Məhkəmə qərarları › İş №2-1(114)-4421/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4421/2025

09.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4421/2025 09.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı “X4” X7in Cavabdeh qarşı vəsaitin geri qaytarılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı “X4” X7in Cavabdeh qarşı işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 790,00 manat dövlət vəsaitinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialının bank hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. “X4” X7 Mərkəzi Mühasibatlıq və Təyinat filialı tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli 3-17-2/3-2-924/2023 nömrəli əmrlə Cavabdeh “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 13.2.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən etibarən 6 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilmiş və bu münasibətlər çərçivəsində Cavabdeh 790,00 manat vəsait nağdsız qaydada ödənilmişdir.

2. Vətəndaşın qanunvericiliyin müvafiq tələbi ilə əlaqədar tam məlumatlandırılması Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli “İltizam” imzalanmaqla təmin edilmişdir.

3. İşsizlikdən sığorta ödənişi iki ay ödənildikdən sonra MEİS-in müvafiq altsistemində Cavabdeh mülkiyyətində pay torpağının olduğu aşkar edilmişdir.

4. “X4” X7 Mərkəzi Mühasibatlıq və Təyinat filialı tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-2/3-2-1504/2023 nömrəli əmrlə Cavabdeh təyin olunmuş işsizlikdən sığorta ödənişi xx.xx.2023-cü il tarixdən dayandırılmışdır.

5. “X4” X7 Mərkəzi Mühasibatlıq və Təyinat filialı tərəfindən Cavabdeh artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin Filialın bank hesabına könüllü surətdə geri qaytarılması ilə əlaqədar xx.xx.2024-cü il tarixli 3-17-2/2-H-35120/2024 nömrəli xəbərdarlıq məktubu göndərilmişdir.

6. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-37/2-4742/2025 nömrəli cavab məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 10 saylı qərarı əsasında Cavabdeh və digər ailə üzvlərinə ümumi birgə mülkiyyətdə olmaqla Qazax rayonu, İkinci Şıxlı kəndində 2.46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Həmin qərar əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ”Torpağa mülkiyyət hüququna dair” JN : 188 nömrəli dövlət aktı tərtib edilmişdir. Yuxarıda qeyd edilmiş 2.46 ha torpaq sahəsinin 0.50 ha, 0.8470 ha və 1.1144 ha hissəsinə dair Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətdə olmaqla adlarına xx.xx.2022-ci il tarixdə **********, ********** və ********** qeydiyyat nömrəli reyestrdən çıxarışlar verilmişdir və hazırda ümumi birgə olmaqla mülkiyyətindədir. II. Məhkəmədə icraat

7. İddiaçı “X4” publik hüquqi şəxs Cavabdeh qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 790,00 manat dövlət vəsaitinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialının bank hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vətəndaş Cavabdeh (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 31 yanvar 2023-cü il tarixində ərizə ilə müraciət edərək ona işsizlikdən sığorta ödənişi ilə bağlı təyinatın aparılmasını xahiş etmişdir. X1 və Təyinat filialı tərəfindən qəbul edilən 6 mart 2023-cü il tarixli 3-17-2/3-2-924/2023 nömrəli Əmrlə Cavabdeh "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 13.2.1-ci maddəsinə əsasən 1 fevral 2023-cü il tarixindən etibarən 6 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilmiş və bu münasibətlər çərçivəsində cavabdehə 790,00 manat vəsait nağdsız qaydada ödənilmişdir. Bildirilir ki, Qanunun 18.0.1-ci maddəsinə əsasən sığorta ödənişi alan şəxs "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edilməsi halı sığorta ödənişinin verilməsinin dayandırılması əsaslarındandır. Qanunun 5.2.1-ci maddəsinə əsasən işsizlikdən sığortaolunanın əsas vəzifələrindən biri sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan bu Qanunla müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat verməkdir. Məlumat üçün bildirilir ki, vətəndaşın qanunvericiliyin müvafiq tələbi ilə əlaqədar tam məlumatlandırması Cavabdeh tərəfindən 31 yanvar 2023cü il tarixli "İltizam" imzalanmaqla təmin edilmişdir. Təyinat dövrü üçün ödənişlərin icrası zamanı şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsi fəaliyyəti çərçivəsində aparılan araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) müvafiq altsistemi tərəfindən əldə olunmuş məlumatlara əsasən cavabdehlə bağlı mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğu müəyyən olunmuş və 20 aprel 2023-cü il tarixli 3-17-2/3-2-1504/2023 nömrəli əmrlə cavabdehə işsizlikdən sığorta ödənişlərinin ödənilməsi dayandırılmışdır. Diqqət edilməli məqam ondan ibarətdir ki, işsizlikdən sığorta ödənişi təyinatı 1 fevral 2023-cü il tarixdən etibarən başlamış, lakin cavabdeh mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğuna baxmayaraq Agentliyə bununla bağlı məlumat verməmişdir. Göründüyü kimi şəxsə işsizlikdən sığorta ödənişinin təyinatı aparılan zaman onun qanunvericilikdə nəzərdə tutulan formada işsiz kimi qeydiyyatını məhdudlaşdıran hər hansı bir hal aşkarlanmamışdır. İşsizlikdən sığorta ödənişi iki ay ödənildikdən sonra MEİS-in müvafiq altsistemində Cavabdeh mülkiyyətində torpaq payının olduğu aşkar olunmuşdur. Həmçinin, cavabdeh özü mülkiyyətində torpaq payı olduğu halda işsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı müraciət edərək sözügedən münasibətlər çərçivəsində vicdanlılıq tələbinin şərtlərini pozmuşdur. Bildirilir ki, Qanunun 2.0.15-ci maddəsinə əsasən işsizlikdən sığorta fondu - dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata keçirilən və dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli qərarı ilə təsdiq edilmiş "Sığorta ödənişinin verilməsi Qaydası"nın 6.2-ci maddəsinə əsasən Qanunun 18-ci maddəsində göstərilən səbəblərdən sığortaolunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada Agentliyə qaytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Yuxarıda qeyd edilən təyinata əsasən cavabdehə artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin Filialın bank hesabına könüllü surətdə geri qaytarılması ilə əlaqədar Filial tərəfindən 25 iyun 2024-cü il tarixli 3-17-2/2-H-35120/2024 nömrəli xəbərdarlıq məktubu ünvanlanmışdır. Ancaq cavabdeh tərəfindən qeyd edilən xəbərdarlıq məktubuna ümumiyyətlə münasibət bildirilməmiş, artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin könüllü surətdə Filiala geri qaytarılması ilə əlaqədar qanunvericiliyin tələbi icra edilməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən ona işsizlikdən sığorta ödənişinin təyinatı aparıldığı zaman məşğul şəxs olmuşdur və bununla bağlı Qanunun 5.2.1-ci maddəsində nəzərdə tutulan öhdəliyin icra edilməməsi nəticəsində işsizlikdən sığorta ödənişinin artıq ödənilməsi ilə nəticələnən təqsirli hərəkətlər icra edilmişdir.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.

11. Belə ki, iddia düzgün cavabdehə verilmiş, iddianın ərazi və məhkəmə aidiyyatı düzgün müəyyən edilmişdir. Cavabdeh rəsmi qeydiyyat ünvanının olduğu Qazax rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

12. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

13. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

14. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

15. İddiaçının nümayəndəsi X6 şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

16. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

17. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “X4” X7 Mərkəzi Mühasibatlıq və Təyinat filialı tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli 3-17-2/3-2-924/2023 nömrəli əmrlə Cavabdeh “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.2.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən etibarən 6 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilmiş və bu münasibətlər çərçivəsində Cavabdeh 790,00 manat vəsait nağdsız qaydada ödənilmişdir.

18. Cavabdeh iddiaçı orqana sığorta ödənişinin alınması üçün ərizə ilə müraciət edən zaman həm ərizəsində, həm imzaladığı iltizamda “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunun müddəaları, o cümlədən hüquq və vəzifələri, sığorta ödənişinin təyin edilməsinin şərtləri və müddəti, sığorta ödənişinin verilməsinin dayandırılması halları barədə tanış olduğunu, təqdim etdiyi məlumatların düzgünlüyünə görə məsuliyyət daşıdığını bildirmiş və sığorta ödənişinin təyin edilməsinə və təyin edilməsindən imtinaya, ödənişin məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar baş verdikdə, bu barədə 10 iş günü müddətində X2 yerli qurumlarına və ya DOST mərkəzlərinə məlumat verməyi öhdəsinə götürmüşdür.

19. Buna baxmayaraq, işsizlikdən sığorta ödənişi iki ay ödənildikdən sonra MEİSin müvafiq altsistemində Cavabdeh mülkiyyətində pay torpağının olduğu aşkar edilmiş və nəticədə “X4” X7 Mərkəzi Mühasibatlıq və Təyinat filialı tərəfindən xx.xx.2023-cü il tarixli 3- 17-2/3-2-1504/2023 nömrəli əmrlə Cavabdeh təyin olunmuş işsizlikdən sığorta ödənişi xx.xx.2023-cü il tarixdən dayandırılmışdır.

20. “X4” X7 Mərkəzi Mühasibatlıq və Təyinat filialı tərəfindən Cavabdeh artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin Filialın bank hesabına könüllü surətdə geri qaytarılması ilə əlaqədar xx.xx.2024-cü il tarixli 3-17-2/2-H-35120/2024 nömrəli xəbərdarlıq məktubu göndərilsə də, artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin könüllü surətdə Filiala geri qaytarılması təmin edilməmişdir.

21. Məhz bu səbəbdən iddiaçı hazırda həmin artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin geri qaytarılmasına nail olmaq istəyir.

22. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş X2 Nizamnaməsi 1.1-ci bəndinə əsasən Dövlət Məşğulluq aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyriformal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.

23. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialının Əsasnaməsi”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində X2 (bundan sonra - Agentlik) Mərkəzi Mühasibatlıq və Təyinat filialı (bundan sonra - Filial) Agentliyin strukturuna daxil olan mərkəzi və regional qurumların mühasibat uçotu, büdcə və smeta təhlilini həyata keçirən, maliyyə hesabatlığını təşkil edən, "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş işsizlikdən sığorta ödənişinin (bundan sonra - sığorta ödənişi) qanunvericilikdə nəzərdə tutulmuş qaydada və vaxtda təyin edilməsi və ödənilməsini, məşğulluq tədbirlərinin maliyyələşdirilməsini mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşmış qurumdur.

24. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 5.2. Sığortaolunanın aşağıdakı vəzifələri vardır: 5.2.1. sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan bu Qanunla müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat vermək; Maddə 18.0. Sığorta ödənişinin verilməsi aşağıdakı hallarda dayandırılır: 18.0.1. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə;

25. Göründüyü kimi qanunvericiliyin yuxarıda istinad olunan tələbinə əsasən sığortaolunanın əsas vəzifələrindən biri sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat verməlidir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2017-ci il tarixli, 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”na görə: Bənd 6.1. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18ci maddəsində göstərilən hallardan biri baş verdikdə, sığorta ödənişinin verilməsi dayandırılır. Bənd 6.2. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18ci maddəsində göstərilən səbəblərdən sığortaolunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada Agentliyə qaytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.

27. Hazırkı işin hallarına əsasən iddiaçı tərəfindən təyinat dövrü üçün ödənişlərin icrası zamanı şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsi fəaliyyəti çərçivəsində aparılan araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemi tərəfindən əldə olunmuş məlumatlara əsasən “X4” X7 Mərkəzi Mühasibatlıq və Təyinat filialı tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli 3-17-2/3-2- 924/2023 nömrəli əmrlə Cavabdeh “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.2.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən etibarən 6 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilmiş və bu münasibətlər çərçivəsində Cavabdeh 790,00 manat vəsait nağdsız qaydada ödənilmişdir. İşsizlikdən sığorta ödənişi iki ay ödənildikdən sonra MEİS-in müvafiq altsistemində Cavabdeh mülkiyyətində pay torpağının olduğu aşkar edilmişdir. “X4” X7 Mərkəzi Mühasibatlıq və Təyinat filialı tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-2/3-2-1504/2023 nömrəli əmrlə Cavabdeh təyin olunmuş işsizlikdən sığorta ödənişi xx.xx.2023-cü il tarixdən dayandırılmışdır.

28. Cavabdehə işsizlikdən sığorta ödənişi təyinatı xx.xx.2023-cü il tarixindən etibarən başlamış və ona ilk 2 təqvim ayı üçün 790 manat vəsait ödənilmişdir. Cavabdeh mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğuna baxmayaraq Agentliyə bununla bağlı məlumat verməmiş, bununla da həmin vəsaitdən qanunsuz yararlanması məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır.

29. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə işsizlikdən sığorta ödənişi kimi ödənilən vəsaitin geri qaytarılması tələbində haqlıdır.

30. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 790,00 manat dövlət vəsaiti Cavabdeh tutularaq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 X7in hesabına ödənilməlidir.

31. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

32. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Cavabdeh işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 790,00 manat dövlət vəsaiti tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 X7in hesabına ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar