Məhkəmə qərarları › İş №2-1(114)-4268/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4268/2025

21.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4268/2025 21.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ““Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.N92-ci il tarixdən xx.xx.N96-cı il tarixədək Azərbaycan Respublikası Silahlı qüvvələrinin tərkibində müddətli həqiqi hərbi xidmət keçməklə birinci Qarabağ müharibəsində iştirak etmiş və döyüş vaxtı dəfələrlə yaralanmışdır. N96-cı ildə qanuni əsaslarla ordudan təxris olunmuşdur. Bu barədə bütün sənədlər var. O, bununla bağlı Müdafiə Nazirliyinin Aparatı Nəzdində "Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət edərək ona veteran adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. O, döyüş əməliyyatlarında fəal iştirak etsə də və qanuni olaraq təxris olunsa da hazırkı vaxta qədər ona veteranlıq verilməsindən müxtəlif bəhanələr gətirilərək imtina edilir. Ona görə də məhkəməyə müraciət etməklə hüquqlarının bərpa olunmasını istəyir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli 33N6 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə xx.xx.N94-cü il tarixdən sonra xidməti əmrlərlə təsdiqlənmədiyinə görə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Etiraz belə əsaslandırılmışdır ki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivin xx.xx.2025ci il tarixli 3-25-29/2-468/2025 nömrəli arxiv arayışından da göründüyü kimi iddiaçı N () nömrəli hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixdən batalyonun tərkibinə daxil edilmişdir. Hərbi hissəsi ləğv olunduğuna görə siravi İddiaçı N nömrəli hərbi hissə komandirinin N fevral N94-cü il tarixli 7 nömrəli əmri ilə şəxsi heyətin siyahasına daxil edilərək 3-cü taborda sanitar atıcı vəzifəsinə təyin olunmuşdur. Hərbi hissəsi ləğv olunduğuna görə siravi İddiaçı N () nömrəli hərbi hissə komandirinin N fevral N94-cü il tarixli 0NN nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək 3-cü tabor komandirinin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin N8 aprel N94-cü il tarixli 43 nömrəli əmrində siravi İddiaçı N94-cü ilin mart ayı ərzində müxtəlif səbəblərdən döyüş mövqeyində olmadığına görə 3 (üç) qat əmək haqqının kəsilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N may N94-cü il tarixli 56 nömrəli əmrində siravi İddiaçı N94-cü ilin mart ayı ərzində müxtəlif səbəblərdən döyüş mövqeyində olmadığına görə aprel ayı üçün 3 (üç) qat əmək haqqının kəsilməsi barədə məlumat vardır. N (bir) aydan artıq fərarilik etdiyinə görə siravi İddiaçı N nömrəli hərbi hissə komandirinin N7 dekabr N94-cü il tarixli 283 nömrəli əmri ilə bütün növ təminatlardan azad edilərək ştatdan kənar kimi qeydə alınmışdır. Arxiv sənədindən də göründüyü kimi iddiaçının qanuni əsaslarla ehtiyata buarxılması barədə məlumat aşkar olunmamış, döyüş əməliyyatları zamanı fərarilik itdiyinə görə şəxsi heyətin siyahısından çıxarılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarında olan Daşkəsən Mərkəzi Rayon Xəstəxanasının arayışlarından görünür ki, İddiaçı xx.xx.N92-xx.xx.N93-cü il tarixlərdə, xx.xx.N94-xx.xx.N94-cü il tarixlərdə ayaq barmaqlarının don vurması diaqnozu üzrə stasionar müalicə almışdır. İddiaçı məxsus AO ******* nömrəli hərbi biletdə və uçot kartasında qeyd edilmişdir ki, xx.xx.N92-ci il tarixdən xx.xx.N94-cü il tarixədək 86N№-li hərbi hissədə, xx.xx.N94-cü il tarixdən xx.xx.N96-cı il tarixədək N7N №-li hərbi hissədə xidmət etmiş və xx.xx.N96-cı il tarixində Müdafiə Nazirinin N4 nömrəli xx.xx.N96-cı il tarixli əmri ilə ehtiyata buraxılmış, həmçinin N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydlər var. N7N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 283№-li əmrindən çıxarışa əsasən, İİİ taburun əsgəri kimi qeyd olunan İddiaçı N (bir) aydan artıq fərarilik etdiyinə görə, bütün təminatlardan azad edilərək, ştatdan kənar kimi qeydə alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin 30 sentyabr N96-cı il tarixli əmrinə əsasən, hərbi qulluqçuların ehtiyata buraxılması əmr edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfiindən xx.xx.2025-ci il tarixə Gəncə İnzibati Məhkəməsinə ünvanlanmış məktubda görünür ki, N () N№-li hərbi hissə komandirinin N iyul N92-ci il tarixli N8N nömrəli əmrilə İddiaçı (əsas: sıra 34, səh 24, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib, əmr batalyon komandiri tərəfindən imzalanmamışdır) xx.xx.N92-ci il tarixdən batalyonun tərkibinə daxil edilmişdir. - N () №-li hərbi hissə komandirinin 3N dekabr N92-ci il tarixli 335 №-li əmrində sıravi İddiaçı M. oğlunun (əsas: sıra 84, səh 4, əmrdə atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməyib, adının qarşısında "09 (doqquz) gün yazılmışdır) döyüş mövqeyində olduğuna görə 3(üç) qat əmək haqqının verilməsi barədə məlumat vardır. - N7N N№-li hərbi hissə komandirinin N yanvar N94-cü il tarixli N N№-li əmrilə sıravi İddiaçı (esas: sıra 4, səh 23) 3-cü taburda pulemyotçu vəzifəsinə təyin olunmuşdur. - Hərbi hissəsi ləğv olunduğuna görə sıravi İddiaçı N7N N№-li hərbi hissə komandirinin 0N fevral N94-cü il tarixli 7 N№-li əmrilə (əsas: bənd 4, sıra 5, səh 50) şəxsi heyətin siyahısına daxil edilərək 3-cü taburda sanitar atıcı vəzifəsinə təyin olunmuşdur. - Hərbi hissəsi ləğv olunduğuna görə sıravi İddiaçı N () N№-li hərbi hissə komandirinin N fevral N94-cü il tarixli 0NN №-li əmrilə (əsas: sıra 3, səh 62, əmrdə vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək 3-cü tabur komandirinin sərəncamına göndərilmişdir. - N7N №-li hərbi hissə komandirinin N8 aprel N94-cü il tarixli 43 №-li əmrində sıravi İddiaçı M. oğlunun (əsas: § 3, sıra 5, səh NN0, əmrdə atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməyib, adının qarşısında "3N" yazılmışdır) N94-cü ilin mart ayı ərzində müxtəlif səbəblərdən (xəstələr) döyüş mövqeyində olmadığına görə 3(üç) qat əmək haqqının kəsilməsi barədə məlumat vardır. - N nömrəli hərbi hissə komandirinin 0N may N94-cü il tarixli 56 Ne-li əmrində sıravi İddiaçı (esas: § N2, sıra N7, səh N59, əmrdə vəzifəsi göstərilməyib, xəstələr siyahısında adı qeyd olunub, adının qarşısında "30 gün yazılmışdır) müxtəlif səbəblərdən (xəstə, qaçqın, ailə vəziyyəti ilə) döyüş mövqeyində olmadığına görə aprel ayı üçün 3(üç) qat əmək haqqının kəsilməsi barədə məlumat vardır. - N(bir) aydan artıq fərarilik etdiyinə görə sıravi İddiaçı N7N №-li hərbi hissə komandirinin N7 dekabr N94-cü il tarixli 283 №-li əmrilə (əsas: § N, sıra N, səh 42, emrdə vəzifəsi göstərilməyib) bütün növ təminatlardan azad edilərək ştatdan kənar kimi qeydə alınmışdır. - N7N №-li hərbi hissə komandirinin noyabr N96-cı il tarixli nizamı hissə üzrə əmrlərində İddiaçı şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat aşkar olunmamışdır. Əsaslandırma hissəsi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddia mümkün olduğundan iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini iş materialları ilə əlaqəli araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 76-cı maddəsiniin İ hissəsinə görə, vətəni müdafiə hər bir vətəndaşın borcudur. Veteranlar haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. 7-ci maddəsinə görə, Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndində görə, Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın N-dən N94cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il NN may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ... Bu Əsasnamənin N-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. N. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsidir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə nəzərdə tutulduğu kimi, Müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar əsasında verilir. Digər tərəfdən qeyd olunan Əsasnamənin tələbinə görə, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq orqanlar tərəfindən verilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəmənin sorğusuna cavab məktubunda, İddiaçı hərbi hissənin tərkibinə daxil edilməsi, əmək haqqının verilməsi, müxtəlif vəzifələrə təyin olunması, əmək haqqının kəsilməsi, bütün növ təminatlardan azad edilərək ştatdan kənar kimi qeydə alınması barədə müvafiq əmrlərlə məlumat olduğu, lakin N7N №-li hərbi hissə komandirinin noyabr N96-cı il tarixli nizamı hissə üzrə əmrlərində İddiaçı şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat olmadığı qeyd edilmişdir. İddiaçının hərbi biletdə onun xx.xx.N92-ci il tarixdən xx.xx.N94-cü il tarixədək 86N№-li hərbi hissədə, xx.xx.N94-cü il tarixdən xx.xx.N96-cı il tarixədək N7N №-li hərbi hissədə xidmət etməsi, xx.xx.N96-cı il tarixində Müdafiə Nazirinin N4 nömrəli xx.xx.N96-cı il tarixli əmri ilə ehtiyata buraxılması, həmçinin N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi qeyd edilmişdir. Lakin məhkəmə tərəfindən sorğu edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirinin 30 sentyabr N96-cı il tarixli əmrindən görünür ki, həmin əmr ümumi hərbi qulluqçulara aid olmuş, həmin əmrə adlı siyahı əlavə edilməmişdir. Göründüyü kimi iddiaçının həmin əmrlə tərxis olunması müəyyən edilmir. Bundan başqa N7N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 283№-li əmrindən çıxarışdan görünür ki, İİİ taburun əsgəri kimi qeyd olunan İddiaçı N (bir) aydan artıq fərarilik etdiyinə görə, bütün təminatlardan azad edilərək, ştatdan kənar kimi qeydə alınmışdır. Məhkəmə Daşkəsən Mərkəzi Rayon Xəstəxanasının İddiaçı xx.xx.N92-xx.xx.N93cü il tarixlərdə, xx.xx.N94-xx.xx.N94-cü il tarixlərdə ayaq barmaqlarının don vurması diaqnozu üzrə stasionar müalicə alması barədə arayışlarına münasibət bildirərək qeyd edir ki, bununla iddiaçının İ Qarabağ Müharibəsində, döyüş əməliyyatlarında iştirakı müəyyən olunmur. Beləliklə məhkəmə hesab edir ki, iş materialları ilə iddiaçının hərbi xidmətdən qanunda nəzərdə tutulan qaydada tərxis olunması təsdiq edilmir. Belə olan halda ona müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi mümkün deyil. Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Qeyd olunan normanın mənasına görə, şəxsin hərbi xidmət keçməsi onun qanunla müəyyən edilmiş qaydada hərbi xidmətə daxil olması və xidmətdən tərxis olunması ilə müəyyən olunur. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.N-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 35.N-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 68.N-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 85.N-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən N0 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia təmin edilməməlidir. Nəticəvi hissə Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2.3, 34.N, 68.N, 68.2 və 85.N-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ““Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar