Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-45/2025 07.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydə alınması tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli çıxarışla mülkiyyətində olan Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinə faktiki istifadə vəziyyəti üzrə koordinatlarla Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə dair X8 adına JN-358A Kod 50806088 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənilmiş və sonuncu həmin torpaq sahəsini xx.xx.2010-cu il tarixdə AN-İ№0204250 daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında X1.
2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2010-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli **********15 reyestr nömrəli çıxarışa əsasən Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi üzərində X10 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və həmin torpaq sahəsinə dair xx.xx.2010-cu il tarixdə AA006615 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunmuşdur.
3. X16 mülkiyyətində olan həmin torpaq sahəsini daşınmaz əmlakın xx.xx.2022-ci il tarixli AN-İ ******* nömrəli alğı-satqı müqaviləsi əsasında İddiaçı satmış və sonuncunun həmin torpaq sahəsinə dair mülkiyyət hüququ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli **********15 reyestr nömrəli çıxarış əsasında qeydə alınmışdır.
4. İddiaçı sözügedən torpaq sahəsinə dair Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş və sonuncunun xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-701/2023 saylı imtina məktubunda aparılan araşdırma zamanı faktiki torpaq sahəsinin ölçüləri ilə sənəd üzrə ölçüləri arasında uyğunsuzluğun olduğu bildirilərək, ərizəsinin icrasından imtina edilmişdir.
5. İddiaçının eyni məzmunlu təkrar müraciətinə 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-M-0068/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Ərazi İdarəsinin elektron baza məlumatlarında ona məxsus olan torpaq sahəsinin koordinatları başqa şəxsə məxsus torpaq sahəsi koordinatları ilə üst-üstə düşdüyü üçün ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Sözügedən ərazidə kompleks sürüşmə halı mövcuddur. Qonşu torpaq sahələrinin mülkiyyətçilərinin iştirakı ilə birlikdə akt-sxem tərtib etdikdən sonra onun ərizəsinin icrası mümkün olacaqdır.
6. Məhkəmə qərardadı ilə əldə edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki: 1) xx.xx.2023-cü il qeydiyyat tarixli, **********15 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin, planı və ölçüsü sənədi mövcud olmadığından həmin torpaq sahəsinin naturada ölçülməsi, sərhədləri və koordinatlarının naturada müəyyən edilməsi mümkün deyildir. 2) İddiaçının naturada təqdim etdiyi 0.06 ha (600.0 kv.m) torpaq sahəsinin 129.0 kv.m hissəsi, xx.xx.2010-cu il tarixdə tərtib edilmiş AA006615 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən sahə ilə üst-üstə düşür (Bax plan 1). xx.xx.2010-cu il tarixdə tərtib edilmiş AA006615 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinin 332.0 kv.m və 35.0 kv.m hissələri ayrı-ayrılıqda digər qonşu torpaq istifadəçisinin faktiki istifadə sahələri ilə üst-üstə düşür (Bax plan 2). 3) İddiaçının naturada təqdim etdiyi 0.06 ha (600.0 kv.m) torpaq sahəsinin, xx.xx.2010 cu il tarixdə tərtib edilmiş AA006615 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi ilə, üst-üstə düşən 129.0 kv.m hissəsindən əlavə, yerdə qalan hissəsinin digər subyektin mülkiyyət hüququnu təsdiq edən sənədlə üst-üstə düşmə halı aşkarlanmadı. Əlavə olaraq qeyd edək ki, xx.xx.2010-cu il tarixdə tərtib edilmiş AA006615 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 600.0 kv.m torpaq sahəsinin 286.0 kv.m hissəsi, **********20 reyestr nömrəli Çıxarışa əsasən X13 mülkiyyətində olan torpaq sahəsinin 082610 nömrəli plan və ölçü sənədində göstərilən sahə ilə üst-üstə düşür (Bax plan 3).
7. Məhkəmə qərardadı ilə əldə edilmiş əlavə mütəxəssis rəyində göstərilmişdir ki: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********15 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin məkan götəricilərinə dair plan və ölçü sənədi mövcud olmadığından, həmin torpaq sahəsinin naturada yerləşmə vəziyyətini, **********15 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışın verilməsinə əsas olan ilkin sənədlər və elektron kadastr bazası məlumatlarına istinadən müəyyən edildi. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********15 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsini, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X3 almışdır. Belə ki, xx.xx.2010-cu il tarixli AA-006615 nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahəsi, həmin sözügedən 0.06 ha torpaq sahəsidir. xx.xx.2010-cu il tarixli AA-006615 nömrəli plan və ölçü sənədində göstərilən 600.0 kv.m torpaq sahəsinin naturada yerləşmə vəziyyəti ilə, Torpağın mülkiyyətə verilməsinə dair JN-358A (kod-********) nömrəli şəhadətnamədə göstərilən 600.0 kv.m torpaq sahəsinin naturada yerləşmə vəziyyəti arasında uyğunsuzluq halı mövcuddur. X14 JN-358A (kod-********) nömrəli şəhadətnaməyə əsasən mülkiyyətində olan 0.06 ha (600.0 kv.m) torpaq sahəsini, xx.xx.2010-cu il tarixli ******* nömrəli alqı-satqı müqaviləsi əsasında X1. Həmin 600.0 kv.m torpaq sahəsinə dair X10 adının tərtib olunmuş xx.xx.2010-cu il tarixli AA-006615 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlarla, ərazinin kompleks yerquruluşu layihəsində əks olunmuş JN-358 A nömrəli torpaq sahəsinin naturada yerləşmə vəziyyətinin koordinatları arasında uyğunsuzluq halı mövcuddur. Belə ki, X10 adına tərtib olunmuş xx.xx.2010-cu il tarixli AA-006615 nömrəli plan və ölçü sənədində göstərilən 600.0 kv.m torpaq sahəsi, JN-358A (kod-********) nömrəli şəhadətnamədə göstərilən 600.0 kv.m torpaq sahəsi ilə, ərazinin kompleks yerquruluşu layihəsinin naturada yerləşmə vəziyyətinə istinadən 161.0 kv.m sahədə üstüstə düşür. Qeyd edilir ki, AA-006615 nömrəli plan və ölçü sənədində və ərazinin kompleks yerquruluşu layihəsində əks olunmuş JN-358A nömrəli torpaq sahəsi, torpaqların elektron kadastr uçotu informasiya sistemində, bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid sahə olaraq göstərilmişdir.
8. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh orqanın xx.xx.2025-ci il tarixli 3- 21-3-33/2-1401/2025 nömrəli məktubla verilmiş mütəxəssis rəyinə əlavədə göstərilmişdir ki, İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 600.0 kv.m torpaq sahəsi üzərində hər hansı şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. II. Məhkəmədə icraat
9. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək ona məxsus Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən (0.06 ha) torpaq sahəsinə Torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsi və X6 məxsus torpaq sahəsinin dövlət qeydiyyatının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar çıxarılmasını xahiş etmişdir.
10. Tələb onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Dövlət ƏmlakMəsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən torpaq sahəsinə reyestr nömrəsi **********15 olan ******* nömrəli çıxarış və AA006615 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” hüquq sahibi X12 hazırlanıb verilmişdir. xx.xx.2022-ci il tarixində X5 rayonu, Qızılqaya qəsəbəsində yerləşən (0.06 ha) torpaq sahəsini Daşınmaz Əmlakın AN-İ№1065140 nömrəli alqı-satqı müqaviləsi əsasında İddiaçı 20000 manat qiymətinə satmışdır. xx.xx.2022-ci il tarixində İddiaçı AZ ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə daşınmaz əmlak üzərində hüquqların təkrar dövlət qeydiyyatı haqqında müraciət etmişdir. Həmin ərizəsi qəbul olmuş və xx.xx.2023-cü il tarixində **********15 nömrəli çıxarış verilmişdir. “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanması isə faktiki torpaq sahəsinin ölçüləri ilə sənəd üzrə ölçüləri arasında uyğunsuzluğun olduğu üçün sənədin icrasından imtina olunmuşdur. Bununla bağlı xx.xx.2023-cü il tarixində DƏDKR publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə İddiaçı məxsus Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən (0.06 ha) torpaq sahəsinə faktiki ölçüləri ilə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanıb verilməsinə köməklik göstərməsi üçün məktubla müraciət etmişdir. xx.xx.2023-cü il tarixində 3 saylı Gəncə Ərazi İdarəsində növbətçi ilə görüşmüşdür. Ona bildirilmişdir ki, “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanıb verilməsi o halda mümkün olar ki, ona məxsus torpaq sahəsinə kadastr ölçülərlə düşən qonşu X11 yaxınlaşıb onunla birlikdə torpaq sahəsinin faktiki ölçülərlə aktlaşdırıb verilməlidir. Əgər, gələ bilmirsə məhkəmə X6 məxsus torpaq sahəsinin dövlət qeydiyyatı ləğv edilməlidir.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır.
12. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli çıxarışla mülkiyyətində olan Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinə faktiki istifadə vəziyyəti üzrə koordinatlarla Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
14. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
15. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
16. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
17. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
19. Məhkəmənin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərardadları ilə X11 və X17 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, xx.xx.2025-ci il tarixli qərardadla həmin şəxslərin üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştiraklarına xitam verilmişdir.
20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
21. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
22. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtina göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 3-cü bəndi).
23. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
24. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, torpaq sahəsini satın aldığı vaxtdan bugünədək hazırkı sahə və konfiqurasiya üzrə istifadə edir. Torpaq sahəsini əvvəlki mülkiyyətçi, yəni Elman Məmmədov hasarlı vəziyyətdə ona satmışdır. Qonşu torpaq sahələri ilə naturada heç bir mübahisələri yoxdur, hərə özünə məxsus torpaq sahəsindən mübahisəsiz istifadə edir. Ona alğı-satqı qaydasında mülkiyyətinə aldığı 0.06 ha torpaq sahəsinə çıxarış verilsə də, plan-ölçü sənədi verilmir. Əgər üst-üstə halı yaxud hər hansı uyğunsuzluq halı var idisə, o zaman çıxarış da verilməməli idi. O, mülkiyyətində olan 0.06 ha torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmək istəyir, lakin torpaq sahəsinin sərhədləri və koordinatlarına dair sənəd ala bilmir.
25. Cavabdeh orqanın nümayəndəsi X7 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, orqanın iddiaçının müraciətini ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlilə istinadla iddianın rədd olunmasını xahiş etmişdir.
26. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, iddiaçı 0.06 ha torpaq sahəsinin alğı-satqı qaydasında əldə etdiyi üçün ona hüququnun qeydiyyatına dair çıxarış verilmişdir. Yəni, həmin qeydiyyat hüquqların təkrar qeydiyyatı olduğuna və təkrar qeydiyyat zamanı çıxarış verilməsindən imtina olunmadığına görə iddiaçıya çıxarış verilməsi təmin olunmuşdur. Lakin torpaq sahəsinin sənəd üzrə koordinatları ilə faktiki istifadə koordinatları arasında uyğunsuzluq halı mövcud olduğundan plan və ölçü sənədi verilməsi mümkün olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
27. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2010-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli **********15 reyestr nömrəli çıxarış; - Daşınmaz əmlakın xx.xx.2022-ci il tarixli AN-İ ******* nömrəli alğı-satqı müqaviləsi; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli **********15 reyestr nömrəli çıxarış; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-701/2023 saylı imtina məktubu; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-M- 0068/2023 nömrəli cavab məktubu; - Mütəxəssis və əlavə mütəxəssis rəyləri; - Mütəxəssis rəyinə əlavə.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
28. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
29. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə dair X8 adına JN-358A Kod 50806088 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənilmiş və sonuncu həmin torpaq sahəsini xx.xx.2010-cu il tarixdə AN-İ№0204250 daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında X1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2010-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli **********15 reyestr nömrəli çıxarışa əsasən Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi üzərində X10 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və həmin torpaq sahəsinə dair xx.xx.2010-cu il tarixdə AA006615 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunmuşdur. X16 mülkiyyətində olan həmin torpaq sahəsini daşınmaz əmlakın xx.xx.2022-ci il tarixli AN-İ ******* nömrəli alğı-satqı müqaviləsi əsasında İddiaçı satmış və sonuncunun həmin torpaq sahəsinə dair mülkiyyət hüququ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli **********15 reyestr nömrəli çıxarış əsasında qeydə alınmışdır. İddiaçı sözügedən torpaq sahəsinə dair Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş və sonuncunun xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-701/2023 saylı imtina məktubunda aparılan araşdırma zamanı faktiki torpaq sahəsinin ölçüləri ilə sənəd üzrə ölçüləri arasında uyğunsuzluğun olduğu bildirilərək, ərizəsinin icrasından imtina edilmişdir. İddiaçının təkrar müraciəti zamanı isə xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-M- 0068/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Ərazi İdarəsinin elektron baza məlumatlarında ona məxsus olan torpaq sahəsinin koordinatları başqa şəxsə məxsus torpaq sahəsi koordinatları ilə üst-üstə düşdüyü üçün ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Sözügedən ərazidə kompleks sürüşmə halı mövcuddur. Qonşu torpaq sahələrinin mülkiyyətçilərinin iştirakı ilə birlikdə akt-sxem tərtib etdikdən sonra onun ərizəsinin icrası mümkün olacaqdır.
30. Cavabdeh orqanın iddiaya qarşı dəlili ondan ibarət olmuşdur ki, faktiki torpaq sahəsinin ölçüləri ilə sənəd üzrə ölçüləri arasında uyğunsuzluq mövcuddur.
31. Məhkəmə cavabdehin orqanın həmin dəlilini və o dəlilə istinadla iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayır.
32. Belə ki, əvvəla, cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli **********15 reyestr nömrəli çıxarışa əsasən, Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alındığından və həmin qeydiyyatın qanuniliyi və mötəbərliyini istisna edən hansısa hal müəyyən edilmədiyindən, eyni zamanda həmin qeydin həqiqiliyi mübahisələndirilmədiyindən sözügedən torpaq sahəsinə dair torpaq sahəsinin planının və ölçüsünün tərtib edilərək iddiaçıya təqdim edilməsi birbaşa cavabdeh inzibati orqanın xidməti vəzifəsinə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
33. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aid edilmişdir.
34. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi”nin 1.3.-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir.
35. Digər tərəfdən, məhkəmə qərardadı ilə əldə edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ilə müəyyən olunur ki, xx.xx.2023-cü il qeydiyyat tarixli, **********15 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin, planı və ölçüsü sənədi mövcud olmadığından həmin torpaq sahəsinin naturada ölçülməsi, sərhədləri və koordinatlarının naturada müəyyən edilməsi mümkün deyildir. İddiaçının naturada təqdim etdiyi 0.06 ha (600.0 kv.m) torpaq sahəsinin 129.0 kv.m hissəsi, xx.xx.2010-cu il tarixdə tərtib edilmiş AA006615 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən sahə ilə üst-üstə düşür (Bax plan 1). xx.xx.2010-cu il tarixdə tərtib edilmiş AA006615 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinin 332.0 kv.m və 35.0 kv.m hissələri ayrı- ayrılıqda digər qonşu torpaq istifadəçisinin faktiki istifadə sahələri ilə üst-üstə düşür (Bax plan 2). İddiaçının naturada təqdim etdiyi 0.06 ha (600.0 kv.m) torpaq sahəsinin, xx.xx.2010 cu il tarixdə tərtib edilmiş AA006615 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi ilə, üst-üstə düşən 129.0 kv.m hissəsindən əlavə, yerdə qalan hissəsinin digər subyektin mülkiyyət hüququnu təsdiq edən sənədlə üst-üstə düşmə halı aşkarlanmadı. Əlavə olaraq qeyd edək ki, xx.xx.2010-cu il tarixdə tərtib edilmiş AA006615 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 600.0 kv.m torpaq sahəsinin 286.0 kv.m hissəsi, **********20 reyestr nömrəli Çıxarışa əsasən X13 mülkiyyətində olan torpaq sahəsinin 082610 nömrəli plan və ölçü sənədində göstərilən sahə ilə üst-üstə düşür (Bax plan 3).
36. Məhkəmə iddiaçının plan və ölçü sənədinin verilməsini tələb etdiyi 0.06 ha torpaq sahəsinin başqa subyektlərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşübdüşməməsinin tam şəkildə müəyyənləşdirilməsinin mübahisəli məsələnin həlli baxımından əhəmiyyət kəsb etdiyini və əvvəlki mütəxəssis rəyi ilə aydınlaşdırılmayan məqamların olduğunu, belə ki, iddiaçının hazırkı torpaq sahəsini X9 alğı-satqı qaydasında aldığını və sonuncuya cavabdeh orqan tərəfindən mübahisəsiz şəkildə (hər hansı şəxsin torpaq sahəsi ilə üst-üstə düşmə halının mövcudluğu mübahisələndirilmədən) xx.xx.2010-cu il tarixdə AA№006615 saylı Torpaq sahəsinin planı və ölçüsü barədə sənədin verilməsini nəzərə almaqla, X10 adına torpaq sahəsinin qeydə alınmasına əsas olmuş sənədlər cavabdeh tərəfindən təqdim edildiyindən onun torpaq sahəsinin iddiaçının torpaq sahəsi ilə müqayisəli tədqiqi üçün əlavə mütəxəssis təyin etmiş və əldə edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən **********15 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsini, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X3 almışdır. Belə ki, xx.xx.2010-cu il tarixli AA-006615 nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahəsi, həmin sözügedən 0.06 ha torpaq sahəsidir. xx.xx.2010-cu il tarixli AA-006615 nömrəli plan və ölçü sənədində göstərilən 600,0 kv.m torpaq sahəsinin naturada yerləşmə vəziyyəti ilə, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-358A (kod-********) nömrəli şəhadətnamədə göstərilən 600.0 kv.m torpaq sahəsinin naturada yerləşmə vəziyyəti arasında uyğunsuzluq halı mövcuddur. X14 JN-358A (kod-********) nömrəli şəhadətnaməyə əsasən mülkiyyətində olan 0.06 ha (600.0 kv.m) torpaq sahəsini, xx.xx.2010-cu il tarixli ******* nömrəli alqı-satqı müqaviləsi əsasında, X1. Həmin 600.0 kv.m torpaq sahəsinə dair, X10 adının tərtib olunmuş xx.xx.2010-cu il tarixli AA-006615 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlarla, ərazinin kompleks yerquruluşu layihəsində əks olunmuş JN-358 A nömrəli torpaq sahəsinin naturada yerləşmə vəziyyətinin koordinatları arasında uyğunsuzluq halı mövcuddur. Belə ki, X10 adına tərtib olunmuş xx.xx.2010-cu il tarixli AA-006615 nömrəli plan və ölçü sənədində göstərilən 600.0 kv.m torpaq sahəsi, JN-358A (kod-********) nömrəli şəhadətnamədə göstərilən 600.0 kv.m torpaq sahəsi ilə, ərazinin kompleks yerquruluşu layihəsinin naturada yerləşmə vəziyyətinə istinadən 161.0 kv.m sahədə üst-üstə düşür. Qeyd edilir ki, AA-006615 nömrəli plan və ölçü sənədində və ərazinin kompleks yerquruluşu layihəsində əks olunmuş JN- 358A nömrəli torpaq sahəsi, torpaqların elektron kadastr uçotu informasiya sistemində, bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid sahə olaraq göstərilmişdir.
37. Məhkəmənin əldə edilmiş rəylərə və ortofotogörüntülərə istinadən, gəldiyi qənaətinə görə, X14 JN-358A (kod-********) nömrəli şəhadətnaməyə əsasən mülkiyyətində olan 0.06 ha (600.0 kv.m) torpaq sahəsini xx.xx.2010-cu il tarixli ******* nömrəli alqı-satqı müqaviləsi əsasında X2 sonra sonuncunun adına tərtib edilmiş AA№006615 nömrəli plan və ölçü sənədi xəritədə qüsurlu işlənilmiş və nəticədə sənəd üzrə sahənin koordinatları ilə naturadakı torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq halı yaranmışdır.
38. Bunun bariz nümunəsi kimi, X10 adına tərtib edilmiş AA№006615 saylı plan və ölçü sənədinin daşınmaz əmlakın rəqəmli kadastr xəritəsindən çıxarışında torpaq sahəsinin qonşu torpaq sahələri ilə eyni cərgədə olması, yola düşməsi halı olmadığı aydın görünür.
39. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı və məqsədi xx.xx.2023-cü il qeydiyyat tarixli, **********15 reyestr nömrəli çıxarışa əsasən qanuni mülkiyyətində və istifadəsində olan torpaq sahəsinə dair cavabdeh tərəfindən müvafiq plan və ölçü sənədinin tərtib edilərək ona verilməsinə nail olmaqdan ibarətdir
40. Mütəxəssis rəyinə əlavədə göstərilmişdir ki, İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 600.0 kv.m torpaq sahəsi üzərində hər hansı şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
41. İddiaçı da iclas zamanı sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, torpaq sahəsini satın aldığı vaxtdan bugünədək hazırkı sahə və konfiqurasiya üzrə istifadə edir. Torpaq sahəsini əvvəlki mülkiyyətçi, yəni Elman Məmmədov hasarlı vəziyyətdə ona satmışdır. Qonşu torpaq sahələri ilə naturada heç bir mübahisələri yoxdur, hərə özünə məxsus torpaq sahəsindən mübahisəsiz istifadə edir.
42. Beləliklə, iddiaçının mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin onun istifadəsində olan koordinatlarının digər şəxslərin hüquqları ilə yüklü edilmədiyi, eləcə də torpaq sahəsi ilə bağlı mübahisənin də mövcud olmadığı mübahisəyə dair iş üzrə materiallarla təsdiq olunur.
43. Bu səbəbdən, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçının adına torpaq sahəsinin plan və ölçü sənədinin tərtib edilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz.
44. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə qərara alınmışdır ki:
1. “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin;...
1. Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına görə: Bənd 6.1. Sistemə torpaqlara dair aşağıdakı məlumatlar daxil edilir: Bənd 6.1.1. Azərbaycan Respublikasının, ərazi vahidinin və inzibati ərazi dairəsinin, bələdiyyənin adı, onun ərazisinin sərhədləri və döngə nöqtələrinin koordinatları, ölçüsü, döngə nöqtələri və onların koordinatları göstərilməklə hər bir torpaq sahəsinin sərhədləri, kateqoriyası və məqsədli istifadə növü, mülkiyyət növü, torpaq sahəsi kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) - əkin, çoxillik əkmələrin altında olan torpaqlara, dincə qoyulmuş torpaqlara, biçənəklərə, örüşlərə və otlaqlara aid edildiyi hallarda isə, əlavə olaraq, onun keyfiyyət göstəricilərini xarakterizə edən məlumatlar, torpaq sahəsinə və onun üzərində yerləşən daşınmaz əmlaka (belə əmlak olduğu halda) verilmiş kadastr nömrəsi, daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahəsinin reyestr nömrəsi;...
45. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2023cü il tarixli ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinə faktiki istifadə vəziyyəti üzrə koordinatlarla Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
46. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
47. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinə faktiki istifadə vəziyyəti üzrə koordinatlarla Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva