Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4352/2025 22.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslər X4 və Şəmkir Şəhər Mənzil İstismar Kontoru arasında bağlanmış xx.xx.2020-ci il tarixli 60 № ilə qeyd edilmiş xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı Cavabdehnə ərizə ilə müraciət edərək, üçüncü şəxslər X4 və Şəmkir Şəhər Mənzil İstismar Kontoru arasında bağlanmış xx.xx.2020-ci il tarixli 60 № ilə qeyd edilmiş xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsini xahiş etmiş, Cavabdeh xx.xx.2025-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, xx.xx.2020-ci il tarixli 60 nömrəli kirayə müqaviləsi Cavabdeh yanında fəaliyyət göstərən Mənzil Komissiyasının 12 mart 2020-ci il, 02 nömrəli protokol qərarı əsasında Azərbaycan Respublikasının mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq bağlanılmış, bu səbəbdən həmin kirayə müqaviləsinin ləğv edilməsi imkan xaricindədir.
2. xx.xx.2020-ci il tarixli 60 № ilə qeyd edilmiş xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən müəyyən olunur ki, müqavilə X4 və Şəmkir Şəhər Mənzil İstismar Kontoru arasında bağlanmışdır.
3. Cavabdeh xx.xx.1997-ci il tarixli 12 saylı orderi ilə ünvan 1 ünvanındakı 58.5 kv.mdən ibraət mənzil İddiaçı verilmişdir.
4. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-3923/2023 saylı qərardadı ilə İddiaçı cavabdeh Şəmkir Rayon Polis Şöbəsinə qarşı X3 ünvan 2 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır.
5. Məhkəmə sorğusuna Cavabdeh xx.xx.2025-ci il tarixli, 5-76/2-909/2025 nömrəli məktubundan və ona əlavə olunmuş xx.xx.2020-ci il tarixli 02 saylı protokoldan müəyyən olunur ki, Şəmkir şəhəri, Nizami küçəsində yerləşən 2 otaqdan ibarət, yaşayış sahəsi 35 kv.m olan 46 nömrəli mənzildən X1 istifadə hüququ tanınmış, onunla sosial kirayə müqaviləsi bağlanılmışdır. Həmçinin ünvan 3 ünvanda yerləşən mənzilin İddiaçı verilməsi barədə Cavabdeh tərəfindən verilmiş 23 iyun 1997-ci il tarixli, 12 orderi ləğv edilmişdir. II. Məhkəmədə icraat
6. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X4 və Şəmkir Şəhər Mənzil İstismar Kontoru arasında bağlanmış xx.xx.2020-ci il tarixli 60 № ilə qeyd edilmiş xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanına yerləşən mənzil order əsasında ona məxsusdur. Ona məxsus mənzilə üçüncü şəxs X2 Məhkəmə qərarı ilə evə köçürülməsi qət edilmiş, lakin uzun illərdi ki, üçüncü şəxs ona məxsus evdə yaşamır. Ona məlum olmayan səbəblərdən, saxtakarlıqla üçüncü şəxs X5 və digər üçüncü şəxs Şəmkir şəhər Mənzil İstismar Kontoru arasında xx.xx.2020-ci il tarixdə kirayə müqaviləsi bağlanmışdır. Belə ki, mənzil order əsasında ona məxsus olduğu halda, üçüncü şəxs Tamilə Səfiyevanın həmin mənzilə heç bir hüququ olmadığı halda onunla kirayə müqaviləsi bağlanmışdır. O, həmin kirayə müqaviləsinin ləğv edilməsi üçün əvvəlcə Şəmkir şəhər Mənzil İstismar Kontoruna müraciət etmiş, Ona Cavabdeh səlahiyyətlərinə aid olduğu bildirilmişdir. Daha sonra Cavabdehnə müraciət etmiş, ona xx.xx.2025-ci il tarixli imtina məktubu ilə kirayə müqaviləsinin ləğv edilməsinin imkan xaricində olduğu bildirilmişdir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus mənzilə dair üçüncü şəxslər arasında olan kirayə müqaviləsinin ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III.Prosessual məsələlər.
9. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixdə hüquqi yardım barədə sərəncam göndərilərək, mübahisə olunan kirayə müqaviləsi Cavabdeh yanında Mənzil Komissiyasının xx.xx.2020-ci il tarixli 02 №-li qərar-protokolu əsasında bağlanıldığı, digər tərəfdən isə kirayə müqaviləsi inzibati mübahisənin predmeti olacaq inzibati akt olmadığı bildirilmiş və buna görə də məhkəməyə dəqiqləşdirilmiş iddia ərizəsinin təqdim edilməsi təklif olunmuşdur. IV.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
10. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
Əsaslandırma hissəsi:
11. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır.
12. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Bənd 7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
13. İddia ərizəsinin məzmunundan müəyyən edilir ki, iddiaçı üçüncü şəxslər X4 və Şəmkir Şəhər Mənzil İstismar Kontoru arasında bağlanmış xx.xx.2020-ci il tarixli 60 № ilə qeyd edilmiş xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir.
14. Lakin kirayə müqaviləsi inzibati mübahisənin predmeti olacaq inzibati akt deyildir. Ona görə də onun ləğvi tələbinə inzibati məhkəmədə baxıla bilməz. Eyni zamanda mübahisə olunan kirayə müqaviləsi Cavabdeh yanında Mənzil Komissiyasının xx.xx.2020-ci il tarixli 02 №-li qərar-protokolu əsasında bağlanılmışdır. Ona görə də, iddiaçı hüquqi marağına çatmaq üçün həmin qərar-protokolu mübahisələndirilməlidir
15. Bununla bağlı məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddiaçıya xx.xx.2025-ci il tarixində sərəncam göndərilərək, yuxarıda qeyd edilən hallar ətraflı şəkildə izah edilmiş və yol verilən xətaların aradan qaldırılması üçün müddət təyin edilmiş, eyni zamanda müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın (və ya müvafiq hissədə) mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.
16. İddiaçı isə həmin müddət daxilində iddia tələbini hüquqi marağına və qanunun tələblərinə uyğun olaraq dəqiqləşdirməmişdir.
17. Bu səbəbdən iddia tələbi iddiaçı tərəfindən onun hüquqi marağına və qanunun tələblərinə uyğun dəyişdirilmədiyindən, yəni iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.
18. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
19. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva