Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-427/2024 02.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın qismən ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, əlillik dərəcəsinin təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının müvafiq ərizəsinə əsasən ilkin tələb “xx.xx.2023-cü il tarixli 3-17-4/3-3- 1688/2023 nömrəli qərarın qismən ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dəyişdirilmişdir. Həmçinin məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə mübahisələndirilən qərardan şikayət vermə müddəti bərpa edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı müharibə veteranı və şəhid ailəsidir. Belə ki, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək könüllü olaraq <<Qurtuluş » Batalyonunda hərbi xidmətdə olmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyü ugrunda erməni işgalçılarına qarşı gedən döyüşlərdə iştirak etmiş və xx.xx.1993-cü ildə yaralanmış, xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi X2 « Sol ayagın baş barmagının dəlib keçən güllə yarası. Sol ayagın baş barmagının əsas falanqasının açıq sınıgı, üzün qəlpə yarası » diaqnozu ilə müayinə və müalicə olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 1027№-li qərarına əsasən yaralanmagı və xəsarətinin səbəb əlaqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59№-li Qərarı ilə təsdiq edilmiş «Hərbi-Həkim Ekspertizası haqqında Əsasnamənin 7.2-ci bəndinin a) yarımbəndinə uygun olaraq <<< Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır>>> kimi qiymətləndirilmişdir. İndiyədək bir neçə dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etsə də və hər dəfə canlı (onlayn) müayinədən keçsə də xx.xx.2023-cü ildə barəsində «Diaqnoz öz təsdiqini tapmaması >> səbəbi və << Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qiymətləndirmə qərarında əsas diaqnoz kimi << Əhvalın üzvi mənşəli [affektiv] pozuntusu, Əhvalın üzvi mənşəli affektiv pozğunluğu, intihar cəhdləri ilə >> göstərilmiş, lakin bir çox xəstəlik sənədlərində, o cümlədən AR SN-nin << X4» PHŞ-nin baş direktoru, tibb elmləri döktoru, professor Fuad İsmayılov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10365№-li arayışda göstərilən <<<< üzvi affektiv pozuntu, depressiv epizod, koqnotiv funksiyaların enməsi ilə MMSE-24 F06.3» diaqnozu isə göstərilməmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 1027№-li qərarına əsasən yaralanmagının və xəsarətinin səbəb əlaqəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59№-li Qərarı ilə təsdiq edilmiş «Hərbi-Həkim Ekspertizası haqqında Əsasnamənin 7.2-ci bəndinin a) yarımbəndinə uygun olaraq <<< Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» kimi qiymətləndirilməsi isə ümumiyyətlə nəzərə alınmamışdır İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya qarşı etiraz dəlillərində qeyd olunur ki, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin V00062390FİX nömrəli göndərişi əsasında xx.xx.2023-ci il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 1027 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Sol ayağın baş barmağının dəlib keçən güllə yarası. Sol ayağın baş barmağının əsas falanqasının açıq sınığı, üzün qəlpə yarası" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş "Əhvalın üzvi mənşəli [affektiv] pozuntusu, Əhvalın üzvi mənşəli affektiv pozğunluğu, intihar cəhdləri ilə" diaqnozu araşdırılmışdır. Xəstənin müayinəsi zamanı sağ yanaqda, təpədə, sol əlin İV barmağında, sol ayağın İ barmağında çapıqlar izlənmişdir. Sağ alt çənə oynağında çıxıqlar olmasından şikayətlənsə də, hərəkətlər tam həcmdə olmuşdur. Müayinə zamanı əlillik təyinatına əsas verən nevroloji, psixi defisit askar edilməmiş, dayaq hərəki funksiya pozulmamışdır. Azərbaycan Respublikası TƏBİB Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu xx.xx.2022-ci il tarixli ********** nömrəli arayışın nəticəsi “Sol pəncənin İ barmağının odlu silah yaralanmasından sonrakı vəziyyət İ barmagın proksimal falanqasının qeyri düzgün bitişmiş sınığı. Xroniki osteomielit, tez-tez aktivləşən fistula. Sol asig-baldır oynağının deformasiyaedici artrozu, kəskin kontrakturası, bükmə 100 dərəcə açma 90 dərəcə. Üzün sağ yarısının qəlpə yaralanmasından sonrakı çapıq toxuması. Çeynəmə funksiyasının pozulması. Yerişin pozulması. Ağrı sindromu" kimi qeyd edilmiş əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.A. Topçubaşov adına X5 xx.xx.2022-ci il tarixli Tibbi rəydə diaqnoz "Asagı ətrafların varikoz xəstəliyi. Hər iki aşağı ətrafda baldır venalarının PTS. Hər iki BDV-ın İ-li varikozu, Aşağı ətraflanın İİİ dərəcə xroniki venoz çatışmazlığı. Ödemli infiltrativ hiperpigmentasiya" kimi qeyd olunsa da, aşağı ətraflarda heç bir trofiki pozuntu, indurasiya sahələri və hiperpiqmentasiya, varikozlar izlənməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi xx.xx.2022-ci il tarixli 10365 nömrəli Tibbi rəydə diaqnoz "Üzvi affektiv pozuntu, depressiv epizod, kognitiv funksiyalarının enməsi ilə kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanas xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışda diaqnoz "MSS-nin üzvi xəstəliyi, depress daxilolmalarla, yaddaş və intellektin enməsi" kimi qeyd olunsa da, sənədin doğruluğuna şübhə yaranmışdır. Azərbaycan Respublikası səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası xx.xx.2022- xx.xx.2022-ci il tarixli Çıxarışda diaqnoz "Üzvi affektiv pozuntu, depressiv epizod Kognitiv funksiyaların enməsi ilə" kimi qeyd edilmiş, sənədin doğruluğuna şübhə yaranmışdır. Verdiyi anamnestik məlumatlarda və klinik əlamətlərdə əlillik təyinatına əsas verə biləcək nevroloji patoloji, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri, digər orqanlar tərəfindən patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir". Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş TSEK müayinə sənədlərindən görünür ki, İddiaçı «Sol pəncənin İ barmağının odlu silah yaralanmasından sonrakı vəziyyət İ barmagın proksimal falanqasının qeyri düzgün bitişmiş sınığı. Xroniki osteomielit, tez-tez aktivləşən fistula. Sol aşıq-baldır oynağının deformasiyaedici artrozu, kəskin kontrakturası, bükmə 100 dərəcə asma 90 dərəcə. Üzün sağ yarısının qəlpə yaralanmasından sonrakı çapıq toxuması. Çeynəmə funksiyasının pozulması. Yerişin pozulması. Ağrı sindromu, Üzvi affektiv pozuntu, depressiv epizod, kognitiv funksiyalarının enməsi» diaqnozu qoyulmasına baxmayaraq əlillik təyinatından imtina edilmişdir. -surəti işə əlavə edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-1688/2023 nömrəli qərarının məzmunundan görünür ki, iddiaçıya əlillik təyinatından imtina edilmişdir. -Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsinin T33 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyində bildirilir ki, İ.X6 Xəstəxanasında 10.11-xx.xx.2023-cü il tarixlərdə "Əhvalın üzvi mənşəli [affektiv] pozğunluğu" diaqnozu ilə stasionar müalicədə olmuşdur. O, hazırda həmin xəstəlikdən əziyyət çəkir və diaqnoz ona stasionarda anamnestik, kliniki, laborator-instrumental müayinələrin əsasında müəyyən edilmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər hazırda əlillik əlamətləri təyin etmədiyindən əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin istər xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı Qərar ilə təsdiq edilmiş "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi müddəti"ndə olan xəstəliklərin əhatə dairəsinə düşmədiyindən meyarların hər hansı birinə aid etmək mümkün olımadı. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının xəstəliyi ilə əlaqədar ona «Sol pəncənin İ barmağının odlu silah yaralanmasından sonrakı vəziyyət İ barmagın proksimal falanqasının qeyri düzgün bitişmiş sınığı. Xroniki osteomielit, tez-tez aktivləşən fistula. Sol aşıq-baldır oynağının deformasiyaedici artrozu, kəskin kontrakturası, bükmə 100 dərəcə asma 90 dərəcə. Üzün sağ yarısının qəlpə yaralanmasından sonrakı çapıq toxuması. Çeynəmə funksiyasının pozulması. Yerişin pozulması. Ağrı sindromu, Üzvi affektiv pozuntu, depressiv epizod, kognitiv funksiyalarının enməsi» diaqnozu qoyulmasına baxmayaraq, əlillik təyinatından imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın:- -1.1-ci bəndinə əsasən əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. -3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz. -3.2-ci bəndinə əsasən xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. -6.4.1.3 bəndinə əsasən birtərəfli zədələnmə; şaquli vəziyyətin saxlanmasını, dəstəyi və hərəkəti çətinləşdirən, koordinasiyanın və tarazlığın pozulması ilə ayağın və bilək oynaqlarının fiksə olunmuş patoloji vəziyyəti ilə təzahür edən hemiparez, psevdobulbar dizartriya (dil və nitq pozuntuları ilə birgə); təzahür edən çiyin oynağının açıcı-bükücü, dirsək və bilək oynaqlarında bükücü-rotasion və əl barmaqlarının oynaqlarının bükücü kontrakturası; diz və bud çanaq oynaqlarında qarışıq, aşıq-baldır oynağında açıcı-bükücü kontraktura; aktiv hərəkətlərin həcminin fizioloji amplitudadan (normadan) 65% azalması (2/3-i qədər); yaş və sosial vərdişlərin formalaşmasının pozulması; dayanıqlı təzahür edən statodinamik pozuntular; psixi funksiyaların pozulması faizi 65-80 faiz olmaqla orqanizmin funksiyalarının pozulması müddətsizdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, iddiaçıya yuxarıda qeyd olunan meyarlara əsasən orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla müddətsiz əlillik təyin edilməli olduğu halda cavabdeh əsassız olaraq əlillik təyinatından imtina etmişdir. Məhkəmə həmçinin yuxarıda göstərlən əsaslara görə ekspert rəyinə də tənqidi yanaşaraq qeyd edir ki, “Əlilliyin müəyyən olunması meyarları”nın 6.4.1.3-ci bəndində əlillik təyinatı əsasları, habelə iddiaçıya qoyulmuş diaqnoz aşkar göründüyü halda əsaslandırılmamış rəy verilmişdir. Odur ki, mübahisələndirilən qərar iddiaçıya əlillik təyinatından imtina hissəsində qismən ləğv edilməli və iddiaçıya həmin tarixdən orqanizmin funksiyalarının 65-80 faiz pozulması əsası ilə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli 3-17-4/3- 3-1688/2023 nömrəli qərarı İddiaçı əlillik təyinatından imtina edilməsi hissəsində ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.4.1.3-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla, xx.xx.2023cü il tarixdən müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-427/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-427/2024
02.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver