Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-43/2024 25.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ləğv edilmiş əlilliyinin və pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1992-ci ildə müharibədə erməni qəsbkarları tərəfindən atılan artilerya mərmisinin partlaması zamanı "Sağ əlinin ön sətinin yaralanması ilə dəri defekti, sağ əlin İİİ-İV daraq sümüklərinin çoxqəlpəli sınığı, sağ əlin İ- V-ci barmaqlarının açıcı kontrakturası, sağ əlin iri həcimli çapığı, sağ mil sinirinin poatravmatik neyropatiyası.xronik pielonevrit tez-tez kəskinləşmələrlə xroniki anemiya" travması ilə xx.xx.1992-ci il tarixə kimi AR X3 və ortopediya institutunda stasionar müayinə və müalicə olunmuşdur. Müalicə olunduqdan sonra, AR MN-nin MHHK-nin 59 nömrəli qərarı ilə "Hərbi Travma Azərbaycan Respublikasının Müdafiəsi Zamanı almışdır. Bundan sonra 2014-cü ildən ona ikinci qrup əliliiyə görə pensiya təyin edilmişdir. Stasionar müalicə olunsa da, səhhətində heç bir müsbət irəliləyiş olmamışdır. Xəstəliyi ilə bağlı iş qüvvəsini itirdiyi üçün heç bir yerdə işləyə bilmir. 2021-ci ilin oktyabr ayından pensiyasını dayandırdılar. 2021-ci il dekabr ayında və 2022-ci ilin avqust ayının 1-də Əlillərin bərpa Mərkəzi və Travmatologiya İnstitunda həkim müayinəsi zamanı əlilliyi ilə bağlı həkim sənədləri və digər xəstəlik sənədlərində yazılsa da, 2022-ci il sentyabr ayının 9-da ona imtina cavab məktubu göndərilibdir. AR X4 və Ortopediya İnstitutunda müayinədən keçən zaman xəstəliyi ilə bağlı yazılmış həkim rəyini və forma 88 tibbi sənədini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə göndərilsə də, bu günə kimi cavabdeh orqan səhlənkarlıq edərək onun heç bir sənədinə baxmadan, nə də ki, onu təkrar əyani müayinədən keçirmədən imtina yazaraq geri qaytarıblar. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Agentliyi tərəfindən məhkəməyə göndərilən etirazda qeyd edilmişdir ki, iddiaçının əlilik vəziyyətinə Tərtər Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il göndərişinə əsasən "X1 XİX Sinif Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S60-S69 - Bilək və əlin travmaları => S64 - Bilək və əl səviyyəsində sinirlərin travması => S64.2 – Mil s.......; Diaqnozun mətni: Sağ əlin odlu silah yaralanması nəticəsində sağ əlin İİİ-İV daraq sümüklərinin çox qəlpəli sınığından sonrakı hal. Sağ əlin ön səthində iri həcmli kobud kelloid çapığı. Nevrasteniya...; İmtinanın səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Tərtər Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il göndərişinə əsasən səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik "X1 XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S60-S69 - Bilək və əlin travmaları => S61 - Bilək və əlin travmatik - - amputasiyası => S61.8 - Bilək və əli......; Diaqnozun mətni: Biləyin və əlin digər hissələrinin açıq yarası. Sağ əlin odlu silah yaralanması nəticəsinin qalıq əlamətləri. Yuxarı ətrafın açıq yaralanmasının nəticələri. Sağ əlin tutma funksiyasının pozulması. Əl daraq sümüklərinin çox saylı sınıqları. Sağ əlin İİİ-İV daraq sümüklərinin çox qəlpəli sınığından sonrakı hal. Mil sinirin bilək və əl səviyyəsində travması. Sağ mil sinirinin posttravmatik nevropatiyası. Sağ əldə hərəki və hissi pozulmalarla. Hipertrofik çapıq. Sağ əlin ön səthində iri həcmli kobud kelloid çapığı..; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Əl daraq sümüklərinin çox saylı sınıqları. Sağ əlin İİİ-İV daraq sümüklərinin çox qəlpəli sınığından sonrakı hal. Mil sinirin bilək travması.S... səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. İddiaçının əlillik vəziyyətinə elektron təyinatla 2016-cı il tarixli göndərişi əsasında baxılmış və səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik "X1 XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S60-S69 - Bilək və əlin travmaları => S61 Bilək və əlin travmatik amputasiyası => S61.8 Bilək və əli...... - - Diaqnozun mətni: Biləyin və əlin digər hissələrinin açıq yarası. Sağ əlin odlu silah yaralanması nəticəsinin qalıq əlamətləri. Yuxarı ətrafın açıq yaralanmasının nəticələr. Sağ əlin tutma funksiyasının pozulması. Əl daraq sümüklərinin çox saylı sınıqları. Sağ əlin İİİ – İV daraq sümüklərinin çox qəlpəli sınığından sonrakı hal. Mil sinirin bilək və əl səviyyəsində travması. Sağ mil sinirinin posttravmatik nevropatiyası. Sağ əldə hərəki və hiss pozulmalarla Hipertrofik çapıq. Sağ əlin ön səthində iri həcmli kobud kelloid çapığı..; Meyar 2.2. İkinci dərəcə əlillik => DİGƏR Əl daraq sümüklərinin çox saylı sınıqları. Sağ əlin İİİ-İV daraq sümüklərinin çox qəlpəli sınığından sonraki hal. Mil sinirin bilək və əl səviyyəsinda travması. S... səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Tərtət rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il göndərişinə əsasən səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik “X1 XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S60-S69 – Bilək və əlin travmaları => S61 – Bilək və əlin travmatik amputasiyası => S61.8 – Bilək və əli……; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması. sağ əlin İİİ-İV daraq sümüklərinin köhnə qeyridüzgün bitişmış sınığı. ağ əli İİİ-İV daraq sümüklərinin köhnə qeyri-düzgün bitişmiş sınığı. sağ əlin İİ-V barmaqların açıcı kontrakturası. sağ əlin İİİ/İV daraq sümüklərinin pis bitişməsinin sınastozu. ağrı sındromu/ sağ əlin ön səthinin iri həcimli çapığı. sağ mıl sinirinin poatravmatık neyropatiyası. xroniki pielonefrit tez-tez kəskinləşmələrlə xroniki anemiya” İmtinanın səbəbi: Diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə imtina verilmişdir. Vətəndaşın müraciəti əsasında 12 sentyabr 2022-ci il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2014-cü il tarixli 343 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Sağ əlin ön səthində yaralar, dəri defekti ilə, İİİ, İV daraq sümüklərinin çoxqəlpəli sınığı (odlu silah yaralanmasından sonra)." diaqnozu ilə travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəvvənləşdirilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrılarından, sağ gözündə zəif görmədən şikayətlənmiş, sağ əlin arxa səthində çapıqlar müeyyən olumuş, əlin tutma funksiyası pozulmamışdır. xx.xx.2022ci il tarixdə tabeliyinde DTSERA-da oftalmoloq həkim müayinə etmiş, nəticə "Vis OD-0,08 k/ile 0,3: Vis OS-0,08 k/ilə 0,3. OU-Mürəkkəb miopik astiqmatizm. Başlanğıc katarakta. Ambliopiya" kimi qiymətləndirilmiş, əlillik təyinatına əsas verən patofunksional pozuntu ve hərəki məhdudiyyət aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ile təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş TSEK müayinələrinə dair alt sistemdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixli müayinə nəticəsində qoyulmuş “Biləyin və əlin digər hissələrinin açıq yarası. Sağ əlin odlu silah yaralanması nəticəsinin qalıq əlamətləri. Yuxarı ətrafın açıq yaralanmasının nəticələri. Sağ əlin tutma funksiyasının pozulması. Əl daraq sümüklərinin çox saylı sınıqları. Sağ əlin İİİ-İV daraq sümüklərinin çox qəlpəli sınığından sonrakı hal. Mil sinirin bilək və əl səviyyəsində travması. Sağ mil sinirinin posttravmatik nevropatiyası. Sağ əldə hərəki və hissi pozulmalarla. Hipertrofik çapıq. Sağ əlin ön səthində iri həcmli kobud kelloid çapığı” diaqnoza əsasən 1 il müddətinə, xx.xx.2016-cı il tarixli müayinə nəticəsində eyni diaqnoza əsasən 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir. -surəti işə əlavə edilmiş TSEK müayinələrinə dair alt sistemdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli müayinə nəticəsində “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayiş travması .Sağ əlin İİİ- İV daraq sümüklərinin köhnə qeyri-düzgün bitişmiş sınığı. ağ əli İİİ-İV daraq sümüklərinin köhnə qeyri-düzgün bitişmiş sınığı. Sağ əlin İİ-V barmaqların açıcı kontrakturası.sağ əlin İİİ/İV daraq sümüklərinin pis bitişməsinin sinastozu. Ağrı sindromu/ sağ əlin ön səthinin iri həcimli çapığı. Sağ mil sinirinin poatravmatik neyropatıyası. xroniki pielonefrit tez-tez kəskinləşmələrlə xroniki anemiya” diaqnozu qoyulmuş, həmin göndərişdən “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. -işə əlavə edilmiş ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, **********6 nömrəli qərarından görünür ki, İddiaçı səhhətində əlillik təyinatına əsas verən patofunksional pozuntu ve hərəki məhdudiyyət aşkar edilməmiş, nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ile təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. -işə əlavə edilmiş T 721/2023 nömrəli ekspert rəyində bildirilir ki, İddiaçı iş materiallarında əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsində tərtib edilmiş Forma 088 göndərişində qeyd edilmiş diaqnoz Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarına əsasən obyektiv müayinə zamanı öz təsdiqini tapmamış, yəni, əlin tutma funksiyası pozulmamış, əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilməmişdir. Buna görə də ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin, istərsə də, xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair" Əsasnamənin bəndlərindən birini aid etmək mümkün olmadı. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2015-ci il tarixli müayinə nəticəsində qoyulmuş “Biləyin və əlin digər hissələrinin açıq yarası. Sağ əlin odlu silah yaralanması nəticəsinin qalıq əlamətləri. Yuxarı ətrafın açıq yaralanmasının nəticələri. Sağ əlin tutma funksiyasının pozulması. Əl daraq sümüklərinin çox saylı sınıqları. Sağ əlin İİİ-İV daraq sümüklərinin çox qəlpəli sınığından sonrakı hal. Mil sinirin bilək və əl səviyyəsində travması. Sağ mil sinirinin posttravmatik nevropatiyası. Sağ əldə hərəki və hissi pozulmalarla. Hipertrofik çapıq. Sağ əlin ön səthində iri həcmli kobud kelloid çapığı” diaqnoza əsasən 1 il müddətinə, xx.xx.2016-cı il tarixli müayinə nəticəsində eyni diaqnoza əsasən 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir. Bundan sonra, əlillik müddəti başa çatdığından xx.xx.2022-ci il tarixli müayinə nəticəsində ona “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması .Sağ əlin İİİ-İV daraq sümüklərinin köhnə qeyri-düzgün bitişmiş sınığı. ağ əli İİİ-İV daraq sümüklərinin köhnə qeyri-düzgün bitişmiş sınığı. Sağ əlin İİ-V barmaqların açıcı kontrakturası.sağ əlin İİİ/İV daraq sümüklərinin pis bitişməsinin sinastozu. Ağrı sindromu/ sağ əlin ön səthinin iri həcimli çapığı. Sağ mil sinirinin poatravmatik neyropatıyası. xroniki pielonefrit tez-tez kəskinləşmələrlə xroniki anemiya” diaqnozu qoyulmuş, lakin cavabdeh orqan “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək, əlilliyinin bərpa edilməsini tələb etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsasları və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrinin müəyyən edilməsi, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, əlilliyi olan şəxslərin reabilitasiyası, cəmiyyətin həyatında tam həcmdə iştirakı və sosial inteqrasiyasına şərait yaradılması, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunması, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsi, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətlər “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 25 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə iddiaçıya qoyulmuş diaqnozların onun orqanizmində baş verən pataloji duruma uyğun düzgün müəyyən edilib-edilməməsini müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 müraciət etmişdir. Ekspert rəyi ilə müəyyən olunur ki, iddiaçının səhhətində əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilməmişdir. Qeyd olunan rəy onu deməyə əsas verir ki, iddiaçıya əliliyin təyin edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-43/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-43/2024
25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver