Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-426/2025 04.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, məhkəmə iclas katibi Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialına qarşı “pensiyasının yenidən hesablanması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1960-cı il tarixdə ünvan 1 ünvanda qeydiyyadadır. İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialına müraciət etmiş, sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli məktubla imtina cavabı verilərək bildirilmişdir ki, iddiaçının pensiya işində olan sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 28 il 22 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 14158,21 manat pensiya kapitalı əsasında əmək pensiyası məbləği yenidən hesablanmış və pensiya məbləğində (280,00 manat) dəyişiklik olmamışdır. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun pensiyasının xx.xx.2006-cı il tarixədək iş stajının və xx.xx.2006-cı ildən sonrakı dövrdə pensiya kapitalının tam nəzərə almaqla yenidən hesablanmasının cavabdehin üzərinə vəzifə kimi qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı ildə anadan olmuş, 01 sentyabr 1975-ci ildən 23 iyul 1976-cı ilə qədər təhsil almışdır. xx.xx.1978-ci ildən əmək fəaliyyətinə başlamışdır. xx.xx.2019-cu ildə əmək fəaliyyətimə xitam verilmişdir. 01.01 2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək fərdi hesabının sığorta hissəsinə pensiya kapitalı yığılmışdır. Hazırda o, ayda 280 manat pensiya alır. Hesab edir ki, pensiya kapitalı cavabdehin qeyd etdiyi 14158,21 manatdan çoxdur. Onun hesablamasına görə, pensiya kapitalı 20 000 manatdan çoxdur.Pensiyanın yenidən hesablanması ilə əlaqədar olaraq cavabdehə müraciət etdikdə, ona tələbimdən imtina edilmiş, həmçinin həmin məktubdan da bəlli olmuşdur ki, stajı da bir il az hesablamışdır. Cavabdeh orqan iddiaya qarşı yazılı etiraz ünvanlamışdır. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı pensiya işində olan sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 28 il 22 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 14158,21 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanmış və iddiaçının pensiyasının məbləğində (280,00 manat) dəyişiklik olmamışdır. Hesab edilir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi hazırda kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1dək faktiki sığorta stajı həmin Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspert rəyində məhkəmənin sualları aşağıdakı kimi cavablandırılmışdır: Rəyin tədqiqi hissəsində göstərilən səbəblərdən xidməti məktubda (səh. 41-43) göstərilənlər nəzərə alındıqda 2019-cu ilin iyul ayının 01-dək hesablanmış pensiya məbləği 280,00 manat müəyyən edilir. Eyni zamanda qeyd edilir ki xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixədək təhsil aldığı illərdə nəzərə alınmaqla pensiya kapitalının indekisləşdirilmiş məbləği həmin xidməti məktubda nəzərə alınmış və son nəticədə 2019-cu ilin iyul ayının 01-dək pensiya məbləği 280,00 manat müəyyən edilmişdir. Məhkəmənin sorğusuna cavabdeh orqanın xx.xx.2025-ci il tarixli cavab məktubu ilə müəyyən edilir ki, İddiaçı "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 22-1.2.1 -ci maddəsinə əsasən pensiya yaşına çatdığı xx.xx.2023-cü il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı avtomatlaşdırılmış qaydada pensiya təyin edilərkən pensiya sığorta kapitalı xx.xx.2006-cı il tarixinədək 25 il ümumi iş stajına əsasən 23153,66 manat (2023-cü il tarixinə indeksləşdirilmiş), xx.xx.2006-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 14158,21 manat (2023cü il tarixinə indeksləşdirilmiş) nəzərə alınmaqla ümumilikdə 37311,87 manat təşkil etmişdir. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı həmin Qanunun 22-1.2.1 - 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. İddiaçının Mərkəzi Filiala xx.xx.2023-cü il tarixli müraciəti əsasında onun əmək pensiyası yenidən hesablanaraq xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək təhsil aldığı dövr və xx.xx.1978-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrü nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək faktiki ümumi iş stajı 28 il 22 gün müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, iddiaçının əmək pensiyası yenidən hesablanarkən sığorta kapitalı xx.xx.2006-cı il tarixinədək 28 il 22 gün ümumi iş stajına əsasən 25988,70 manat (2023-cü il tarixinə indeksləşdirilmiş), xx.xx.2006-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 14158,21 manat (2023-cü il tarixinə indeksləşdirilmiş) olmaqla ümumilikdə 40146,91 manat təşkil etmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddiaçının hazırki tələbi əmək pensiyasının yenidən hesablanmasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.6. fərdi uçot – sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosialmüdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; Maddə 1.0.7. fərdi hesab – dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır;Maddə 1.0.8. fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsininhesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır (xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyada) Maddə 1.0.10. pensiya kapitalı – müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir;Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 2-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.2.2. əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; 22-1.2.3. ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22- 1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. 22-1.4. Bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: 22-1.4.1. 2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı; 22-1.4.2. 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019-cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı; 22-1.4.3. bu Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və yenidən hesablanması zamanı; 22-1.4.4. bu Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ verən qulluq stajının hesablanması zamanı. 22-1.5. 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş aylıq sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək eyni növ əmək pensiyalarına keçirilməsinə yol verilmir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 9. Sığortaçının hüquq və vəzifələri: Sığortaçının hüquqları aşağıdakılardır: bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığortaedilməsini tələb etmək (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada);müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) məcburidövlət sosial sığorta haqları üzrə məlumat və hesabatlar almaq (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada);sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığortaedənlərdənarayış almaq;məcburi dövlət sosial sığortası qaydalarına sığortaedənlər tərəfindən əməledilməsinə nəzarət etmək (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada);sığortaedənlər tərəfindən bu qanunun tələblərinə əməl edilməsinin elektronmonitorinqini aparmaq, monitorinqin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək (xx.xx.2019cu il tarixdən qüvvədə olan redaksiyada);könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir: özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək; könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tamhəcmdə icra etmək;məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin və sığortaolunanların (xx.xx.2020-ci il tarixdən qüvvədə olan redaksiyada) uçotunu aparmaq (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada);məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyiməlumatlar əsasında sığortaolunanların uçotunu aparmaq (xx.xx.2020-ci il tarixdən qüvvədə olan redaksiyada);məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada);qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək Mübahisəyə dair hazırkı işdə iddiaçının tələbi onun pensiyasının xx.xx.2006-cı il tarixədək iş stajının və xx.xx.2006-cı ildən sonrakı dövrdə pensiya kapitalının tam nəzərə almaqla yenidən hesablanmasına yönəlmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilir ki, 2019-cu ilin iyul ayının 01-dək hesablanmış pensiya məbləği 280,00 manat müəyyən edilir. xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixədək təhsil aldığı illərdə nəzərə alınmaqla pensiya kapitalının indekisləşdirilmiş məbləği həmin xidməti məktubda nəzərə alınmış və son nəticədə 2019-cu ilin iyul ayının 01-dək pensiya məbləği 280,00 manat müəyyən edilmişdir. Həmçinin məhkəmənin sorğusu əldə edilmiş əsasında cavabdeh orqanın təqdim etdiyi məktublada müəyyən edilir ki, İddiaçı "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 22-1.2.1 -ci maddəsinə əsasən pensiya yaşına çatdığı xx.xx.2023-cü il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı avtomatlaşdırılmış qaydada pensiya təyin edilərkən pensiya sığorta kapitalı xx.xx.2006-cı il tarixinədək 25 il ümumi iş stajına əsasən 23153,66 manat (2023-cü il tarixinə indeksləşdirilmiş), xx.xx.2006-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 14158,21 manat (2023cü il tarixinə indeksləşdirilmiş) nəzərə alınmaqla ümumilikdə 37311,87 manat təşkil etmişdir. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı həmin Qanunun 22-1.2.1 - 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. İddiaçının Mərkəzi Filiala xx.xx.2023-cü il tarixli müraciəti əsasında onun əmək pensiyası yenidən hesablanaraq xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək təhsil aldığı dövr və xx.xx.1978-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrü nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək faktiki ümumi iş stajı 28 il 22 gün müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, iddiaçının əmək pensiyası yenidən hesablanarkən sığorta kapitalı xx.xx.2006-cı il tarixinədək 28 il 22 gün ümumi iş stajına əsasən 25988,70 manat (2023-cü il tarixinə indeksləşdirilmiş), xx.xx.2006-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 14158,21 manat (2023-cü il tarixinə indeksləşdirilmiş) olmaqla ümumilikdə 40146,91 manat təşkil etmişdir. Göründüyü kimi, cavabdeh orqan tərəfindən iddiaçının əmək pensiyası təminatının həyata keçirilməsində iddiaçının qanunla qorunan hər hansı hüquqları pozulmamışdır. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən iddiaçının müraciətinin təmin olunmasından imtina etməkdə cavabdeh haqlı olmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilməsin. xx.xx.2024-cü il tarixli 9/2913 nömrəli ekspert rəyi üzrə 200 (iki yüz) manat ekspertiza xərci İddiaçı aid edilməklə, ondan tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-426/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-426/2025
04.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver