Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-44/2025 23.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçının təqdim etdiyi sənədlərə əsasən: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1945-ci il tarixdə Ermənistan, Vardenis rayonunda anadan olmuş, hazırda ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2yon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 nömrəli qərarı ilə iddiaçıya 0,06 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə 13953 nömrə ilə kitabda qeydə alınmış JN- 884A nömrəli (50801004 kodlu) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Şəhadətnamənin “Həyətyanı sahənin qaiməsi/sertifikatı/ndan görünür ki, torpağın ümumi sahəsi 608,3 kv.m-dir (suvarılan sahə 608,3 kv, bonitet balı 100). İddiaçının etibarnamə üzrə nümayəndəsi X3 şəhəri, Qaçaq Nəbi küçəsi 7 ünvanda yerləşən torpaq sahəsi üzərində iddiaçının hüquqların qeydə alınması ilə bağlı xx.xx.2022ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) müraciət etmişdir. Cavabdehdə olan adlı siyahıların siyahısında 884-cü sırada X1 adı qeyd olunmuş, torpaq sahəsinin ölçüsü yazılmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-1118/2023 nömrəli bildirişində bildirmişdir ki, aparılan araşdırma zamanı ərizəyə əlavə edilmiş Ləğv edilmiş DT və XK tərəfindən verilmiş JN-884A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərazi İdarəsinə təhvil verilmiş elektron kadastr baza məlumatlarında (DWJ) mövcud olmadığı və adlı siyahıda (DBF) başqa şəxsin adının qeyd olunduğu müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı ünvan 4 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi üzərində hüquqların qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 saylı qərarı ilə Göygöl şəhəri, Qaçaq Nəbi küçəsində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi iddiaçının mülkiyyətinə verilib və həmin torpaq sahəsinə dair JN-884A, kod 50801004 saylı mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir. İddiaçı torpaq sahəsini 30 ildən artıqdır ki, istifadə edir. İddiaçı hazırkı tələblə əvvəl cavabdehə müraciət etmiş, ancaq imtina cavabı almışdır. İddiaçıya torpaq sahəsi qanuni əsaslarla verilməsinə baxmayaraq, cavabdeh orqan özü verdiyi hüquqmüəyyənedici sənədi tanımaq istəmir ki, bu da iddiaçının mülkiyyət hüququnu pozur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi, eyni zamanda vəkili izahatında bildirmişdir ki, iddiaçı Göygöl şəhəri, Aşıq Alı küçəsində yerləşən fərdi yaşayış evində yaşasa da, hazırda ona aqrar islahat zamanı verilən ünvan 3 ünvanda yerləşən torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasını tələb edir. İddiaçı hazırda yaşadığı evi 1990-cı illərdə rəsmi qaydada alqı-satqı müqaviləsi bağlamaqla almışdır. Cavabdehin təqdim etdiyi sənədlərə əsasən: Cavabdeh iddiaya dair xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-3255/2023 nömrəli etirazını təqdim etmiş və bildirmişdir ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi X4 ünvan 5 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 20 dekabr 2022-ci il tarixli, ********** geydiyyat nömrəli ərizəsinə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. İddia ərizəsində göstərilən hallar tərəfimizdən araşdırılmışdır. Aparılan araşdırma zamanı, ərizəyə əlavə edilmiş "Torpağın mülkiyyətə verilməsinə dair" JN-884A saylı şəhadətnamənin Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarında (DWG) mövcud olmadığı müəyyən edilmişdir. Həmçinin, sözügedən şəhadətnamə Ərazi İdarəsinin elektron adlı siyahısında (DBF) başqa şəxsin X1 adına qeyd olunduğu müəyyən edilmişdir. Vətəndaş tərəfindən iddia edilən torpaq sahəsinə müayinə baxışı keçirilmişdir. İddia edilən torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid yaşayış məntəqələri torpaqlarına düşür. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2, 9, 8.0.5, 11, 12, 23-cü maddələrinə istinad edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-3262/2023 nömrəli məktubunda bildirmişdir ki, X1 adına mübahisə predmeti olan əmlak hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmamışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməmiş və etiraz əsaslarını müdafiə etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(114)-130/2024 nömrəli qərardadı ilə Göygöl rayonu Göygöl bələdiyyəsi iştirakı adi olan üçüncü şəxs qismində işə cəlb edilmişdir. Üçüncü şəxs Göygöl rayonu Göygöl bələdiyyəsi nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya dair münasibət bildirməmişdir. Cavabdeh və üçüncü şəxsin nümayəndələrinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə tərəfindən əldə edilən sənədlərə əsasən: "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2-826/2023 nömrəli məktubuna əsasən Mərkəzin arxivində Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 nömrəli qərarı aşkar edilməmişdir. İddiaçı ilə X11 arasındakı nikah ləğv olunmuş, bu barədə xx.xx.1990-cı ildə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeydiyyat aparılmışdır. xx.xx.1989-cu il tarixli, 1/38 reyestr nömrəli notariat qaydasında təsdiq edilmiş alqısatqı müqaviləsinə əsasən Xanlar şəhərində yerləşən 600 kv.m torpaq sahəsi üzərində 2 otaqlı yaşayış evi X9 tərəfindən iddiaçıya satılmışdır. Həmin müqavilə əsasında iddiaçının adına 100a invertal nömrəli qeydiyyat vəsiqəsi tərtib edilmişdir. Xanlar şəhəri, Aşıq Alı küçəsi 27 ünvanda yerləşən 608 kv.m torpaq sahəsi üzərindəki fərdi yaşayış evinə dair iddiaçının adına yanvar 1992-ci ildə texniki pasport tərtib edilmişdir. Göygöl Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 266 nömrəli sərəncamına əsasən iddiaçıya məxsus 0,06 ha həyətyanı torpaq sahəsində tikdirdiyi sahəsi 17,0 kv.m 1 yaşayış otağı, 19,5 kv.m mətbəx, 8,1 kv.m sanitar qovşağı, 20,1 kv.m dəhliz, 34,2 kv.m açıq eyvan, 28,1 kv.m qaraj, 74,5 kv.m açıq eyvan və həyətdə 7,3 kv.m sanitar qovşağından ibarət tikililərin iddiaçının adına rəsmiləşdirilməsi qərara alınmışdır. ünvan 6 ünvanda yerləşən 0,06 ha torpaq sahəsində yerləşən **********55-10301 reyestr nömrəli fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Xanlar Rayon Aqrar islahat Komissiyasının sədri tərəfindən noyabr 2002-ci il tarixdə təsdiq edilmiş Xanlar şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin (adlı siyahının) 2616 nömrəli sırasında X11 və onun ailə üzvləri İddiaçı, X12, X6 qanuni istifadəsində 0,06 ha torpaq sahəsi olması əks olunmuşdur. Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Göygöl Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin xx.xx.2012-ci il tarixli, 18/49 nömrəli arayışına əsasən Xanlar rayon (indiki Göygöl rayonu) Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 01 saylı qərarı ilə yaşayış evi üçün mülkiyyətə verilmiş 0,06 ha ölçüdə torpaq sahəsi, tərtib olunmuş siyahıda Göygöl şəhərində yaşayan iddiaçının adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə (JN-261 6F KOD ********) səhvən mərhum həyat yoldaşı X7 adına yazılmışdır. X11 xx.xx.2003-cü il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2003-cü il tarixdə 37 nömrə ilə qeyd aparılmışdır. Tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində Yerquruluşunun Təşkili şöbəsinin mühəndisi tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd olunur: 1) Naturada təqdim olunan 0.07 ha torpaq sahəşi, bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Həmin torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla həyətyanı məqsədlər üçün nəzərdə tutulan torpaq sahəsidir. 2) Həmin torpaq sahəsinin mülkiyyət formasının, təyinatının, kateqoriyasının və mənsubiyyətinin dəyişdirilməsi barədə məlumat aşkarlanmadı. 3) Naturada təqdim olunan 0.07 ha torpaq sahəsinin koordinatları, rəyə əlavə edilmiş planda qeyd olunmuşdur. 4) Elektron baza materiallarına istinadən, naturada təqdim olunan torpaq sahəsinin mühafizə zolağı və zonasına düşmə halı aşkarlanmadı. Naturada təqdim olunan torpaq sahəsinin yaxınlığından keçən metal boru kommunikasiya xətti müşahidə olundu. Lakin həmin xəttin təyinatı və mühafizə sahəsini müəyyən etmək səlahiyyətlərinə aid deyildir. 5) Naturada təqdim olunan 0.07 ha torpaq sahəsinin, elektron baza materiallarına istinadən, hər hansı digər şəxsin mülkiyyət, itifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən sahə ilə üst-üştə düşmə halı aşkarlanmadı. 6) Rəy hazırlanarkən, torpaq islahatı əsasında tərtib olunmuş 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsi, bələdiyyə mülkiyyətinə verilmiş torpaqların inventarlaşmasına dair tərtib olunmuş 2009-cu il tarixli yerquruluşu planı və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqlarn elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinad olunmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak etmiş mütəxəssis X2 edənin suallarına cavab olaraq bildirmişdir ki, torpaq sahəsini ona iddiaçının nümayəndəsi təqdim etmişdir. Həmin torpaq sahəsi müayinə aktındakı torpaq sahəsidir. Torpaq sahəsi üzərində fərdi yaşayış evi yoxdur, boş sahədir. Mübahisəli əraziyə məhkəmə tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, ünvan 4 ünvanda yerləşən iddiaçı tərəfin faktiki istifadə etdiyi torpaq sahəsinin ölçüsü 0,06 ha-dır. İddiaçının istifadə etdiyi torpaq sahəsi qonşuluqda olan torpaq sahəsi ilə birgə, cəmi 18 sot ölçüdə torpaq sahəsi hasarlanmışdır. İddiaçı tərəf qeyd edir ki, qonşu torpaq sahəsi ilə bağlı da Gəncə İnzibati Məhkəməsində məhkəmə mübahisəsi vardır. Torpaq sahəsi üzərində heç bir tikili mövcud deyildir. İddiaçıya məxsus torpaq sahəsinin arxa tərəfində, aralı məsafədə yüksək gərginlikli qaz xətti mövcuddur. X22 İstismarı İdarəsinin xx.xx.2024-cü il tarixli, 14-2-2-14/2-904/2024 nömrəli məktuba əsasən torpaq sahəsi Gəncə RQİİ-nin balansında olan qaz xətlərinin mühafizə zonasına düşmür. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş: "Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında" Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. Hazırkı işin hallarına görə iddiaçının hüquqi marağı məzmun baxımından aqrar islahat zamanı verilən torpaq sahəsi üzərində mülkiyyət hüququna dair dövlət reyestrindən müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. İddiaçının bununla bağlı müraciətinin təmin olunmasından imtina edərkən, cavabdeh sözügedən şəhadətnamənin Ərazi İdarəsinin elektron adlı siyahısında (DBF) başqa şəxsin X1 adına qeyd olunmasına istinad etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1 və 8.0.5-ci normaların mənasına və təfsirinə görə "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" daşınmaz əmlaka hüququn qeydiyyata alınması barədə çıxarışla eyni hüquqi qüvvəyə malikdir. Bu baxımdan iddiaçının hüquqi marağı əslində və mahiyyət etibarı ilə hüquqi qüvvəsini saxlayan şəhadətnamənin yeni nümunəli çıxarışla əvəz olunmasını ehtiva edir. Başqa sözlə, iddiaçı hüququnun yenidən qeydiyyata alınmasını deyil, şəhadətnamə ilə artıq qeydiyyata alınmış hüququna dair yeni nümunəli çıxarışın verilməsini tələb edir. Yuxarıda qeyd Qanunun 8.0.5-ci maddəsinə görə, 2006-cı il iyulun 6- dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmçinin 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün həmin normada əsas qismində təsbit edilmişdir. Beləliklə, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Hazırkı işin halları üzrə ünvan 3 ünvanda yerləşən 600 kv.m həyətyanı torpaq sahəsi iddiaçıya məxsusdur, bununla bağlı Xanlar rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında tərtib edilmiş şəhadətnamə hazırlanmışdır. Həmin sənədlər torpağın mülkiyyətə verilməsinə dair ilkin hüquqmüəyyənedici sənədlər hesab olunur. Qeyd olunan sənədlər səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş və hal-hazıradək qüvvədədir. Həmin sənədlərin ləğv edilməsi və ya dəyişdirilməsi barədə, yəni onun qüvvədə olmasını şübhə altına alan hər hansı sübut yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələbinə əsasən isə həmin şəhadətnamə iddiaçının mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçıya xx.xx.1989-cu il tarixli, 1/38 reyestr nömrəli notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən ünvan 6 ünvanda yerləşən torpaq sahəsi əldə edilmiş və Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 saylı qərarına əsasən Qaçaq Nəbi küçəsi 07 ünvanda olan torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələri başqa ünvanlarda (Aşıq Alı küçəsi ev 27 və Qaçaq Nəbi küçəsi, 07) yerləşməklə fərqli torpaqlardır. Hər iki torpaq sahəsi iddiaçıya məxsusdur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Cavabdehin imtina əsasına gəldikdə isə, məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 1.4-cü bəndinə əsasən rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərdəndir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. ünvan 7 ünvanda yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-44/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-44/2025
23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver