14-cü maddəsi). Çünki, «İnzibati icraat haqqında» Qanunun 15 və 19-cu maddələri müvafiq sənədlərdə, hazırkı iş üzrə əmək kitabçasında olan məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən inzibati orqan isə, öz mövqeyini əsaslandırmaq, daha dəqiqi desək sübut etmək yükü daşıyır.
30. Yuxarıda göstərilənlərin məcmusunda məhkəmə belə qənaətə gəlir ki, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən müvafiq inzibati icraatı apararkən qanunçuluq və etimadın qorunması prinsiplərini gözləmədən qəbul edildiyindən xx.xx.2024-cü il tarixli, 3-17-4/3-1-26251/2024 nömrəli, xx.xx.2025-ci il tarixli, 3-17-1/1-M- 5031/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, 3-17-1/1-M-29588/2025 nömrəli və xx.xx.2025ci il tarixli, 3-17-7/3-1-7008/2025 nömrəli qərarların qəbulu, habelə bu qərar əsasında iddiaçıya ödənilməli olan əlilliyə görə əmək pensiyasının bərpa edilməməsi hərəkətləri qanunsuzdur və bunun nəticəsində iddiaçının sosial təminat hüququ pozulmuşdur. Odur ki, iddia əsaslı sayılır.
31. Qeyd olunmalıdır ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 715/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2-1(102)-331/2024 saylı, xx.xx.2024-cü il tarixli, 2-1(102)-2734/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2-1(102)-885/2023 saylı, xx.xx.2023cü il tarixli, 2-1(102)-389/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2-1(102)-8/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarları, 2-1(102)-2090/2024 saylı, xx.xx.2024-cü il tarixli və 2- 1(102)-600/2025 xx.xx.2025 qərardadlarında yuxarıda qeyd edilən mövqe oxşar mövqe əks etdirilmişdir.
32. Məhkəmə həmçinin hesab edir ki, cavabdehin “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-4/3-1-26251/2024 nömrəli, xx.xx.2025-ci il tarixli, 3-17-1/1-M-5031/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, 3-17-1/1-M- 29588/2025 nömrəli və xx.xx.2025-ci il tarixli, 3-17-7/3-1-7008/2025 nömrəli qərarları əlverişsiz inzibati akt kimi ləğv olunduğu halda, qüvvədə olan əmək pensiyası pensiya təyin edilməsi barədə qərar mövcud olduğundan iddiaçıya əlilliyin yenidən təyin edildiyi xx.xx.2022-ci il tarixdən əlilliyə görə əmək pensiyasının bərpa edilməsinə dair qərar qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
33. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-4/3-1-26251/2024 nömrəli, xx.xx.2025-ci il tarixli, 3- 17-1/1-M-5031/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, 3-17-1/1-M-29588/2025 nömrəli və xx.xx.2025-ci il tarixli, 3-17-7/3-1-7008/2025 nömrəli qərarları ləğv edilməli və İddiaçı xx.xx.2022-ci il tarixdən əlilliyə görə əmək pensiyasının bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
Nəticəvi hissə:
34. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia təmin edilsin. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-4/3-1- 26251/2024 nömrəli, xx.xx.2025-ci il tarixli, 3-17-1/1-M-5031/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, 3-17-1/1-M-29588/2025 nömrəli və xx.xx.2025-ci il tarixli, 3-17-7/3-1-7008/2025 nömrəli qərarları ləğv edilsin. İddiaçı təyin edilmiş əlilliyə görə əmək pensiyasının xx.xx.2022-ci il tarixdən hesablanmaqla bərpa edilməsinə dair qərar qəbul edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Nurəli Hüseynov