Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4510/2025 03.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı “X11, X4, X1, X12, X18, X19, X13, X6, X14, X7 və X10 Tovuz şəhəri, Məmməd Zeynalov küçəsi, ev 56 ünvanı üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə:
1. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3- 37/2-4387/2025 nömrəli məktuba qoşma şəklində əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən, ünvan 2 ünvanında yerləşən **********42-10301 reyestr nömrəli fərdi yaşayış evi üzərində İddiaçı tam mülkiyyət hüququ xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
2. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - 08.01.2025-ci il tarixli, ******* nömrəli “yaşayış yeri üzrə qeydiyyat haqqında arayış”a əsasən, X11, X4, X1, X12, X18, X19, X13, X6, X14, X7 və X3 rayonu, Tovuz şəhəri, Məmməd Zeynalov küçəsi, ev 56 ünvanında qeydiyyatdadırlar. - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinə əsasən, İddiaçı tərəfindən Cavabdehnə məktub ünvanlanmışdır.
3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 6 ünvanından üçüncü şəxslər X11, X4, X1, X12, X18, X19, X13, X6, X14, X7 və X10 qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın çıxarılmasını xahiş etmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2018-ci il tarixdə **********42-10301 saylı reyestr nömrəsi olan çıxarışla daşınmaz əmlakın dövlət reyestrində 50 nömrəli reyestr kitabının 68 nömrəli vərəqində iddiaçının adına qeydiyyata alınmışdır. X11, X4, X1, X12, X18, X19, X13, X6, X14, X7 və X21 onun mülkiyyətində olan evdə pasport qeydiyyatındadırlar. İddiaçı bildirir ki, həmin şəxslərin onun evinə qeydiyyata düşməsinə heç bir razılıq verməmiş və hesab edir ki, inzibati orqanın təqsiri ucbatından həmin şəxslər onun evinə pasport qeydiyyatına düşüblər, ona görə də qeydiyyatdan çıxarılmalıdırlar. İddiaçı rəsmi olaraq cavabdeh təşkilata müraciət etsə də, ona rəsmi olaraq onların qeydiyyatdan çıxarılmaları barədə məlumat verilməmişdir.
5. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X11, X4, X1, X12, X18, X19, X13, X6, X14, X7 və X20 iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar.
6. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-13-114/2- 12512/2025 nömrəli məktuba əsasən, İddiaçı Qıyas qızı 16 01 2025-cı il tarixdə Tovuz RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus olan ünvan 8 ünvanında tanımadığı şəxslərin qeydiyyatda olduğunu bildirərək həmin şəxsləri ona məxsus olan fərdi yaşayış ünvanından qeydiyyatdan çıxarılmasını ərizəsində bildirmişdir. Vətəndaş İddiaçı bildirikdı ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununa əsasən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarıla bilər: 1) Yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri uzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən; 2) Başqa ölkədə yaşayış yeri seçdikdə; 3) Yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə huququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmış qətnaməsi əsasında. Odur ki, Tovuz RPŞ tərəfindən 10 02 2025-cı il tarixindən Nəmidə xanımın ərizəsinə cavab olaraq, yuxarıda göstərilən hallar mövcud olmadığına görə həmin vətəndaşların Nəmidə xanıma məsus olan Tovuz şəhəri, Məmməd Zeynalov küçəsi, ev 56 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları tərəflərindən mümkün olmadığı bildirilmişdir.
7. Ədliyyə Nazirliyi Tovuz regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-907/2025 nömrəli məktuba əsasən, iddiaçı ilə üçüncü şəxslər arasında yaxın qohumluq münasibətləri mövcud deyildir.
8. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-13-114/2- 16381/2025 nömrəli məktuba əsasən, xx.xx.1947-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Tovuz regional “ASAN xidmət” mərkəzi tərəfində Tovuz rayonu Aşağı Quşçu kəndinə qeydiyyata alınmışdır. Məlumat üçün bildirilir ki, xx.xx.1988-ci il təvəllüdlü X11 xx.xx.2017ci il tarixdən, xx.xx.1959-cu il təvəllüdlü X4 xx.xx.2005-ci il tarixdən, xx.xx.1952-ci il təvəllüdlü X12 xx.xx.2006-cı il tarixdən, xx.xx.1960-cı il təvəllüdlü X18 xx.xx.2006-cı il tarixdən, xx.xx.1990-cı il təvəllüdlü X19 xx.xx.2007-ci il tarixdən, xx.xx.1991-ci il təvəllüdlü X13 xx.xx.2023-cü il tarixdən, xx.xx.1987-ci il təvəllüdlü X6 xx.xx.2006-cı il tarixdən, xx.xx.1962-ci il təvəllüdlü X14 xx.xx.2012-ci il tarixdən, xx.xx.1989-cu il təvəllüdlü X7 xx.xx.2006-cı il tarixdən və xx.xx.1987-ci il təvəllüdlü X20 xx.xx.2010-cu il tarixdən Tovuz şəhəri M.Zeynalov küçəsiev 56 ünvanında qeydiyyatdadırlar. Şəxsiyyət vəsiqələrinin verilməsi üçün əsas olmuş ərizə anketlərin saxlama müddəti bitdiyi üçün qanunvericiliyə uyğun olanar məhv edilmişdir.
9. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3- 37/2-6201/2025 nömrəli məktuba əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən Tovuz şəhər, 1 nömrəli qeydiyyat kitabının 34-cü səhifəsində X5 adına 203 nömrə ilə fərdi yaşayış evi qeyd edilmiş, lakin hansı sənəd əsasında qeydiyyata alınması barədə məlumat qeyd edilməmişdir. Əlavə olaraq bildiririk ki, arxiv qovluğunda saxlanılan qeydiyyat vəsiqəsində həmin sənədin DNK-nın xx.xx.1996-cı il tarixli alqı-satqı müqaviləsi əsasında tərtib edilməsi qeyd edilmiş (alqı-satqı müqaviləsinin arxivdə surəti mövcuddur), lakin elektron daşıyıcılarda həmin qeydiyyat vəsiqəsinin XDSnin qərarı əsasında verilməsi qeyd edilmişdir.
10. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmamışdır.
11. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində qeyd olunanlara oxşar izahat verərək, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdehə və üçüncü şəxslərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflərindən iddiaya münasibət bildirilməmiş, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verilməmişlər.
13. Cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin şifahi məhkəmə baxışı iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi).
14. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraatı materialları təşkil etmişdir: - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-37/2-4387/2025 nömrəli “əmlaka dair arxiv məlumatının və sənədlərinin surətinin verilməsi barədə” məktubu və ona qoşma şəkildə əlavə edilmiş sənədlər; - iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilən sənədlər; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-13-114/2-12512/2025 nömrəli məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənədlər; - Ədliyyə Nazirliyi Tovuz regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-907/2025 nömrəli məktub - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-13-114/2-16381/2025 nömrəli məktubu; - Ədliyyə Nazirliyi Gəncə şəhər Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8- 13-2325/2025 nömrəli məktubu - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-37/2-6201/2025 nömrəli məktub. Əsaslandırma hissəsi:
15. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşlar, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.
16. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia qaldırmışdır.
17. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir.
18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır.
19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.
20. Qanunun 2-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
21. Qanunun 3-cü maddəsinə əsasən, yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi...
22. Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir.
23. Qanunun 9-cu maddəsində şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları qeyd edilmişdir. Həmin maddəyə görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
25. Həmin Qərarla müəyyən olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.
26. Bu Qərara əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
27. Məhkəmə araşdırması zamanı da Tovuz şəhəri, Məmməd Zeynalov küçəsi, ev 56 ünvanında yerləşən daşınmaz əmlakın xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusluğu, üçüncü şəxslərin hazırda mübahisəli yaşayış sahəsinə dair hər hansı əmlak hüquqlarının olmaması, faktiki olaraq orada yaşamamaları müəyyən edilmişdir.
28. Ona görə də cavabdehin imtinası iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olur. Belə ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
29. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.
30. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, üçüncü şəxslərin sözügedən fərdi yaşayış evi üzərində hər hansı hüquqlara malik olmadığı və orada uzun müddət yaşamadıqları, hallarda qeyd edilən ünvanda qeydiyyatda qalmaları iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır.
31. Ona görə də iddiaçı üçüncü şəxslərin sözügedən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmalarının cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı olmuşdur.
32. Məhkəmə onu da qeyd edir ki, həmin şəxsin qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onun yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yeri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 aprel 2003cü il tarixli 55s saylı sərəncamına uyğun olaraq, Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər.
33. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. X11, X4, X1, X12, X18, X19, X13, X6, X14, X7 və X10 Tovuz şəhəri, Məmməd Zeynalov küçəsi, ev 56 ünvanı üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Nurəli Hüseynov