Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4353/2023 02.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, N05) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.202N-ci il tarixli 9/2-N560 nömrəli arxiv arayışına əsasən N nömrəli hərbi hissə komandirinin N avqust N992-ci il tarixli 56 №o-li əmrində (əmrdə atasının adı tam yazılmayıb) tuşlayıcı-operator İddiaçı B. oğlunun avqust ayı üçün tutduğu vəzifəyə uyğun olması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N sentyabr N992-ci tarixli 65 №-li əmrində (əmrdə atasının adı yazılmayıb) İddiaçı Mardakerd döyüş zonasına göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N sentyabr N992ci il tarixli 82 №-li əmrində (əmrdə atasının adı yazılmayıb) İddiaçı Ağdərə döyüş zonasına göndərilməsi barədə məlumat vardır. Xanlar RHK-nın xx.xx.N993-cü il tarixli adlı siyahısına əsasən, çağırışçı sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin 0N dekabr N993-cü tarixli 02N9 №-li əmrilə hərbi hissənin tərkibinə daxil edilmişdir. N nömrəli hərbi hissənin şəxsi həyətinin əlifba qeydiyyatı kitabında N974-cü il təvəllüdlü, xx.xx.N993-cü ildə Cəbrayıl RHK-dan çağrılmış İddiaçı hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli N9 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. (xx.xx.N992-xx.xx.N994-cü il, məlumatda şəxsi heyətin siyahısından çıxarılma səbəbi qeyd edilməyib). N nömrəli hərbi hissə komandirinin yanvar-fevral N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə əlavə məlumat aşkar edilməmişdir.
2. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin xx.xx.202N-ci il tarixli arayışına əsasən İddiaçı xx.xx.N992-ci il tarixdə N nömrəli hərbi hissə tərkibində şəxsi heyətin siyahısına salınmış, xx.xx.N992-ci il tarixdə Ağdərə döyüş zonasına göndərilməsi barədə məlumat vardır. xx.xx.N993-cü il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına salınmış, xx.xx.N994-cü il tarixdən həmin hərbi hissənin şəxsi heyəlinin siyahısından çıxarılması barədə arxiv arayışında məlumat vardır. Gəncə Hərbi Prokurorluğunun xx.xx.202N-ci il tarixli HP-N7/6935 nomrəli məktubuna əsasən hərbi vəzifəlilərin qeydiyyatına alınmışdır.
3. Gəncə Hərbi Prokurorluğunun xx.xx.202N-ci il tarixli məktubuna əsasən N977-ci il təvəllüdlü İddiaçı barəsində Gəncə şəhər Prokurorluğunda təqsirləndirici material yoxdur və cinayət işi istintaq edilməmişdir.
4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 037 nömrəli qərarı ilə müəyyən olunur ki, Göygöl RHK tərəfindən N992-ci ildə hərbi xidmətə çağırılmış, Gəncə Hərbi Prokurorluğunun xx.xx.202N-ci il tarixli N7 HP/6935 nömrəli məktubuna əsasən barəsində heç bir təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.N992-ci ildən xx.xx.N992-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu yaralanmanın nəticəsi-diaqnoz: "Odlu qəlpə yaralanmasından sonrakı sol budun orta N/3-nin infeksiyalaşmış yarası. Üçlü sinirin nevralgiyası" (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin xx.xx.202N-ci il tarixli N476 nömrəli göndərişi, xx.xx.202N-ci il tarixli 670 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.N992-il il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.
5. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətinə həmin orqanın xx.xx.2023-cü il tarixli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, onun xx.xx.N992ci ildən xx.xx.N993-cü ilədək xidməti barədə məlumat olmadığına, xidmət etdiyi dövrlərdə xidmət etdiyi hərbi hissələr döyüş əməliyyatlarına cəlb olunmadığına və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.
6. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli N593 nömrəli cavab məktubu ilə müəyyən olunur ki, 8N5 №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 56 №-li əmrində (əmrdə atasının adı tam yazılmamışdır) tuşlayıcıoperator İddiaçı B. oğlunun avqust ayı üçün tutduğu vəzifəyə uyğun olması barədə məlumat vardır. 8N5 №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 65 №-li əmrində (əmrdə atasının adı yazılmamışdır) İddiaçı Mardakerd döyüş zonasına göndərilməsi barədə məlumat vardır. 8N5 №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 82 №-li əmrində (əmrdə atasının adı yazılmayıb) İddiaçı Ağdərə döyüş zonasına göndərilməsi barədə məlumat vardır. Qeyd edirik ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan 8N5 №li hərbi hissə komandirinin xx.xx.N992-xx.xx.N992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Xanlar RHK-nın xx.xx.N993-cü il tarixli adlı siyahısına əsasən, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 02N9 №-li əmrilə hərbi hissənin şəxsi heyət üzvlüyünə qəbul edilərək bütün növ təminatlarla təmin olunmuşdur. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (Əsas: xx.xx.N992- xx.xx.N994-cü il, məlumatda şəxsi heyətin siyahısından çıxarılma səbəbi qeyd edilməmişdir) N974-cü il təvəllüdlü, xx.xx.N993-cü ildə Cəbrayıl RHK-dan çağırılmış İddiaçı hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N9 №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat var. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin xx.xx.N993xx.xx.N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar edilməmişdir. NN0 №-li hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı" qovluğunda 8N5 №-li hərbi hissənin xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. II. Məhkəmədə icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.N992-ci il tarixdə xx.xx.N993-cü il tarixədək 8N5 saylı hərbi hissədə döyüş əmliyyatlarında iştirak etmiş, açıq döyüşdə yaralanmış, diaqnozu odlu qəlpə yarasından aldığı travma olmuşdur. 8N5 saylı hərbi hissə komandirinin onun hərbi biletində daxil olma və bitirmə haqqında möhür imza olduğu halda müharibə veteranı verilməmişdir. O, müharibə veteranı vəsiqəsi almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etsə də, əsassız olaraq onun müraciətindən imtina edilmişdir.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
11. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.N. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.N. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.N.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.N.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
12. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
13. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Göygöl rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.20N9-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
14. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
15. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
16. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
17. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.
18. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
19. Cavabdeh iddiaya qarşı yazılı etiraz ünvanlamışdır.
20. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 №-li qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı», və «Əmək veteranı» adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci bəndinə olunmuş qeydində göstərilib ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyu uğrunda döyüş əməliyyatların aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə müharibə veteranı adı verilə bilməz. Araşdırma nəticəsində müəyyən olundu ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 23 avqust 2022 ci il tarixli 9/2-5475 nömrəli arayışına əsasən İddiaçı N sentyabr N992-ci ildən 0N dekabr N993-cü ilədək xidməti və qanuni əsaslarla şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat aşkar edilməmişdir. Həmçinin, iddiaçı xidmət etdiyi dövrlərdə hərbi hissələr döyüş əməliyyatlarına cəlb olunmamışdır. İddiaçının hərbi xidməti və hərbi hissədən qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İstər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut yoxdur. İddiaçının xidməti və hərbi hissədən qanuni əsaslarla tərxis olunması barədə mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. "Hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Bu normanın tələbləri baxımından iddiaçı "Müharibə veteranı" statusu almaq üçün onun hərbi xidməti hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. İddiaçı tələbin faktiki əsası kimi formal olaraq iş materiallarında istinad etmiş, lakin iş materialları ilə onun hərbi xidməti və hərbi xidmət dövrünü tam olaraq başa vurması, qanuni əsaslarla tərxis edilməsi faktı öz təstiqini tapmamışdır. Hərbi qulluqçuların ehtiyyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin "Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçularının qismən ehtiyata buraxılması haqqında" 23 yanvar N996-cı il tarixli 433 nömrəli Fərmanından sonra başlamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin 24 yanvar N996-cı il tarixli əmrin N-ci bəndində qeyd edilmişdir ki, N0 fevral N996-cı il tarixdən 25 yaşı tamam olmuş və daha çox yaşı olan, cəmi 2 ildən yuxarı xidmət etmiş hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılsınlar. Həmin əmrin 2-ci bəndində qeyd edilmişdir ki, 25 yaşdan yuxarı ehtiyata buraxılmaq hüquqi olan, lakin hərbi hissəni öz başına tərk etmiş əsgər, matros, çavuşlar hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılsınlar və hərbi uçot sənədləri çağırış yeri üzrə hərbi komissarlığa göndərilsin. Göstərilənlərə əsasən hesab edir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
21. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.202N-ci il tarixli arayış; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-ci il tarixli imtina məktubu; - Gəncə Hərbi Prokurorluğunun xx.xx.202N-ci il tarixli məktubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 037 nömrəli qərarı; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.202N-ci il tarixli 9/2-N560 nömrəli arxiv arayışı, - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli N593 nömrəli məktubu. Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
22. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
23. İş materiallarından müəyyən olur ki, İddiaçı tələbi ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlıdır, hansı ki, xx.xx.N992-ci ildən xx.xx.N993-cü ilədək xidməti barədə məlumat olmadığına, xidmət etdiyi dövrlərdə xidmət etdiyi hərbi hissələr döyüş əməliyyatlarına cəlb olunmadığına və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat aşkar edilmədiyindən cavabdeh orqan tərəfindən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.
24. Məhkəmə bununla bağlı qeyd edir ki, əvvəla, İddiaçı xx.xx.N992-ci ildən xx.xx.N993-cü ilədək xidməti, döyüş əməliyyatlarına cəlb olunmadığı və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat aşkar edilməmişdir.
25. Yəni, iddiaçının hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasına dair mötəbər sübutlar mövcud deyildir.
26. İddiaçının hərbi xidmətə qəbul edilməsi arxiv arayışından görünsə də, onun döyüş əməliyyatları aparan hərbi hissədə hərbi xidmət keçməsi və xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasına dair mötəbər sübutlar mövcud deyildir.
27. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa görə: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
28. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
29. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə N4. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə: Bənd N. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994 cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.
31. Göründüyü kimi, əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, bunun müvafiq sənədlərdə əks edilməsi və həmin sənədlərin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsidir.
32. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar N998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimata görə: Bənd N.6. N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir.
33. Göründüyü kimi, cavabdeh inzibati orqanın İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb sonuncunun hərbi xidməti və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmamasıdır ki, aparılmış məhkəmə araşdırmaları ilə də həmin hal öz təsdiqini tapmışdır.
34. Belə olan halda məhkəmə hesab edir ki, inzibati orqanın imtinası əsaslı və qanuni olmuşdur.
35. Belə ki, Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi bileti ilə yanaşı, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da vacib şərtdir, hansı ki, iddiaçının hərbi xidmətin başa çatması ilə hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması barədə sənədlər mövcud deyildir.
36. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir.
37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.N. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
38. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
39. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
Nəticəvi hissə:
40. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva