Məhkəmə qərarları › İş №2-1(114)-4278/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4278/2025

24.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4278/2025 24.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Nağıyeva Aysu Azər qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bərdə regional Cavabdehnə qarşı “akt qeydində düzəliş edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İ-ЖГ №445932 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X1 xx xxxxxx 1972-ci ildə doğulmuşdur, ata qrafasında X2, ana qrafasında X5 qeyd edilmişdir. X3 xx.xx.1972-ci l tarixində doğulmuşdur, bu barədə 26 dekabr 1972-ci ildə 67 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. AA ******* seriya nömrəli şəsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1972-ci il tarixində anadan olmuşdur. İddiaçı (bundan sonra mətndə - iddiaçı) Bərdə regional Cavabdehnə(bundan sonra mətndə - cavabdeh) müraciətinə sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, Bərdə rayonu Əyricə kənd İ.N. tərəfindən qeydə alınmış xx.xx.1972-ci il tarixli, 67 saylı doğum haqqında akt qeydində iddiaçının soyadının “Hüseynov” kimi, eyni zamanda atasının və anasının soyadları “Hüseynov(a)” qeyd edilmişdir. Ailə məcələsinin 53.3 maddəsinə əsasən “Uşağın soyadı bir qayda olaraq valideyinlərin soyadları ilə müəyyən edilir.” Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli, 52 №-li Qərarına əsasən təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik qaydaların: 1 .Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bərdə rayon Əyricə kənd İcra nümayəndəliyində onun barəsində aparılmış doğum akt qeydinin soyad qrafasında “Hüseynov” soyadının dəyişdirilərək “Bəhramov” soyadı ilə əvəz edilməsinin cavabdeh orqana həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 xx xxxxxx 1972-ci ildə Bərdə şəhərində anadan olmuşdur. Hal-hazırda soyadı Bəhramovdur və bütün sənədlərdə soyadı Bəhrəmov gedir. Lakin atası və anasının soyadı Hüseynov kimi yazılmışdır. Hətta ona məxsus DKT445932 saylı doğum haqqında şhadətnamədə soyadı Bəhramov kimi qeyd olunmuşdur. Qardaş və bacılarınında soyadı Bəhramov kimi qeyd edilmişdir. Vərəsəliklə bağlı sənədləşdirmə işləri görən zaman aydın oldu ki, onun doğum haqqında şəhadətnaməmin saxlanıldığı arxivdə soyadı Hüseynov kimi göstərilmişdir. O, soyadına düzəliş edilərək Bəhramov kimi yazılmasını və həmin soyadın eyni şəxsə məxsus olması ilə bağlı cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən imtina cavabı verilmişdir. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh nümayənədsinin iştirakını təmin etməmiş, üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İddiaçının hazırkı tələbi doğum haqqında akt qeydində düzəliş edilməsidir ki, cavabdeh orqan iddiaçının tələbini təmin etməkdən imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə... İddiaçıya məxsus olan ilkin doğum haqqında akt qeydində soyadı “Hüseynov” kimi qeyd edilmiş olsa da, iş materiallarına əlavə edilmiş digər sənədlərdə iddiaçının soyadının “Bəhramov” olması müəyyən edilir. Bu da, iddiaçıya məxsus akt qeydində iddiaçıya dair məlumatın qeyri-dəqiq yazıldığını göstərir. Bu isə o deməkdir ki, həqiqətən də iddiaçıya məxsus doğum haqqında akt qeydində səhvə yol verilmiş, iddiaçının soyadı düzgün qeyd edilməmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh inzibati orqanın üzərinə iddiaçıya məxsus doğum akt qeydində düzəliş edilməsi, “Hüseynov” soyadının dəyişdirilərək “Bəhramov” soyadı ilə əvəz edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Bərdə rayon Əyricə kənd İcra nümayəndəliyində İddiaçı barəsində aparılmış doğum akt qeydinin soyad qrafasında “Hüseynov” soyadının dəyişdirilərək “Bəhramov” soyadı ilə əvəz edilməsi öhdəliyi Bərdə regional Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar