Məhkəmə qərarları › İş №2-1(114)-4409/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4409/2023

18.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4409/2023 18.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı qeydiyyatdan çıxarılma tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslər X18, Qanuni nümayəndə4, X19, X9, X15, X16, X13 və Qanuni nümayəndə3 ona məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2008-ci il qeydiyyat tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur.

2. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışına və Elektron Məhkəmə informasiya sistemindən çıxarışlara əsasən xx.xx.1948-ci il təvəllüdlü X18, xx.xx.1978-ci il təvəllüdlü Qanuni nümayəndə4, xx.xx.2006-cı il təvəllüdlü X19, xx.xx.2000-ci il təvəllüdlü X9, xx.xx.2004-cü il təvəllüdlü X15, xx.xx.1999-cu il təvəllüdlü X16, xx.xx.2010-cu il təvəllüdlü X13 və xx.xx.1976-cı il təvəllüdlü Qanuni nümayəndə3 ünvan 2 ünvanında qeydiyyatdadırlar.

3. İddiaçı X18, Qanuni nümayəndə4, X19, X9, X15, X16, X13 və Qanuni nümayəndə3 ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları barədə Cavabdehnə etdiyi müraciətinə həmin İdarənin xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxslərin qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.

4. Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-9664/2023 nömrəli cavab məktubuna əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.1993-cü il tarixli, 699 nömrəli orderə əsasən Gəncə şəhəri, Hərbi Şəhərcik 38, 2 mərtəbəli, bina 5, mənzil 8-in, 2-ci mərtəbəsində yerləşən mənzil X12 verilmişdir. Gəncə şəhər Texniki İnventarlaşdırma Bürosunun xx.xx.1996-cı il tarixli 18 saylı qərarından çıxarışa və ona əlavə edilmiş sənədlərə əsasən Gəncə şəhəri, Hərbi şəhərcik 38, 2 mərtəbəli, bina 5, mənzil 8-in, 2-ci mərtəbəsində yerləşən mənzil X17 adına özəlləşdirilmiş və onun adına xx.xx.1996-cı il tarixli, 15125 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 5 saylı notariat kontorunun xx.xx.2007-ci il tarixli, 4Ə-1- 135 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən qeyd olunan mənzil X1 və onun adına xx.xx.2008-ci il tarixli, **********16-05101-093001 reyestr nömrəli, ********* qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 3 saylı notariat kontorunun xx.xx.2012-ci il tarixli, 4Ə-1- 204 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən qeyd olunan mənzil X3 və onun adına xx.xx.2012-ci il tarixli, **********16-05101-093001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.

5. Məhkəmənin sorğusuna Gəncə şəhər qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-13-2091/2023 nömrəli cavab məktubu ilə müəyyən edilir ki, üçüncü şəxslər iddiaçının yaxın ailə üzvləri deyillər.

6. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2023-cü il tarixli 3-13-57/2- 31814/2023 nömrəli cavab məktubu ilə müəyyən edilir ki, X18, Qanuni nümayəndə4, X19, X9, X15, X16, X13 və Qanuni nümayəndə3 hal-hazıradək ünvan 1 ünvanında qeydiyyatdadırlar. Adları qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir.

7. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-1/2-03/2316/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə ŞİHB 4 nömrəli SİƏD üzrə nümayəndəliyinin arayışına əsasən ünvan 1 ünvanında yaşayan olmadığı müəyyən edilmişdir.

8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-11285/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, X27 X11 Komitəsinin xx.xx.1995-ci il tarixli 8 nömrəli orderinə əsasən Gəncə şəhəri, Hərbi şəhərcik 38, 1 mərtəbəli rabitə evi, bina 5, mənzil 8-in, 1-ci mərtəbəsində yerləşən mənzil X6 verilmişdir. Gəncə şəhər Dövlət Tİ və MHQİ-nin xx.xx.2004-cü il tarixli, 08 saylı qərarından çıxarışa və ona əlavə edilmiş sənədlərə əsasən Gəncə şəhəri, Hərbi şəhərcik 38, 1 mərtəbəli rabitə evi, bina 5, mənzil 8-in, 1-ci mərtəbəsində yerləşən mənzil X10 adına özəlləşdirilmişdir. Gəncə şəhəri 2 saylı dövlət notariat kontorunun xx.xx.2004-cü il tarixli, 4Ə-02- 245 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən qeyd olunan mənzil X4 və onun adına xx.xx.2004-cü il tarixli, 42 reyestr nömrəli, 23034 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 4 saylı dövlət notariat kontorunun xx.xx.2008-ci il tarixli, 4Ə-2-169 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən qeyd olunan mənzil İddiaçı satılmış və onun adına xx.xx.2008-ci il tarixli, **********80-05101- 093001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.1993-cü il tarixli 699 nömrəli orderinə əsasən Gəncə şəhəri, Hərbi Şəhərcik 38, 2 mərtəbəli, bina 5, mənzil 8-in, 2-ci mərtəbəsində yerləşən mənzil X12 verilmişdir. Gəncə şəhər Texniki İnventarlaşdırma Bürosunun xx.xx.1996-cı il tarixli, 18 saylı qərarından çıxarışa və ona əlavə edilmiş sənədlərə əsasən Gəncə şəhəri, Hərbi şəhərcik 38, 2 mərtəbəli, bina 5, mənzil 8-in, 2-ci mərtəbəsində yerləşən mənzil X17 adına özəlləşdirilmiş və onun adına xx.xx.1996-cı il tarixli, 15125 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 3 saylı notariat kontorunun xx.xx.2012-ci il tarixli, 4Ə-1-204 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən qeyd olunan mənzil X3 və onun adına xx.xx.2012-ci il tarixli, **********16-05101-093001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd olunan daşınmaz əmlak obyektlərinin ünvanları eyni olsa da tərəflərindən aparılan araşdırma zamanı həmin mənzillərin fərqli binalarda yerləşdiyi və binalardan birinin keçmiş “rabitə evi” adlanan bir mərtəbəli binanın birinci mərtəbəsində, digərinin isə iki mərtəbəli binanın ikinci mərtəbəsində olduğu müəyyən edilmişdir. Bundan başqa daşınmaz əmlak obyektlərinin hüquq sahibləri tərəfindən aidiyyəti üzrə müraciət olunacağı təqdirdə ünvanla bağlı ziddiyyətli halın aradan qaldırılmasına qanunamüvafiq qaydada baxılacaqdır. II. Məhkəmədə icraat

9. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X18, Qanuni nümayəndə4, X19, X9, X15, X16, X13 və Qanuni nümayəndə3 ona məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin mənzilin ümumi sahəsi 52.1 kv.m-dən ibarətdir. O, üçüncü şəxsləri tanımır və onun evində yaşamırlar. Onların harada yaşamaları ona məlum deyil. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayış alan zaman ona məlum olmuşdur ki, üçüncü şəxslər onun evində qeydiyyatdadır. Onların qeydiyyatları formal xarakter daşıyır və eyni zamanda onun mülkiyyətçi kimi hüquqları pozulur.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. III.İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.

13. Belə ki, iddiaçı sözügedən mənzilin mülkiyyətçisi olduğundan iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

14. İddia düzgün cavabdehə qarşı verilmişdir. Cavabdeh (Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir və şəxsin qeydiyyat çıxarılması məsələsi onun səlahiyyətlərinə aiddir.

15. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

16. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

17. Cavabdeh yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

18. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

20. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-4409/2023 nömrəli qərardadı ilə X18, Qanuni nümayəndə4, X19, X9, X15, X16, X13 və Qanuni nümayəndə3 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

21. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

22. Üçüncü şəxslərin iddia ərizəsində göstərilmiş ünvanlarına göndərilmiş məhkəmə bildirişlərinin üzərinə “Köçüb” yazılaraq geri qayıtsa da, Elektron məhkəmə informasiya sistemi vasitəsilə iddiaçıya və üçüncü şəxslərə göndərilmiş sms-xəbərdarlıq onlara çatdırılmışdır.

23. İddiaçı məhkəmə iclasına gəlmiş, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər, cavabdeh isə məhkəməyə məktub ünvanlayaraq, məhkəmə prosesinin onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

24. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxışı iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

25. Cavabdeh orqanın və üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

26. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2008-ci il qeydiyyat tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-11285/2023 nömrəli cavab məktubu, xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-9664/2023 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər; - Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışı; - Elektron məhkəmə informasiya sistemindən çıxarışlar; - Məhkəmənin sorğusuna Gəncə şəhər qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-13-2091/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2023-cü il tarixli 3-13-57/2- 31814/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-1/2-03/2316/2023 nömrəli cavab məktubu; - Cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

27. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

28. Belə ki, iş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2008-ci il qeydiyyat tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışında üçüncü şəxslər ünvan 2 ünvanında qeydiyyatda olduqları göstərilmişdir.

29. Lakin bununla yanaşı məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 11285/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, X27 X11 Komitəsinin xx.xx.1995-ci il tarixli, 8 nömrəli Orderə əsasən Gəncə şəhəri, Hərbi şəhərcik 38, 1 mərtəbəli rabitə evi, bina 5, mənzil 8-in, 1-ci mərtəbəsində yerləşən mənzil X6 verilmişdir. Gəncə şəhər Dövlət Tİ və MHQİ-nin xx.xx.2004-cü il tarixli, 08 saylı qərarından çıxarışa və ona əlavə edilmiş sənədlərə əsasən Gəncə şəhəri, Hərbi şəhərcik 38, 1 mərtəbəli rabitə evi, bina 5, mənzil 8-in, 1-ci mərtəbəsində yerləşən mənzil X10 adına özəlləşdirilmişdir. Gəncə şəhəri 2 saylı dövlət notariat kontorunun xx.xx.2004-cü il tarixli, 4Ə-02- 245 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən qeyd olunan mənzil X4 və onun adına xx.xx.2004cü il tarixli, 42 reyestr nömrəli, 23034 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 4 saylı dövlət notariat kontorunun xx.xx.2008-ci il tarixli, 4Ə-2-169 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən qeyd olunan mənzil İddiaçı satılmış və onun adına xx.xx.2008-ci il tarixli, **********80-05101- 093001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.1993-cü il tarixli, 699 nömrəli orderə əsasən Gəncə şəhəri, Hərbi Şəhərcik 38, 2 mərtəbəli, bina 5, mənzil 8in, 2-ci mərtəbəsində yerləşən mənzil X12 verilmişdir. Gəncə şəhər Texniki İnventarlaşdırma Bürosunun xx.xx.1996-cı il tarixli, 18 saylı qərarından çıxarışa və ona əlavə edilmiş sənədlərə əsasən Gəncə şəhəri, Hərbi şəhərcik 38, 2 mərtəbəli, bina 5, mənzil 8-in, 2-ci mərtəbəsində yerləşən mənzil X17 adına özəlləşdirilmiş və onun adına xx.xx.1996-cı il tarixli, 15125 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 3 saylı notariat kontorunun xx.xx.2012-ci il tarixli, 4Ə-1-204 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən qeyd olunan mənzil X2 və onun adına xx.xx.2012-ci il tarixli, **********16-05101-093001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd olunan daşınmaz əmlak obyektlərinin ünvanları eyni olsa da tərəflərindən aparılan araşdırma zamanı həmin mənzillərin fərqli binalarda yerləşdiyi və binalardan birinin keçmiş “rabitə evi” adlanan bir mərtəbəli binanın birinci mərtəbəsində, digərinin isə iki mərtəbəli binanın ikinci mərtəbəsində olduğu müəyyən edilmişdir. Bundan başqa daşınmaz əmlak obyektlərinin hüquq sahibləri tərəfindən aidiyyəti üzrə müraciət olunacağı təqdirdə ünvanla bağlı ziddiyyətli halın aradan qaldırılmasına qanuna müvafiq qaydada tərəfimizdən baxılacaqdır.

30. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan mənzillə eyni ünvan göstəricilərinə malik digər mənzil də daşınmaz əmlakın dövlət reyestrində mövcuddur ki, hazırkı halda üçüncü şəxslərin məhz iddiaçıya məxsus mənzildə qeydiyyatda olmaları müəyyən edilmir.

31. Belə ki, məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-1/2-03/2316/2023 nömrəli cavab məktubunda Gəncə ŞİHB 4 nömrəli SİƏD üzrə nümayəndəliyinin arayışına əsasən ünvan 1 ünvanında yaşayan olmadığının müəyyən edildiyi bildirilmişdir. Halbuki, iclas zamanı iddiaçı özünəməxsus mənzildə ailə üzvləri ilə birlikdə yaşadığını bildirmişdir.

32. Həmçinin, məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2023-cü il tarixli 3-13- 57/2-31814/2023 nömrəli cavab məktubu ilə müəyyən edilir ki, X18, Qanuni nümayəndə4, X19, X9, X15, X16, X13 və Qanuni nümayəndə3 hal-hazıradək ünvan 1 ünvanında qeydiyyatdadırlar. Adları qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir.

33. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar... Maddə 9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

34. Yuxarıda göstərilən maddədə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları sadalanmış, iddiaçı, üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün həmin normada göstərilən əsaslardan hər hansı birinin mövcudluğunu sübuta yetirə bilməmişdir.

35. Məhkəmə onu da qeyd edir ki, iddiaçı daşınmaz əmlak obyektlərinin ünvan reyestrini aparan orqana müraciət edərək, ünvanla bağlı ziddiyyətli halı aradan qaldırdıqdan sonra məhz onun mənzilində qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı iddia qaldıra bilər.

36. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

Nəticəvi hissə:

38. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar