Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-440/2025 07.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı (üçüncü şəxs X3) “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının qərarının etibarsız hesab edilməsi və ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı2 və mərhum əri X4 birgə yaşayış dövründə Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində 0,20 ha torpaq sahəsində iki yaşayış otağı, köməkçi sahə, tövlə və əl damı inşa etmişlər. İddiaçının mərhum əri X2 adına xx.xx.1987-ci il tarixli qeydiyyat vəsiqəsi tərtib edilmişdir və onun həyat yoldaşı 1996-cı ildə vəfat etdikdən sonra torpaq vergisini özü ödəmişdir. İddiaçıya 2022-ci ildə məlum olmuşdur ki 1,0 ha torpaq sahəsində yerləşən iki yaşayış otağı, köməkçi sahə, tövlə və əl damı onun oğlu S.Allahverdiyevin mülkiyyətindədir. Xoşbulaq kəndində yerləşən 1,0 ha həyətyanı torpaq sahəsinə dair onun adına Daşkəsən rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən xx.xx.2002-ci il tarixli JN-043A saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edilmişdir. Cavabdeh başçısının Zağalı inzibati ərazi üzrə nümayəndəliyin xx.xx.2008-ci il tarixli 439 saylı arayışı əsasında S.Allahverdiyevə xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçının Daşkəsən rayon Dövlət Arxivindən aldığı xx.xx.2022-ci il tarixli arxiv arayışı ilə təsdiq olunur ki, onun əri X2 adına Daşkəsən rayon Xoşbulaq kənd ərazisində 0,20 ha həyətyanı torpaq sahəsində ümumi sahəsi 0,60 km2 qeydə alınmışdır. İddiaçının dövlət arxivindən aldığı xx.xx.2022-ci il tarixli arxiv arayışı təsdiq edir ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının sənədləri Daşkəsən rayon Dövlət Arxivinin fonduna təhvil verilməmişdir. Beləliklə o, mərhum əri ilə birgə yaşayış dövründə əldə edilmiş mülkdən məhrum olumuşdur. O, X1 adına Xoşbulaq kəndində yerləşən 1,0 ha həyətyanı torpaq sahəsinə dair Daşkəsən rayon Aqrar İslahat Komissiyasının qərarının verilməsi barədə arayış və qərarın surətinin ona təqdim edilməsini xahiş etmiş, Cavabdeh xx.xx.2022-ci il tarixli cavab məktubu ilə təsdiq etmişdir ki, belə qərar mövcud deyil. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4414/2023 nömrəli qərardadı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı qərarın etibarsız hesab edilməsi və qeydin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(104)-887/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4414/2023 nömrəli qərardadı iddia tələbinin çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsinin mümkün sayılmaması hissəsində ləğv edilmiş, yeni qərardad qəbul edilməklə iş materialları həmin hissədə mümkünlük şərtlərinin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1732/2024 nömrəli qərardadı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi əsl Cavabdeh ilə əvəz edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1732/2024 nömrəli qərardadı ilə, X3 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1732/2024 nömrəli qərardadı ilə, İddiaçı2 tərəfindən hakim Emin Axundova edilmiş etiraz təmin olunmuş, iddaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı qərarın ləğv edilməsi tələbinə dair 2- 1(114)-1732/2024 nömrəli iş baxılması üçün hakim Ruhiyə Tağıyevanın icraatına verilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı məhkəməyə yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə iclasa gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iddianın mümkün sayılmamasını xahiş etdi. İşin halları JN-043A KOD 50605028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Daşkəsən rayonu, Xoşbulaq kəndindən X1 mülkiyyətinə Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 01 nömrəli qərarı ilə 1.00 ha həyətyanı torpaq sahəsi verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********97-10301 reyestr nömrəli çıxarışa əsasən, Daşkəsən rayonu, Xoşbulaq kəndində mülkiyyətində olan 1.0ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 101 nömrəli vərəqində qeydiyyata alınmışdır. Gəncə İnzibati Məhkəməsinin iddiaçılar İddiaçı2 və İddiaçı1, Vəkil ünvanlanmış xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli sərəncamlardan görünür ki, iddia ərizəsi ilə bağlı xətanın aradan qaldırılması üçün vaxt verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İş materialları ilə müəyyən olunur ki, hazırkı iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-4414 nömrəli qərardadı ilə iddiaçıların Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı qərarın etibarsız hesab edilməsi və qeydin ləğv edilməsi tələbinə dair iddiaları mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(104)- 887/2023 qərardadı ilə qismən təmin edilmiş, qeyd olunan qərardad iddia tələbinin çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsinin mümkün sayılmaması hisəsində ləğv edilmiş və iş materialları həmin hissədə mümkünlük şərtlərinin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Ona görə də hazırkı iş üzrə tələb Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı xx.xx.2008-ci il tarixli, ********** nömrəli çıxarış üzrə X1 adına aparılmış mülkiyyət hüququna dair qeydin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması olmalı idi. Bu səbəbdən iddia tələbinin dəqiqləşdirilməsi zərurəti olmuşdur. Bununla bağlı olaraq məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə müvafiq olaraq yardım etmək vəzifəsi üzrə xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə sərəncamlar göndərilmiş, nöqsanların aradan qaldırılmasının zəruriliyi qeyd edilmiş, bununla əlaqədar vaxt verilmiş, lakin iddiaçılar İddiaçı2 və İddiaçı1, həmçinin vəkil tərəfindən sərəncamlara əməl edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı (üçüncü şəxs X3) “qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Həmçinin, izah edilir ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı (üçüncü şəxs X3) “qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ruhiyə Tağıyeva