Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4259/2023 12.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1rşı mənzil kirayə müqaviləsinin bağlanması ilə bağlı inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1rşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, N.Nərimanov küçəsi, 195 nömrəli evin 20.0 kv.m yaşayış sahəli **********045 nömrəli şəxsi hesab vərəqəsinin Maskanyan Vartanuşun adından onun adına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1989-cu ildə Ermənistan Respublikasından qaçqın kimi Gəncə şəhərinə gəlmiş, gəldiyim vaxtdan N.Nərimanov küçəsi 195 nömrəli evin 20,0 kv.m yaşayış sahəli mənzilində ailəsi ilə birlikdə məskunlaşıb yaşayır. Həmin mənzilin şəxsi hesab vərəqəsi erməni millətindən olan Maskanyan Vartanuşun adınadır. Yaşadığı mənzildə iddiaçı və ailə üzvləri pasport qeydiyyatındadır. Həmin ev Gəncə şəhər MKTİB-nin balansına aiddir. 2012-ci ildə Gəncə şəhər MKTİB-i Nizami Rayon Məhkəməsində ona qarşı iddia qaldıraraq mənzilin boşaldılması tələbini qoymuşdur. Məhkəmə mənzilin boşaldılmasına dair Gəncə şəhər MKTİB-nin iddiasını təmin etməmişdir. İddiaçının və ailəsinin bu mənzildən başqa yaşayış yeri yoxdur. İddiaçı ərizə ilə Gəncə şəhər MKTİB-nə müraciət edərək həmin mənzilin şəxsi hesab vərəqəsini Maskanyan Vartanuşun adından onun adına keçirilməsi barədə xahiş etsə də, onlar Ə-807 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda mənzilin şəxsi hesab vərəqəsini iddiaçının adıma dəyişdirilməsindən imtina edərək məhkəməyə müraciət etməyini tövsiyə etmişlər. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia tələbi “Gəncə şəhəri, N.Nərimanov küçəsi, 195 nömrəli evə dair kirayə müqaviləsinin bağlanılması ilə bağlı inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, həmin evdə 1988-ci ildən ailəsi ilə birgə yaşayır. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, həmin evin şəxsi hesab vərəqəsi erməni milliyətindən olan şəxsin adına olduğuna görə iddiaçı ilə kirayə müqaviləsi bağlaya bilmirlər. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, **********045 nömrəli Şəxsi hesabdan çıxarışdan görünür ki, Gəncə şəhəri, N.Nərimanov küçəsi, 195 nömrəli evin sahibi Maşkanyan Vartanuşdur, sonuncu həmin mənzildə yaşamır, həmin mənzildə onunla birgə İddiaçı, X7 və X6 qeydiyyatdadır. -işə əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 xx.xx.2023-cü il tarixli, Ə-807 nömrəli məktubundan görünür ki, İddiaçı müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ailə üzvləri ilə birlikdə 1988-ci ildən Gəncə şəhəri, N.Nərimanov küçəsi, 195 nömrəli evdə məskunlaşaraq yaşayır və həmin evdə qeydiyyatdadırlar. Sözügedən mənzil erməni əsilli Maşkanyan Vartanuşun adına olsa da, faktiki olaraq sonuncu həmin mənzildə yaşamır. İddiaçı hazırki tələblə həmin mənzilə dair onunla kirayə müqaviləsinin bağlanmasını tələb etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:- -48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. -62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Mövcud mənzil qanunvericiliyinin tələblərinə əsasən dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun:- -20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. -20.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. -24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -28-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin ərizəsi inzibati icraatın başlanması üçün əsaslardan biridir. -57.4-cü maddəsinə əsasən bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: -61.1-ci maddəsinə əsasən yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. -61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Qeyd olunan normaların məzmunundan göründüyü kimi inzibati orqan yaşayış sahəsinə ehtiyacı olan şəxsin müraciətinə əsasən inzibati icraat başlamalı, müraciəti ətraflı araşdırmalı və müvafiq qərar qəbul etməlidir. Buna baxmayaraq hazırki iş üzrə cavabdeh qeyd edilən tələblərə zidd olaraq heç bir araşdırma aparmadan iddiaçıya qısa məzmunlu məktubla cavab vermişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına, iş materiallarına və öz daxili inamına əsaslanaraq hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Gəncə şəhəri, N.Nərimanov küçəsi, 195 nömrəli mənzilə dair İddiaçı ilə mənzil kirayə müqaviləsinin bağlanması ilə əlaqədar inzibati aktın qəbul edilməsi vəzifəsi Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X3 həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-4259/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4259/2023
12.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver