Məhkəmə qərarları › İş №2-1(114)-446/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-446/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-446/2024 30.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı anasının pensiyasının sığorta hissəsinin mövcud ailə başçısını itirməyə görə aldığı əmək pensiyasına əlavə edilməklə pensiyanın yenidən hesablanması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, vəfat etmiş anası X3 pensiyasının sığorta hissəsini mövcud ailə başçısının itirməyə görə aldığı əmək pensiyasına edilməklə qanunvericiliyə uyğun hüququn yarandığı tarixdən,yəni müraciət etdiyi xx.xx.2023-cü il tarixdın əvvəlki ən çoxu üç il üçün ödənilməklə, yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1979-cu il tarixdə anadan olmuşdur. Uşaqlıqdan (18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs) əlildir. xx.xx.2014-cü il tarixdən atasının vəfatı bağlı ailə başçısını itirməyə görə əmək pensiyası alır. Anası ilə birgə yaşayırdı,onun himayəsində idi. xx.xx.2019-cu il tarixdə anası da vəfat etdiyindən indi tək yaşayır. Cavababdehə müraciət edərək anası X3 aldığı əmək pensiyasının sığorta hissəsini mövcud pensiyasının üzərinə əlavə edərək qanunvericiliyə uyğun hüququn yarandığı tarixdən yenidən hesablanması cavabdehdən xahiş etmiş, lakin cavabdeh onun müraciətini müsbət həll etməmiş və imtina etmişdir..Ona görə də, hazırki iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı iclası 30 may 2024-cü il tarixə təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir: Belə ki, xx.xx.1979-cu il təvəllüdlü İddiaçı uşaqlıqdan əlil olmuş və ona xx.xx.1998-ci il tarixdən ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2014-cü il tarixdən atası X1 vəfatı ilə əlaqədar olaraq ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı, anası X5 xx.xx.2019-cu il tarixdə vəfat etdikdən sonra anasının pensiyasının mövcud ailə başçısını itirməyə görə aldığı pensiyasının sığorta hissəsinə əlavə edilməklə pensiyanın yenidən hesablanması ilə bağlı Mərkəzi Filiala müraciət etmişdir. Vəfat etmiş və həlak olmuş hər iki ailə başçısının sığorta göstəriciləri eyni zamanda nəzərə alınmaqla ailə üzvlərinə əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması qanunvericilliklə nəzərdə tutulmadığından İddiaçı müraciətinin müsbət həlli mümkün olmamışdır. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stalına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği 268.61 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cüll tarixdən əlavə edilmiş 26.4cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə. qulluq stalına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində. digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya duşən hıssəsı məb əğ ndə hesablanır. Qeyd olunanları nəzərə alaraq iddıaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən Qanunun 26.4-cü maddəsinə əsasən 285 27 manat, eyni zamanada Qanunun 29.1ci maddəsinin tələblərinə uyğun olaraq 327 21 manata çatdırılmışdır. Qanunun 18.2-ci maddəsının tələblərinə əsasən Ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabıliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13 3-1-cı maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Ailə üzvlərindən biri (bu Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq staiına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud bu Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. Beləliklə, iddiaçının müraciətilə əlaqədar vəfat etmiş və həlak olmuş hər iki ailə başçısının sığorta göstəriciləri eyni zamanda nəzərə alınmaqla ailə üzvlərinə əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması qanunvericilliklə nəzərdə tutulmamışdır. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçının mərhum anası X3 aldığı pensiyanın iddiaçının ailə başçısını itirməyə görə aldığı əmək pensiyasına əlavə edilməklə yenidən hesablanması mümkün deyildir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti, Vİ-ЖГ 347312 seriyalı doğum haqqında şəhadətnamə, AZ-İİ 038018 seriyalı ölüm haqqında şəhadətnamə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-A-125026/2023 nömrəli məktubu, pensiya işinin təsdiqlənmiş surəti əlavə edilmişdir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsi). İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, iddiaçı məsələnin həll olunması üçün cavabdeh inzibati orqana müraciət etdikdən sonra məhkəmədə hazırkı iddianı qaldırmışdır. Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıda qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı tələbi vəfat etmiş anası X3 pensiyasının sığorta hissəsini mövcud ailə başçısının itirməyə görə aldığı əmək pensiyasına edilməklə qanunvericiliyə uyğun hüququn yarandığı tarixdən,yəni müraciət etdiyi xx.xx.2023-cü il tarixdın əvvəlki ən çoxu üç il üçün ödənilməklə, yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsidir. Həmçinin müəyyən edilmişdir ki, xx.xx.1979-cu il təvəllüdlü İddiaçı uşaqlıqdan əlil olmuş və ona xx.xx.1998-ci il tarixdən ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2014-cü il tarixdən atası X1 vəfatı ilə əlaqədar olaraq ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı, anası X5 xx.xx.2019-cu il tarixdə vəfat etdikdən sonra anasının pensiyasının mövcud ailə başçısını itirməyə görə aldığı pensiyasının sığorta hissəsinə əlavə edilməklə pensiyanın yenidən hesablanması ilə bağlı Mərkəzi Filiala müraciət etmişdir. Vəfat etmiş və həlak olmuş hər iki ailə başçısının sığorta göstəriciləri eyni zamanda nəzərə alınmaqla ailə üzvlərinə əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması qanunvericilliklə nəzərdə tutulmadığından İddiaçı müraciətinin müsbət həlli mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 14.1.2. maddəsinə əsasən ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stalına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 18.2-ci maddəsının tələblərinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabıliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13 3-1-cı maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Ailə üzvlərindən biri (bu Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq staiına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud bu Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. Beləliklə məhkəmə iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, vəfat etmiş və həlak olmuş hər iki ailə başçısının sığorta göstəriciləri eyni zamanda nəzərə alınmaqla ailə üzvlərinə əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması qanunvericilliklə nəzərdə tutulmadığından iddiaçının iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; -58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1 və 68.2-ci maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. -69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyini və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar