Məhkəmə qərarları › İş №2-1(114)-43/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-43/2021

29.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-43/2021 29.01.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X5rşı torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydə alınması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X8 (bundan sonra mətndə cavabdeh) xx xxxxxx 2019-cu il tarixli **********75 nömrəli məktubu ilə Gəncə şəhəri, Sadıllı qəsəbəsi, E- 4 məhəllə, 15 saylı ünvanda yerləşən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsinə köməklik göstərilməsi barədə İddiaçı (bundan sonra mətndə iddiaçı) müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sənədlərin araşdırılması zamanı Gəncə şəhər Kəpəz Bələdiyyəsi tərəfindən 0.04 ha torpaq sahəsinə dair qəbul edilmiş xx xxxxxx 2008ci il tarixli qərarın qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, “Bələdiyyələrə dair Azərbaycan Respublikasının 2007-ci il 23 oktyabr tarixli 466-İİİQD nömrəli Qanuna dəyişikliyə əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinə “Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələr vasitəsilə əldə edilə bilər” sözləri əlavə edilmişdir. Gəncə şəhər Kəpəz Bələdiyyəsi tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmadan xx xxxxxx 2008-ci il tarixli qərar qəbul edilmiş, xx xxxxxx 2008-ci il tarixində isə “Torpaqların alqı-satqısına dair” Akt tərtib edilmişdir. Eyni zamanda qeyd olunan torpaq sahəsinə ərazi idarəsinin nümayəndəsi tərəfindən müayinə baxışı keçirilən zaman torpaq sahəsinin başqa şəxs tərəfindən hasarlandığı müəyyən edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Gəncə şəhər Kəpəz Bələdiyyəsindən xx.xx.2008-ci il tarixli alqı-satqı əsasında alınmış Gəncə şəhəri, Sadıllı qəsəbəsi E-4 məhəlləsində yerləşən 400 kv.m sahəsi olan 15 nömrəli torpaq sahəsinə dair onun adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı fərdi yaşayış evinin tikintisi üçün Gəncə şəhər Kəpəz Bələdiyyəsinə ərizə ilə müraciət etmiş və ərizəsi əsasında xx.xx.2008-ci il tarixdə Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi yaşayış ərazisinin E-4 məhəlləsindəki boş ərazidə 400 kv.m sahəsi olan 15 nömrəli torpaq sahəsinə dair alqısatqı aktı tərtib edilmişdir. Həmin torpaq sahəsinə dair plan-sxem tərtib edilmiş ləğv edilmiş Torpaq və Xəritəçəkmə Komitəsinin 3 saylı X10 təhvil verdiyi Dövlət Torpaq Kadastr planlarının qeydiyyatı kitabında iddiaçıya 400 kv.m torpaq sahəsinin ayrılması barədə 898 nömrə ilə qeydiyyat aparılmışdır. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir İddiaçının vəkili X3 iddianı müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək imtinanın əsaslarını müdafiə etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: -Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 187 nömrəli sərəncamından görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı yaşayış ərazisinin E-4 məhəlləsindəki boş ərazidən 400 kv.m olan 15 nömrəli torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılması qərara alınmışdır. -Gəncə şəhər Kəpəz rayon Kəpəz bələdiyyəsi üzvlərinin xx.xx.2008-ci il tarixli ümumi yığıncağının qərarından çıxarışın surətindən görünür ki, bələdiyyənin torpaq fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 187 nömrəli sərəncamına əsasən Sadıllı yaşayış ərazisinin E-4 məhəlləsindəki boş ərazidə (15 nömrəli sahə) fərdi yaşayış evinin tikintisinə icazə verilmiş 0.04 ha torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. -xx.xx.2008-ci il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsində 37 nömrə ilə qeydiyyata alınmış “Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, Gəncə şəhər Kəpəz bələdiyyəsinin xx.xx.2008-ci il tarixli qərarı əsasında bələdiyyə ərazisindən 0.04 ha torpaq sahəsi 1440 manat müqabilində İddiaçı satılmışdır. -DƏDRX-nin 3 saylı X8 xx.xx.2019-cu il tarixli, **********48 nömrəli məktubunun surətindən görünür ki, ləğv edilmiş Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsinin 3 saylı X10 təhvil verdiyi Dövlət Torpaq Kadastr planlarının qeydiyyatı kitabında iddiaçıya 400 kv.m torpaq sahəsinin ayrılması barədə 898 nömrə ilə qeydiyyat aparılmışdır (sənədin nömrəsi A 037840). -DƏDRX-nin 3 saylı X8 xx.xx.2020-ci il tarixli, **********11 nömrəli məktubunda qeyd olunur ki, idarəyə xidməti istifadə üçün verilmiş köhnə baza xəritəsində həmin torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi, yeni bələdiyyə xəritəsində isə xüsusi mülkiyyət (verilmiş plan-ölçü sənədinə əsasən) kimi işlənmişdir. Həmin torpaq sahəsi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. -Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxx” MMC X11 İdarəsinin 171 nömrəli, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinə əsasən Gəncə şəhər Kəpəz bələdiyyəsi tərəfindən (eləcə də Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 187 nömrəli sərəncamına əsasən) fərdi yaşayış evinin tikintisi üçün Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı yaşayış ərazisinin E-4 məhəlləsindəki boş ərazidən İddiaçı ayrılmış 0.04 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Mübahisəli torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları daxilində, həyətyanı sahələrin altında olan torpaqlar da bələdiyyə mülkiyyətinə aiddir. Əsaslandırıcı hissə: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İşin mahiyyətinə gəldikdə isə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 188 nömrəli sərəncamı ilə Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı yaşayış ərazisinin E-5 məhəlləsindəki boş ərazidən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı 400 kv.m olan 3 nömrəli torpaq sahəsi ayrılmış, bundan sonra Gəncə şəhər Kəpəz rayon Kəpəz bələdiyyəsi üzvlərinin xx.xx.2008-ci il tarixli ümumi yığıncağının qərarına əsasən həmin torpaq sahəsinin iddiaçıya satılması qərara alınmış və bu barədə xx xxxxxx 2008-ci il tarixli “Torpaqların alqı-satqısına dair Aktı tərtib edilmişdir. Cavabdeh orqan isə bələdiyyə tərəfindən həmin torpaq sahəsinə dair qəbul edilmiş xx xxxxxx 2008-ci il tarixli qərarın, eləcə də xx xxxxxx 2008-ci il tarixli “Torpaqların alqısatqısına dair Aktın qanunvericiliyin tələblərinə uyğun olmadığını əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə cavabdehin sözügedən dəlilləri ilə razılaşmır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1. maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1. maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamənin 10. bəndinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 16. bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Həmin Əsasnamənin 23. maddəsində isə təsbit edilmişdir ki, bu Əsasnamənin 10cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir. Qanunvericiliyin sadalanan müddəalarının mənasından göründüyü kimi bələdiyyənin yalnız hərrac və ya müsabiqə vasitəsilə satılan torpaqları əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, daha sonra isə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməklə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilərlər. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçıya torpaq sahəsi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı kimi məhz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1. maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün satılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əsasnaməsinin; 1.1. maddəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. 1.2. maddəsinə əsasən xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Nazirliyin hüquqi aktlarını rəhbər tutur. 3.0.18. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək, Xidmətin vəzifəsi kimi nəzərdə tutulmuşdur. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Gəncə şəhər Kəpəz Bələdiyyəsindən xx.xx.2008-ci il tarixli alqı-satqı əsasında alınmış Gəncə şəhəri, Sadıllı qəsəbəsi E-4 məhəlləsində yerləşən 15 nömrəli, 400 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Gəncə şəhər Kəpəz Bələdiyyəsindən xx.xx.2008-ci il tarixli alqı-satqı əsasında alınmış Gəncə şəhəri, Sadıllı qəsəbəsi E-4 məhəlləsində yerləşən 15 nömrəli, 400 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X8 üzərinə qoyulsun. İş üzrə məhkəmə xərci 67,20 (altmış yeddi manat iyirmi qəpik) manat vəsait Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X7 tutularaq KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, VÖEN **********, AZ23AİİB********************, Kapital Bank ASC Xətai filialı, KOD 200071 VÖEN ********** müxbir hesab AZ 37 NABZ******************** SWİFT kod AİİBAZ2Z saylı hesaba ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar