Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-44/2020 13.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, X16katibliyi, İddiaçı və vəkili X17, üçüncü şəxs X6 və vəkili X13 iştirakı ilə, İddiaçı cavabdeh Şəmkir rayonu Dəllər-Cəyir bələdiyyəsinə qarşı (üçüncü şəxs X12) qərarların ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Şəmkir rayonu Dəllər-Cəyir bələdiyyəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Şəmkir rayonu Dəllər-Cəyir bələdiyyəsinin xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli qərarlarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, Şəmkir rayonu, Dəllər-Cəyir kəndi üzrə X26 Komissiyasının qərarı ilə xx xxxx 1999-cu ildə Dəllər-Cəyir kəndi ərazisində iddiaçıya 0.0867 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi ayrıldığı vaxtdan onun istifadəsində olmuş və torpaq sahəsinə görə vergi ödəmişdir. Eyni zamanda həmin torpaq sahəsində iki otaqlı fərdi yaşayış evi tikmişdir. Mərhum bacısı X4 rayonunun Qaracəmirli kəndinə ərə getmiş, lakin sonradan Laləzar ərindən ayrılmış, yaşamaq üçün iddiaçının ailəsinə qayıtmışdır. Bacısı Laləzar çətin xarakterli olduğundan, eyni zamanda onun ailəsində darısqallıq olduğundan, 2017-ci ildə bacısını mübahisəli torpaqda yerləşən evinə köçürmüş, Laləzar həmin evdə yaşamağa başlamış və 2018-ci ilin may ayında vəfat etmişdir. Üçüncü şəxs, qardaşı X12 isə cavabdehlə əlbir olub, mübahisəli torpaq sahəsini boş torpaq sahəsi kimi sənədləşdirmiş və bundan sonra öz adına sənədləşdirmişdir. Halbuki, mübahisəli torpaq sahəsi ona hazırda Dəllər-Cəyir Bələdiyyəsinin sədri olan X20 tərəfindən 1999-cu ildə verilib. 1999-cu ildə X24 rayonu, Dəllər-Cəyir kənd X26 Komissiyasının sədri idi. Mübahisəli torpaq sahəsi ona, o cümlədən 400 nəfər kənd sakininə püşk atma yolu ilə verilib. Bütün bunlara baxmayaraq, cavabdeh Şəmkir rayonu, Dəllər-Cəyir Bələdiyyəsi xx xxxxxx 2017-ci il tarixli 30 saylı qərarı ilə xx xxxx 1999-cu il tarixdə iddiaçıya verilmiş 0.0867 ha həyətyanı torpaq sahəsinə dair plan və ölçü hazırlanması üçün sifariş verməyi təklif etmiş, həmin təklif iclas tərəfindən qəbul olunmuş və müvafiq qərar qəbul olunmuşdur. Bundan sonra müvafiq torpaq sahəsinə görə sənədləşmə aparılmış, Şəmkir rayonu, Dəllər-Cəyir Bələdiyyəsinin xx xxxx 2018-ci il tarixli 18 saylı qərarı ilə həmin torpaq sahəsi Şəmkir rayonu, Sarıtəpə kənd sakini X1 dair qərar verilmişdir. Halbuki mübahisəli torpaq sahəsi xx xxxx 1999-cu ildə qanuni əsaslarla iddiaçıya ayrılmış və həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olmamışdır. Bu səbəbdən də iddiaçı hesab edir ki, Şəmkir rayonu, Dəllər-Cəyir Bələdiyyəsinin qeyd olunan qərarları ləğv olunmalıdır. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəmədə iddia qaldırılması üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, həmin sahəni 1999-cu ildə kənd icra nümayəndəsi Şaban Həsənov yerində göstərmiş, həmin sahədə 2000-ci ildə ev tikmiş və sonra həmin evi bacısı Laləzara vermişdir, maddi imkanı olmadığına görə həmin sahəyə sənəd verilməsi üçün müraciət etməmişdir. İddiaçının vəkili X22 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X20məhkəmə hazırlıq icraatı iclasında iddianı qəbul etməyərək izahatındabildirmişdir ki,2017-ci il tarixdə İddiaçı bələdiyyəyə müraciət edərək torpaq sahəsinin və üzərində tikilmiş evin bacısının adına sənədləşdirilməsini xahiş etmiş, bələdiyyə tərəfindən müraciətə baxılaraq xx xxxxxx 2017-ci il tarixli 30 saylı bələdiyyənin qərarına əsasən 0,0867 ha torpaq sahəsinin sənədləşdirmə prosesinə başlanılmışdır. X5 xəstələnən zaman ona məxsus daşınmaz mülkü notarial qaydada qardaşı X8 vəsiyyət etmişdir. Həmin vaxtdan bacı və qardaşlar arasında yaranmış anlaşılmazlığa görə bələdiyyənin xx.xx.2018-ci il tarixli 11 saylı iclasın qərarı ilə 0,0867 ha torpaq sahəsi satılması üçün hərraca çıxarılmış, xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracın qalibi X12 olmuş, bundan sonra 12 saylı Qazax Ərazi torpaq müsabiqə və hərrac komissiyası tərəfindən göndərilmiş AM 005726 nömrəli şəhadətnaməyə əsasən bələdiyyənin xx.xx.2018-ci il tarixli 18 saylı iclas qərarı ilə həmin torpaq sahəsi 1320 manata X2. Üçüncü şəxs X12 məhkəmə iclaslarında iddianı qəbul etməmiş, əlavə olaraq bildirmişdir ki, o, həmin sahəni qanuni əsaslarla almış, qardaşı Əşrəf isə həmin sahədən ümumiyyətlə istifadə etməmişdir. Həmin sahədə evi isə mərhum bacısı Laləzar tikmişdir. Üçüncü şəxsin vəkili X18 məhkəmə iclaslarında iddianı qəbul etməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Şəmkir rayon,Dəllər-Cəyir kəndi üzrə X26 Komissiyasının üzvləri tərəfindən tərtib edilmiş xx xxxx 1999-cu il tarixli aktın surətindən görünür ki, həyətyanı torpaq sahəsi verilərkən növbədə dayanmış İddiaçı 11 nömrəli püşkü çəkmiş və akta imza etmişdir. -Şəmkir rayonu Dəllər-Cəyir bələdiyyəsinin xx xxxxxx 2017-ci il tarixli 30 nömrəli qərarının surətindən görünür ki, bələdiyyə mülkiyyətində olan 0,0867 ha torpaq sahəsi alqı-satqı predmeti olaraq qeyd edilmişdir. -ƏMDK-nin 12 saylı Qazax ərazi şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli rəyin surətindən görünür ki, hərraca çıxarılması yolu ilə mülkiyyətə verilməsi nəzərdə tutulan 0,0867 ha torpaq sahəsi Şəmkir rayonu Dəllər-Cəyir bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına daxildir, 1-ci keyfiyyət qrupu, banitet balı 100 olmaqla alqı-satqı predmetidir, başqa şəxslərin mülkiyyətinə və icarəsinə verilməmişdir. -********** qeydiyyat nömrəli xx.xx.2018-ci il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəmkir rayonu Dəllər-Cəyir kəndində yerləşən 0,0867 ha torpaq sahəsi Şəmkir rayonu Dəllər-Cəyir bələdiyyəsinin adına qeydiyyata alınmışdır. -Şəmkir rayonu Dəllər-Cəyir bələdiyyəsinin xx xxxxx 2018-ci il tarixli 11 nömrəli qərarının surətindən görünür ki, bələdiyyə mülkiyyətində olan 0,0867 ha torpaq sahəsinin ilkin qiymətinin 1300 (bir min üç yüz) manat olmaqla müsabiqəyə çıxarılması qərara alınmışdır. -AM Seriyalı 005726 nömrəli Şəhadətnamənin surətindən görünür ki, Şəmkir rayonu Dəllər-Cəyir bələdiyyəsinin mülkiyyətində olan 0,0867 ha torpaq sahəsi barəsində xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracın qalibi X9r və hərracda torpaq sahəsi 1320 (bir min üç yüz iyirmi) manata satılmışdır. -Şəmkir rayonu Dəllər-Cəyir bələdiyyəsinin xx xxxx 2018-ci il tarixli 18 nömrəli qərarının surətindən görünür ki, bələdiyyə mülkiyyətində olan 0,0867 ha torpaq sahəsinin 1320 (bir min üç yüz iyirmi) manata X3 qərara alınmışdır. -xx.xx.2018-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Şəmkir rayonu Dəllər-Cəyir bələdiyyəsinin mülkiyyətində olan 0,0867 ha torpaq sahəsi 1320 (bir min üç yüz iyirmi) manata X2. -RX seriyalı ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, 0,0867 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X6 adına qeydiyyata alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. Baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir.X15 Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab etmir. Belə ki, iş materiallarına əlavə olunmuş sənəndlərlə müəyyən edilmişdir ki, iddiaçının adı torpaq sahəsi verilən vətəndaşların siyahısında olsa da, ona ayrılması nəzərdə tutulan sahənin yerləşmə koordinatları bəlli deyil. Başqa sözlə Dəllər-Cəyir kəndi üzrə X26 Komissiyasının kənd sakinlərinə torpaq sahəsi ayrılması barədə hərəkətləri aktlaşdırılsa da, həmin akt müvafiq hüquqverici sənədin hazırlanması və təsdiq edilməsi ilə nəticələnməmiş, sakinlərə ayrılması nəzərdə tutulan torpaq sahəsinin ilkin torpaqayırma sənədləri (sxem, yerləşmə yeri, koordinatlar və.s) işlənməmişdir. Həmçinin bələdiyyə mübahisəli sahəni mülkiyyətinə keçirərkən həmin torpaq sahəsi yüklü olmamış və heç bir qanun pozuntusuna yol vermədən sahəni üçüncü şəxsə satmışdır. Göründüyü kimi iddiaçı müvafiq torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi olmadan mübahisəli sahəni özününkü hesab edərək hazırki iddianı qaldırmaqda haqlı deyildir.Belə olan halda qeyd olunan bələdiyyə qərarlarının ləğv edilməsi üçün hüquqi əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Şəmkir rayonu Dəllər-Cəyir bələdiyyəsinə qarşı qərarların ləğv edilməsi barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncəİnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-44/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-44/2020
13.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver