Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-428/2025 18.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinə qarşı mərhum əri X3 şəhid statusu verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Bərdə rayon Qeydiyyat şöbəsinə qarşı xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əri X3 aid ölüm akt qeydində düzəliş edilməsi və şəhid statusunun verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, mərhum əri X4 24 iyun N994-cü ildə komandirin əmrinə əsasən Ağdam rayonu, Xındırıstan kəndindən döyüş sursatı aparılması üçün gedən zaman tankın mərhumun olduğu avtomaşının üzərindən keçməsi nəticəsində vəfat etmişdir. Lakin, mərhuma şəhid statusu verilməmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-N(NN4)-N700/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehlər əsl Bərdə rayon Qeydiyyat Şöbəsi ilə əvəz edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-N(NN4)-N700/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinə qarşı mərhum əri X3 şəhid statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin məhkəmədə iştirakının təmin etməmiş, məhkəmə nümayəndənin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir : - işə əlavə edilmiş xx.xx.N985-ci il tarixli, İİİ-ЖГ № 459666 nömrəli “nikah haqqında” şəhadətnamədən görünür ki, X4 ilə İddiaçı arasında bağlanmış nikah xx.xx.N985-ci il tarixli N43 saylı qeyd ilə qeydə alınmışdır. -- işə əlavə edilmiş AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surəti. -işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-25-4/2-6443/2023 nömrəli imtina məktubundan görünür ki, Müdafiə Nazirliyi Mərkəzi Arxivinin N9 dekabr 2023-cü il tarixli 2685 nömrəli məktubuna əlavə olunmuş N nömrəli hərbi hissənin "İtkin düşən, yaralanan və vəfat edənlərin siyahısı" kitabının arxiv çıxarışında M.M.Cəlilovun Bərdə rayonundan hərbi hissəyə qayıdarkən avtomobil qəzasında həlak olduğu göstərilmişdir. Əmrdə M.M.Cəlilovun xidməti vəzifələrinin icrası zamanı həlak olmasının göstərilməsinə baxmayaraq, onun ölümünün döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin icrası ilə əlaqəsi sənədlərlə təsdiq olunmadığından, mərhuma "Şəhid" adının verilməsindən imtina olunmuşdur. -işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.20N9-cu il tarixli, 9/2-N3N42 nömrəli arayışından görünür ki, N №-li hərbi hissə komandirinin N dekabr N993-cü il tarixli 328 №-li əmrində (əsas: §-N, səh-22) Bərdə RHK-dan səfərbər edilmiş N4 №-li taborun bir qrup şəxsi heyətinin ərzaqla təmin edilməsi barədə məlumat vardır. N №-li hərbi hissənin xx.xx.N992-xx.xx.N993-cü il tarixli dövrü əhatə edən "Adlı siyahılar" qovluğunda (əsas: səh-54, sıra-72) qeyd edilmiş "Bərdə RHKdan səfərbər edilərək xx.xx.N993-cü il tarixində N №-li hərbi hissəyə göndərilən şəxsi heyətin siyahısında" N960-cı il təvəllüdlü, sıravi X2 adı vardır. N4-cü MAT-da qulluq edən çavuş X5 xx.xx.N994-cü il tarixdə xidməti borcunu yerinə yetirərkən həlak olduğu üçün N №-li hərbi hissə komandirinin N iyul N994-cü il tarixli N86 No-li amrilə (əsas: §-N, seh-65, amrdə adı "Mamed" yazılmışdır, həlak olduğu yer göstərilməmişdir) bütün növ təminatları dayandırılaraq taborun şəxsi heyətinin siyahısından çıxarılmışdır. -işə əlavə edilmiş xx.xx.N994-cü il tarixli, 08 nömrəli “ölüm haqqında” akt qeydindən görünür ki, X4 xx.xx.N994-cü il tarixdə “xidməti işi ilə hərbi hissəyə qayıdarkən Ağdam rayon Xındırıstan kəndində avtoqəza nəticəsində” səbəbindən ölmüşdür. -işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, N673 nömrəli məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin N dekabr N993-cü il tarixli 328 №-li əmrində (əsas: § N, səh 22, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) Bərdə RHK- dan səfərbər edilmiş, N4 №-li taborun şəxsi heyətinin ərzaqla təmin edilməsi barədə məlumat vardır. Əmrə əlavə olunmuş adlı siyahıda (əsas: adlı siyahı: "03.N2.92-24.02.93", səh 34, sıra 72) Bərdə RHK-dan çağırılmış, N960-cı il təvəllüdlü, sıravi X2 adı qeyd edilmişdir. N4cü MAT-da qulluq edən çavuş X5 xx.xx.N994-cü il tarixdə xidməti borcunu yerinə yetirərkən həlak olduğu üçün N №-li hərbi hissə komandirinin N iyul N994-cü il tarixli N86 №-li əmrilə (əsas: § N, səh 65, əmrdə adı Mamed yazılmışdır, həlak olduğu yer və şərait göstərilməmişdir, əmr olduğu kimi köçürülmüşdür) bütün növ təminatları dayandırılaraq taborun şəxsi heyətinin siyahısından çıxarılmış və ailəsinə maddi köməklik göstərilmişdir. -işə əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024cü il tarixli, 3-43-9/2-N205/2024 saylı məktubdan görünür ki, N saylı hərbi hissənin arayışında, hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N86 nömrəli əmrindən çıxarışında mərhum həyat yoldaşınız Məmməd Cəlilovun xx.xx.N994-cü il tarixdə Ağdam rayonu, Xındırıstan kəndində xidməti vəzifəsini yerinə yetirərkən həlak olması göstərilsədə, həlak olmasının səbəb və şəraiti qeyd edilməmişdir. Lakin N saylı hərbi hissənin bildirişində (bildirişin nömrə və tarixi yoxdur) və Bərdə rayon XN Dövlət Qeydiyyatı şöbəsinin xx.xx.20N2-ci il tarixli arayışında X7 rayonunun Xındırıstan kəndində avtomobil qəzasında həlak olması göstərilmişdir. -işə əlavə edilmiş Ağdam Hərbi Prokurorluğu tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli, 3-3-N70/2-00948N/2025 nömrəli məktubda qeyd olunmuşdur ki, X2 həlak olması ilə bağlı Ağdam Hərbi Prokurorluğunda hər hansı material və cinayət işi istintaq olunmamışdır. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, mərhum X4 xx.xx.N994-cü il tarixdə xidməti işi ilə hərbi hissəyə qayıdarkən Ağdam rayon Xındırıstan kəndində avtoqəza nəticəsində ölmüşdür. İddiaçı mərhum X3 şəhid statusunun verilməsi məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının 25 dekabr N99N-ci il tarixli Qanunun 4-cü maddəsinin 2-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun N-ci maddəsinə əsasən: - şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5 yanvar N994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” N.N-ci bəndində “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun N-ci maddəsi təkrarlanmaqla, N.2-ci bənddə göstərilmişdir ki, aşağıdakılar şəhid hesab edilirlər: -N990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; -NN dekabr N988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; -Azərbaycan Respublikasında N988-ci ildən N990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; -Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; -Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; -Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun N-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli Qərarına görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun N-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.8-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İş materiallarının tədqiqindən göründüyü kimi mərhum X4 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı deyil, hərbi hissəyə qayıdarkən Ağdam rayon Xındırıstan kəndində avtoqəza nəticəsində ölmüşdür. Odur ki, işin faktiki hallarına və müvafiq qanunvericilik normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçıların müraciətinin müsbət həll edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.N-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 8N-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinə qarşı mərhum əri X3 şəhid statusu verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-428/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-428/2025
18.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver