Məhkəmə qərarları › İş №2-1(114)-444/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-444/2024

08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-444/2024 08.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi Allahverdiyeva Gülnara Elşən qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və qarşı iddia ərizəsi ilə xx.xx.N0N3-cü il tarixdə məhkəməyə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, İİ Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq müharibədə iştirak etmək üçün rəsmi qaydada müraciət etmişdir. O, xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Onun döyüş yolu Qubadlıdan başlamışdır. O bildirir ki, Qarabağ müharibəsində iştirak etmiş, lakin ona müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. O, bununla əlaqədar cavabdeh orqana müraciət etsə də, onun müraciətinə imtina edilmişdir. Odur ki, qeyd edilənləri əsas gətirib məhkəmədən, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçıya, vəkilinə və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı və vəkili məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.N0N3-cü il tarixli, 3-N5-4/N-430N/N0N3 nömrəli iddia ərizəsinə etirazda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N0N1-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməmişdir. Qeyd edilənləri əsas gətirib iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyinin xx.xx.N0N3-cü il tarixli, N/N-7987 nömrəli məktubundan görünür ki, İddiaçı Müdafiə Nazirinin xx.xx.N0N1-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə «Müharibə Veteranı» adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. - işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.N0N3-cü il tarixli 11168 nömrəli məktubundan müəyyən olunur ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin N dekabr N0N0-ci il tarixli, 79 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissədən (tamamlama mərkəzindən) N nömrəli hərbi hissəyə gəldiyi üçün veteran adının və vəsiqəsinin verilməsi şamil olunmur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli N16 nömrəli qərarına əsasən "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara" Müharibə veteranı adı verilir. Bu səbəbdən İddiaçı Müharibə veteranı adı və vəsiqəsinin verilməsi şamil olunmur. - işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyinin xx.xx.N0N3-cü il tarixli, 4/3-18N nömrəli məktubdan görünür ki, N8N (N81, N83) nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir. (Əsas: Müdafiə Nazirinin 04 mart N0N1-ci il tarixli 06N nömrəli əmri) - işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N85 saylı hərbi hissənin xx.xx.N0N0-ci il tarixli, 79 nömrəli əmrindən müəyyən olunur ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N0N0-ci il tarixli, 0N nömrəli əmrinə əsasən hərbi hissədə aparılan təşkilati-ştat dəyişikliyi ilə əlaqədər olaraq X1 hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, xx.xx.N0N0-ci il tarixdən şəxsi heyətin siyahısına salınmış, bütün növ təminatlara qoyulmuş və müvafiq vəzifələrə təyin olunmuşdur. - işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsi xx.xx.N0N4-cü il tarixli, 3-N5-4/N-1643/N0N4 nömrəli məktubundan görünür ki, “Azərbaycan Ordusunun “”Vətən Müharibəsi” dövründə döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrinin müəyyənləşdirilməsi haqqında” Azərbaycan Respublikası müdafiə nazirinin 04 mart N0N1-ci il tarixli əmrinə əsasən N nömrəli hərbi hissə N7 sentyabr N0N0-10 noyabr N0N0-ci il tarixinədək döyüş əməliyyatlarında iştirak edən hərbi hissə kimi müəyyən edilmişdir. - işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N8N saylı hərbi hissənin xx.xx.N0N0-ci il tarixli, 13 nömrəli əmrindən müəyyən olunur ki, səfərbərlik təyinatına müvafiq olaraq X1 xx.xx.N0N0-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. - işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N8N saylı hərbi hissənin xx.xx.N0N0-ci il tarixli, 78 nömrəli əmrindən müəyyən olunur ki, Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrindən tamamlama mərkəzinə təyin edilmiş dəyişən heyət Müdafiə Nazirinin 19 dekabr N0N0-ci il tarixli, 0N nömrəli əmrinə əsasən, NN1 nömrəli hərbi hissənn tabeliyində olan hərbi hissələrin şəxsi heyətlə komplektləşdirilməsi məqsədi ilə, N dekabr N0N0-ci il tarixdən X1 N nömrəli hərbi hissəyə göndərilmiş hesab edilmiş, şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. - işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N1N saylı hərbi hissənin xx.xx.N0N4-cü il tarixli N834 nömrəli məktubundan müəyyən olunur ki, vətəndaş X1 xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək xidmət keçdiyi N nömrəli hərbi hissə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N0N1-ci il tarixli müvafiq əmrinə əsasən “Vətən müharibəsi” zamanı tamamlama mərkəzi kimi fəaliyyət göstərdiyinə görə heç bir döyüş əməliyyatlarına və ya döyüş təminatı ilə əlaqədar fəaliyyətlərə cəlb edilməyib. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddia tələbindən məlum olur ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib müharibə veteranı adı və vəsiqəsi alması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin imtina cavabı almış və iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinin inzibati orqanın üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmişdir. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin N-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli, N16 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 1N-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 1N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi şərtdir. Bununla yanaşı İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o Qubadlının işğaldan azad olunması uğrunda döyüşlərində iştirak etmişdir. Lakin, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Qubadlının azad olunma tarixi xx.xx.N0N0-cü il tarixdir. İddiaçı X1 isə xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət keçmişdir. N1N saylı hərbi hissənin xx.xx.N0N4-cü il tarixli N834 nömrəli məktubunda bildirilir ki, X1 xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək xidmət keçdiyi N nömrəli hərbi hissə heç bir döyüş əməliyyatlarında iştirak etməmişdir. Odur ki, iddiaçının xidmət keçdiyi hərbi hissələrin döyüş əməliyyatlarında iştirak etməməsinə görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi istisna olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -N.N.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar