Məhkəmə qərarları › İş №2-1(114)-4498/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4498/2024

27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4498/2024 27.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi ilə, iddiaçı X5 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı X4 Cavabdehnə qarşı akt qeydinin ləğvi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: X5 xx.xx.1981-ci il tarixində anadan olmuş və bu barədə 28 yanvar 1991-ci il tarixində 73 nömrəli Doğum haqqında akt qeydi tərtib edilmişdir. İX-ЖГ 297055 nömrəli xx.xx.1983-cü il tarixli doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı İskəndər oğlu xx.xx.1981-ci ildə anadan olmuşdur, ata qrafasında X8, ana qrafasında isə X14 qeyd edilmişdir. xx.xx.1980-ci il tarixli, 4823 nömrəli doğum akt qeydinə əsasən X9 19 noyabr 1980-ci il tarixində anadan olmuşdur, ata qrafasında X8, ana qrafasında isə X14 qeyd edilmişdir. AZE №******** seriya nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1981-ci il tarixində anadan olmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixli arayışına əsasən X7 xx.xx.1980-ci ildə Gəncə şəhərində anadan olmuşdur, bu barədə xx.xx.1980-ci il tarixdə Cavabdehndə 4823 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X3, anası isə X11r. X4 Cavabdehnə müraciətinə sonuncu tərəfindən imtina cavabı verilərək xx.xx.2024cü il tarixli, 3-16-5/8-15-801 nömrəli məktubu ilə bildirilmişdir ki, 01.12 1980-ci ildə Cavabdehndə X7 barəsində 4823 saylı doğum haqqında akt qeydi, xx.xx.1981-ci ildə isə Bəpdə rayon qeydiyyat şöbəsində İddiaçı barəsində 73 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163-cü maddəsinə əsasən «Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmə qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir». X7 barəsində Cavabdehndə tərtib olunmuş 4823 saylı doğum haqqında akt qeydi ilkin tərtib olunmuş (bərpa və ya təkrar tərtib edilməmişdir), daha sonra isə X5 barəsində Bərdə rayon qeydiyyat şöbəsində xx.xx.1981-ci il tarixdə 73 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Həmçinin doğum haqqında akt qeydinin uşaq qrafasında olan adı, eyni zamanda doğum tarixi də fərqlidir. Bu səbəbdən də ərizənizin təmin edilməsi Cavabdeh tərəfindən mümkün olmamışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X7 barəsində xx.xx.1980-ci il tarixdə Cavabdehndə tərtib olunmuş 4823 saylı doğum haqqında akt qeydinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1981-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. X12 vəfatından sonra ondan miras qalmış əmlakı qəbul etmək üçün notariat ofisinə müraciət etmiş, ondan ailə tərkibi haqqında arayış istənilmişdir.Ailə tərkibi haqqında arayışı aldıqdan sonra ona məlum olmuşdur ki, X7 barəsində Cavabdehdə 4823 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. Cavabdehnə daxil olmuş xx.xx.1980-ci il təvəllüdlü X7 barəsində tərtib olunmuş akt ona məxsusdur, lakin barəsində Bərdə rayon qeydiyyat şöbəsindədə doğum haqqında akt qeydi olduğu üçün Cavabdehndə olan akt qeydinin ləğvi üçün cavabdeh orqana müraciət etmiş,lakin imitna cavabı almışdır. İddiaçı və cavabdehin nümayəndəsi X2 məhkəmə iclasına gəlmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir və bildirmişdir ki, onun barəsində iki doğum akt qeydi var. Birinci doğum akt qeydində adı həqiqətən Muraz olmuşdur sonradan atası Bərdə rayonunda yeni doğum akt qeydi açdıraraq bacısı Xəyalənin adına uyğun olaraq Xəyyam yazdırmışdır. Hal-hazırda adına iki doğum akt qeydinin olması ona sənəd işlərində müəyyən problemlər yaradır. Odur ki, iddia tələbinin təmin olunaraq X7 barəsində xx.xx.1980-ci il tarixdə Cavabdehndə tərtib olunmuş 4823 saylı doğum haqqında akt qeydinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qarşı etiraz edərək təmin olunmamasını xahiş etmişdir. İş materiallarına iddiaçılara məxsus şəxsiyyət vəsiqəsinin surəti, İX-ЖГ 297055 nömrəli xx.xx.1983-cü il tarixli doğum haqqında şəhadətnamənin surəti, 28 yanvar 1991-ci il tarixində 73 nömrəli Doğum haqqında akt qeydinin surəti, xx.xx.1980-ci il tarixli, 4823 nömrəli doğum akt qeydinin surəti, cavabdehin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-801 nömrəli məktubu əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. İddiaçının tələbi X7 barəsində xx.xx.1980-ci il tarixdə Cavabdehndə tərtib olunmuş 4823 saylı doğum haqqında akt qeydinin ləğv edilməsindən ibarətdir ki, cavabdeh orqan X7 barəsində Cavabdehndə tərtib olunmuş 4823 saylı doğum haqqında akt qeydi ilkin tərtib olunmuş (bərpa və ya təkrar tərtib edilməmişdir), daha sonra isə X5 barəsində Bərdə rayon qeydiyyat şöbəsində xx.xx.1981-ci il tarixdə 73 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Həmçinin doğum haqqında akt qeydinin uşaq qrafasında olan adı, eyni zamanda doğum tarixi də fərqli olması səbəbi ilə imtina cavabı vermişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların: -1-ci və 2-ci bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. -10-cu bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Bərpa və ya təkrar tərtib edilmiş qeyd, həmçinin ilk qeydi aşkara çıxarmış qeydiyyat şöbələrinin və konsulluq idarələrinin təşəbbüsü ilə ləğv oluna bilər. Beləliklə müəyyən olunur ki, iddiaçı xx.xx.1980-ci il tarixdə Cavabdehndə tərtib olunmuş 4823 saylı doğum haqqında akt qeydinin ləğv edilməsini tələb etsə də, iddiaçının ləğv olunmasını tələb etdiyi akt qeydi onun barəsində tərtib olunmuş ilkin akt qeydidir. Bu səbəbdən də məhkəmə hesab edir ki, xx.xx.1980-ci il tarixdə Cavabdehndə tərtib olunmuş 4823 saylı doğum haqqında akt qeydinin ləğv edilməsi üçün kifayət qədər əsas yoxdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar