Məhkəmə qərarları › İş №2-1(114)-427/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-427/2025

08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-427/2025 08.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı N hərbi hissəyə qarşı əmrin ləğv edilməsi və digər tələblərə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh N hərbi hissəyə qarşı N saylı hərbi hissə komandirinin N may N-ci il tarixli, 0105əç nömrəli əmrinin ləğv edilməsi, bağlaşma müddətinin başa çatması əsası ilə həqiqi hərbi xidmətdən ehtiyyata buraxılması barədə əmrin qəbul edilməsi, itirilmiş illərin əmək stajına daxil edilməsi və bağlaşmanın sonuna qədər olan müddət üzrə məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. SX №018NN89 nömrəli xx.xx.N014-cü il tarixli hərbi biletdən və məhkəmə sorğusuna Müdafiə Nazirliyinin xx.xx.N0N5 ci il tarixli cavab məktubuna əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, İddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 0105əç əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı madddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır.

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.N0N3-cü il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N-ci il 19 oktyabr tarixli NN nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin bəndinə əsasən Müdafiə Nazirliyi tərəfindən pul təminatı Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara ödənilir və onun xx.xx.N-ci il tarixdə həqiqi hərbi xidmətdən ehtiyyata buraxıldığından bağladığı müqavilənin sonuna qədər olan məbləğin pul təminatının ödənilməsi barədə müraciətinə yuxarıda göstərilən Əsasnəməyə zidd olduğundan təmin edilməsi mümkün hesab edilməmişdir.

3. Məhkəmə sorğusuna Müdafiə Nazirliyinin cavab məktubuna əlavə olunmuş N nömrəli hərbi hissənin xx.xx.N0N5-ci tarixli arayışında qeyd olunmuşdur ki, N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixdi 0105əç nömrəli əmrinə əsasən "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmışdır. Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini-Kadrlar İdarəsi rəisinin 16 avqust N0NN-ci il tarixli 1/01395 nömrəli məktubuna əsasən N nömrəli hərbi hissə komandirinin N9 avqust N0NN-ci tarixli 090əç nömrəli əmri ilə xx.xx.N-ci il tarixli 0105əç nömrəli şəxsi heyət üzrə əmrdə dəyişiklik olunaraq N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı xx.xx.N-ci il tarixdən "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə əsasən (bağlaşma ləğv edildikdə) ehtiyata buraxılmış hesab edilmişdir. II. Məhkəmədə icraat

4. İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.N0N4-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ehtiyata buraxılma əmrinin ləğv edilməsi, ehtiyata buraxılma əmrinin əsasının dəyişdirilməsi, itirilmiş illərin əmək stajına daxil edilməsi və bağlaşmanın sonuna qədər olan müddət üzrə məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 30 iyul N014-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılmışdır. N və N saylı hərbi hissələrin tərkibində əsgər rütbəsində, 81 mmdən 1N0 mm-dək minaatanların heyət nəfəri vəzifəsində həqiqi hərbi xidmət keçmişdir. 01 yanvar N016-cı ildə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır (şəxsi vəsiqənin və hərbi biletin surəti əlavə edilir). Sonradan könüllü olaraq bağlaşma əsasında hərbi xidməti davam etdirmişdir. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq həqqi hərbi xidmət hərbi qulluqçusu olaraq motoatıcı taborun motoatıcı manqa komandiri vəzifəsində xidmət etməyə başlamışdır. N-ci ilin may ayında hazırda şərti olaraq "Tərtər işi" adlandırılan iş çərçivəsində qanunsuz sorğu-suala, dindirməyə və ağır işgəncələrə məruz qalmışdır. Bu qanunsuz prosesin nəticəsi olaraq işgəncə və dindirmənin gedişində 0N iyun N-ci il tarixdə "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Qanunsuz və əsassız dindirməyə, işgəncələrə məruz qalmağı, bir sözlə, ona qarşı cinayət əməllərinin törədilməsi Bakı Hərbi Məhkəməsinin 1-1(093)-58/N0N3N9 saylı, N9 noyabr N0N3-cü il tarixli hökmündə (sədrlik edən hakim Zeynal Ağayev, hakimlər Camal Ramazanov və Rafiq Abbasov) də öz təsdiqini tapıb (hökm 1191 səhifədən ibarət olduğu üçün iddia ərizəsinə əlavə edilməsi mümkün deyil). Həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Çıxarılmış hökmlə yalnız ona qarşı törədilmiş cinayət əməlləri deyil, eyni zamanda həmin cinayət əməllərinin nəticəsində qanunsuz və əsassız olaraq xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı da öz təsdiqini tapıb. O, işgəncə nəticəsində səhhətində yaranan problemlərə və mənəvi-psixoloji durumuma görə hərbi xidmətə bərpa olunmaq istəmir. Lakin həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılma barədə əmr qanunsuz və əsassız olduğundan əmr ləğv edilməli, ehtiyata buraxılma əsası dəyişdirilməli və bağlaşmanın sonuna qədər olan müddət üzrə məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqı ona ödənilməlidir. Ehtiyata buraxıldığı N-ci ildə və ondan sonrakı dövrdə zərərçəkmiş şəxs statusu tanınmadığından hüquqlarının bərpası üçün cavabdeh Müdafiə Nazirliyinə (bundan sonra cavabdeh) müraciət ünvanlaya, yaxud hüquqi müdafiə vasitələrindən istifadə edə bilməmişdir. N-ci ilin may ayında cinayət əməllərinə məruz qalmağı Bakı Hərbi Məhkəməsinin xx.xx.N0N3-cü tarixli hökmü ilə təsdiq olunduğundan yalnız bundan sonra, 05 dekabr N0N3-cü ildə cavabdehə ərizə ilə müraciət etmişdir. Ərizəsində xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağıyla bağlı əmrin ləğv edilməsini, ehtiyata buraxılmağının əsasının dəyişdirilməsini və bağlaşmanın sonuna qədər olan müddət üzrə məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının ödənilməsini istəmişdir (ərizənin surəti əlavə edilir). Lakin müraciətinə cavab verilməyibdir. Xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı barədə əmri qanunsuz və əsassız hesab edir, cavabdehin üzərinə əmrin ləğv edilməsi, həqiqi hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilməsi, itirilmiş dövrün əmək stajına hesablanması və bağlaşmanın sonuna qədər olan müddət üzrə məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının ona ödənilməsi vəzifəsi qoyulmasını xahiş etmişdir.

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər

7. Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0N5-ci il tarixli qərardadı ilə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmiş, hazırkı cavabdeh əsl cavabdeh N hərbi hissə ilə əvəz edilmiş, hazırkı iddia tələbi isə N saylı hərbi hissə komandirinin N may N-ci il tarixli, 0105əç nömrəli əmrinin ləğv edilməsi, bağlaşma müddətinin başa çatması əsası ilə həqiqi hərbi xidmətdən ehtiyyata buraxılması barədə əmrin qəbul edilməsi, itirilmiş illərin əmək stajına daxil edilməsi və bağlaşmanın sonuna qədər olan müddət üzrə məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dəyişdirilməsi qərara alınmışdır.

8. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.N0N5-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.

9. Tərəflər məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə İPM-in 6N.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə məhkəmə iclasına gəlməyən şəxlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.N0N5-ci il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, idiaçının Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması əmrinin ləğv edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi dair iddia ərizəsini qəbul etmiri, hesab edirilər ki, iddia ərizəsi əsassızdır və aşağıdakı iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi tələbinə səbəblərə görə təmin edilə bilməz. Məhkəmənin nəzərinə çatdırılır ki, iddiaçının cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması hərbi xidmətdə yol verdiyi nöqsanlara görə barəsində qəbul edilmiş qərarın (əmrin) ləğv edilməsi üçün əsas yaratmır. Belə ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli müvafiq əmrilə "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair təqdimat tərtib edilmiş, hərbi hissə komandiri tərəfindən imzalandıqdan sonra qərar qəbul edilməsi məqsədilə göndərilmişdir. Təqdimatın hazırlanmasına əsas olmuş sənədlər nəzərdən keçirilərkən məlum olmuşdur ki, üzərinə düşən vəzifə borcunun məsuliyyətini dərk etmir, həmin vəzifəyə ciddi münasibət göstərmir. Yuxarı komandirlər və rəislər tərəfindən verilən əmr və tapşırıqları vaxtı-vaxtında və düzgün yerinə yetirmir. Gündəlik xidmətini hərbi Ümumqoşun nizamnamələrin tələbləri əsasında qurmur. Manqa silahlarının, döyüş texnikasının material hissəsini, onlardan istifadə edilməsi və qorunub saxlanması qaydalarını zəif bilir. Tabeliyində olanlardan hərbi intizama riayət etmələrini tələb etməkdə çətinlik çəkir. Manqada günün nizam qaydalarına, daxili qayda-qanuna, təmizliyə riayət edilməsinə, tabeliyində olanların səliqəliyinə, şəxsi gigiyena qaydalarına əməl edilməsinə diqqət yetirmir. Xidmətdə buraxdığı nöqsanlara görə tutulmuş iradlardan və verilmiş intizam cəzalarından müsbət nəticə çıxara bilmir. Komandanlığın etimadını doğrultmaqda çətinlik çətir. Tələbkarlıq və təşkilatçılıq qabiliyyəti aşağı səviyyədədir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə, dəyişikliyə yol verilmir. Həmçinin, iddiaçı iddia müddətini ötürdüyündən iddia ərizəsi təmin oluna bilməz. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy Rayon Şöbəsinin xx.xx.N0N4-cü il tarixli 3-43-NN/N- 551/N0N4 nömrəli məktubundan görmək olar ki, iddiaçı xx.xx.N-ci il tarixdən həmin şöbədə hərbi qeydiyyata alınıb və ən azından artıq həmin tarixdən əmri mübahisələndirmək hüququ yaranmışdır. İddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair xx.xx.N-ci il tarixli müvafiq əmrini məhkəməyə N0N4-cü ildə müraciət edərək mübahisələndirmiş, bununla da iddia müddətini ötürmüşdür.

Əsaslandırma hissəsi:

11. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

12. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel N015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd N.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd N.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

13. İş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı hazırkı tələbində N saylı hərbi hissə komandirinin N may N-ci il tarixli, 0105əç nömrəli əmrinin ləğv edilməsi, bağlaşma müddətinin başa çatması əsası ilə həqiqi hərbi xidmətdən ehtiyyata buraxılması barədə əmrin qəbul edilməsi, itirilmiş illərin əmək stajına daxil edilməsi və bağlaşmanın sonuna qədər olan müddət üzrə məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.

14. Göründüyü kimi, iddiaçının tələbi iki hissədən ibarətdir: 1) N saylı hərbi hissə komandirinin N may N-ci il tarixli, 0105əç nömrəli əmrinin ləğv edilməsi, bağlaşma müddətinin başa çatması əsası ilə həqiqi hərbi xidmətdən ehtiyyata buraxılması barədə əmrin qəbul edilməsi; N) İtirilmiş illərin əmək stajına daxil edilməsi və bağlaşmanın sonuna qədər olan müddət üzrə məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının ödənilməsi.

15. Məhkəmə iddia tələbinin ilk hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə cavabdeh tərəfindən əvvəllər qəbul etdiyi əmrlə təmin edilmişdir.

16. Belə ki, məhkəmə sorğusuna Müdafiə Nazirliyinin cavab məktubuna əlavə olunmuş N nömrəli hərbi hissənin xx.xx.N0N5-ci tarixli arayışında qeyd olunmuşdur ki, N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixdi 0105əç nömrəli əmrinə əsasən "Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmışdır. Şəxsi Baş İdarəsi rəisinin müavini-Kadrlar İdarəsi rəisinin 16 avqust N0NN-ci il tarixli 1/01395 nömrəli məktubuna əsasən N nömrəli hərbi hissə komandirinin N9 avqust N0NN-ci tarixli 090əç nömrəli əmri ilə xx.xx.N-ci il tarixli 0105əç nömrəli şəxsi heyət üzrə əmrdə dəyişiklik olunaraq N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı xx.xx.N-ci il tarixdən "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə əsasən (bağlaşma ləğv edildikdə) ehtiyata buraxılmış hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin N9 avqust N0NN-ci tarixli 090əç nömrəli əmri ləğv edilməmişdir və hazırda qüvvədədir.

17. Yəni, iddiaçının birinci tələbə münasibətdə hüquqi marağı ehtiyata buraxılmasına dair əmrin əsasının dəyişdirilməsidir ki, N nömrəli hərbi hissə komandirinin N9 avqust N0NN-ci tarixli 090əç nömrəli əmri ilə xx.xx.N-ci il tarixli 0105əç nömrəli şəxsi heyət üzrə əmrdə dəyişiklik olunaraq, İddiaçı xx.xx.N-ci il tarixdən "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə əsasən (bağlaşma ləğv edildikdə) ehtiyata buraxılmış hesab olunmuşdur.

18. İddia tələbinin itirilmiş illərin əmək stajına daxil edilməsi və bağlaşmanın sonuna qədər olan müddət üzrə məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının ödənilməsi hissəsi ilə bağlı isə qeyd edir ki, iddiaçının xidmət illərinə əlavə edilməsini tələb etdiyi dövrdə xidməti fəaliyyəti olmamışdır. Xidmətdə olmadığı dövrün iddiaçının xidmət illərinə daxil edilməsi isə mümkün deyildir.

19. Bunun üçün N nömrəli hərbi hissə komandirinin N9 avqust N0NN-ci tarixli 090əç nömrəli əmri mübahisələndirilməlidir.

20. İddiaçıya əvvəlki məhkəmə iclasında bu barədə hüquqi yardım olunmasına və tələbini dəqiqləşdirmək üçün vaxt verilməsinə baxmayaraq, nə heç bir üzrlü səbəblər barədə məlumat vermədən məhkəmə iclasına gəlməmiş, nə də dəqiqləşmə ərizəsi məhkəməyə göndərməmişdir.

21. Bununla da iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh orqan tərəfindən pozulması halı müəyyən edilmir.

22. Halbuki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

23. Məhkəmə hesab edir ki, hazırkı işdə cavabdeh tərəfindən iddiaçının istinad etdiyi hallar üzrə onun hər hansı hüquqlarının pozulmasına yol verilmədiyindən, bu barədə faktiki halların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia mümkün sayılmamalıdır.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

25. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.

Nəticəvi hissə:

26. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, N5N) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar