Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4509/2025 24.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı İİ dərəcə müddətsiz əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı xx.xx.2025-ci il tarixdən iddiaçının səhhətindəki xəstəliklərə müvafiq əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli 239 nömrəli qərarı ilə iddiaçının “Keçirilmiş qapalı kəllə beyin travmasının (beyin silkələnməsinin xx.xx.1994) üzvi dəyişiklikləri olmadan qalıq əlamətləri. İkitərəfli postkontuzion ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 4,0 metr məsafədən eşitməsi ilə” diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
2. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 672 nömrəli tibbi rəyində diaqnoz “Baş beynin üzvi xəstəliyi (kəllə-beyin travması) nəticəsində ifadəli şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, anamnezində özünə xəsarət və intihar cəhdləri, özünü kəsmələr və koqnitiv funksiyaların enmməsi ilə F07.0” kimi müəyyən edilmişdir.
3. X3 xx.xx.2025-ci il tarixli Ambulator kitabçadan çıxarışda diaqnoz “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd edilmişdir.
4. İddiaçı ilkin olaraq ümumi xəstəliklə əlaqədar xx.xx.2010-cu il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2011-ci il tarixdə 1 il müddətinə, xx.xx.2012-ci il tarixdə 1 il müddətinə, xx.xx.2013-cü il tarixdə 1 il müddətinə, xx.xx.2014-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdən etibarən isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcə, xx.xx.2016-cı il tarixdən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
5. İddiaçıya əlillik təyinatından xx.xx.2021-ci il tarixdə göndərişin natamam doldurulması, xx.xx.2021-ci il tarixdə əlavə müalicəyə ehtiyacın olması, xx.xx.2021-ci il tarixdə göndərişin natamam doldurulması, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən imtina verilmişdir.
6. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə sonuncu dəfə X6 tərəfindən xx.xx.2025-ci il tarixli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz – F07.0 – Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli (kəllə beyin travması) şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, anamnezində özünə qəsd cəhdləri ilə; Yanaşı xəstəliklər – T90.5 – Kəllədaxili travmaların nəticələri, Kəllədaxili travmaların nəticələri, Keçirilmiş kəllə beyin travmasının sol təpə nahiyyəsinin dəlib keçən qəlpə yaralanması.
7. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2025-ci il tarixdə qiymətləndirərək, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə xx.xx.2025-ci il tarixli 3-17-4/3-3-6907/2025 nömrəli qərar qəbul edilmişdir. II. Məhkəmədə icraat
8. İddiaçı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyin təyin olunması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1974-cü ildə Gəncə şəhərində doğulmuşdur. Məktəbi və eləcə də Texniki Peşə Məktəbində təhsil almışdır. Ailəli, 3 övlad, 2 nəvə sahibi olan, X9 Qazisi və VEteranı olan Azərbaycan vətəndaşıdır. O, 1992-1994 aprel ayına kimi Vətənin torpaqlarının suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İki dəfə ağır yaralanmışdır. TSEK tərəfindən təyin edilmiş İİ qrup əlliklə pensiya təyin edilmişdir. 2021 ci ildə heç bir əsaslar olmadan pensya təminatı dayandırılmışdır. Hazırda onun səhhətində ağır problemlər yaşayır. Bir çox yerlərdə müalicələr almağına baxmayaraq, yenə də psixi problemlərlə yaşayır. X5 müraciət etmiş və orada bir ay müddətində yəni xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək yenidən müalicə kursu stasionarda keçmişdir. Onun durumunda problem olması barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçasından (xəstəlik tarixindən) xx.xx.2025-ci il tarixli çıxarış (№ 14788395 saylı) verilmişdir. Çıxarışda onun tam durumu barədə ətraflı həkim müayinəsinin nəticələri yazılmışdır. Bütün bu sübutlara və dəlillərə baxmayaraq əsassız olaraq əlilliyinə görə pensiya təminatı dayandırılmışdır. Hansı ki, 10 ildən artıq müddətdir ki, müharibə zamanı 2 dəfə yaralanmaqla travma almışdır.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
11. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “xx.xx.2025-ci il tarixdən iddiaçının səhhətindəki xəstəliklərə müvafiq əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
13. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
14. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2025-ci il tarixdə qiymətləndirilmiş və ona əlilliyin təyin olunmasından imtina etmiş, lakin sözügedən imtina qərarı xx.xx.2025-ci il tarixdə sistemə daxil edilmişdir. İddiaçı isə hazırkı iddia ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia qaldırmaq üçün qanunvericilikdə müəyyən edilmiş müddət ötürülməmişdir və iddia mümkün iddiadır.
15. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
16. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
19. İddiaçının nümayəndəsi X8 məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
20. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixli qərarı 30 gün ərzində mübahisələndirməmişdir. Bundan başqa Gəncə şəhər sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS **********2). Daha sonra əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2022ci il tarixli M00022537ZMM nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS **********9). Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2023-cü il tarixli H00102546MMA nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 3-17-4/3-1-17043/2023). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 239 nömrəli qərar verilmişdir. Həmin qərarda “Sol budun aşağı 1/3-nin infeksiyalaşmış odlu silah yaralanması. Sol təpə nahiyəsinin dəlib keçən qəlpə yarası. Nevrosteniya. Keçirilmiş qapalı kəllə beyin travmasının (beyin silkələnməsinin xx.xx.1994) üzvi dəyişiklikləri olmadan qalıq əlamətləri. İkitərəfli postkontuzion ağıreşitmə, pıçıtı nitqinin hər iki qulaqda 4,0 metr məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd edilməlidir ki, vətəndaş xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başında ağrılardan şikayətlənmişdir. Anamnestik məlumatlarında dəfələrlə özünə xəsarət yetirdiyini, dərman qəbul etmək istəmədiyini, psixiatrik xəstəxanalarda müalicələr aldığını bildirmişdir. Müayinə zamanı sol təpə nahiyəsi və sol budun aşağı 1/3-də çapıq toxumalar izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuş, eşitmə cihazından istifadəsi müşahidə edilməmişdir. Psixi statusunda zahiri görünüşündə saçının, saqqalının, əl və ayaq dırnaqlarının uzun olması, özünü baxımsız biri kimi göstərməyə çalışması, sol saidin ön səthində təzə kəsiklər (qanı qurumamış) izlənilmiş, psixotrop preparatların təsiri altında olması barədə şübhə yaranmışdır. Təqdim olunmuş hərbi qərarda “Keçirilmiş qapalı kəllə beyin travmasının (beyin silkələnməsinin xx.xx.1994) üzvi dəyişiklikləri olmadan qalıq əlamətləri” kimi qeyd olunmuş, həmçinin baş beynin instrumental müayinə nəticəsində (KT) yaşa görə dəyişikliklər və yad cisimlər izlənilmişdir. Vətəndaşın öncəki müayinələri zamanı psixiatrik şikayətlər bildirməmiş, zahiri görünüşü səliqəli olmuş, köhnə özünə xəsarət izləri aşkarlanmamışdır. Müayinə gedişatında təqdim olunmuş psixi sənədlərin 2023-cü ilə aid olması müəyyənləşdirilmiş, yuxarıda qeyd olunan səthi kəsiklərin komissiyadan öncə edilməsinə ciddi şübhə yaranmışdır. Psixi statusunda emosional labil izlənilmiş, psixi sənədlərdə (epikrizlər) qeyd olunan diaqnozlar obyektiv müayinə zamanı öz təsdiqini tapmamış, ruhi xəstəlik əlamətləri müşahidə edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, əsəbilik, özünə xəsarət yetirməsindən şikayətlənmiş, yuxarı ətraflarında yeni səthi kəsiklər nümayiş etdirmiş, dərinin tamlığı pozulmamışdır. Baxış zamanı sol budun aşağı 1/3-də və təpədə çapıqlar, sağ qoltuq və sol saiddə özünə xəsarətlərin çapıqları izlənmişdir. Müayinə zamanı heç bir nevroloji ağırlaşma, periferik sinir patologiyası qeyd edilməmişdir. Psixi statusu: stasionar müraciətləri 2023-cü ildə başlamış, öncəki dövrə dair heç bir qeyd olmamış, ədəbsizlik nümayiş etdirmişdir. Komissiyaya gəldiyi üçün yeni kəsiklər etmiş, köhnə kəsiklər aşkar edilməmişdir. Demonstrativ şəkildə alt paltarının üzərindən qoruyucu bez (pampers) geyinmişdir. X7 və Ortopediya İnstitutunun xx.xx.2021-ci il tarixli 4854/6640 nömrəli Arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra sonra sol budun aşağı 1/3-nin tışiçarxa səthində dartıcı çapıq toxumaları, sol diz oynağının artrozu, açıcı-bükücü kəskin kontrakturası (açma 170 dərəcə, bükmə 160 dərəcə), sol incik sinirinin neyropatiyası, pəncənin sallanması, parezi, əzələlərin kəskin atrofiyası, daimi ağrı sindromu və dayaqhərəkət funksiyasının pozulması” kimi qeyd olunmuş, hiperdiaqnostikaya yol verilmiş, klinik olaraq öz təsdiqini tapmamışdır. 2 saylı X2 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 1013/23 nömrəli Çıxarışında diaqnoz “Baş beynin üzvi xəstəliyi (kəllə beyin travması) nəticəsində ifadəli şəxsiyyət pozuntuları. Anamnezində özünə xəsarət və intihar cəhdi ilə” kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Gəncə şəhəri Psixo- Nevroloji Dispanserinin xx.xx.2023-cü il tarixli 478 nömrəli Psixiatrın rəyi “Baş beynin üzvi xəstəliyi (kəllə beyin travması) nəticəsində ifadəli şəxsiyyət dəyişkənliyi, kobud davranış pozuntuları. Anamnezində özünə xəsarətlər və intihar cəhdi ilə” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 672 nömrəli Tibbi rəyində diaqnoz “Baş beynin üzvi xəstəliyi (kəlləbeyin travması) nəticəsində ifadəli şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, anamnezində özünə xəsarət və intihar cəhdləri, özünü kəsmələr və koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X11 xx.xx.2023-cü il tarixli Beyin KT müayinəsinin nəticəsi “Sol beyin yarımkürəsində daxili kapsulanın ön ayaqcığında mm-ik qliotik ocaqlar izlənilir. Müayinə sahəsinə daxil olan sümüklərdə kəllə tağı sümüklərində diploe axarları və venoz dəliklərin genişlənməsi hesabına qan-damar şəkli güclənmişdir (kəllədaxili hipertenziya əlamətləri). Sol tərəfdə qulaq seyvanında 4 mm ölçüdə yad cisim (qəlpə izlənilir, ənsədə sol tərəfdə yumşaq toxuma defekti var (posttravmatik). Burun çəpəri sol tərəfə əyridir-spur deformasiyası var” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. X11 xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Beyinin bioelektrik aktivliyinin artması, diensefal paroksizmlərə meyilliyi və diffuz tipli dəyişiklikləri (ensefalopatiya əlamətləri, 1994-cü ildə beyin silkələnməsini qeyd edir və A/T qalxır) aşkar olunur” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. X3 xx.xx.2023xx.xx.2023-cü il tarixli 11434275 nömrəli Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Verdiyi anamnestik məlumatlarda, əyani müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək patoloji, nevroloji, psixi dəyişikliklər aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
21. İddiaçının nümayəndəsi X8 şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
22. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Müayinə olunan şəxs barədə elektron məlumatlar; - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli 239 nömrəli qərarı; - “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 672 nömrəli tibbi rəyi; - X3 xx.xx.2025-ci il tarixli Ambulator kitabçadan çıxarış; - 12.10.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli göndərişlər; - xx.xx.2025-ci il tarixli 3-17-4/3-3-6907/2025 nömrəli qərar; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2- 274021/2025 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
23. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
24. Belə ki, cavabdeh orqanın təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli 239 nömrəli qərarı ilə iddiaçının “Keçirilmiş qapalı kəllə beyin travmasının (beyin silkələnməsinin xx.xx.1994) üzvi dəyişiklikləri olmadan qalıq əlamətləri. İkitərəfli postkontuzion ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 4,0 metr məsafədən eşitməsi ilə” diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
25. İddiaçı ilkin olaraq ümumi xəstəliklə əlaqədar xx.xx.2010-cu il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2011-ci il tarixdə 1 il müddətinə, xx.xx.2012-ci il tarixdə 1 il müddətinə, xx.xx.2013-cü il tarixdə 1 il müddətinə, xx.xx.2014-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdən etibarən isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcə, xx.xx.2016-cı il tarixdən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
26. İddiaçıya əlillik təyinatından xx.xx.2021-ci il tarixdə göndərişin natamam doldurulması, xx.xx.2021-ci il tarixdə əlavə müalicəyə ehtiyacın olması, xx.xx.2021-ci il tarixdə göndərişin natamam doldurulması, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən imtina verilmişdir.
27. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə sonuncu dəfə X6 tərəfindən xx.xx.2025-ci il tarixli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz – F07.0 – Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli (kəllə beyin travması) şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, anamnezində özünə qəsd cəhdləri ilə; Yanaşı xəstəliklər – T90.5 – Kəllədaxili travmaların nəticələri, Kəllədaxili travmaların nəticələri, Keçirilmiş kəllə beyin travmasının sol təpə nahiyyəsinin dəlib keçən qəlpə yaralanması.
28. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2025-ci il tarixdə qiymətləndirərək, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə xx.xx.2025-ci il tarixli 3-17-4/3-3-6907/2025 nömrəli qərar qəbul edilmişdir.
29. Həmin diaqnozlardan əsas diaqnoz – Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli (kəllə beyin travması) şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, anamnezində özünə qəsd cəhdləri ilə və yanaşı xəstəliklər – T90.5 – Kəllədaxili travmaların nəticələri, Kəllədaxili travmaların nəticələri, Keçirilmiş kəllə beyin travmasının sol təpə nahiyyəsinin dəlib keçən qəlpə yaralanması iddiaçıya əlillik təyinatına əsas verən həcmdə olmuşdur.
30. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir.
31. Məhkəmə qeyd edir ki, iddiaçının xəstəliyi onun əlilliyinin qiymətləndirildiyi zaman qüvvədə olmuş “Əlilliyin müəyyən olunması meyarları”na görə ikinci dərəcə əlilliyin əhatə dairəsinə düşmüşdür.
32. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
33. Həmin Əlavə: Xəstəliklərin, zədələrin və XBT- Orqanizmin Orqanizmin çatışmazlıqların adları, onların 10 funksiyalarının funksiyalarının ağırlıq dərəcəsi, mərhələsi, (kod) pozulması faizi pozulması orqanizmin funksiyalarının müddəti davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri
6. Sinir sistemi xəstəlikləri Qeyd. Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. 6.1 Başın travmalarının nəticələri T90
Qiymətləndirmə 6.1.4. psixi təzahür edən pozuntularla 65-80 2 il baş beynin əzilməsi, kontuziyası
7. Psixi və davranış pozuntuları Qeyd. Xroniki və (və ya) davamlı ağır, yaxud tez-tez kəskinləşən psixi pozuntulardan əziyyət çəkən şəxslərin dezadaptasiya dərəcəsini müəyyən etmək üçün aşağıdakılar nəzərə alınır: - psixopatoloji simptomların təzahür dərəcəsi; - xəstəliyin davametmə müddəti, epizodların tezliyi və (və ya) gedişinin növü; - xəstəlik nəticəsində şəxsiyyət dəyişiklikləri dərəcəsi; - öz xəstəliyinə, cari vəziyyətinə və ətraf reallığa tənqid dərəcəsi; - aqressiv və ya intihar davranışları həyata keçirmə riski də daxil olmaqla, əsas həyat fəaliyyəti sahələrində funksional dezadaptasiya dərəcəsi; - kənar şəxslərin yardımı və müşahidəsinin vacibliyi; - müalicə və reabilitasiya müdaxilələrinin keçirilməsi üçün potensial; - psixiatriya dispanser müşahidəsində və psixi pozuntusu olan şəxslərin elektron reyestrində olması. 7.6.2. Üzvi mənşəli şəxsiyyət F07.0 pozuntusu Qiymətləndirmə 7.6.2.2. məqsədyönlü fəaliyyət 65-80 2 il qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti
34. Göründüyü kimi, iddiaçının göndərişdə əks olunmuş əsas diaqnoz – Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli (kəllə beyin travması) şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, anamnezində özünə qəsd cəhdləri ilə və yanaşı xəstəliklər – T90.5 – Kəllədaxili travmaların nəticələri, Kəllədaxili travmaların nəticələri, Keçirilmiş kəllə beyin travmasının sol təpə nahiyyəsinin dəlib keçən qəlpə yaralanması diaqnozları üzrə orqanizminin funksiyalarının pozulması faizi 65-80% aralığındadır və bu da iddiaçıya ikinci dərəcə əlilliyin 2 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.
35. İddiaçının təqdim etdiyi təhqiqat orqanının xx.xx.2025-ci il,xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli qərarlarından müəyyən edilir ki, bıçaqla özünə zərər yetirərək intihara cəhdlər etmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının psixi vəziyyətində tez-tez kəskinləşən psixotik epizodlar və təkrarlanan aqressiv davranışlar (intihar cəhdləri) mövcuddur və bu hallar onda orqanizmin funksiyalarının ikinci dərəcə məhdudlaşmasına səbəb olmuşdur.
36. Məhkəmə həmçinin qeyd edir ki, “Əlilliyin müəyyən olunması meyarları”na görə bu da iddiaçıya qoyulmuş diaqnoz ona ikinci dərəcə əlilliyin 2 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas versə də, iddiaçının 10 il müddətindən artıq ikinci dərəcə əlilliyi olduğundan ona əlillik müddətsiz təyin edilməlidir.
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 18 may 2022-ci il tarixli 191 nömrəli (“Xalq” qəzeti, 20 may 2022-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 553) ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na yeni məzmunda 4-cü hissə əlavə edilmişdir. Bənd 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə görə: Bənd 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Bənd 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.
39. Məhkəmə onu da qeyd edir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli 239 nömrəli qərarı ilə iddiaçının “Keçirilmiş qapalı kəllə beyin travmasının (beyin silkələnməsinin xx.xx.1994) üzvi dəyişiklikləri olmadan qalıq əlamətləri. İkitərəfli postkontuzion ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 4,0 metr məsafədən eşitməsi ilə” diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirildiyindən iddiaçının orqanizmin funksiyalarının pozulmasının səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olaraq müəyyən edilməlidir.
40. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.
41. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
42. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2025-ci il tarixdən ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır.
37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.2025-ci il tarixdən tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 65-80% pozulmasına görə müddətsiz əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülşən Əliyeva