Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-447/2025 03.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı şəhid statusunun verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mərhum əri mayor X1 şəhid və ona şəhid ailəsi hesab edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşım X5 1997-ci ildə 2NN7 ci il aprel ayına qədər Azərbaycan Respublikası Müdafiə nazirliyinin tabeliyində olan bir necə hərbi hissələrdə zabit rütbələrində kəşfiyyatçı vəzifələrində xidmət etmişdir. Son vəzifəsi N saylı hərbi hissənin qərargah rəisi vəzifəsində olaraq N saylı hərbi hissənin komandiri vəzifəsini icra etmişdir. 22 noyabr 2NN6-cı ildə xidməti vəzifəsinin icrası zamanı (Döyüş postunu yoxlayıb hərbi hissəsinə qayıdan zaman avtomobil qəzası nəticəsində) aldığı ağır kəllə beyin travması nəticəsində 2NN6 noyabr ayından-2NN7-ci ilin aprel ayın tarixədək Mərkəzi Kilinik Hərbi Hospitalda komatoza vəziyyətində olaraq müalicə almışdır və nəticədə birinci qrup əliliyi təyin olaraqdan N5 aprel 2NN7-ci il tarixdə N saylı hərbi hissənin komandirinin N nömrəli əmrinə (əsas: Müdafiə Nazirinin 31 mart N172 nömrəli əmri) əsasən "Hərbi xidmətkeçmə haqqında əsasnamənin 157-ci maddəsinin "b"bəndinə (xəstəliyə) görə istefaya buraxılmışdır. Aldığı ağır travmadan 11 mart 2NN8 ci il tarixdə baş beyin ödemi səbəbindən vəfat etmişdir. Atasız iki azyaşlı qızı ilə bərabər həyatı çətinliklə yaşamışıyrlar. 2N22-ci ildə Müdafiə Nazirliyinin Hüquq idarəsinə vətən uğrunda həlak olmuş bir zabitin ailəsinin hüquqlarını müdafiə etmək məqsədilə dəfələrlə müraciət etsə də təqdim edilmiş bütün qanuni sənədlərdə şəhid adını verilməsi üçün kifayət qədər əsaslar və şərait bir birini tamamlasada nəinki kömək etmişdilər hec bir əsas olmadan xx.xx.2N22ci il tarxli 11:5541 nömrəli və son dəfə xx.xx.2N24 cü il tarixli 3-25-412-154/2N24 nömrəli məktubla imtina vermişlər. İddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək mərhum əri mayor X1 şəhid statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər məhkəmədə iştirak etməmişlər, məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - işə əlavə edilmiş Azərbaycan Respublikasinin Müdafiə Nazirliyi tərəfindən iddiaçıya verilmiş xx.xx.2N24-cü il tarixli, 3-25-4/2-154/2N24 nömrəli məktubda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu X4 şəhid adının verilməsindən imtina edilmişdir. -işə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2N15-ci il tarixli 72N nömrəli iddiaçıya ünvanlanmış məktubda qeyd edilmişdir ki, sabiq hərbi qulluqçusu X5 N nömrəli hərbi hissənin qərargah rəisi vəzifəsində xidmət edərkən döyüş postunu qoxlamaqdan qayıdan zaman 22 noyabr 2NN6-cı il tarixində baş vermiş yol qəza hadisəsi nəticəsində ağır xəsarətlər alaraq Silahlı Qüvvədən Mərkəzi Kliniki Hospitalına yerləşdirilib və nəticədə ordu sıralarından ehtiyata buraxılıb. -işə əlavə edilmiş Azərbaycan Respublikasının Mərkəzi X7 tərəfindən iddiaçıya verilmiş xx.xx.2NN7-ci il tarixli 318 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, X1 travma, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır. - işə əlavə edilmiş Azərbaycan Respublikasının Baş Prokurloğunun xx.xx.2N24-cü il tarixli 2-2/1-N66684/2N24 nömrəli bəktubundan müəyyən olunur ki, Naxçıvan MR, Bakı şəhəri və tabe rayon (şəhər) prokurorluqlarında 1975-ci il təvəllüdlü X2 ölüm faktı ilə bağlı hər hansı bir formada araşdırma aparılmamışdır. - işə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik hüquqi şəxsin xx.xx.2N24-cü il tarixli 5296 saylı məktub əsasında göndərilmiş T724/2N24 nömrəli ekspertin rəyindən müəyyən olunur ki, mərhum R.A.Abbasovun meyiti müayinə olunmadığından onun ölümünün səbəbi haqqında qəti fikir söyləmək mümkün olmadı. Lakin, təqdim edilmiş tibbi sənədlərə əsasən onun ölümünün "Baş beyinin ödemi"ndən olmasını inkar etmək də olmaz. Belə ki, Mərkəzi Hərbi Həkim Komissiyasından verilmiş xəstəlik haqqında şəhadətnamədə onun "Müştərək travma, açıq kəllə-beyin travması, baş beynin ağır dərəcədə əzilməsi, sol yarımkürənin kəskin subdural hematoma ilə sıxılmasına görə aparılmış (22.11.N6) dekompression-rezeksion trepanasiya, hematomanın boşaldılması əməliyyatının nəticəsi, kəllənin 15 sm² örtülməmiş sümük defekti, açıq kəllə-beyin travması, baş beynin ağır dərəcədə əzilməsi nəticəsində apallik vəziyyət, mərkəzi sinir sisteminin funksiyasının mühüm dərəcədə pozulması, CVİ, CVİİ fəqərələrin arxa çıxıntılarının qəlpəli yerdəyişən sınığı nəticəsində onurğa sütunu boyun şöbəsinin funksiyasının mülayim dərəcədə pozulması, sol körpücük sümüyünün ortanın qapalı qeyri-düzgün bitişməkdə olan sınığı (22.11.N6), funksiyanın müvəqqəti pozulması ilə, traxeostomiya əməliyyatından (N3.12.N6) sonrakı funksiya edən traxeya fistulası" diaqnozu ilə təxminən iki ilə qədər müddətdə müalicədə olması göstərilmişdir. Qeyd edilən travma iş materiallarında göstərilən tarixdə və şəraitdə, xx.xx.2NN6-cı xx.xx.2N24-cü il tarixli, T 724/2N24 saylı ray. mərhum X5 il tarixdə avtomobil qəzası nəticəsində əmələ gələ bilərdi və ölümlə birbaşa səbəbli əlaqəsi olmasını inkar etmək olmaz. Müdafiə Nazirliyi Baş Klinik Hospitalında R.A.Abbasovun adına tərtib edilmiş arxiv arayışında qeyd edilən "Xroniki dekompensator tonzillit (xx.xx.1996)" diaqnozu sərbəst nazoloji xəstəlik olduğundan keçirilmiş avtoqəza nəticəsində yarana bilməzdi və onun ölümlə səbəbli əlaqəsi yoxdur. - işə əlavə edilmiş xx.xx.2NN8-ci il tarixli, AZ-İ 28N185 nömrəli “ölüm haqqında” şəhadətnamədən görünür ki, X5 xx.xx.2NN8-ci il tarixdə “başbeyinin ödemi ” səbəbindən ölmüşdür. - işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2N25-ci il tarixli, 3-25-29/2-726/25 nömrəli məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin 2NN6-2NN7-ci il tarixli nizami hissə rə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilmədiyindən mərhum X1 avtoqəza zamanı aldığı xəsarətlərin Azərbaycan Respublikasının zadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar xidməti vəzifəsinin icrası zamanı olub-olmaması barədə araşdırma apara bilimnir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2NN5-ci il tarixli müvafiq nömrəli amrində 3-cü Ordu Korpusunun (777, N65, N saylı hərbi hissələr istisina olunmaqla) xx.xx.2NN6-ci il tarixdən; Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2NN6-cı il tarixli müvafiq əmrində 3-cü Ordu Korpusunun (777, N65, N saylı hərbi hissələr istisina olunmaqla) xx.xx.2NN7-ci il Jarixdən döyüş şəraitində hesab edilməsi barədə məlumat qeyd olunmuşdur. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, mərhum mayor X5 döyüş şəraitində hesab edilən N nömrəli hərbi hissədə xidmətdə edərkən döyüş postunu yoxlanışdan qayıdarkən avtoqəzaya düşmüş və müxtəlif xəsarətlər almışdır. Aldığı ağır kəllə beyin travması nəticəsində 2NN6-cı il noyabr ayından 2NN7-ci ilin aprel ayına kimi Mərkəzi Klinik Hərbi Hospitalda komatoz vəziyyətdə müalicə almış, ona əlillik təyin olunmuş, aldığı ağır travmadan 11 mart 2NN8-ci il tarixdə baş beyin ödemi səbəbindən vəfat etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının 25 dekabr 1991ci il tarixli Qanunun 4-cü maddəsinin 2-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən: - şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 1.1-ci bəndində “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi təkrarlanmaqla, 1.2-ci bənddə göstərilmişdir ki, aşağıdakılar şəhid hesab edilirlər: -199N-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; -11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; -Azərbaycan Respublikasında 1988-ci ildən 199N-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; -Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; -Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; -Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” xx.xx.2NN8-ci il tarixli Qərarına görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.8-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İş materiallarının tədqiqindən göründüyü kimi mərhum mayor X6 döyüş postunu yoxladıqdan sonra, yəni xidməti vəzifəsini icrası zamanı, qayıdarkən avtoqəzaya düşmüş və müxtəlif xəsarətlər almışdır. Aldığı ağır kəllə beyin travması nəticəsində 2NN6-cı il noyabr ayından 2NN7-ci ilin aprel ayına kimi Mərkəzi Klinik Hərbi Hospitalda komatoz vəziyyətdə müalicə almış, ona əlillik təyin olunmuş, aldığı ağır travmadan 11 mart 2NN8-ci il tarixdə baş beyin ödemi səbəbindən vəfat etmişdir. Ölümün səbəbli əlaqəsi xidməti zamanı avtoqəzada almış olduğu xəsarətlər olmuşdur. Odur ki, işin faktiki hallarına və müvafiq qanunvericilik normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçıların müraciətinin müsbət həll edilməsindən imtina etməkdə haqlı olmamış və iddiaçı tərəfindən verilmiş iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı şəhid statusunun verilməsi tələbinə dair iddiası təmin edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 3N (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 3N (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-447/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-447/2025
03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver