Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-437/2021 06.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı ünvan 1 ünvanında yerləşən «xxxx» kiçik müəssisəsinin təsisçisi xxxx şəhəri, Şahsevənlər küçəsi, 2-ci döngə, ev 20-də yaşayan İddiaçı adına tanınmasına və «xxxx» kiçik müəssisəsinin dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən «xxxx» kiçik müəssisəsinin dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xxxx şəhər X5 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 428 saylı qərarına əsasən əhalini gündəlik tələbat malları ilə təmin etmək məqsədilə «xxxx» kiçik müəssisəsi yaradılmış və xx.xx.1991-ci il tarixdə təsisçi olaraq xxxx X8 Firmasının direktoru tərəfindən nizamnaməsi təsdiq edilərək İddiaçı müəssisənin direktoru təyin edilmişdir. xxxx X8 Firması dövlət qeydiyyatından keçməmiş və fəaliyyət göstərib-göstərməməsi haqqında dövlət reyestrində məlumat aşkar edilməmişdir. VÖEN ala bilmədikləri üçün hüquqi şəxs olaraq fəaliyyət göstərə bilmirlər. ünvan 1 ünvanında yerləşən «xxxx» kiçik müəssisəsinin dövlət qeydiyyatına alınması və VÖEN almaq üçün aidiyyəti üzrə göndərilmiş ərizəyə cavab olaraq cavabdeh xx.xx.2021-ci il tarixli **********730200 saylı qərarı ilə bundan imtina etmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçının nümayəndəsi X4 «iddianın dəqiqləşdirilməsinə dair» ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən «xxxx» kiçik müəssisəsinin təsisçisi xxxx şəhəri, Şahsevənlər küçəsi, 2-ci döngə, ev 20-də yaşayan İddiaçı adına tanınmasına və «xxxx» kiçik müəssisəsinin dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Şifahi məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, qanunvericiliyin normalarına əsasən hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün ərizə müvafiq icra hakimiyyəti orqanına təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər) qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanaraq və notariat qaydasında təsdiq edilərək təqdim edilir. İddiaçı ərizəsində «xxxx» kiçik müəssisəsinin təsisçisinin xxxx X1 qeyd edir. Belə olan halda müvafiq hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün ərizə ilə cavabdehə xxxx X8 Firması müraciət etməli idi. Lakin «xxxx» kiçik müəssisəsinin dövlət qeydiyyatına alınması üçün iddiaçı müraciət etmişdir. İddiaçı isə özünün «xxxx» kiçik müəssisəsinin direktoru kimi təyin olunduğunu iddia edir. Mövcud qanunvericiliyə əsasən hüquqi şəxsin direktoru təyin olunmuş şəxsin həmin müəssisənin dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilməsi imkanı nəzərdə tutulmamışdır. İddiaçı xx.xx.2021-ci il tarixli **********615500 nömrə ilə qeydiyyata alınmış «kommersiya hüquqi şəxsinin qeydiyyatı haqqında» ərizə ilə «xxxx» kiçik müəssisəsinin dövlət qeydiyyatına alınması üçün müraciət etmişdir. Yuxarıda qeyd olunanlara əsasən cavabdeh xx.xx.2021-ci il tarixli **********730200 nömrəli «Kommersiya qurumunun dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında» qərar qəbul edərkən haqlı olmuş, bu sahədə mövcud olan qanunvericiliyin tələblərini gözləmiş, heç bir qanunvericilik normasını pozmamışdır. Şifahi məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi X10 etirazda yazılanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə araşdırmasının predmetini xx.xx.1991-ci il tarixli əmr, «xxxx» kiçik müəssisəsinin xx.xx.1991-ci il tarixli 8 nömrəli nizamnaməsi, xx.xx.2020-ci il tarixli 334/4 nömrəli, xx.xx.2020-ci il tarixli 337/4 nömrəli, xx.xx.2020-ci il tarixli 907/4 nömrəli arxiv arayışları, cavabdehin xx.xx.2021-ci il tarixli **********730200 nömrəli «Kommersiya qurumunun dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında» qərarı və xx.xx.2021-ci il tarixli **********649000 nömrəli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Əsaslandırma h i s s ə s i: Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, əsaslı deyildir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia aşağıda qeyd olunanlara əsasən əsaslı deyildir. İşin faktiki hallarından görünür ki, «xxxx» kiçik müəssisəsi əsas fəaliyyət növü mal və xidmətlərin həvəskar bazarını təmin etmək olan kiçik müəssisədir. Cavabdehin xx.xx.2021-ci il tarixli **********730200 nömrəli «Kommersiya qurumunun dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında» qərarından görünür ki, «Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında» ərizəyə əlavə olunmuş xx.xx.1991-ci il tarixli «Kiçik müəssisənin yaradılması haqqında» əmr «xxxx» X8 Firmasının direktoru tərəfindən təsdiq edilmişdir. Qeyd edilən əmrin 3-cü bəndində yeni yaradılacaq xxxx kiçik müəssisəsinin yeganə təsisçisi «xxxx» X8 Firması tərəfindən xxxx kiçik müəssisəsinin direktoru vəzifəsinə təyin olunması qeyd olunub. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 45.1-ci maddəsinə əsasən hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. Həmin Məcəllənin 47.1-ci maddəsində qeyd edilir ki, hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. Yəni, hüquqi şəxsin nizamnaməsi onun təsisçisi və ya təsisçiləri tərəfindən təsdiq olunur. Lakin xxxx kiçik müəssisəsinin nizamnaməsi xx.xx.01991-ci il tarixdə «xxxx» X8 Firmasının direktoru tərəfindən təsdiq edilmişdir. Qeyd edilənlərdən də aydın olduğu kimi xxxx kiçik müəssisəsinin təsisçisi deyil yalnız, icra orqanının rəhbəri, yəni direktoru vəzifəsinə təyin olunmuş və bu da gələcəkdə müəssisə ilə bağlı hər hansı təsisçilik iddiasını istisna edir. İş materiallarına əlavə edilmiş «xxxx» Eİ kommersiya firmasının xx.xx.1991-ci il tarixli əmrindən görünür ki, istehlak malları ilə təmin etmək məqsədi «xxxx» kiçik müəssisəsi yaradılması, kiçik müəssisənin nizamnaməsinin təsdiq edilməsi, müəssisənin direktoru vəzifəsinə İddiaçı təyin edilməsi, İddiaçıM tərəfindən xx.xx.1991-ci il tarixədək bank şöbəsində kiçik müəssisənin müxbir hesabını açmaq, möhürün hazırlanması üçün sifariş vermək, kiçik müəssisənin təsisçi sazişini, fəaliyyətin perspektiv planını tərtib etmək və razılaşdırmaq, yerləşdiyi yer üzrə Xalq deputatları şurasının İcra komitəsində kiçik müəssisəni qeydiyyata salmaq, həmin əmrin verildiyi gündən iki ay kiçik müəssisəsinin formalaşdırılmasının təşkilati dövr müddəti kimi hesab etmək, 5-ci bəndinə əsasən təşkilati dövr üzrə kiçik müəssisəsyə «xxxx» Eİ kommersiya firmasının hüquqi rekvizitlərini istifadə etməyinə icazə vermək, əmrin icrasına nəzarətin direktor müavini M.Q.Sadıqova həvalə etmək barədə əmr verilmişdir. İş materiallarına əlavə edilmiş «xxxx» kiçik müəssisəsinin xx.xx.1991-ci il tarixli 8 nömrəli nizamnaməsindən görünür ki, «xxxx» X8 Firmasının direktorunun xx.xx.1991-ci il tarixli 1 nömrəli əmrinə əsasən «xxxx» kiçik müəssisəsinin nizamnaməsi təsis edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 334/4 nömrəli arxiv arayışından görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1990-cı il tarixli «Kiçik müəssisələrin yaradılması və inkişafı haqqında» 480 nömrəli qərarını və «xxxx kommersiya firması» üzrə xx.xx.1991-ci il tarixli 1 nömrəli əmri əsas tutaraq xxxx şəhər İcraiyyə Komitəsi «xxxx» kiçik müəssisəsi tərəfindən qəbul edilmiş nizamnamənin qeydiyyata alınması, «xxxx» kiçik müəssisəsi sərbəst hüququ və balansı, eyni zamanda öz adına uyğun möhür və ştampı olan müəssisə hesab edilməsi, «xxxx» kiçik müəssisəsinin bankda hesab açılması, «xxxx» kiçik müəssisəsinə müəyyən edilmiş dövrlərdə şəhər dövlət vergi müfəttişliyinə və şəhər statistika idarəsinə maliyyə-təsərrüfat fəaliyyəti haqqında hesabat təqdim etməsi barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 907/4 nömrəli arxiv arayışından görünür ki, «xxxx» X6 Birliyinin arxiv sənədləri Dövlət arxivinin xxxx filialına təhvil verilməmişdir. Göründüyü kimi, iddiaçının tələbi ünvan 1 ünvanında yerləşən «xxxx» kiçik müəssisəsinin təsisçisi xxxx şəhəri, Şahsevənlər küçəsi, 2-ci döngə, ev 20-də yaşayan İddiaçı adına tanınmasından və «xxxx» kiçik müəssisəsinin dövlət qeydiyyatına alınmasından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:- - 45.1-ci maddəsinə əsasən hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. - 45.2-ci maddəsinə əsasən əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər. - 47.1-ci maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. “Banklar haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir. - 48.1-ci maddəsinə əsasən Hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir. - 48.2-ci maddəsinə əsasən Hüquqi şəxsin dövlət qeydiyyatına alınmasından imtina edilməsinə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda yol verilir. Dövlət qeydiyyatına almaqdan imtina edilməsindən, habelə qeydiyyatdan yayınmaqdan məhkəməyə şikayət verilə bilər. - 48.3-cü maddəsinə əsasən hüquqi şəxs yalnız qanunla müəyyənləşdirilmiş hallarda yenidən qeydə alınmalıdır. «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 11.3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda imtina edə bilər. - 5.1-ci maddəsində qeyd olunur ki, hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. - 5.2-ci maddəsinə əsasən ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. Beləliklə yuxarıda qeyd edilənlərə və işin faktiki hallarına əsasən məhkəmə qeyd edir ki, cavabdeh orqan «Kommersiya qurumunun dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında» qərar qəbul edərkən haqlı olmuşdur. Çünki iddiaçının tələbinin əsaslı və qanuni olması ilə bağlı dəlilləri mötəbər deyildir. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı ünvan 1 ünvanında yerləşən «xxxx» kiçik müəssisəsinin İddiaçı adına tanınması və dövlət qeydiyyatına alınması tələbinə dair iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində xxxx İnzibati Məhkəməsi (xxxx şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə xxxx Apelyasiya Məhkəməsinə (xxxx şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-437/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-437/2021
06.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver