Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-442/2021 21.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və onun vəkili X6 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, XDS İcraiyyə Komitəsinin qərarı ilə mərhum X3 adına ayrılmış 0,13 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və torpağın mülkiyyətə verilməsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1946-cı il tarixdə 09 saylı ümumi yığıncağın qırarına əsasən iddiaçının mərhum atası X2 həyətyanı torpaq fondundan 0.13 ha həyətyanı torpaq sahəsi verilmişdir və bu fakt arxiv arayışında öz təsdiqini tapır. XDS İcaiyyə Komitəsinin qərarı ilə iddiaçının vərəsəlik qaydasında əldə etdiyi evin, yəni XDS İcraiyyə komitəsi komissiyasının mərhum C.Məmmədovun adına olan A.İsgəndərov küçəsi 143 ünvanında yerləşən evin və 600 kv.m torpaq sahəsinin qanunlaşması haqqında rəyin təsdiq edilməsi, yerdə qalan 576 kv.m torpaq sahəsi haqqında şəhər icraiyyə komitısinə məlumat verilməsi qərara alınmışdır, halbuki, uzun müddətdir ki, həmin yerdə qalan 576 kv.m torpaq sahəsi və ümumi yığıncağın qərarına əsəsən verilmiş 0.13 ha həyətyanı torpaq sahəsi iddiaçının istifadəsində olmuşdur. Lakin buna baxmayaraq ünvan 2 saylı evə dair iddiaçıya çıxarış verilərkən həmin çıxarışda torpaq sahəsinin ölçüsü 0.06 ha göstərilmişdir. Məhz bu səbəbdən də, iddiaçı ümumi yığıncağın qərarına əsasən verilmiş 0.13 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və onun adına çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “0.13 ha həyətyanı torpaq sahəsi üzərində mərhum atası X3 mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi” tələbinə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 0.13 ha torpaq sahəsinin 0.06 ha hissəsi onun istifadəsindədir, 0.07 ha hissəsi isə Avtomobil texnikumunun istifadəsindədir. İddiaçının vəkili X10 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçının istifadəsində 0.25 ha torpaq sahəsi var. Cavabdehin nümayəndəsi X5 əvvəlki məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının tələb etdiyi 0.13 ha torpaq sahəsinin 0.06 ha hissəsi onun mülkiyyətindədir, qalan 0.07 ha hissəyə sənəd verilə bilər, lakin iddaçı bununla razılaşmır və 0.06 ha torpaq sahəsindən ayrıca 0.13 ha torpaq sahəsinin qeydə alınmasını tələb edir. Hazırda isə iddiaçının istifadəsində təqribən 0,20-0,25 ha torpaq sahəsi vardır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********56 nömrəli məktubundan görünür ki, X3 adına Kirovabad şəhəri, Adil İsgəndərov küçəsi, 143 saylı fərdi yaşayış evinə dair xx.xx.1990-cı il tarixli 3761 nömrəli qeydiyyat vəsiqəsi verilmiş, 1 saylı notariat kontorunun xx.xx.1994-cü il tarixli 2-V-2-383 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu əmlak İddiaçı adına keçmiş, İddiaçı hal-hazırda ünvanı Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 143 olan bu fərdi yaşayış evinə dair xx.xx.1994-cü il tarixli 3761 nömrəli qeydiyyat vəsiqəsi verilmiş, daha sonra bu qeydiyyat vəsiqəsinin əvəzinə sonuncuya xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. -********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 143 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. -xx.xx.1994-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdə ölmüş X3 qanuni vərəsəsidir və miras əmlak ünvan 2 ünvanında yerləşən 86.9 kv.m yaşayış sahəsi və 600 kv.m torpaq sahəsindən ibarətdir. -Azərbaycan Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli qərarından görünür ki, Gəncə rayon XDS İcraiyyə Komitəsi komissiyasının mərhum C.Məmmədovun adına olan A.İsgəndərov küçəsi, 143 nömrəli ünvanda yerləşən mülkdə sahəsi 86.9 kv.m olan yaşayış sahəsinin və 600 kv.m torpaq sahəsinin qanunlaşması haqqında rəyi təsdiq edilmiş və həmin tikililər vərəsələrin istifadəsində saxlanılmışdır. -Göygöl rayon Dövlət Arxivinin xx.xx.2012-ci il tarixli 333 nömrəli arxiv arayışının surətindən görünür ki, sabiq Kirovabad şəhər Bağmanlar qəsəbəsi “Jdanov” adına kolxozun arxiv fondunda saxlanılan protokol kitablarındakı materiallarda kolxozun xx.xx.1946-cı il tarixli 09 saylı ümumi yığıncağının qərarına əsasən mərhum Məmmədov Cəfərə kolxozun həyətyanı torpaq fondundan 0.13 ha həyətyanı torpaq sahəsinin verilməsi qeyd olunmuşdur. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********81 nömrəli məktubundan görünür ki, iddia olunun torpaq sahəsinə dair hər hansı texniki sənəd olmadığından iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, “Jdanov” adına kolxozun xx.xx.1946-cı il tarixli 09 saylı ümumi yığıncağının qərarına əsasən mərhum Cəfər Məmmədova kolxozun həyətyanı torpaq fondundan 0.13 ha həyətyanı torpaq sahəsinin verilməsi qərara alınmışdır. X1 adına Kirovabad şəhəri, Adil İsgəndərov küçəsi, 143 saylı fərdi yaşayış evinə dair xx.xx.1990-cı il tarixli 3761 nömrəli qeydiyyat vəsiqəsi verilmiş, 1 saylı notariat kontorunun xx.xx.1994-cü il tarixli 2-V-2-383 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu əmlak və 0.06 ha torpaq sahəsi İddiaçı adına keçmiş, İddiaçı hal-hazırda ünvanı Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 143 olan bu fərdi yaşayış evinə dair xx.xx.1994-cü il tarixli 3761 nömrəli qeydiyyat vəsiqəsi verilmiş, daha sonra bu qeydiyyat vəsiqəsinin əvəzinə sonuncuya xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Hazırda iddiaçı “Jdanov” adına kolxozun xx.xx.1946-cı il tarixli 09 saylı ümumi yığıncağının qərarına istinad edərək kolxozun həyətyanı torpaq fondundan atasına verilmiş 0.13 ha həyətyanı torpaq sahəsi üzərində X3 mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsasını isə iddia olunan torpaq sahəsinin faktiki olaraq başqa vətəndaşın istifadəsində olması, eləcə də əlavə torpaq sahəsinə dair hər hansı texniki sənədin (torpaq sahəsinin planı və ölçüsü və.s) Ərazi İdarəsinə təqdim edilməməsi və təqdim edilmiş sənədin həmin torpaq sahəsinə aid olub-olmadığını müəyyən edilməsinin mümkün olmaması təşkil etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Yuxarıda adı çəkilən müvafiq qərar əsasında X4 torpaq sahəsi ayrılsa da, torpaq ayrılan zaman onun döngə nöqtələrinin koordinatları, dəqiq yerləşmə planı barədə sənəd nə ona, nə də dövlət arxivinə təhvil verilməmiş. Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və.s əks olunmalıdır. Əks halda iddiaçının təqdim etdiyi qərar əsasında Gəncə şəhərinin ərazisində istənilən torpaq sahəsinə iddia etmək hüququ tanınmalı olardı. İddiaçı hazırda faktiki istifadəsində olan torpaq sahəsinin məhz mərhum atasına ayrılmış torpaq sahəsi olduğunu iddia etsə də, torpaq sahəsinin sərhədlərini və yerləşmə yerini müəyyən edə bilmək üçün zəruri sənədlər olmadığından ayrılmış torpaq sahəsinin iddia olunan torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini də müəyyən etmək mümkün deyildir. Beləliklə iddiaçı iddia etdiyi torpaq sahəsinin atasına məxsus olması faktını təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi yuxarıda qeyd olunan tələblərdən hər-hansı biri iddiaçı tərəfindən yerinə yetirilməmiş, başqa sözlə tələb olunan sənədlər iddiaçı tərəfindən inzibati orqana təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətindəGəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-442/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-442/2021
21.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver