Məhkəmə qərarları › İş №2-1(114)-4303/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4303/2024

23.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4303/2024 23.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşkəsən rayon Polis şöbəsinə qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Daşkəsən rayon Polis şöbəsinə qarşı üçüncü şəxslər X4 və X5 ona məxsus Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi, 45 nömrəli evin 5 nömrəli mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Daşkəsən rayon Dövlət İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli 3-730 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzil mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.

2. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-1133/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, X1 ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin Daşkəsən rayon Polis şöbəsinin üzərinə qoyulması qərara alınaraq, iddia X4 və X5 ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin Daşkəsən rayon Polis şöbəsinin üzərinə qoyulması hissədə təmin edilməmişdir. Həmin qərardan apellyasiya şikayəti verilməmiş və qanuni qüvvəsini almışdır. II. Məhkəmədə icraat

3. İddiaçı cavabdeh Daşkəsən rayon Polis şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X4 və X5 ünvan 1 nömrəli mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 45 nömrəli evin 5 nömrəli mənzil bütünlüklə onun mülkiyyətindədir. Maraqlı şəxslər onun gəlini, oğlu və nəvələridir. Maraqlı şəxslərin ona məxsus evdən nəvələri ilə birlikdə qeydiyyatda olmasına razı deyil. X2, X6 və X3 Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 45 nömrəli evin 5 nömrəli mənzildən qeydiyyatdan çıxarılmaları üçün Daşkəsən rayon Polis şöbəsinə və maraqlı şəxslərin özlərinə bildirsə də heç bir nəticə əldə edə bilməmişdir. Maraqlı şəxlərlə aralarında olan mübahisənin mülki xarakterli olduğu bildirilərək məhkəməyə müraciət etməyi şifahi olaraq bildirilmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

Əsaslandırma hissəsi:

6. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Bənd 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bənd 5.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

7. Hazırkı iş materialları və arxivdən götürülərək baxış keçirilmiş 2-1(114)- 1133/2022 nömrəli iş materialları ilə müəyyən olunur ki, İddiaçı cavabdeh Daşkəsən rayon Polis şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7, X4 və X5 ona məxsus Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi, 45 nömrəli evin 5 nömrəli mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə xahiş etmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-1133/2022 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia qismən təmin edilmiş, X1 ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin Daşkəsən rayon Polis şöbəsinin üzərinə qoyulması qərara alınaraq, iddia X4 və X5 ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin Daşkəsən rayon Polis şöbəsinin üzərinə qoyulması hissədə təmin edilməmişdir. Həmin qərardan apellyasiya şikayəti verilməmiş və qanuni qüvvəsini almışdır.

8. Hazırda İddiaçı eyni əsaslar üzrə eyni cavabdehə qarşı eyni predmet barəsində - Daşkəsən rayon Polis şöbəsinə qarşı X4 və X5 ona məxsus Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi, 45 nömrəli evin 5 nömrəli mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir ki, bu barədə qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olduğundan, hazırkı iddia tələbi mümkün sayıla bilməz.

9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.

10. Həmin normaya görə, eyni tərəflər arasında olan inzibati iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir inzibati icraatda təkrar mübahisələndirilə bilmək imkanını itirmiş olur. Yalnız o halda bu cür iddia mümkün sayılır ki, qərarın qanuni qüvvəyə minməsindən sonra işin faktiki və hüquqi halları dəyişmiş və bununla da yeni iddia predmeti yaranmış olsun.

11. Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, işin faktiki və hüquqi əsasları dəyişməmiş, iddiaçının eyni faktiki və hüquqi əsaslarla qaldırdığı iddia üzrə qəbul edilmiş məhkəmə qərarı qanuni qüvvəsini almışdır. İddiaçı isə yenidən analoji tələblə məhkəmədə iddia qaldıraraq məhkəmə qərarı ilə hüquqi qiymət verilmiş iddianı yenidən mübahisələndirmişdir. Bu səbəbdən də hazırki iddia mümkün sayılmamalıdır.

12. İPM-nin:

13. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar