Məhkəmə qərarları › İş №2-1(114)-45/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-45/2020

22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-45/2020 22.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı X1rşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək,11 saylı X2 xx.xx.2019-cu il tarixli, **********182908 nömrəli qərarının ləğv edilməsi, maliyyə sanksiyalarının icrasına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 11 saylı X3 xx.xx.2018-ci il tarixli, **********153843 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarı ilə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrü əhatə etməklə növbəti səyyar vergi yoxlaması təyin etmiş, həmin yoxlama xx.xx.2018-ci il tarixdə başa çatdırılmışdır. Hesab edir ki, 11 saylı X4 barəsində tətbiq etdikləri maliyyə sanksiyaları qanunsuzdur, əsassızdır. Belə ki, Azərbyacan Respublikası Vergilər Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda 90 günə qədər artırıla bilər. Nəticələr üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər, cəmi 120 gün. Göründüyü kimi yoxlama iddiaçının sahibkarlıq obyektimdə 186 gün davam etmişdir. Yekun qərar isə xx.xx.2019-cu il tarixdə qəbul edilmişdir. Bu da əlavə 140 gün edir. Deməli yoxlama 326 gün davam etmişdir. Vergi Məcəlləsinin 49.1-ci maddəsində qeyd edilir ki, səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanın rəhbəri (rəhbərin müavini) 10 gün müddətində qərar çıxarmalıdır. Ancaq qərar 140 gündən sonra çıxarılmışdır. Həmçinin Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50%-i miqdarında maliyyə sanksiyası tətbiq edilir, cavabdeh isə qanunun bu tələbinə əməl etməmişdir. Belə ki, iddiaçı hesabatda 2323,81 manat ƏDV göstərmiş, vergi orqanı isə müəyyən edib ki, bu rəqəm 2788,10 manat olmalıdır və 50% sanksiyanı 2788,10 manata tətbiq edib və iddiaçıya 1394,05 manat maliyyə sanksiyası hesablayıb. Halbuki sanksiya fərqdən hesablanmalıdır. Yəni fərq 464.29 manatdır ki, onun 50 %-i 232,15 manat edir. 2006-cı il ərzində iddiaçı tərəfindən 1496,99 manat balans mənfəəti göstərilmiş və büdcəyə 299,40 manat vergi ödənilmişdir. Ancaq vergi yoxlaması 2016-cı ildə 6316 manat müəyyən etmişdir. Ona 50 % maliyyə sanksiyası tətbiq edərək iddiaçıdan 3158 manat maliyyə sanksiyasını və 6316 manat mənfəəti, cəmi 9474 manat tələb edir. Vergi orqanı Vergi Məcəlləsinin 58.1-ci maddəsini əsas götürür, amma həmin maddəyə əsasən gizlədilən hissədən 50% miqdarında maliyyə sanksiyası tətbiq edilməlidir. Yəni 4819,01x50%-2409,50 manat tələb edilməlidir. 2017-ci il üçün iddiaçı tərəfindən verilmiş hesabatda mənfəəti 2240,30 manat olduğu halda, vergi orqanı mənfəətin guya 7667,61 manat olduğunu aşkar edərək 50% maliyyə sanksiyası tətbiq etmiş, 3833,81 manat müəyyən etmiş, cəmi 11501,42 manat tələb edir. Əslində 7667,61 - 2240,30 = 5427,31-dir. 5427,31x50% = 2713,65 manat edir. Deməli 2017-ci il üçün büdcəyə 11501,42 manat deyil, 2713,65 manat əlavə ödənilməlidir. Ümumiyyətlə vergi orqanı 2016-cı və 2017-ci illər üzrə iddiaçının hesabatda göstərdiyi mənfəətin səhv olduğunu sübut edən heç bir fakt göstərmir, vergi orqanı tərəfindən həmin illər üzrə mənfəətin artırılmasını əsaslandırmayıb. Vergi orqanı VM-nin 58.7-1-ci maddəsini tətbiq edərək ona 7063,70 manat məbləğində maliyyə sanksiyası tətbiq edib. Ancaq vergi orqanı aydınlaşdırmır ki, hansı ilin, hansı aylarında nəqdsiz hesablaşmalar haqqında qanunun tələbləri pozulmuşdur. Həmin qanuna görə il ərzində 1-ci dəfə 10 %, 2ci dəfə 20 %, sonrakı dəfələrdə isə 40 % maliyə sanksiyası tətbiq edilməlidir. Ancaq iddiaçıya təqdim edilən xx.xx.2018-ci il tarixli **********155832 saylı aktda və xx.xx.2019-cu il tarixli **********182908 saylı qərarda bu məsələ aydınlaşdırılmamışdır. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İddiaçı və vəkili X9 iddianı müdafiə etmişlər. Cavabdeh iddia ərizəsinə etirazında qeyd etmişdir ki, fərdi sahibkar İddiaçı səyyar vergi yoxlaması xx.xx.2018-ci il tarixdə başlanılmış, xx.xx.2019-cu il tarixdə başa çatdırılaraq yoxlamanın nəticəsi xx.xx.2019-cu il tarixli **********155832 nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmişdir. Belə ki, Vergi Məcəlləsinin 23-cü, 36-cı və 38ci maddələrini əsas tutaraq 11 saylı X2 xx xxxx 2018-ci il tarixli **********153848 qərarı ilə 30 gün müddətinə növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Daha sonra Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbinə uyğun olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti yuxarı vergi orqanının qərarına əsasən xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxxx 2018-ci il tarixədək artırılmışdır. Yoxlamanın nəticələri üzrə tərtib edilmiş xx.xx.2018-ci il tarixli **********155832 nömrəli səyyar vergi yoxlaması aktını vergi ödəyicisi imzalamaqdan imtina etmiş və həmin akt xx.xx.2018-ci il tarixdə poçt vasitəsi ilə vergi ödəyicisinə göndərilmişdir. Göründüyü kimi səyyar vergi yoxlaması materiallarına baxılmasının nəticələri üzrə yuxarı vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 49.1.3-cü maddəsinə uyğun olaraq əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında xx.xx.2018-ci il tarixli **********168803 nömrəli və xx.xx.2019-cu il tarixli **********176040 nömrəli qərarlar qəbul edilmiş və nəticəsi xx.xx.2019-cu il tarixli **********155832 nömrəli aktla rəsmiləşdirilmişdir. Həmin aktı vergi ödəyicisi heç bir əsaslı səbəb gətirmədən imzalamaqdan imtina etmiş və yazılmış aktla tanış olmaq üçün bir nüsxəsini imza edərək xx.xx.2019-cu ildə qəbul etmişdir. Səyyar vergi yoxlaması aktına vergi ödəyicisinin iştirakı ilə baxılaraq “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********182908 nömrəli qərar qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli akt həmin tarixdə vergi ödəyicisinə təqdim olunmuş, aktı imzalamaqdan imtina etdiyinə görə öz etirazını və dəlillərini təqdim etməsi üçün 30 gün müddət gözlənilmiş və bundan sonra 10 gün ərzində qərar qəbul edilmişdir. Yuxarıda göstərilənlərdən göründüyü kimi qərar iddia ərizəsində göstərildiyi kimi 140 gün deyil, 10 gün ərzində qəbul edilmişdir. Vergi ödəyicisi hesab edir ki, yoxlanılan dövrdə əlavə dəyər vergisinin 2788,10 azaldılmasına görə həmin məbləğin 50%-i miqdarında, yəni 1394,05 manat maliyyə sanksiyasının hesablanması düzgün deyil. Bununla bağlı bildirilir ki, iddiaçının bu əsaslandırması Vergi Məcəlləsinə uyğun deyil. Belə ki, yoxlama zamanı müəyyən edilmişdir ki, büdcəyə ödənilməli olan ƏDV məbləği 2017-ci ilin may ayında 464,30 manat, iyun ayında 2323,80 manat azaldılmış, iyul ayında isə 2323,81 manat artıq hesablanmışdır. Ona görə də azaldılmış (464,30+2323,80- 2323,81)=464,29 manat ƏDV məbləği hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə uyğun olaraq ƏDV-nin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 2017-ci ilin may ayının hesabatında 464,30 manat, 2017-ci ilin iyun ayının hesabatında 2323,80 manat azaldılması aşkar olunduğu üçün həmin məbləğlərin 50%-i, yəni 1394,05 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Odur ki, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 178-ci maddəsinin tələbinə uyğun olaraq 2017-ci ilin may, iyun və iyul aylarına ayrıca hesabat dövrü kimi baxılaraq may və iyun aylarında büdcəyə ödənilməkdən yayındırılmış ümumilikdə 2788,10 manat ƏDV məbləğinin 50%-ini təşkil edən 1394,05 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən 2016-cı ilin gəlir vergisi üzrə büdcəyə ödənilməli vergi məbləği 6316 manat, 2017-ci ilin gəlir vergisi üzrə büdcəyə ödənilməli vergi məbləği 7667,61 manat olmaqla ümumilikdə büdcəyə ödənilməli olan gəlir vergisi məbləği yoxlanılan dövr ərzində (6316+7667,61 )=13983,61 manat azaldılmışdır. Səyyar vergi yoxlaması ilə müəyyən olunmuşdur ki, sahibkar gəlirinin uçotunu aparmamışdır. Odur ki, vergi ödəyicisinin yoxlanılan dövrdə gəlirini (mənfəətini) birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Vergi Məcəlləsinin 61.1 -ci, 67.14-cü və 83.9-cu maddələrinin təlblərinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli Qərarına əsasən rentabellik səviyyəsi 20% götürülərək xərcə görə hesablanmışdır. Yoxlama ilə əhatə olunan 2016 və 2017-ci illər üzrə gəlir vergisinə tətbiq edilmiş maliyyə sanksiyaları vergi ödəyicisi tərəfində təqdim edilmiş gəlir vergisi bəyənnamələrində göstərilmiş vergi məbləğləri nəzərə alınmaqla hesablanmışdır. 2016-cı ildə yoxlama ilə müəyyən olunmuş 33077.00 manat balans mənfəətindən 6615.40 manat gəlir vergisi hesablanmışdır. Lakin maliyyə sanksiyası sahibkarın vergi orqanına təqdim etdiyi bəyənnamədə göstərdiyi 299.40 manat gəlir vergisi məbləği nəzərə alınmaqla 6316.00(615.40 - 299.40= 6316.00) manata tətbiq olunmuşdur. Eyni ilə 2017-ci il üzrə yoxlama ilə müəyyən olunmuş 40578.34 manat balans mənfəətinə 8115.67 manat gəlir vergisi hesablanmışdır. Lakin maliyyə sanksiyası vergi ödəyicisinin bəyənnamədə göstərdiyi 448.06 manat gəlir vergisi nəzərə alınmaqla 7667.61 manata tətbiq olunmuşdur. Aktda Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən maliyyə sanksiyası tətbiq edilərkən, Qanunun qüvvəyə mindiyi tarixdən sonrakı tarixə 2017-ci ilin iyun ayından yoxlama ilə əhatə olunan dövrün son ayınadək olmaqla, cəmi 22614.72 manat nəğd verilmiş əmək haqqına 7063.70 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunanlara əsasən iddia əsassız olduğundan iddia tələbi rədd edilməlidir. Cavabdehin nümayəndəsi X11 iddianı qəbul etməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -xx.xx.2018-ci il tarixli, **********153848 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərardan görünür ki, İddiaçı tərəfindən Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə noyabr 2016-aprel 2018-ci il vergi dövrü üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. -xx.xx.2018-ci il tarixli **********168803 nömrəli “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərardan görünür ki, İddiaçı barəsində əlavə yoxlama tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. -xx.xx.2018-ci il tarixli, **********155832 nömrəli “Səyyar vergi yoxlaması” Aktından görünür ki, İddiaçı səyyar vergi yoxlaması xx.xx.2018-ci il tarixdə başlanılmış və xx.xx.2018-ci il tarixdə başa çatdırılmışdır. -xx.xx.2019-cu il tarixli **********176040 nömrəli “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərardan görünür ki, İddiaçı barəsində əlavə yoxlama tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. -xx.xx.2019-cu il tarixli **********155832 nömrəli “Səyyar vergi yoxlaması” Aktından görünür ki, İddiaçı səyyar vergi yoxlaması xx.xx.2018-ci il tarixdə başlanılmış və xx.xx.2019-cu il tarixdə başa çatdırılmışdır. -11 saylı X2 “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********182908 nömrəli qərarının surətindən görünür ki, İddiaçı vergi orqanı tərəfindən 1394.05 manat ƏDV, 3158.xx xxxxx 2016-cı il üzrə və 3833.xx xxxxx 2017-ci il üzrə gəlir vergisi və Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 7063.70 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə verilmiş xx.xx.2020-ci il tarixli, 22049 nömrəli ekspert rəyindən görünür ki, fiziki şəxs İddiaçı tərəfindən ƏDV üzrə 464,29 manat, gəlir vergisi (2016-cı il) üzrə 6316,0 manat və gəlir vergisi (2017-ci il) üzrə 7667,61 manat olmaqla, ümumilikdə 14.447,9 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən mənfəət vergisinin 13.983,61 manat azaldılmasına görə 50%-i miqdarında 6991,81 manat maliyyə sanksiyası, ƏDV-nin 2788,1 manat azaldılmasına görə 50%-i miqdarında 1394,05 manat maliyyə sanksiyası hesablanmışdır. Həmçinin iş materiallarında olan işçilərin əmək haqqı cədvəli məlumatlarına əsasən 2017-ci ilin iyun ayından 2018-ci ilin may ayınadək olan dövrdə işçilərə ümumilikdə 22.614,72 manat nağd qaydada əmək haqqı verildiyi müəyyən edilmiş, Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinin tələblərinə əsasən 7063,7 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. X6 Məcəllənin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə və tədqiq edilmiş digər sübutlarla müəyyən edilmişdir ki, 11 saylı X7 tərəfindən İddiaçı fəaliyyəti üzrə xx.xx.2016cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə vergi qanunvericiliyinə əməl olunmasının vəziyyəti yoxlanılmış və nəticələri xx.xx.2019-cu il tarixli **********155832 nömrəli “Səyyar vergi yoxlaması” aktı ilə rəsmiləşdirilmişdir. Aparılan səyyar vergi yoxlaması ilə yoxlamanın əhatə etdiyi dövrdə dövlət büdcəsinə ödənilməli olan gəlir vergisinin ümumilikdə 13.983,61 manat, əlavə dəyər vergisinin 464,3 manat, ümumilikdə 14.447,9 manat məbləğində az hesablanması müəyyən edilmişdir. Bundan sonra vergi orqanı tərəfindən səyyar vergi yoxlaması aktına baxılaraq “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********182908 nömrəli qərar qəbul edilmişdir. İş materiallarından görünür ki, iddiaçının qeyd etdiyi kimi vergi orqanı tərəfindən yoxlama keçirilərkən Vergi Məcəlləsinin 38-ci və 49-cu maddələrinin tələbləri pozulmuş, yəni yoxlama ümumilikdə 268 gün ərzində aparılmış, yekun qərar isə 40 gün ərzində qəbul edilmişdir. Yaranmış vəziyyətlə bağlı qeyd olunur ki, vergi orqanı tərəfindən yol verilmiş pozuntu faktları sonuncu tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsinə əsas versə də, həm yoxlama materialları, həm də ekspert rəyi vergi ödəyicisinin vergidən yayınma faktını ortaya qoyduğundan sözügedən qərarın ləğvi həmin hüquqi nəticəni aradan qaldırmağa nail olmayacaq. Başqa sözlə vergi orqanı yoxlamanın aparılması müddətini pozmasına görə orqanın qərarının ləğvi vergi ödəyicisinin vergidən yayınma faktının mövcudluğunu aradan qaldırmır və bu faktın mövcud olması iş materialları ilə tam sübuta yetirilir. Bundan başqa iş materiallarından görünür ki, vergi orqanı tərəfindən tətbiq edilmiş maliyyə sanksiyasının icrası ilə bağlı cavabdeh orqan tərəfindən hər hansı icra hərəkətləri yerinə yetirilmədiyindən tələbin “maliyyə sanksiyalarının icrasına xitam verilməsi” hissəsi də özü-özlüyündə əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 1-ci bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qeyd olunan Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar