Məhkəmə qərarları › İş №2-1(114)-427/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-427/2020

06.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-427/2020 06.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1nə qarşı (üçüncü şəxslər Gədəbəy RİH-nin Novosaratovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gədəbəy rayon şöbəsi) torpaq sahəsinin təhvil verilməsi tələbinə dair inzibati işə hazırlıq icraatı iclasında baxaraq, məhkəmə M üə y y ə n etdi: İddiaçı Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gədəbəy rayonunun Novosarotovka kəndində ona ayrılmış 0.25 ha torpaq sahəsinin ona təhvil verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, 1998-ci ildə Gədəbəy rayonunun Novosarotovka kəndində ona ayrılmış 0.25 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. xx xxxxxx 1998-ci il tarixdən də Gədəbəy rayonunun Novosarotovka kəndində pasport qeydiyyatına alınmaqla həmin torpaqda olan bir otaqlı tikilidə yaşamış, lakin sonradan bir müddət Qasımlı kəndində valideynlərinin yanında qalmışdır. Sonradan ona ayrılmış torpaq sahəsinə baxış keçirilən zaman həmin torpaq sahəsinin başqa şəxsə verilməsini bilmişdir. Halbuki həmin torpaq sahəsi onun istifadəsində olmuş, vergisini də özü ödəmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 0.25 ha torpaq sahəsini 1996-2017-ci ilədək istifadə etmiş və üstündə “budka” tikib içində yaşamışdır, lakin 2017-ci ildə həmin torpaq sahəsi pay torpağı kimi başqasına verilmişdir. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Gədəbəy RİH başçısının Novosaratovka kənd İƏD üzrə nümayəndəliyində təsərrüfatbaşına kitabın 841 nömrəli şəxsi hesabında İddiaçı adına 0.25 ha torpaq sahəsi qeyd edilmiş və ərizədə qeyd etdiyinə görə həmin torpaq sahəsi başqa şəxsə verilmişdir. Hazırki iddia ilə o, Cavabdeh1ndən qeyd olunan torpaq sahəsinin ona təhvil verilməsini tələb etmişdir. Azərbaycan Respublikası Prezidentinin x xxxx 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə yerli icra hakimiyyətlərinin fəaliyyət dairəsini və təşkilati quruluşunu, habelə səlahiyyətlərini müəyyən edir. Həmin Əsasnamədə yerli icra hakimiyyəti orqanlarının “torpaq sahəsinin təhvil verilməsi” kimi hər hansı vəzifəsi müəyyən edilməmişdir. İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-nin 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Göründüyü kimi Cavabdeh1 qanunvericiliklə torpaq sahəsinin təhvil verilməsi kimi səlahiyyəti olmadığından iddia mümkün sayılmamalıdır. Həmçinin məhkəmə iddiaçıya izah edir ki, təsərrüfatbaşına kitabda qeyd edilmiş torpaq sahəsinin onun adına sənədləşdirilməsi ilə bağlı müvafiq cavabdeh orqana (Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 11 saylı X1) müraciət etməli və həmin müraciətə müsbət cavab verilmədiyi təqdirdə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3 maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən məhkəmə, Q ə r a r a a l d ı : İddiaçı Cavabdeh1nə qarşı torpaq sahəsinin təhvil verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar