Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-448/2024 21.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X3rşı imtahan sualının cavabının dəyişdirilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası X3rşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixdə DİM tərəfindən dövlət qulluğuna qəbulla bağlı test imtahanının 1-ci mərhələsində salınan sualın doğru cavabının 60 iş günü əvəzinə 30 iş günü ilə dəyişdirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 18.06.23 tarixdə DİM tərəfindən dövlət qulluğuna qəbulla bağlı test imtahanının 1-ci (test) mərhələsində salınan sualların biri "Vətəndaşların müraciətləri haqqında qanun" ilə bagı olmuşdur. Sualda həmin qanuna əsasən vətəndaş müraciətlərinə baxılma müddətinin ən çox hansı müddətə ola biləcəyinin doğru cavabı 60 iş günü götürülmüşdür. Qeyd edilən qanunun 10.1 maddəsinə əsasən müraciətə baxılmanın an coxu 15 iş günü, əlavə araşdırma tələb edilən müraciətlərdə isə ən gecı 30 iş günü ərzində baxıması qeyd edilmişdir. Həmin qanunun 10.2 maddəsində isə 30 iş günü uzadılmanın səbəbi göstərilmişdir. Belə ki, əgər məhz hansısa sorğu gondərilərsə müddətin 15 iş günündən 30 işgününə qədər uzadılması icazəsi verilir. X5 verilmiş cavabda isə 30+30 = 60 əməliyyatı aparılır və 60 iş günü kimi absurd cavab verilir. Məsələ ilə bağlı X1 qəbulu və sənədlərlə iş şöbəsinin müdirinin məsələyə aydınlıq gətirən müsahibəsi yer alıb ki, həmin qanunun 10.2 maddə 60 iş günü kimi yox, məhz "Azərtac" saytına müsahibəsində bu müraciətə baxan subyekt sorğu göndərərsə müraciətə baxılma müddətinin 30 iş gününədək uzadılması kimi başa düşülməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Cavabdeh Azərbaycan Respublikası X6 nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı müvafiq qaydalara uyğun olaraq apellyasiya komissiyasına müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Həmçinin tələb mahiyyəti üzrə də əsaslı deyil, çünki qoyulmuş sual müvafiq komissiyanın rəyi ilə təsdiq edildikdən sonra təqdim edilir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -X6 xx.xx.2023-cü il tarixli, 9-3/2-Q-2545-42-508/2023 nömrəli imtina aktında bildirilir ki,xx.xx.2023 tarixində dövlət qulluğuna qəbul imtahanında istifadə olunmuş tapşırıq aşağıdakı kimi ifadə olunmuşdu: Vətəndaş müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən müraciətə baxılma müddəti ən çox nə qədər ola bilər? "Vətandaş müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Həmin Qanunun 10.2-ci maddəsinə görə Qanunun 9.2-ci, 9.6-cı, 10.3-cü və 10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. Beləliklə, "Vətəndaş müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa asasən müraciətə baxılma müddəti ən çox 60 iş günü təşkil edir. -X6 iddiaya qarşı etiraz dəlillərində qeyd edilmişdir ki, Mərkəz tərəfindən 18 iyun 2023-cü il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün kağız daşıyıcılar vasitəsilə test imtahanı keçirilmişdir. İddiaçı 18 iyun 2023-cü il tarixində BB vəzifə qrupu üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası"nın 2.2-ci bəndinə əsasən dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının məzmunu, yəni imtahanda istifadə ediləcək tapşırıqların ümumi sayı, tapşırıqların növü (qapalı tipli test tapşırıqları, açıq və essetipli tapşırıqlar), sahələr və çətinlik dərəcəsi üzrə konkret bölgüsü, həmçinin vəzifə qrupları üzrə toplanması mümkün olan maksimal bal vəzifələrin qrupundan asılı olaraq Mərkəz tərəfindən müəyyən edilir. Test tapşırıqlarının hazırlanması və ekspertizasının keçirilməsi Mərkəz tərəfindən təşkil edilir. Hazırlanan qapalı tipli test tapşırığının cavab verməli olduğu tələblər qeyd edilən Qaydaların 2.6-cı bəndində müəyyən edilmişdir. Açıq və esse tipli test tapşırıqları isə Mərkəz tərəfindən müəyyən edilən tələblərə uyğun olaraq hazırlanır. Test tapşırıqları müqavilə əsasında cəlb edilən fızıkı ve (və ya) hüquqi şəxslər tərəfindən hazırlanır və ekspertızadan keçinlır. Ekspertizadan keçirilmiş test tapşırıqları Mərkəz tərəfindən təsdiqlənir və müvafiq sahələr üzrə test bankına daxil edilir. Qanunvericiliyin tələbinə uyğun olaraq yalnız təsdıq edılmış və test bankına daxil olunmuş test tapşırıqları imtahanda istifadə edilir. Belə ki, test tapşırıqları ekspertızadan keçırılərkən qapalı tipli test tapşırıqları adı çəkilən Qaydada nəzərdə tutulmuş, açıq tiplı test tapşırıqları isə Mərkəz tərəfindən müəyyən edilən tələblərə cavab vermədikdə onlar Mərkəz tərəfindən təsdiqlənmir və test imtahanlarında istifadə edilmir. Yuxarıda adıçəkilən Qaydaların 4.1.1ci yarımbəndinə əsasən namizədın imtahanda qapalı tipli test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla qiymətləndirilir. Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, vəzifə altqrupları üzrə test imtahanından keçid balları toplanması mümkün olan ümumi bala nisbətdə müəyyən olunur. İddiaçı sözügedən test imtahanında BB2 sertifikatını əldə etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid faizindən (75%) çox nəticə - 77% (77 bal) nəticə göstərdiyi üçün BB2 sertifikatı əldə etmişdir. Onun test imtahanında göstərdiyi nəticə sertifikatını əldə etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid faizindən 80 bal) aşağı olduğu üçün BB1 sertifikatını əldə etməmişdir. Qaydaların 4.3-cü bəndinə əsasən namizəd test imtahanının nəticələri ilə razımadıqda, nəticələr portalda yerləşdirildiyi gündən 3 iş günü müddətində Mərkəz tərəfindən yaradilmış apellyasiya komissiyasına şikayət verə bilər. Şikayətə baxıldıqdan sonra nəticələrə dair gəbul edilmiş qərardan namizəd məhkəməyə şikayət verə bilər. Həmin Qaydaların tələblərini təmin etmək məqsədilə inzibati vəzifələrin B növünə aid olan vəzifə gruplarına qəbul üzrə 18 iyun 2023-cü il tarixlərində keçirilmiş test imtahanının nəticalərinə yenidən baxılması ilə bağlı Apellyasiya Komissiyası yaradılmış, komissiyaya müraciət etmək üçün 20 iyun saat 10:00-dan 22 iyun saat 17:00-dək ntps//apelyasiya dim gov.az saytında yerləşdirilən elektron ərizəni doldurmaqla qeydiyyatdan keçmək tələb olunmuşdur (https://dim.gov.az/news/11260/). Lakin Mərkəzə qeyd olunan tarixdə keçirilmiş imtahanın nəticəsi ilə əlaqədar iddiaçının apellyasiya müraciəti daxil olmamış, yalnız 21 iyun 2023-cü il tarixində Mərkəzin rəsmi elektron poçtuna daxil olmuş elektron müraciətində iddiaçı 18 iyun 2023-cü il tarixində keçirilmiş imtahanında vətəndaşların müraciətlərinə baxılması müddətləri barədə test tapşırığının doğru cavabının yenidən araşdırılmasını və ona bu barədə resmi cavab göndərilməsini xahiş etmişdir. Sözügedən müraciət Mərkəzin 06 iyul 2023-cü il tarixli 9-3/2-Q-2545-42-508/2023 nömrəli məktubu ilə cavablandırılmış və iddiaçıya qeyd olunan test tapşırığının doğru cavabı qanunvericiliyə uyğun olaraq izah edilmişdir. Yuxarıda geyd edilənlərə əsasən İddiaçı məhkəmə qaydasında mübahisələndirdiyi test tapşırıqlarında heç bir elmi-metodiki qüsur olmadığını nəzərə alaraq iddianı əsassız hesab olunur. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası"nın 4.3-cü bəndinə əsasən namizəd test imtahanının nəticələri ilə razımadıqda, nəticələr portalda yerləşdirildiyi gündən 3 iş günü müddətində Mərkəz tərəfindən yaradilmış apellyasiya komissiyasına şikayət verə bilər. Şikayətə baxıldıqdan sonra nəticələrə dair gəbul edilmiş qərardan namizəd məhkəməyə şikayət verə bilər. Cavabdehin etiraz dəlillərindən göründüyü kimi keçirilmiş imtahanın nəticəsindən iddiaçı apellyasiya şikayəti verməmiş, Mərkəzin rəsmi elektron poçtuna 18 iyun 2023-cü il tarixində keçirilmiş imtahanda vətəndaşların müraciətlərinə baxılması müddətləri barədə test tapşırığının doğru cavabının yenidən araşdırılmasını və ona bu barədə rəsmi cavab göndərilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçı mövcud qanunvericiliyin müvafiq tələbinə riayyət etmədən birbaşa məhkəməyə müraciət etmişdir ki, bu hal iddianın mümkünlük şərtlərinə cavab verməməsi qənaətinə gəlməyə əsas verir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-ci və 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası X3rşı imtahan sualının cavabının dəyişdirilməsi barədə iddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-448/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-448/2024
21.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver