Məhkəmə qərarları › İş №2-1(114)-4319/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4319/2025

24.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4319/2025 24.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “reabilitasiya vasitəsi kimi minik avtomobilinin təyinatına tibbi göstərişlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşdəki sənədlərə əsasən:

1. İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1981-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, hazırda Goranboy rayonu,Nərimanlı kəndində yaşayır.

2. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 dekabr tarixli 2353 nömrəli sərəncamına əsasən “Cəsur döyüşçü” medalı, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli 2373 nömrəli sərəncamına əsasən “Laçının azad olunmasına görə” medalı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur.

3. xx.xx.2021-ci il tarixli, 13494 saylı Xəstəlik haqqında Şəhadətnaməyə əsasən, Partlayış travması sağ diz oynağının qapalı travması (xx.xx.2020), sağ diz qapağının qapalı, qəlpəli, oynaqdaxili, yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin açıq repozisiyası, Veber üsulu ilə osteosintezi cərrahi əməliyyatından (xx.xx.2020) sonrakı sümük defekti ilə qoyu düzgün bitişmiş sınığı, palello-femoral artrozu ağrı sindromu, sağ bud əzələlərinin atrofiyası, diz oynağının çapıq-vətər və artrogen kontrakturası, patellar tendromun köhnə zədələnməsi, Partlayış travması (30 09 2020), sağ aşağı ətrafın distal parezi ilə nəticələnmiş, incik sinirinin posttravmatik neyropatiyasının qalıq əlamətləri, funksiyanın mülayim dərəcədə pozulması ilə Hərbi travmadır Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Sidik daşı xəstəliyi Sağ böyrəyin daşı Əlvan dəmirov, remissiya mərhələsində Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır.

4. Cavabdehin xx.xx.2021-ci il tarixli qərarına əsasən “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması -sağ diz oynağının qapalı travması(xx.xx.2020).Sağ diz qapağının qapalı qəlpəli oynaqdaxili yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin açıq repozisiyası,Veber üsulu ilə osteosintezi cərrahi əməliyatından sonrakı vəziyət (xx.xx.2020) sonrakı sümük defekti ilə qeyri düzgün bitişmiş sınığı .Partlayış travması (xx.xx.2020), sağ aşağı ətrafın distal parezi ilə nəticələnmiş İncik sinirinin posttravmatik neyropatiyasının qalıq əlamətləri,funksiya pozğunluğu ilə.Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Sağ bud əzələlərinin atrofiyası.Digər oynaqların posttravmatik artrozu, Sağ diz oynağının patello-femoral artrozu” diaqnozu əsasında Meyarların 2.3.3 əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0, G83.2) bəndi ilə 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.

5. İddiaçının Reabilitasiya vasitəsi kimi minik avtomobilinin təyinatına tibbi göstərişin verilməsi barədə cavabdeh orqana müraciətinə sonuncu tərəfindən xx.xx.2025-ci il tarixli, 3-17-4/2-H-13198/2025 nömrəli məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası» Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-d il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə’yə uyğun olaraq. Sizə xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən üçüncü dərəcə 5 il müddətinə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Bununla əlaqədar olaraq, Siz minik avtomobilinin təyinatına tibbi göstərişin müəyyən edilməsi məqsədilə xx.xx.2022-ci il tarixində Agentlikdə qəbulda olmusunuz. Həm təqdim edilən tibbi sənədlər və həyatə keçirilən araşdırmanın nəticəsi həm də göndərişdə qeyd edilən əsas diaqnoz (Partlayış travnıası - sağ diz oynağının qapalı travması Sağ diz qapağının qapalı qəlpəli oynaqdaxili yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin açıq repozisiyası. Veber üsulu iiə osteosintezi cərrahi əməliyatından sonrakı vəziyət, sümük defokll ilə qeyri düzyüt Wü&ıiş sınığı. Sağ aşağı ətrafın distal parezi ilə nəticələnmiş incik sinirinin postlravmatik neyropuliyasının qalıq olaməlləri, funksiya pozuntusu ilö. Əzələnin başqa rubrikalarda təsııü olunmayan atroflyası və iızülməsı, sag bud əzələlərinin atrofiyası. Digər oynaqların postlravmatik arlrozu, sağ diz oynağının patello-femoral artrozuı.) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” na əsasən minik avtomobilinin təyinatına əsas verməmişdir.

Məhkəmə mübahisəsi:

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 26.01 2022-ci il tarixli qərarının əsassız hesab edilməsi və ləğv edilməsi, ona minik avtomobilinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak etmiş iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

8. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı barəsində minik avtomobilinə tibbi göstərişin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.

Əsaslandırıcı hissə:

9. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.

10. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır.

11. İddia mümkün iddia olmaqla, həm də əsaslıdır.

12. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçının reabilitasiya vasitəsi kimi minik avtomobilinin təyinatına tibbi göstərişin verilməsi barədə müraciətinə cavabdeh tərəfindən baxılmış və cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 501 saylı Qərarına əsasən minik avtomobilinə tibbi göstərişin təyininə əsas vermədiyinə görə iddiaçıya imtina verilmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir.

13. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 30.1-ci maddəsinə əsasən əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət büdcəsi hesabına həyata keçirilir. 30.2-ci maddəsinə əsasən əlilliyi olan şəxslərin bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 30.3-cü maddəsinə əsasən Bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydasının: 1.2-ci bəndinə əsasən şəxsin reabilitasiya vasitələri ilə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Sosial Xidmətlər Agentliyi vasitəsilə Nazirlik üçün hər il üzrə dövlət büdcəsindən ayrılan vəsait çərçivəsində həyata keçirilir. 1.4-cü bəndinə əsasən Reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X1 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki X3 tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüququları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 3.1-ci bəndində qeyd olunur ki, minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. 3.2-ci bəndində göstərilir ki, şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X2 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir. 3.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı qərarının “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavənin 57-ci bəndinin 3-cü hissəsində minik avtomobilləri “bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi” tibbi göstərişi olduğu hallarda təyin edilir

17. İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2021-ci il tarixli, 13494 saylı Xəstəlik haqqında Şəhadətnaməyə əsasən Partlayış travması sağ diz oynağının qapalı travması (xx.xx.2020), sağ diz qapağının qapalı, qəlpəli, oynaqdaxili, yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin açıq repozisiyası, Veber üsulu ilə osteosintezi cərrahi əməliyyatından (xx.xx.2020) sonrakı sümük defekti ilə qoyu düzgün bitişmiş sınığı, palello-femoral artrozu ağrı sindromu, sağ bud əzələlərinin atrofiyası, diz oynağının çapıqvətər və artrogen kontrakturası, patellar tendromun köhnə zədələnməsi, Partlayış travması (30 09 2020), sağ aşağı ətrafın distal parezi ilə nəticələnmiş, incik sinirinin posttravmatik neyropatiyasının qalıq əlamətləri, funksiyanın mülayim dərəcədə pozulması ilə diaqnozu qoyulmuş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi X4 ilə xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir.

18. Cavabdehin xx.xx.2021-ci il tarixli qərarına əsasən iddiaçıya 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmiş, əlilliyin müəyyən olunma meyarı kimi əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi qeyd olunmuşdur.

19. Cavabdeh imtina səbəbi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 501 saylı Qərarını əsas götürərək minik avtomobilinə tibbi göstərişin təyininə əsas vermədiyini bildirir.

20. Məhkəmə hesab edir ki, “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə göstərilən tibbi göstərişlər iddiaçıya qoyulan diaqnozu özündə əhatə etdiyindən iddia təmin edilməlidir.

21. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavə 57-ci bəndində qeyd edilmişdir ki, minik avtomobilləri “aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi” barəsində tibbi göstərişlər olduğu hallarda təyin edilir.

22. Beləliklə, iddiaçının minik avtomobilinə tibbi göstərişin təyini barədə tələbi yuxarıda qeyd edilən “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə göstərilmiş meyarlara uyğundur.

23. Bu cür hüquqi mövqe Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarlarında da təsbit olunmuşdur.

24. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən cavabdeh inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdehin həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə almağa və analoji işlərdə həmin təcrübəni tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır.

25. İnzibati orqanların inzibati praktikası həm onların özlərinin müstəqil olaraq formalaşdırdığı, həm də məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir (Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1181/2023 nömrəli qərarı).

26. Beləliklə, hazırkı mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir.

27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçı barəsində minik avtomobilinə tibbi göstərişin təyin edilməsi öhdəliyi öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. İddiaçı barəsində minik avtomobilinə tibbi göstərişin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar