Məhkəmə qərarları › İş №2-1(114)-450/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-450/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-450/2024 22.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı X2 iştirakı ilə, İddiaçı X2 cavabdeh Gəncə şəhər Nizami bələdiyyəsinə qarşı torpaq sahəsinin satılması ilə bağlı inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X6 cavabdeh Gəncə şəhər Nizami bələdiyyəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, X10 küçəsi, 2-ci döngə, ev 32A ünvanda yerləşən 0.046 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanda ata mülkündə doğulmuş, həmın ünvanda ailə həyatı qurmuş və övladları həmin ünvada dünyaya gəlmişdir. Halhazırda ailə üzvüləri ilə birlikdə həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. Həmin ünvanda yerləşən fərdi yaşayış evının ümumı torpaq sahəsi 0.086 ha-dır. Atasından qalmış mülkün 0.04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi mərhum anası X4 bağışlama yolu ilə bacısı X5 vermiş və adına qeydiyyata alınmışdır. Həmin ünvanda yerləşən torpaq sahəsinin qalan hissəsində, yəni 0.046 ha torpaq sahəsində iddiaçı 1992ci ildə yenidən yaşayış evi tikdirmış və ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Özü və ailə üzvüləri uzun illərdirki həmın torpaq sahəsində təsərrüfat işləri aparmaqla yanaşı, mütəmadi olaraq Bələdıyyə torpaq vergisi ödəyir. Qeyd olunan torpaq sahəsində tikilmiş fərdi yaşayış evınin komunal xətlərı ayrı olmaqla yanaşı qaz və işıq sayğacları iddiaçının adınadır və hal-hazırda komunal xərclər tərfindən ödənilməkdədir. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia “Gəncə şəhəri, X10 küçəsi, 2-ci döngə, ev 32A ünvanda yerləşən 0.046 ha torpaq sahəsinin satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dəyuişdirilmişdir. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ilkin iddia “torpaq sahəsinin satılması ilə bağlı inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iddiaçı yaşadığı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ona satılması ilə bağlı cavabdehə müraciət etsə də cavabdeh iddiaçıya heç bir rəsmi və qanuni əsas bildirmədən torpaq sahəsi ilə bağlı mübahisə olmasını qeyd edərək iddiaçıya məktubla cavab vermişdir. Göründüyü kimi cavabdeh orqan satılması tələb olunan sahənin qanunvericiliyin tələblərinə uyğun olaraq satılmasının mümkünsüzlüyü ilə bağlı inzibati icraat açaraq araşdırma aparmaqla müvafiq əsaslandırılmış inzibati akt (qərar) qəbul etməli olduğu halda bu tələblərə əməl etmədən formal və səthi yanaşma nümayiş etdirmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun:- -20.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. -24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -28-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin ərizəsi inzibati icraatın başlanması üçün əsaslardan biridir. -57.4-cü maddəsinə əsasən bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: -61.1-ci maddəsinə əsasən yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. -61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Qeyd olunan normaların məzmunundan göründüyü kimi inzibati orqan şəxsin müraciətinə əsasən inzibati icraat başlamalı, müraciəti ətraflı araşdırmalı və müvafiq qərar qəbul etməlidir. Buna baxmayaraq hazırki iş üzrə cavabdeh qeyd edilən tələblərə zidd olaraq heç bir araşdırma aparmamış, iddiaçıyaformal cavab verməklə kifayətlənmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına, iş materiallarına və öz daxili inamına əsaslanaraq hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Məhkəmənin hazırki qərarda qeyd olunan hüquqi mövqeyi nəzərə alınmaqla Gəncə şəhəri, X10 küçəsi, 2-ci döngə, ev 32A ünvanda yerləşən 0.046 ha torpaq sahəsinin X1 məsələsi ilə bağlı inzibati aktın qəbul edilməsi vəzifəsi Gəncə şəhər Nizami bələdiyyəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətindəGəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar