Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4491/2025 26.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı X3 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “ödənilməmiş əlillik pulunun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə ona 01 mart 2024-cü ildən xx.xx.2024-cü ilə kimi ödənilməmiş əlillik pulunun ödənilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Ekspert Komissiyası tərəfindən 25 fevral 2019-cu ildə keçirilmiş sonuncu müayinəyə dair rəyinə əsasən və həmin tarixdən etibarən "Hər iki ayaq barmaqların yanıqdan sonrakı deformasiyaedici, bükücü kontraktturası və sindektiliyası. Yeriş funksiyasının pozulması kəskin ağrı sindromu" diaqnozu ilə üçüncü dərəcə əlillik dərəcəsi təyin edilmişdir. Dövlət ona həmin xəstəliyə dair pensiyanı iki yaşından təyin etmişdir. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Ekspert Komissiyasının qiymətləndirilmə tarixi 29 mart 2024-cü ildə keçirilmiş sonuncu əsassız müayinə məlumatına əsasən əlilliyindən imtina edilmiş, səbəb-diaqnoz əlillik əlamətinin müəyyən edilməməsi göstərilmişdir. Dəfələrlə müraciət edəndən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli rəyi ilə (çap tarixi xx.xx.2025-ci il) yenidən üçüncü qrup əlilliyi bərpa edilmişdir. Onun əlilliyi uşaqlığından və axırıncı dəfə 25 fevral 2019-cu il təsdiq edilməsinə baxmayaraq 29 mart 2024-cü ilə kimi üçüncü qrup əlil kimi əlillik pulunu ayda 150 manat almışdır. Onun 29 mart 2024-cü ildən xx.xx.2024-cü ilə kimi ödənilməmiş əlillik pulu qalmışdır. Belə hesab edir ki, hüquqları pozulmuşdur. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Gəncə İnzibati Məhkəməsinin 26 yanvar 2026-cı il tarixli, 2-1(114)-4491/2025 nömrəli qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialından X2 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sosial ödənişlər" altsistemində olan məlumatlara əsasən ona xx.xx.2019-cu il tarixindən İİİ dərəcə (orqanizmin funksiyalarının 31-60 faiz pozulması) əlilliyə görə sosial müavinət təyin edilmiş və ödənişi xx.xx.2024-cü il tarixinədək davam etdirilmişdir. Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən təkrar müayinə nəticəsində xx.xx.2024-cü il tarixindən orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə əlilli müəyyən edilmiş və müvafiq olaraq həmin tarixdən əlilliyə görə sosial müavinətin ödənişi bərpa edilmişdir. Hazırda ödənişi 180 manat məbləğində olmaqla davam etdirilir. Qeyd olunanları nəzərə alaraq əlilliyin müddətinin bitdiyi xx.xx.2024-cü il tarixindən təkrar əlilliyin müəyyən edildiyi xx.xx.2024-cü il tarixinədək 6 aydan çox müddət keçdiyi üçün ona ərizədə qeyd edilən dövr üzrə sosial müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövr üzrə əlilliyin olması barədə məlumat Nazirliyin elektron informasiya ehtiyatlarına daxil edildikdən sonra təkrar müraciəti əsasında həmin dövr üzrə onun əlilliyə görə sosial müavinət hüququna yenidən baxılacaqdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialından iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, iddiaçının müraciətinin təmin edilməsindən imtina məktubunda qeyd edilən əsaslar göstərilməklə, iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək, iddianın təmin olunmamasını xahiş etdi. İş materiallarından görünür ki X2 xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək 5 il müddətində İİİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2024-cü il tarixli qiymətləndirmədə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 1 il müddətində orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə əlillik təyin edilmişdir. Əsaslandırma hissəsi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddia mümkün olduğundan iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materialları ilə əlaqəli araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçı hazırkı iddia tələbi ilə 01 mart 2024-cü ildən tarixdən xx.xx.2024-cü il tarixə kimi əlilliyə görə ona ödənilməli olan müavinətin ödənilməsini xahiş edir. Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə görə, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. 41-ci maddəsinə əsasən, əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. İş materialları ilə müəyyən olunur ki, X2 xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək 5 il müddətində İİİ dərəcəli əlillik təyin edilmişdir. Daha sonra növbəti qiymətləndirmə zamanı, xx.xx.2024-cü il müayinə tarixində diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlilliyin təyin edilməsindən imtina edilmişdir. İddiaçıya xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 1 il müddətində orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə təkrar əlillik təyin edilmişdir. Yuxarıda qeyd olunan qanunvericilik normalarından müəyyən olunur ki, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. Göründüyü kimi iddiaçının 01 mart 2024-cü ildən tarixdən xx.xx.2024-cü il tarixə kimi, yəni 6 aydan çox müddətdə əliliyi müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı həmin dövr üzrə əlilliyə görə müavinətin ödənilməsini tələb etməkdə haqlı deyil. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia təmin edilməməlidir. Nəticəvi hissə Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2.3, 34.1,68.1, 68.2 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “ödənilməmiş əlillik pulunun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-4491/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4491/2025
26.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver