Məhkəmə qərarları › İş №2-1(114)-4290/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4290/2024

10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4290/2024 10.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı doğum akt qeydinə düzəliş edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı doğum akt qeydinə düzəliş edilərək, adının “Kifayət” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Nikahın bağlanması haqqında İİİ-ЖГ № 462601 saylı şəhadətnaməyə əsasən X8 ilə X6 arasında xx.xx.10985-ci il tarixdə bağlanmış, nikahdan sonra qadına “Həsənova” soyadı verilmişdir.

2. АЗ № ******* saylı doğum haqqında şəhadətnaməyə əsasən xx.xx.1965-ci il tarixdə doğulmuş X1 X5, anası X7r.

3. xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İİ № 868237 saylı doğum haqqında şəhadətnaməyə əsasən xx.xx.1996-cı il tarixdə doğulmuş X2 atası X8, anası İddiaçıdır.

4. 04.05.2005-ci il tarixdə verilmiş AA № 112250 saylı məcburi köçkün vəsiqəsinə əsasən İddiaçı 1993-cü ildə Ağdam rayonundan məcburi köçmüş və Bərdə rayonunda məskunlaşmışdır.

5. ИТ-İ № ******* saylı əmək kitabçasına əsasən xx.xx.1965-ci il təvəllüdlü İddiaçı xx.xx.1991-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır.

6. İddiaçı doğum haqqında akt qeydində adının Bəsdidən Kifayətə dəyişdirilməsi barədə Cavabdehnə müraciət etmiş, lakin şöbənin xx.xx.2024-cü il tarixli cavab məktubu ilə bundan imtina edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarının tələblərinə uyğun olaraq kifayət qədər əsaslar olmadığına görə məhkəməyə müraciət etməlidir.

7. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətindən əldə edilmiş: - xx.xx.1965-ci il tarixdə 19 nömrə ilə qeyd edilmiş doğum haqqında akt qeydinə əsasən xx.xx.1965-ci il tarixdə doğulmuş X3 X5, anası X7r. - 18.03.1989-cu il tarixdə 230 nömrə ilə qeyd edilmiş doğum haqqında akt qeydinə əsasən xx.xx.1988-cı il tarixdə doğulmuş X4 atası X8, anası İddiaçıdır. - 22.08.1996-cı il tarixdə 57 nömrə ilə qeyd edilmiş doğum haqqında akt qeydinə əsasən xx.xx.1996-cı il tarixdə doğulmuş X2 atası X8, anası İddiaçıdır. - 01.03.1985-ci il tarixdə 6 nömrə ilə qeyd edilmiş nikahın bağlanması haqqında akt qeydinə əsasən X8 ilə X6 arasında xx.xx.10985-ci il tarixdə nikah bağlanmış, nikahdan sonra qadına “Həsənova” soyadı verilmişdir.

8. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağdam rayon polis şöbəsindən əldə edilmiş fərdi uçot kartoçkasına əsasən xx.xx.1965-ci il tarixdə doğulmuş X1 X5, anası X7r. X6 ilə X8 arasında xx.xx.10985-ci il tarixdə bağlanmış, nikahdan sonra qadına “Həsənova” soyadı verilmişdir. II. Məhkəmədə icraat

9. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, doğum akt qeydində düzəliş edilərək, adının Kifayət kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1965-ci ildə Ağdam rayonu Əliağalı kəndində anadan olmuşdur. X5, anası isə X7r. Onun şəxsiyyət vəsiqəsində, şəhadətnamələrində, attestatlarında, məcburi öçün vəsiqəsində və bir çox sənədlərdə adı Kifayət kimi qeyd olunsa da, lakin doğum akt qeydində texniki səhvlik edilərək adı Bəsdi olaraq qeyd edilmişdir. O, doğulan gündən Kifayət olaraq tanınmışdır və bu yaşına kimi öz adını Kifayət bilmişdir. Daha sonradan ona məlum olmuşdur ki, doğum akt qeydində adı “Bəsdi” olaraq qeyd edilmişdir. O doğum haqqında akt qeydində adının Kifayətə dəyişdirilməsi barədə cavabdehə orqana müraciət etmiş, lakin bundan imtina edilmişdir.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

13. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

14. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

15. Cavabdehin yerləşdiyi yer olan Ağdam rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

16. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

19. Cavabdeh orqanın hüquqi ünvanına və iddiaçının iddia ərizəsində göstərilmiş ünvanına məhkəmə bildirişi göndərilmişdir. Bu səbəbdən, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş hesab olunmuşlar.

20. İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh isə iş həcminin çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında təmsil oluna bilməyəcəklərini, məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

21. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

22. İddiaçı şifahi məhkəmə baxış iclasında iddiasını müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

23. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, doğulduğu gündən halhazıradək özünü Kifayət olaraq bilmiş, ailə üzvləri və yaxın ətrafındakılar tərəfindən də Kifayət adı ilə tanınmışdır. Doğum haqqında şəhadətnaməsi oxunmaz hala düşdüyündən təkrar şəhadətnamə almaq üçün qeydiyyat şöbəsinə müraciət edən zaman doğum akt qeydində adının “Bəsdi” kimi qeyd edildiyi ona məlum olmuşdur. Bütün sənədlərdə adı Kifayət kimi qeyd edilmiş, yalnız doğum akt qeydində yanlışlığa yol verilərək Bəsdi kimi yazılmışdır. Ona görə də onun doğum akt qeydindəki səhvin düzəldilməsinə zərurət yaranmışdır.

24. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - 04.05.2005-ci il tarixdə verilmiş AA № 112250 saylı məcburi köçkün vəsiqəsi; - Nikahın bağlanması haqqında İİİ-ЖГ № 462601 saylı şəhadətnamə; - Doğum haqqında АЗ № ******* saylı şəhadətnamə; - Doğum haqqında AZ-İİ № 868237 saylı xx.xx.2012-ci il tarixli şəhadətnamə; - ИТ-İ № ******* saylı əmək kitabçası; - Cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubu; - xx.xx.1965-ci il tarixdə 19 nömrə ilə qeyd edilmiş doğum haqqında akt qeydi; - 18.03.1989-cu il tarixdə 230 nömrə ilə qeyd edilmiş doğum haqqında akt qeydi; - 22.08.1996-cı il tarixdə 57 nömrə ilə qeyd edilmiş doğum haqqında akt qeydi; - 01.03.1985-ci il tarixdə 6 nömrə ilə qeyd edilmiş nikahın bağlanması haqqında akt qeydi. Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

26. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

27. İş materiallarından müəyyən olur ki, İddiaçı ona məxsus xx.xx.1965-ci il tarixli 19 nömrəli doğum haqqında akt qeydində adının texniki səhv olaraq Kifayət əvəzinə Bəsdi kimi qeyd olunduğunu əsas gətirməklə, akt qeydində adına düzəliş edilməsini Cavabdehndən xahiş etmiş, cavabdeh orqan isə xx.xx.2024-cü il tarixli cavab məktubu ilə buna kifayət qədər əsaslar olmadığına görə məhkəməyə müraciət etməli olması bildirilmişdir.

28. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə...

30. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti və Cavabdehndən əldə edilmiş xx.xx.1965-ci il tarixdə 19 nömrə ilə qeyd edilmiş doğum haqqında akt qeydindən görünür ki, xx.xx.1965-ci il tarixdə doğulmuş X3 X5, anası X7r.

31. İddiaçı doğum haqqında akt qeydində adı Bəsdi kimi qeyd edilsə də, iş materiallarında olan tədqiq olunan digər bütün sənədlərdə adı Kifayət kimi qeyd edilmişdir.

32. Bu isə o deməkdir ki, həqiqətən də İddiaçı doğum akt qeydində səhvə yol verilmiş və iddiaçının adı barəsində məlumat düzgün qeyd edilməmişdir.

33. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı doğum akt qeydinə düzəliş edilərək, adının Kifayət kimi (X6) qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.

34. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. xx.xx.1965-ci il təvəllüdlü X3 xx.xx.1965-ci il tarixdə tərtib edilmiş 19 saylı doğum akt qeydinə düzəliş edilərək, adının Kifayət kimi qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar